Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3615/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X24 qarşı iddiası və birgə iddiaçılar X25 (hüquqi varisi X9r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X24 qarşı iddiası ilə bağlı işlərə dair birgə icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ İş № 2(102)-3615/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi, pərdələnmiş əqd, vicdanlı alıcı) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X35 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd o ğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X24 qarşı “daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı və iş materialına birləşdirilmiş digər mülki iş üzrə birgə iddiaçılar X25 (hüquqi varisi X14) və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X24 qarşı “evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2), habelə üçüncü şəxs X30 (vək il Qanuni nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X25 tərəfindən Lənkəran rayon 1 saylı notariat ofisinə 26 aprel 2019-cu il tarixdə verilmiş ərizəyə əsasən, sonuncu Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olmaqla ünvan 1 ünvanında yerləşən evi və torpaq sahəsini satmaq istədiyini bildirərək, bununla bağlı real vaxt rejimində həmin əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. 2. 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, sat ıcı X25 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa uyğun olaraq tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 30.000 manata sataraq alıcı Cavabdeh3 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. 3. 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 aprel 2019-cu ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiy yat nömrəli çıxarışa uyğun olaraq tam pay üzrə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 50.000 manata sataraq alıcı X20 mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh3 əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2020-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində alıcı X20 tam pay üzrə xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır.
5. Rusiya Federasiyası "xxxx" KB MMC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Dağıstan Respublikası Xasavyurt şəhərində yaşayan Nümayəndə1 müraciətinə 05 iyul 2021-ci il tarixdə verilən cavab məktubuna əsasən, sonuncu tərəfindən bankın Xasavyurt şəhərindəki əlavə filialının xəzinəsinə sonradan “Zolotaya Korona” və “Vestern Yunion” pul köçürmə sistemləri üzərindən köçürülmələrinin təmin edilməsindən ötrü 01 aprel 2019-cu ildən 15 noyabr 2019-cu il tarixinədək olan dövr üçün mədaxil orderləri barədə məlumatlar təqdim olunmuşdur. Ümumilikdə Nümayəndə1 tərəfindən “Zolotaya Korona” və “Wester Union” sürətli pul köçürmələri sistemləri va sitəsilə Cavabdeh2 hər növbəti ay üçün 45.450 Rus Rublu miqdarında pul göndərilmiş və Cavabdeh2 həmin məbləğləri mütəmadi olaraq yerli bankdan götürmüşdür (2(049)320/2022 saylı iş 2-ci cild 3-22-ci vərəqlər).
6. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 202-ci il tarixdə verilən arayışa əsasən, X25 20 noyabr 2020-ci ildə ölmüşdür. 7. "xxxx" MMC-nin 06 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin 2021-ci il vəziyyətinə orta bazar dəyəri 96.700 manat, likvid dəyəri isə 90.900 manat təşkil edir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Ünvan Reyestrindən 24 aprel 2019-cu ildə verilmiş arayışa əsasən ünvan 1 ünvanı, keçmiş ünvan 2ul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci iş üzrə:
9. İddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X24 qarşı “daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə ünvan 3 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanılmış AN-İ №-0773959 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dai r qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. Sonradan iddiaçılar iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanılmış AN-İ №-0773959 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 (altmış dörd min dörd yüz yetmiş iki) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
11. İddia tələbi və ona əlavə ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ildə onlara məlum olmuşdur ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş mərhum anaları X25 vəfat etməzdən əvvəl 2019-cu ilin aprel ayında özünün uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğundan, həmin vaxtlarda Lənkəran rayonunda fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialına yaxınlaşmışdır. Orada onu həmin filialın məsul işçisi Cavabdeh1 qəbul etmiş və bir müddət onu dinlədikdən, ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin olduğunu, həmin evi banka ipoteka qoymağa hazır olduğunu öyrəndikdən sonra, Səmayə Nəsirovaya bildirmişdir ki, hazırda bankın ona kredit vermək imkanı yoxdur, lakin onun Cavabdeh3 adlı qohumu heç bir problem olmadan istədiyi qədər məbləğdə pul borc u verməklə ona köməklik edə bilər. Anaları çətin maddi və mənəvi vəziyyətdə olması səbəbindən Cavabdeh1 bu təklifi ilə razılaşmış, sonra sonuncu qohumu kimi təqdim etdiyi X4 ilə Səmayə Nəsirovanı tanış etmişdir. Həmin söhbətlərdən yalnız üzün müddət keçdikdən sonra 2021-ci ildə tam təfsilatı ilə onlara məlum olmuşdur ki, vətəndaş Cavabdeh1 və onun qohumları hansı hiyləyə əl ataraq, anaları Səmayə Nəsirovanın və onun oğlu Nümayəndə1 etibarından suiistifadə edərək, qanunsuş şəkildə onların külli miqdarda əmlakını mənimsəmişlər. Onların bu qanunsuz hərəkətləri anaları X15 qəfil beyin infarktı keçirməklə, ölümünə səbəb olmuşdur. Cavabdeh3 ilə görüşən anaları Səmayə Nəsirova uzun sürən xəstəliyinin müalicəsindən, həmçinin bankda olan və gecikən kredit borcunu bağlamaqdan ötrü pul lazım olduğunu bildirmişdir. Cavabdeh3 isə analarına sələm kimi 30.000 manat pul verə biləcəyini bildirərək, həmin pul məbləğinin faizi qismində hər ay üçün 1.200 manat ödənilməklə bir il və ya daha çox müddət ərzində əsas pul borcun faizləri ilə birlikdə qaytarılmalı olduğunu bildirmişdir. Faizli borc (kredit) vermək səlahiyyətində olmayan Cavabdeh3 anaları Səmayə Nəsirovadan tələb etmişdir ki, borc müqaviləsi bağlamaq əvəzinə, verəcəyi pul borcunun qaytarılmasının təminatı kimi girov qismində mülkiyyət hüququ ilə Səmayə Nəsirovaya məxsus olan, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ümumi dəyəri təxminən 300.000 manat olan daşınmaz əmlakını, yəni, Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221,1 kv.metr olan fər di yaşayış evini müvəqqəti olaraq Cavabdeh3 adna veriləcək etibarbamə vasitəsilə onun sərancamına versin. Lakin sonradan, yəni 2021-ci ildə məlum olmuşdur ki, Cavabdeh3 yaşlı, savadsız və həmin zaman ağır xəstəlikdən əziyyət çəkən, maddi sıxıntı içində olan Səmayə Nəsirovanı aldadaraq etibarnamə alacağı adı ilə notariusa aparıb (apazdırıb) orada Səmayə Nəsirovaya yalançı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni imzalatdırmışdır. Bu məqsədlə alqı-satqı müqaviləsinin bağlanmasından bir gün əvvəl, yəni 25 aprel 2019-cu il tarixdə Cavabdeh3 hətta öz oğlu Cavabdeh2 Lənkəran rayonu 1 saylı notariat ofisində müvafiq etibarnamə vermiş və həmin Cavabdeh2 sabahısı günü - 26 aprel 2019-cu il tarixdə anası X25 ilə yalançı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni Lənkəran rayonu 1 saylı notariat of isinin xüsusi notariusu X5 yanında bağlamışdır. Bundan sonra, 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə, X15 həmin vaxt Rusiya Federasiyasında yaşayan lakin, Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanındakı fərdi yaşayış evində daimi qeydiyyatda olan oğlu Nümayəndə1 aylıq faiz ödənişi qismində hər növbəti ay üçün 45.450 Rus Rublu miqdarında, o zamankı valyuta məzənnəsinə əsasən 1.200 (bir min iki yüz) manat pul vəsaitini “Zolotaya Korona” və “Wester Union” sürətli pul köçürmələri sistemləri vasitəsilə göndərmiş və Cavabdeh2 həmin məbləğləri mütəmadi olaraq yerli bankdan götürmüşdür. Borcun əsas məbləğinin ödənilməsi isə bir ilin sonunda nəzərdə tutulurdu. Ümumilikdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək müddətdə Nümayəndə1 tərəfin dən Cavabdeh2 409.050 (dörd yüz doqquz min əlli) Rus Rublu, o vaxtkı məzənnə ilə 10.800 (on min səkkiz yüz) manat miqdarında pul vəsaiti göndərilmiş və Cavabdeh2 tərəfindən yerli bankdan götürülmüşdür. Lakin 2019-cu ilin sonlarında, 2020-ci ilin əvvəllərində “COVİD-19” pandemiyası səbəbindən Nümayəndə1 tərəfindən borc pul üzrə aylıq faiz məbləğlərinin ödənilməsində problem yaranmış və ödənişlər bir neçə ay yubanmışdır. Bunu görən Cavabdeh2 onlardan tələb etmişdir ki, ona birdəfəlik 50.000 manat ödəsinlər. Sonra bu işə özünü onun atası kimi təqdim edən Bəşir Hacıyev adlı şəxs qarışaraq onlara demişdir ki, onların ağır vəziyyətini nəzərə alaraq əvvəlki ödənişlərdən əlavə onlardan 40.000 manat alacaqdır. Həmin pulu isə onlara onun tanışı olan başqa şəxs faizli borc şəklində verə biləcək və an ası bundan ötrü həmin şəxsin adına da müvafiq etibarnamə verməli olacaqdır. Beləliklə onların qohumu Cavabdeh3 da yalnız etibarnamə olduğuna onları inandırmaqla, əslində Bəşir Hacıyev və Cavabdeh2 planlaşdırmışdılar ki, evi istədikləri adama sataraq böyük və qanunsuz qazanc əldə etsinlər. Həmin söhbətlərdən artıq çox müddət keçdikdən sonra, yalnız 2021-ci ildə artıq anaları Səmayə Nəsirova həmin şəxslərin qanunsuz hərəkətlərinə dözməyərək 2020-ci ilin noyabr ayında vəfat edəndən bir neçə ay sonra onlara məlum olmuşdur ki, Cavabdeh3 əvvəlcə onlarınnı Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvanında yerləşən evlərini içindəki qızıl-zinət əşyaları və digər qiymətli əşyaları ilə birlikdə Səmayə Nəsirovaya imzalatdırılmaqla yalançı “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ni bağlaması yolu ilə öz adına mülk kimi keçirmiş, daha sonra isə 11 iyun 2020-ci il tarixdə özünün etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən vəkil Cavabdeh4 vasitəsilə başqa bir şəxsə satmışdır. Onlarda olan məlumata görə evlərinin içində olmuş qızıl-zinət və digər qiymətli əşyalarını isə Cavabdeh4 naməlum yerdə yerləşdirmişdir. Yalnız bir neçə aydan sonra 2020-ci ilin sonlarında öyrənə bilmişlər ki, içindəki qızıl-zinət və digər qiymətli əşyaları ilə birlikdə ən azından 300.000 manat dəyərində olan evləri vətəndaş X24 təxminən 50.000 manata satılmışdır. Beləliklə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Hacıyev Bəşir oğlundan ibarət bir qrup şəxs, anaları X31 və Nümayəndə1 etibarlarından sui-istifadə etməklə, borc müqaviləsini pərdələmək məqsədi ilə onun əvəzinə “müəyyən müddət üçün” yalançı “Daşınmaz əm lakın alqı-satqı müqaviləsi”ni bağlamaqla, aylıq alaraq 1.200 manat, 9 ay ərzində 10.800 manat əlavə pul almaqla kifayətlənməyərək, ağına-bozuna baxmadan içindəki bahalı qızıl-zinət və digər əşyalarla birlikdə ümumi dəyəri 300.000 manat olan evlərini tamamilə başqa şəxsə qanunsuz olaraq 50.000 manata satmaqla və həmin pulu da mənimsəməklə, nəticə etibarı ilə 30.000 manat qanunsuz qazanc əldə etmişlər, onlara isə ümumilikdə təxminən 280.000 manat məbləğində maddi ziyan vurmuşlar.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2018-ci ildə X10 qəbul olunması ilə əlaqədar olaraq Lənkəran şəhərində kirayə ev axtarmışdır. X15 otaq kiryə verdiyini bildikdən sonra, onun yaşadığı Lənkəran şəhəri, V.Hüseynov küçəsi, ev 17 ünvana getmiş və Səmayə xan ımla onun evinin bir otağında kirayə qalması barədə razılığa gəlmişdir. 2018-ci ildən 2020-ci ilin mart ayına qədər orada qalmışdır. Onun qaldığı otaqda bir çarpayı döşəmədə xalça olmuşdur. Evin zalında isə kondinsoner, soyuducu, iri çil-çıraq, döşəmədə xalça, pəncərədə miz, divan, pəncərədə pərdə və jalüz, mətbəxdə künclük divan var idi. Xala qiymətli əşyalarını öz otağında, qab-qacağı isə evin mansarında saxlayırdı. Xalanın barmağında qədimi üzük, boynunda isə sep var idi. X25 vəfat edən zaman pandemiya əlaqədar orada yaşamamış, orada olan əmlakları kimlər apardığından məlumatı olmamışdır. Sonradan evin satılması ilə əlaqədar orada olan və özünə məxsus əmlakları aparmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında həmin iş üzrə şahid qismində dindirilmiş X6 da, şahid X7 ifadəsinə ox şar məzmunlu ifadə vermişdir.
14. Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mübahisə predmeti olan müqavilənin tərəflərin həqiqi iradəsini ifadə etməməsi ilə bağlı irəli sürdüyü halları sübut edə bilməmişdir. Belə ki, sübutların tədqiqi zamanı iddiaçı qeyd edilən müqavilənin borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
16. Məhkəmə onu da qeyd etmişdir ki, əgər tərəflərin həqiqi niyyəti borc müqaviləsi bağlamaq olmuşdursa, onlar notariusda sərbəst şəkildə iradələrini ifadə edib borc müqaviləsi bağlaya bilərdilər.
17. Məhkəmə tərəfindən həmçinin, Səmayə Nəsirova ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin 26 oktyabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsasın müəyyən edilmədiyi qeyd olunmuşdur.
18. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisəli fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 manat pulun alınaraq onlara ödənilməsini tələb etsələr də, həmin əmlakların mövcud olması və cavabdehlər tərəfindən talanmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçıların təşəbbüsü ilə dindirilmiş şahidlər X12 və X6 həmin əmlaklardan cüzi bir qisminin evdə olmasını təsdiq etsələr də həmin əmlakların kimlər tərə findən aparılması barədə məlumatları olmadığını bildirmişlər.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 324.2, 337.1, 389.1, 389.2, 405, 406.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 77.1, 78.1, 88, 89.1, 89.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İkinci iş üzrə:
20. İddiaçılar X25 (hüquqi varisi X9r) və Nümayəndə1 cavabdehlər Cavabdeh3 və X24 qarşı “evin alqı-satqı müqaviləsinin eitbarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə 23 oktyabr 2020-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 11 iyun 2020-ci il tarixdə Cavabdeh3 ilə X30 arasında bağlanmış ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 221,1 kv.metr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səmayə Nəsirova xəstəliyinə görə pul lazım olduğundan 2019-cu ildə gediş-gəliş etdiyi, yaxın münasibətdə olduğu Cavabdeh3 30.000 (otuz min) manat pul borc almış və bildirmişdir ki, həmin pulu bir il ərzində ona qaytaracaq. Bu danışıqdan sonra dəyəri 150.000 manat olan evinə dair cavabdehə etibarnamə verərək, ondan isə 30.000 (otuz min) manat pul alaraq Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd şəhərinə müalicə almağa getmişdir. Yaşadıqları yerdə borc aldığı pulla müalicə almış, Elşad isə işləyir, Mahirənin pulunu hissə-hissə göndərirdi. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işləyib pulu Mahirəyə göndərə bilməmişdir. Bununla bağlı Mahirə xanımla telefonla danışmışlar. Bu qıs a müddət ərzində cavabdeh onlardan xəbərsiz evə dair əvvəlcə oğlu Cavabdeh2 etibarnamə vermiş, sonra həmin etibarnamə ilə evi öz adına rəsmiləşdirmiş, daha sonra isə hal-hazırda sonuncu şəxsə, yəni X24 50.000 (əlli min) manata, onun bütün əşyaları ilə birlikdə satmışdır. Bundan da faciəlisi odur ki, evi bütün əşyaları ilə satmışdır. Nümayəndə1 həmin evdə qeydiyyatda olduğu halda, onun imzası olmadan Lənkəran şəhər 1 saylı notariat ofisi bu alqı-satqını həyata keçirmişdir. Evin qiyməti əslində 150.000 manat olduğu təqdirdə, cavabdeh hansı haqla yeganə öz şəxsi mənafeyi naminə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinə ərizə ilə müraciət etmiş və ona bəlli olmuşdur ki, cavabdeh etibarından sui-istifadə edərək evini özgəninkiləşdirmişdir. Həmin ev qısa müddət ərzində iki dəfə alqı-sa tqı olunmuşdur.
22. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçılardan X25 20 noyabr 2020-ci il tarixdə ölərək sıradan çıxdığından, hüquqi varisi kimi onun qızı olan İddiaçı ilə əvəz edilmişdir.
23. Birinci instansiya məhkəməsində iddiaçı X15 hüquqi varisi və eyni zamanda digər iddiaçı Nümayəndə1 nümayəndəsi İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir.
24. Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mübahisə predmeti olan müqavilənin tərəflərin həqiqi iradəsini ifadə etməməsi ilə bağlı irəli sürdüyü hal ları sübut edə bilməmişdir. Belə ki, sübutların tədqiqi zamanı iddiaçı qeyd edilən müqavilənin borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
26. Məhkəmə onu da qeyd etmişdir ki, əgər tərəflərin həqiqi niyyəti borc müqaviləsi bağlamaq olmuşdursa, onlar notariusda sərbəst şəkildə iradələrini ifadə edib borc müqaviləsi bağlamaqla həmin borcun təminatı olaraq mübahisəli əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Lakin 26 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Səmayə Nəsirova mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə Cavabdeh3 satmış, 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh3 mülkiyyətində olan həmin fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə vicdanlı alıcı X2.
27. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, qeyd edilən müqavilə üzrə tərəflər Cavabdeh3 və X30 olduğundan iddiaçılar həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışlar.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 146, 324.2, 389.1, 389.2, 405, 406.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 78.1, 107, 124.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
29. Həm birinci, həm də ikinci iş üzrə qətnamələrdən iddiaçı Nümayəndə1, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüq uqi varisi İddiaçı, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
30. İddiaçı Nümayəndə1, eyni zamanda sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı birgə apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna, işin faktiki halları ilə uyğunlaşmadığına görə ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, anaları X25 uzun müddət ağır xəstəlikdən əziyyət çəkmiş və 20 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. X25 və Nümayəndə 1 mübahisəli evdə, yəni ünvan 7 ünvanında yaşamışlar. Anaları xəstə olmaqla savadsız olmuş, yazı-pozu bilməmişdir. Nümayəndə1 isə Rusiya Federasiyasına işləmək üçün getmişdir. X25 xəstəlikdən müalicə olunmaq üçün tanışı Cavabdeh3 borc pul istəmiş, sonuncu ilə şifahi razılaşaraq qərara gəlmişlər ki, mülkiyyətində olan mübahisəli evi notariat orqanlarında girov qoymaqla borc pul müaqviləsi imzalansın. Lakin, Cavabdeh3 X1 və ağır xəstə olmasından sui-istifadə edərək onu aldatmış, borc pul müqaviləsi bağlamaq əvəzinə, ondan etibarnamə almış və sonda mülkiyyətində olan mübahisəli evi özgəninkiləşdirilmişdir. X21 cəmi 30 min manat pul vermişdir. Halbuki evin dəyəri 150.000 manatdır. Məhkəmədə bu barədə verdikləri izahatları təhrif edilmişdir. Bundan əlavə, analarının aldığı 30 min manat puldan x eyli məbləğdə borc pul Nümayəndə1 tərəfindən hələ analarının sağlığında Cavabdeh3 ödənilmişdir. Cavabdeh3 analarının ağır vəziyyətindən istifadə etmiş, eyni zamanda onların xəbəri olmadan qanunsuz olaraq satmışdır. İşə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozaraq, iddianın təmin edilməməsi barədə məlum qətnaməni çıxartmışdır.
31. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti, birgə iddiaçılar İddiaçı və Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və X24 qarşı “daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin eitbarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Lənkəran rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Şəhər Ərazi İdarəsinin rəisinə ünvanlandırdığı 10 iyun 2021-ci il tarixli, 1455 saylı məktubda digər məsələlərlə bərabər, həmçinin göstərilmişdir ki, 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X15 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı, Nümayəndə1, Novruzova (Novruzsoy) Təranə Ələkbər qızı, X17 miras qoyanın qanun üzrə vərəsələridir. Həmin dövrdə və hazırki vaxtda da, Ru siya Federasiyasında müvəqqəti yaşayır və COVİD-19 koronavirus xəstəliyinin yayılması səbəbindən baş verən pandemiya üzrə karantin tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasına qayıda bilmədiyindən, yuxarıda göstərilən məhkəmə işinin mahiyyəti, gedişatı və nəticələrindən zamanında məlumatı olmamışdır.
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-22/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı əsasında hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
33. Apellyasiya məhkəməsinin iclasında iddiaçı, eyni zamanda digər iddiaçı Nümayəndə1 nümayəndəsi, həmçinin iş materiallarına barləşdirilmiş digər mülki iş üzrə sıradan çıxmış X15 hüquqi varisi İddiaçı hir iki mülki iş üzrə verilən apellyasiya şikayətlərini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəl i evi ikinci əldən alan X32 anasının uzaqdan qohumudur və onların problemlərindən məlumatlı olmuşdur. Hətta evi almağa baxmaq üçün gedərkən qonşular onun qabağını kəsmiş, evin başqa bir Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmişlər. Buna baxmayaraq Mayis Səfərov evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməmişdir. Alqı-satqıdan sonra qardaşı Elşad Mayislə telefonla danışmış, evin geri qaytarılmasını xahiş etmiş, əvəzində Mayis 70.000 manat pul istəmişdir.
34. Apellyasiya məhkəməsinin iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, izahatında bildirmişdir ki, Mahirə Orucova pandemiya şəraitində anası və qardaşının Rusiyadan gələ bilmədikl ərindən istifadə edərək digər cavabdehlərlə birlikdə mübahisəli evi təcili satışa çıxarmış, evdəki əşyaları çıxartdıraraq evi boşaltdırmışdır. Hətta qonşular bildirirdilər ki, əşyaları evdən çölə çıxarıb kim istəyirsə, verirlərmiş.
35. Apellyasiya apellyasiya məhkəməsinin iclasında Cavabdeh4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçıların mərhum anası ona təcili pul lazım olduğu üçün evini girova qoyub pul götürmək istəyib. Sonra bankda işləyən Rüfət Mahirəyə bildirib ki, belə bir məsələ var. Pul təcili lazım olduğu üçün Mahirə pulu verməyi öhdəsinə götürüb və aralarına alqı-satqı həyata keçirilib. Alqı-satqı müqaviləsi bütün prosedurları keçib və qanunun tələbinə uyğun həyata keçirilib Sonra mənzilin satılmasını Cavabdeh3 ona tapşıraraq, adına etibarnamə vermişdir. Mənzilin Mayis Şərifova satılmsı proseduru ilə tam tanışdır. Mahirə evi təcili satmaq istəyirdi. Həmin vaxt Mayis evi almaq üçün ona müraciət etmişdi və evə baxması üçün evin açarını Maisə vermişdir. Həmin vaxt qonşular Mayisin qabağını kəsmiş və ona demişdilər ki, bu ev Səmayənin evidir. Həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini, lakin problem yaranmayacağını bildirmişdir. Belə ki, Mayis evə gedəndə qonşular qabağını kəsdiyi üçün, Mayis ona zəng vuraraq məsələni soruşmuşdur. Mayisə izah etmişdir ki, müəyyən şikayətlər var, lakin problem yaranmayacaq.
36. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tal e Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2018-ci ildə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay üzrə mərhum X15 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.met r ümumi sahədən ibarət fərdi yaşayış evinə dair X25 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək, iddia qalan hissədə təmin edilməmiş; iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1 və sıradan çıxmış digər iddiaçı X15 hüquqi varisi İddiaçı tərəfindən birgə, işdə iştirak et məyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, mübahisəli ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X30 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X20 adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq X24 ödənilməsi qət edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mərhum Səmayə Nəsirovanın mübahisəli fərdi yaşayış evini satmaq niyyətinin olması, bununla bağlı elan verməsi, Bakı şəhərində qeydiyyatda olmaqla daimi əsaslarla yaşayan Cavabdeh3 isə Lənkəran şəhərindən ev almaq istəyinin olması, tərəflərin məhz ev alqısatqısı ilə bağlı bir-birini tanımaları iş materialları ilə müəyyən olunmur. Qeyd olunan halların mövcudluğu tərəflərin hə qiqi iradə ifadələrinin mübahisəli evin alqı-satqısına yönəlik deyil, Cavabdeh3 tərəfindən Səmayə Nəsirovaya faizlə borca verilən pulun təminatı olaraq evin girov predmeti kimi çıxış etməsinə yönəlik olmasının birbaşa sübutudur.
38. Alqı-satqıdan sonra müqavilədə nəzərdə tutulduğu kimi 26 aprel 2019-cu ildə evin satıcı tərəfindən alıcının faktiki sahibliyinə verilməməsi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmaması və bununla bağlı alıcı tərəfindən hər hansı bir tələbin irəli sürülməməsi, sonrakı mərhələlərdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə satıcının oğlu tərəfindən faiz məbləği olaraq Rusiyadan “Zolotaya Korona” və “Vestern Union” pul köçürmə sistemləri üzərindən alıcının tapşırığı əsasında hərəkət edən vəkalətli nüma yəndəsi Cavabdeh2 adına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi, Nümayəndə1 tərəfindən pul göndərilməsinin dayandırıldığı 2021-ci ilin əvvəllərinədək tərəflər arasında hər-hansı bir mübahisənin yaranmaması, tərəflərin iradə ifadələrinin mübahisəli fərdi yaşayış evinin alqı-satqısına yönəlik olmamasının əlavə sübutlarıdır.
39. Məhkəmə kollegiyası işin müəyyən olunan faktiki hallarını qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlmişdir ki, satıcı X25 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” yalan əqd olmaqla, əhəmiyyətsizdir.
40. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yə ni alıcı olaraq Cavabdeh3 və satıcı olaraq Səmayə Nəsirovanın həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilərək, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması müəyyən olunur.
41. Apellyasiya şikayətinin dəlillərini mübahisəli fərdi yaşayış evində talananadək olmuş və siyahısı təqdim edilmiş əşyaların, yaxud onların dəyəri qismində 64.472 (altmış dörd min dörd yüz yetmiş iki) manat pulun cavabdehlərdən tutulmasının təmin olunmaması hissədə tədqiq edən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə tələb olunan əşyaların mövcudluğuna dair sübutlar verilmədiyindən, talanmasında isə təqsirli şəxslər müəyyən olunmadığından, iddia həmin hissədə təmin oluna bilməz. Bununla yanaşı talanma faktına hüquqi qiymət verilməsindən ötrü xüs usi qərardad çıxarılaraq prokurora məlumat verilməlidir.
42. Birləşdirilmiş digər mülki iş üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, X24 münasibətdə əqdin etibarsız hesab edilməsi məsələsində alıcı olaraq sonuncunun vicdanla hərəkət etməsi, hüquqdan sui-istifadə halına yol verib-verməməsi prizmasından yanaşılmalıdır.
43. Belə ki, qeyd olunan hissədə işin müəyyən olunan faktiki halları ondan ibarət olmuşdur ki, alıcı kimi X30 mübahisəli evi almamışdan əvvəl problemli olduğunu bilmiş, konkret olaraq evə baxmağa gedərkən qonşular onun qabağını kəsərək evin Səmayə Nəsirovaya məxsus olduğunu, evlə bağlı övladlarının şikayətlərinin olduğunu bildirmişlər. O, isə öz növbəsində baxmaq üçün evin açarlarını ona vermiş satıcı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 zəng edərək baş verənləri söyləmiş, sonuncu belə bir halların olduğunu təsdiq etmiş, lakin problem yaranmayacağına onu əmin etmişdir. Mübahisəli evin əvvəlki sahiblərinin şikayətçi olduqlarını bilə-bilə, evin real bazar dəyərindən 2 dəfə aşağı qiymətə alan alıcının vicdanlı alıcı kimi qəbul edilməsi yolverilməzdir. Alıcı olaraq Mayis Şərifovun mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətlərinin olması, həmin ailənin problemlərindən məlumatsız olmaması isə onun davranışlarının vicdanlı olmasını əlavə olaraq şübhə altına alır.
44. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva e dən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə alıcı Mayis Şərifovun qohumluq münasibətlərinin olması, evi ona satan yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında mübahisənin mövcudluğundan məlumatlı olması və mübahisənin mövcudluğunu bilə-bilə evin real bazar dəyərindən 2 dəfəyə yaxın aşağı qiymətə alması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alqı-satqı müqa viləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşımalıdır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş halları isə əqdin legitimsizliyi barədə şübhələrin olmamasını söyləməyə, alıcının isə vicdanlı alıcı qismində qəbul olunmasına əsas vermir.
46. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 16,1, 152.1, 182.1, 324, 337, 340, 404, 421.1, 421.2, 425.1, 560, 668.1, 668.1.1, 777.1, 777.2, 782.2-ci, eləcə də Mülki Prosessual Məcəllənin 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
47. Eyni zamanda həmin iş üzrə cavadbdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad çıxarılaraq Lənkəran rayon prokurorluğuna göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
48. Qətnamədən üçüncü şəxs X30 (vəkil Qanuni nümayəndə) və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
49. Üçüncü şəxs Mayis Şərifov (vəkil Qanuni nümayəndə) kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
50. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən formal mülahizələrə əsaslanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində onun evin köhnə mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətləri olmas ına istinad etsə də, iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur.
51. İstər birinci instansiya məhkəməsində istər apellyasiya məhkəməsində o, izahat verərəkən bildirdir ki, o, sözügedən fərdi yaşayış evini alan zaman ona bildirilmişdir ki, evlə bağlı heç bir problem yoxdur və ərazi idarəsinə edilən müraciətin cavabında qeyd olunur ki, evə dair sənədlər tam qanunidir. Ondan sonra o, həmin fərdi yaşayış evini mülkiyyətçi X13 notarial qaydada alqı-satqı əsasında almışdır. Onun evin köhnə mülkiyyətçisi ilə heç bir qohumluq münasibəti yoxdur və iş materiallarında bu halı sübut edəcək bir dəlil yoxdur. Şirvan Apellyasiya Məhkəməsinin hansı səbəbdən bu qənaətə gəldiyi onlara hələdə məchul olaraq qalır. Buradan aydın olur ki, məhkəmə qətnamə qəbul edən zaman formal mülahizələrə əsaslan mışdır.
52. Digər tərəfdən məhkəmə evin real bazar qiymətindən aşağı qiymətə alınması məsələsinə toxunaraq baş tutmuş əqdin legitimsizliyi barədə şübhələrin olması məsələsinə toxunur. Mülki qanunvericilikdə müqavilə azadlığını nəzərdə tutan bir anlayış mövcuddur. Bu normada qeyd olunur ki, əqdin tərəfləri öz iradələri ilə qanuna zidd olmayan müqavilələr bağlaya bilərlər. Alqı-satqı olmamışdan öncə ənlakın mülkiyyətçisi əmlakına münasib gördüyü qiyməti bildirmişdir və o, da bununla razılaşmışdır. Onunla köhnə mülkiyyətçi arasında bağlanan müqavilə tam qanuni və notarial qaydada təsdiq olmuşdur.
53. Həmçinin, alqı-satqı müqaviləsi bağlanana kimi onun evlə bağlı hər hansı mübahisənin olmasından məlumatı olmamışdır ki, bu səbəbdən də məhkəmə onu vicdanlı alıcı kimi tanımalı idi. Eləcə də, onun vicdanlı alıcı olmaması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür ki, iddiaçı isə bu halı sübut edə bilməmişdir.
54. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
55. Kassasiya şikayətində maddi və prosessual hüquq normaları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin, habelə Konstitusiya məhkəməsinin qərarları sadalansa da, maddi və prosessual hüquq normalarinin pozulmasinin nədən ibarət olmasi göstərilməmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri:
56. Cavabdehlər və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə qarşı iddiaçılar və həmçinin işdə iştirak etmə yə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan digər şəxs Maraqlı şəxs yazılı etiraz verərək, kassasiya şikayətlərinin dəlillərinin əsassız olmasını qeyd edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
57. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
58. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
59. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
60. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər h ansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
61. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
63. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
64. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
65. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə ə qd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
66. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
67. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
68. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
69. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
70. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
71. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
79. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyas ı məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
83. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
84. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi birinci iş üzrə apellyasiya şikayətlərini qismən təmin edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianı qismən təmin edərkən, yəni mərhum X15 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni etibarsız hesab edərək, həmin müqavil ə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına 30 aprel 2019-cu il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışı ləğv edərkən, habelə iddia qalan hissədə təmin etməmək barədə nəticəyə gələrkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, ikinci iş üzrə apellyasiya şikayətlərini təmin edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianı təmin edərkən, yəni mübahisəli ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyin atlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh3 ilə X30 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ni etibarsız hesab edərək, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Mayis Şərifovun adına 02 iyul 2020-ci il tarixdə verilmiş **********6210302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq Mayis Şərifova ödənilməsi barədə nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
85. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs X30 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməməklə, qətnamə onlara aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Apellyasiya instansiya məhkəməsi mərhum X15 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə hesab etmişdir ki, mərhum Səmayə Nəsirovanın mübahisəli fərdi yaşayış evini satmaq niyyətinin olması, bununla bağlı elan verməsi, Bakı şəhərində qeydiyyatda olmaqla daimi əsaslarla yaşayan Cavabdeh3 isə Lənkəran şəhərindən ev almaq istəyinin olması, tərəflərin məhz ev alqı-satqısı ilə bağlı bir-birini tanımaları iş materialları ilə müəyyən olunmur. Qeyd olunan halların mövcudluğu tərəflərin həqiqi iradə ifadələrinin mübahisəli evin alqı-satqısına yönəlik deyil, Cavabdeh3 tərəfindən Səmayə Nəsirovaya faizlə borca verilən pulun təminatı olaraq evin girov predmeti kimi çıxış etməsinə yönəlik olmasının birbaşa sübutudur. Alqı-satqı dan sonra müqavilədə nəzərdə tutulduğu kimi 26 aprel 2019-cu ildə evin satıcı tərəfindən alıcının faktiki sahibliyinə verilməməsi, 26 may 2019-cu il tarixinədək isə həmin ünvandan qeydiyyatdan çıxmaması və bununla bağlı alıcı tərəfindən hər hansı bir tələbin irəli sürülməməsi, sonrakı mərhələlərdə 2019-cu ilin may ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə satıcının oğlu tərəfindən faiz məbləği olaraq Rusiyadan “Zolotaya Korona” və “Vestern Union” pul köçürmə sistemləri üzərindən alıcının tapşırığı əsasında hərəkət edən vəkalətli nümayəndəsi Cavabdeh2 adına müxtəlif məbləğlərdə pul vəsaitlərinin göndərilməsi və sonuncu tərəfindən qəbul edilməsi, Nümayəndə1 tərəfindən pul göndərilməsinin dayandırıldığı 2021-ci ilin əvvəllərinədək tərəflər arasında hər-hansı bir mübahisəni n yaranmaması, tərəflərin iradə ifadələrinin mübahisəli fərdi yaşayış evinin alqı-satqısına yönəlik olmamasının əlavə sübutlarıdır. Odur ki, satıcı X25 ilə alıcı Cavabdeh3 arasında 26 aprel 2019-cu ildə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” yalan əqd olmaqla, əhəmiyyətsizdir.
87. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətində maddi və prosessual hüquq normaları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin, habelə Konstitusiya məhkəməsinin qərarları sadalansa da, maddi və prosessual hüquq normalarinin pozulmasinin nədən ibarət olmasi göstərilməmişdir. Kassasiya şikayətində sadalanan maddi və prosessual hüquq normalarına münasibətdə hüquqi məsələlərə apellyasiya instansiyası mə hkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, mərhum X15 xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu m üvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin, Səmayə Nəsirova ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № ******* saylı 26 aprel 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri əsassızdır.
89. Məhkəmə kollegiyası üçüncü şəxs Mayis Şərifov tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə isə aşağıdakiləri qeyd edir:
90. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə iddia tələbini təmin edərkən, İddiaçı və Cavabdeh4 izahatlarını əsas götürərək hesab etmişdir ki, alıcı kimi X30 mübahisəli evi almamışdan əvvəl problemli olduğunu bilmiş, konkret olaraq evə baxmağa gedərkən qonşular onun qabağını kəsərək evin Səmayə Nəsirovaya məxsus olduğunu, evlə bağlı övladlarının şikayətlərinin olduğunu bildirmişlər. Mayis Səfərov isə öz növbəsində baxmaq üçün evin açarlarını ona vermiş satıcı Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 zəng edərək baş verənləri söyləmiş, sonuncu belə bir halların olduğunu təsdiq etmiş, lakin problem yaranmayacağına onu əmin etmişdir. Mübahisəli evin əvvəlki sahiblərinin şikayətçi olduqlarını bilə-bilə, evin real bazar dəyərindən 2 dəfə aşağı qiymətə alan alıcının vicdanlı alıcı kimi qəbul edilməsi yolverilməzdir. Alıcı olaraq Mayis Şərifovun mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Səmayə Nəsirova ilə qohumluq münasibətlərinin olması, həmin ailənin problemlərindən məlumatsız olmaması isə onun davranışlarının vicdanlı olmasını əlavə olaraq şübhə altına alır.
91. Məhkəmə kollegiyası apellyasiya i nstansiyası məhkəməsinin Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticələrinin ləğv edilməsinə münasibətdə gəldiyi həmin nəticə ilə aşağıda qeyd olunanlara əsasən razılaşmır:
92. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 221,1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin alğı-satqısı barədə Cavabdeh3 ilə Mayis Şərifov arasında 11 iyun 2020-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində satıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır.
93. Bu halda, alıcı olaraq Mayis Şərifovun həmin fərdi yaşayış evinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən olunmuşdur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
94. Bu halda qanunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qoruma altına alır. Vicdanlı əldə edən o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddia ları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x x.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.
96. Adı çəkilən qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
97. Məhkəmə kollegiyası habelə qeyd edir ki, “X8 şikayəti ilə əlaqədar Azə rbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.
98. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiya məhkəməsi, mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə alıcı Mayis Şərifovun qohumluq münasibətlərinin olması, evi ona satan yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında müba hisənin mövcudluğundan məlumatlı olması və mübahisənin mövcudluğunu bilə-bilə evin real bazar dəyərindən 2 dəfəyə yaxın aşağı qiymətə alması, alıcı ilə satıcı arasında daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi bağlananadək formalaşan münasibətlər olaraq, hazırki mübahisənin həlli zamanı xüsusi önəm daşıması, bu halların isə əqdin legitimsizliyi barədə şübhələrin olmamasını söyləməyə, alıcının isə vicdanlı alıcı qismində qəbul olunmasına əsas verməməsi barədə nəticəyə gələrkən İddiaçı hazırki qərarın 33-cü paraqrafında qeyd olunmuş izahatına və Cavabdeh4 hazırki qərarın 35-ci paraqrafında qeyd olunmuş izahatına əsaslanmışdır.
99. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinən nəti cə ilə bağlı İddiaçı “mübahisəli evi ikinci əldən alan X22 anasının uzaqdan qohumu olması, onların problemlərindən məlumatlı olması, hətta evi almağa baxmaq üçün gedərkən qonşuların onun qabağını kəsməsi, evin Səmayəyə aid olduğunu, bu evlə bağlı şikayətlərinin olduğunu bildirmələri, buna baxmayaraq Mayis Səfərovun evi ucuz satılır deyə almaq niyyətindən vaz keçməməməsi” barədə izahatına, habelə Cavabdeh4 “Mayisin evi almaq üçün Mahirənin nümayəndəsi kimi ona müraciət etməsi və evə baxması üçün evin açarını Maisə verməsi, həmin vaxt qonşuların Mayisin qabağını kəsmələri və ona bu evin Səmayənin evi olmasını demələri, həmin zaman bu mənzillə bağlı Mayisə problem olduğunu, evin əvvəlki sahibinin övladlarının bu evlə bağlı şikayətlər verdiyini, lakin problem yaranmayacağını bildirməsi” barədə izahatına istinad edilsə də, həmin izahatlarda göstərilənlərin başqa sübutlarla təsdiqlınib-təsdiqlənməməsi yuxarıda göstərilən tələblərə uyğun olaraq yoxlanılmamış, eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı hallar araşdırılaraq düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən adı çəkilən şəxslərin izahatlarında göstərilən halların başqa sübutlarla təsdiqini tapıb-tapmaması araşdırılmamaqla yanaşı, həmin izahatlarda göstərilənlərə üçüncü şəxs X20 münasibəti belə öyrənilməmişdir.
100. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Cavabdeh3 ilə Mayis Şərifov arasında bağlanmış 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin nəticə lərinin ləğv edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.
101. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
102. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanun vericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
103. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, üçüncü şəxs Mayis Şərifovun kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
104. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam v ə obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
105. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq və zifəsini qoyur.
106. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
107. Göründüyü kimi hazırkı iş üzrə üçüncü şəxs Mayis Şərifovun kassasiya şikayətində mübahisələndirilən hissədə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci mad dəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
108. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mayis Şərifov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qətnaməsi sonuncunun kassasiya şikayətində mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
109. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq v ə iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməli, qəbul edilən yekun qərardan asılı olaraq tərəflərə bundan sonraki hərəkətləri ilə bağlı hüquqları izah edilməlidir.
110. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Mübahisə predmeti b arəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X30 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-490/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi “Lənkəran Rayon Məhkəməsinin 2(049)-448/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul etməklə, iddianın təmin edilməsi, Cavabdeh3 ilə X30 arasında bağlanmış AN-İ № ******* saylı 11 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X20 adına 02 iyul 2020-c i il tarixdə verilmiş **********62-10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50.000 (əlli min) manat pulun Cavabdeh3 tutularaq X24 ödənilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.