Məhkəmə qərarları › İş №2(102)-3615/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3615/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3615/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) 17.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)614/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi İşin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borcalana illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 25.300 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9.976,61 manat məbləğində əsas, 845,14 manat məbləğində faiz, 341,08 manat məbləğində cərimə olmaqla, cəmi 11.162,83 manat pul vəsaitinin və ödənilmiş 123,49 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 03 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehin 22 aprel 2024-cü il tarixədək banka 9.976,61 manat əsas borc, 845,14 manat faiz, 1.364,30 manat cərimə olmaqla, cəmi 12.186,05 manat borcu vardır. Həmçinin cavabdeh müqavilə öhdəliklərini pozduğuna görə ona 341,08 manat məbləğdə cərimə hesablanmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)2200/2024 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9.976,61 manat əsas, 845,14 manat faiz, 34 manat cərimə olmaqla, cəmi 10.855,75 manat pul vəsaitinin və ödənilmiş 123,49 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

5. Məhkəmə əsas və faiz borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir.

6. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 34 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385- 386-cı, 442-ci, 445-ci, 448-ci, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı vəsa tət verərək, iddia ərizəsində göstərilmiş məbləğin həddindən artıq şişirdilməsini, borcun iddia ərizəsində göstərilmiş məbləğdən əsaslı dərəcədə aşağı olmasını qeyd etmiş və məhkəmədən bununla əlaqədar məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq vəsatəti rədd etmiş və borclu olduğu məbləğ müvafiq ekspert rəyi ilə dəqiqləşdirilmədiyi halda, müvafiq qətnamə qəbul edərək iddianı qismən (341.08 manat cərimə istisna olmaqla, qalan bütün hissədə) təmin etmişdir. Birinci istansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını əsas tutaraq borc məbləğini ona uyğun müəyyən etmişdir. Halbuki, həmin sənədlər iddiaçı tərəfindən təqdim edildiyindən kifayət qədər mötəbər sayıla bilməz. Məhkəmə işə obyektiv baxaraq iş üzrə məhkəmə-mühasib at ekspertizası təyin etməli idi.

10. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/190 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 9.192,19 manat məbləğində borcu (əsas borc üzrə 8.586,82 manat, faiz borcu üzrə 605,37 manat) yaranmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-614/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan əsas, faiz və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8.586,82 manat məbləğində əsas, 605,37 manat məbləğində faiz olmaqla, cəmi (cərimə borcunun 34 manat olması nəzərə alınmaqla) 9.226,19 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 112,25 manat hissəsi əvəzinin tutulması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, lakin cavabdehdən iddiaçının xeyrinə tutulan əsas və faiz borcunun və buna mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi tutulmalı pul vəsaitinin məbləğini düzgün hesablamamışdır.

13. Məhkə mə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini rəhbər tutaraq, ödənişlərin intensivliyi, məbləği, silinmə istiqamətləri (silinmənin müqavilənin şərtlərinə uyğun aparılıb-aparılmaması da daxil olmaqla) və sair bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb edildiyini nəzərə alaraq, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/190 nömrəli ekspert rəyinə əsasən qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 9.192,19 manat məbləğində borcu (əsas borc üzrə 8.586,82 manat, faiz borcu üzrə 605,37 manat) yaranmış, iş materiallarında yer alan hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstəri lmədiyindən cavabdehə cərimə borcu hesablanmamışdır. Nəticə etibarı ilə cavabdehin həmin kredit müqaviləsi üzrə borcunun olduğu həm iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədləri, həm də ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

14. Bununla belə, məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin bu sahəni tənzimləyən yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə 25.300 manat məbləğində pul vəsaiti kredit qismində verilmişdir. Lakin cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

15. Məhkəmə kollegiyası ekspert rəyini işin halları ilə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul etməli və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı bu rəy əsas götürməklə yaranmış əsas borc 8.586,82 m anat, faiz borcu isə 605,37 manat məbləğində müəyyən edilməlidir. Məhz bu məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə kollegiyası həm də qeyd etmişdir ki, kredit müqaviləsinə iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə kredit müqaviləsində (Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə 5-də) öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb etmişdir.

17. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alaraq, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur.

18. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin (8.586,82 manat əsas + 605,37 manat faiz + 34 manat cərimə = 9.226,19) 9.226,19 manat olmasını nəzərə alıb belə qənaətə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni 112,25 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan (123,49 – 112,25 = 11,24) 11,24 manat hissəsi iddiaçıya aid edilməlidir

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463..1, 465.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 372, 382, 384, 384.0.3, 392, 393 və 402403-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə prosesin vaxtı və yeri barədə düzgün məlumat verilməmişdir. İşdə olan poçt qəbzi və xəbərnamələrdən məlum olur ki, məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Halbuki cavabdeh faktiki olaraq həmin qeydiyyat ünvanında yaşamırdı. İş üzrə əlavə ödənişlərin olması barədə onun əlində sübutlar olmasına baxmayaraq, məhkəmə prosesi barədə məlumatsız olduğu üçün həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir. b) kassasiya şiukayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələnd irildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasınin Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün v ə ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

34. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş m üddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Ma ddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-614/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar