Məhkəmə qərarları › İş №2(102)-3614/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3614/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3614/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülk iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-683/2019) iddia tələbi qismən təmin edilərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (046)-662/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-yə ödənilməli olduğu 24301 (iyirmi dörd min üç yüz bir) ABŞ dolları 31 (otuz bir) sent əsas kredit borcu, 4755 (dörd min yeddi yüz əlli beş) ABŞ dolları 15 (on beş) sent faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 27 (iyirmi yeddi) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu borcu, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASCyə ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaməsı qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)268/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-683/2019 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tar ixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 140xx-xx/000736 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 27 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh 27500 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1.1ci bəndində göstərilən əmlakı həmin müqavilənin 3.1-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 3.1-ci bəndi). İpote kanın predmetiünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. (2.1.1-ci bənd). İpoteka predmetinin qiyməti 45000 manat məbləğində qiymətləndirilmişdir (2.1.5-ci bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASCnin Göyçay filialının xeyrinə yüklü edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(046)-662/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi ləğv edilmiş, xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 (iyirmi dörd min üç yüz bir ABŞ dolları otuz bir sent) ABŞ dolları kreditin əsas məbləği, 4755,17 (dörd min yeddi yüz əlli beş ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 (iyirmi yeddi manat doxsan doqquz qəpik) manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin ilkin satış qiy mətinin 45.000 (qırx beş min) manat müəyyən edilməsi, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 (iyirmi doqquz min əlli altı ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borcunun və dövlət rusumu kimi ödənilmiş 27,99 (iyirmi doqquz manat doxsan doqquz qəpik) manat pul tutularaq, iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, ioteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavab dehdən ümumi qaydada icra edilməsi tələbi təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2 (107)668/2017 saylı qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 140xx-xx/000736 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh 24301,31 ABŞ dolları kreditin əsas məbləği, 4755,17 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29056,48 ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 27,99 manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində Cavabdeh münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə həmin hissədə təmin edilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2 (107)668/2017 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan, Cavabdeh məxsus Göyçay şəhəri, R.Rza küçəsində yerləşən ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 60,4 kv,m olan 38 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh cəmi 29056,48 ABŞ dolları borcunun və dövlət rusumu kimi ödənilmiş 27,99 manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, ev satıldıqdan 1 ay sonra boşaldılması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilm iş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 50000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 14.2.1, 21, 385, 442, 425, 445.1, 445.2.1, 448.2-ci maddələrini, “İpoteka Haqqında ” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3, 39.3.3, 59.1, 59.2, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar ekspertiza keçirməmişdir. Məhkəmə kollegiya sı kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar