Məhkəmə qərarları › İş №2(102)-3620/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3620/2024

13.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3620/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlu ibarət tərkibdə, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X4rşı “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı nın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda 2 nömrəli xidmət sahəsinə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə 9 saylı Əlavəyə əsasən işçiyə hər ay 403 manat məbləğində əmək haqqı ödənilmişdir. Əlavə edilən 9.5.1. bəndinə əsasən müəyyən edilmişdir ki, işçi qanunvericiliklə müəyyən edil miş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər.

2. İddiaçı Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlil olmuşdur.

3. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ilə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya yaşına çatması ilə əlaqədar, onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi, həmin müqavilənin 9.5.1. bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “araşdırma zamanı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktub və sənədlərdən Sizin xx.xx.2013-cü il tarixindən müəssisədə 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsində çalışdığınız, həmçinin Sizinlə müəssisənin rəhbərliyi arasında bağlanmış müddətsiz əmək müqavilənizə SOCAR**********00070020B00020 saylı, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bütün iş illəri üzrə əmək məzuniyyəti hüququnuzdan istifadə etdiyiniz və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər hansı üzürlü səbəb olmadan iş yerinə getmədiyiniz müəyyən edilmişdir. Belə ki, üzürlü səbəb göstərilmədən işə getmədiyiniz günlər üçün əməkhaqqı hesablanmır və ödənilmir. Məlum edirik ki, Sizin müddətsiz əmək müqavilənizə, əmək müqavilənizin 9-cu paraqrafının 9.5-ci bəndinin (işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda müqaviləyə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər) tələbləri pozularaq xitam verildiyindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə əsasən 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tət biq edilməsi haqqında qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilərək vəzifənizə bərpa olunmağınızla bağlı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun vəzifəli şəxsinə müvafiq məktub ünvanlanmışdır. Müracətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” 5. 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 4 ünvanında yaşayan İddiaçı 2017-ci ildən 23 saylı BŞX-da tibbi qeydiyyatdadır, İİqrup əlildir, əlillik hərbi xidmət zamanı baş nahiyyəsindən aldığı travma ilə əlaqədardır, 23 saylı BŞX-da dispanser qeydiyyatdadır. Xəstəyə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək No 0325820-li xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2021-ci ildən vətəndaşa heç bir xəstəlik vərəqəsi açılmamışdır. Xəstə yalnız xx.xx.2022-ci ildə şəkərli diabetlə əlaqədar ödənişsiz dərman üçün müraciət etmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, barəsində sorğu edilən şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün deyildir. 7.

10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2022-ci i l tarixli “İşçinin əmək qabiliyyətinin olmamasına dair məlumatın təqdim edilməsi barədə” məktuba əsasən son bir ildə İddiaçı adına TƏBİB-in tabeliyində olan müəssisələrdə açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqələrin əhatə etdiyi tarixlər, xəstəlik diaqnozları, vərəqənin açıldığı tibb müəssisələri və vərəqəni açan tibb işçiləri barədə məlumatların, işçinin adına əmək qabiliyyətinin olmamasına dair açılmış vərəqənin olub-olmaması barədə məlumatın verilməsi xahiş edilmiş, həmin sorğuya cavab olaraq bildirilmişdir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əmək qabiliyyətinin olmaması vərəqələrinin elektron qeydiyyatı aparılmadığından araşdırmanın aparılması mümkün olmamışdır. 8. "xxxx" ASC-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2022-ci il tari xli məktubda göstərilmişdir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar sığorta sirri hesab edilir. Bu səbəbdən sığorta olunan İddiaçı haqda tələb olunan məlumatları təqdim edə bilməyəcəklərini bildirmişlər.

9. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, “müraciətdə qeyd olunan "əmrin surəti" və "əmək haqqı barədə" sənəd dedikdə məhz hansı faktiki halla bağlı olan əmrin, əmək haqqı barədə hansı sənədin istənildiyi naməlum qalmaqdadır. Ona görə də qeyd edilən hissə ilə bağlı müraciətiniz qeyri-müəyyən olduğundan dəqiqləşdirilməsinə ehtiyac vardır. Həmin hiss ələri dəqiqləşdirmək üçün əlavə müraciət etməyiniz tövsiyyə olunur. Müraciətinizin əlaqə formu xülasəsində "SOCARın müəssisə və təşkilatlarında işləyirsiniz?" sualına "Bəli" cavabı vermiş olsanız da, sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ən geci xx.xx.2022-ci il tarixindən sizə məlum olmuşdur. Əmək müqavilənizə xitam verilən gün işdə olmadığınız üçün əmək kitabçasını sizə vermək mümkün olmamışdır. Ona görə də sizə təkrarən təklif edirik ki, əmək kitabçanızı zavoddan şəxsən götürəsiniz və ya poçt vasitəsi ilə ünvanınıza göndərilməsinə razılığınızı yazılı surətdə bildirəsiniz”. Həmin məktub iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı rəsmi qaydada çatdırılmışdır.

10. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə İddiaçı pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi ondan xahiş edilmişdir. Poçt qaiməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır.

11. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi İddiaçı təklif edilmişdir.

12. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İ ddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli teleqrama əsasən işə gəlməməsinin səbəbləri barədə məlumatın verilməsinə dair İddiaçı göndərilmiş SOCAR Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. **********30330390X00001 saylı, xx.xx.2022- ci il tarixli məktub ünvana çatdırılmış olsa da, cavab olaraq İddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Məlumatın 5 iş günü müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixli əmrlə xitam verilməsi, bu ba rədə əmək kitabçasında müvafiq qeydlər aparılması bildirilərək, əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə əsasən, bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır. 13. 06.07.2023-cü il tarixli maliyyə arayışına görə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun sabiq işçisi İddiaçı təqaüd yaşına çatması ilə əlaqədar 02 dekabr 2022ci il tarixindən SOCAR**********00070020B00020 nömrəli, 02 dekabr 2022-ci tarixli əmrlə onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində məlum olmayan səbəblər üzündən işdə olmadığına görə ona heç bir əmək haqqı hesablanmamış və ödənilməmişdir. Bununla yanaşı, 2021-ci il dekabr ayının əmək haqqında ona 403 manat məbləğində SOCAR**********00070020A00059 nömrəli, 08 dekabr 2021-ci tarixli əmrlə "Zəfər Günü" münasibəti ilə birdəfəlik xarakterli mükafat ödənişi aparılmışdır. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" 25 avqust 1999-cu il tarixli, 137 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərə alınması müəyyən edilmiş ödənişlərin heç biri İddiaçı münasibətdə mövcud olmamış, nəticədə istifadə olunmamış məzuniyyər günlərinə görə kompensasiyanin ödənilməsinin aparılmas ı mümkün olmamışdır.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara görə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru X5, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xtam verildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(002)-379/2023 saylı qərarının ləğv edilməsi, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, X2 Azerbaycan Respublikası İnzibati Xətalar Məcalləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir.

16. Əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı bir sıra diaqnozlar qoyulmuş və həmin şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə müxtəlif tarixlərdə işdən azad edilmişdir.

17. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində həkimkardioloq yanında müayinədə olmuş, ona "Qeyri-stabil stenokardiya, insulindən asılı şəkərli diabet periferik qan dövranının pozğunluğu ilə aşağı ətraf arteriy alarının emboliya və trombozu, essensial hipertenziya" diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində isə laboratoriya müayinələrindən keçmişdir.

18. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “əmək qabiliyyəti olmaması vərəqələri”nin ödənilməsi barədə məktubda göstərilmişdir ki, 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün təqdim edilən "Əmək qabiliyyəti olmaması vərəqələri”ndə bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu barədə SOCAR**********30330898X00003 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət edilmiş, lakin İddiaçı tərəfindən məktuba cavab verilməmişdir. Uyğunsuzluqlarla bağlı sənədlər və ya yazılı izahat təqdim olunmadığı təqdirdə göstərilən "Əmək qabiliyyəti olmaması vərəqələri" üzrə heç bir ödəniş aparılm ayacaq. Odur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 107838 nömrəli və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən SN00007 seriyalı 104684 nömrəli "Əmək qabiliyyəti olmaması vərəqələrinin əsli İddiaçı geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmri ləğv edib öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət və başqa ödənişlərin hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun işlədiyi Bakı Dərin Özüllər Zavodunda mütəmadi olaraq əmək hüquqlarının pozulması barədə Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Həmin zavodda 2000-ci ildən işləmiş, xx.xx.2023-cü ildə onu qanusuz olaraq işdən azad edilməsi siyasi və milli xarakterli olmuş, onun ikinci qrup Qarabağ müharibəsi əlili olması, Qarabağ döyüşlərində iştirak etməsi cavabdeh təşkilatın direktoru tərəfindən mənfi qarşılanmış və onu işdən azad etmək üçün əlindən gələni etmişdir. Onun üzrsüz səbəbdən iş buraxması böhtan olmuşdur. Cavabdeh təşkilat onun təqdim etdiyi xəstəlik vərəqələrini qəbul etdikdən sonra geri qaytarmışdır. Əslində onunla müddətsiz müqavilə bağlanmış və həmin müqavilənin birtərəfli qaydada əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan İddiaçı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu arasında bağlanmış əmək müqaviləsi, iddiaçının işlədiyi 2013-2022-ci illər ərzində əmək haqqı üzrə şəxsi hesab vərəqəsi, 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış, məzuniyyət əmrləri, arayış və s. sənədlərə əsasən, İddiaçı əmək haqqı hesablanmalı olan dövr üzrə əmək haqqı məbləğləri hesablanmış və ödənilmişdir. İş materiallarında olan 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üçün iş vaxtının uçotu tabelindən çıxarış məlumatlarından göründüyü kimi, qeyd edilən dövr ərzində faktiki işlədiy i gün sayı olmadığından işəgötürən tərəfindən İddiaçı xx.xx.2022- ci il tarixə ödənilməli olan son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərə alınmaqla) məbləği müəyyən edilməmişdir.

22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 162 №-li əmək müqaviləsinə əsasən İddiaçı zavodun 2 №-li xidmət sahəsində 6-cı dərəcəli abadlaşdırma üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 9 saylı əlavə işəgötürən və işçi tərəfindən imzalanmış və imzalandığı gündən qüvvəyə minmişdir. Həmin əlavədə işçinin 65 yaşı tamam olduğu təqdir də bir ay ərzində işəgötürən tərəfindən birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsi haqqında 9.5.1. bəndi qeyd edilmiş və həmin əlavə İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı 65 yaşı tamam olduğu üçün iddiaçının əmək müqaviləsinə həmin əmək müqaviləsinin 9.5.1-ci bəndində nəzərdə tutulmuş hala uyğun olaraq xitam veriləciyi barədə işçiyə xx.xx.2022-ci il tarixli, SOCAR**********30350094X00001 nömrəli bildiriş poçt xidməti vasitəsi ilə təqdim edilmiş, lakin işçi heç bir münasibət bildirməmişdir. İddiaçı 2017-ci ilin 24 may tarixindən başlayaraq 5 avqust 2021-ci il tarixinədək hər iş ili üçün əmək məzuniyyətini götürmüş, həmin əmək məzuniyyətləri dövründə əmək qabiliyyətinin olmaması haqqında vərəqələr təqdim etmişdir. Beləliklə, iddiaçı əmək məzuniyyətinin müddətinin axımının dəfələrlə kəsilməsinə nail olmaqla illər ərzində işə çıxmamışdır. Bu hal iş illəri boyu davam etmiş olsa da, əmək qabiliyyətinin olmaması barədə vərəqələr heç bir halda fasiləsiz olaraq 6 ay müddəti əhatə etməmiş və eyni zamanda İddiaçı tərəfindən bir ildən artıq müddətdə tam əmək qabiliyyətsiz olmasını təsdiq edən sənəd təsdiq olunmamışdır. Daha sonrakı dövrlərdə isə İddiaçı ümumiyyətlə heç bir sənəd təqdim etməmiş, işə gəlməmiş, kuryer vasitəsi ilə ona göndərilən məktubların müxtəlif bəhanələrlə qəbulundan yayınmışdır. Həmişə xəstə olduğunu demiş olsa da, bunu təsdiq edən sənədi təqdim etməmişdir. Buna gorə də işçinin həqiqətən xəstə olmasını, adına əmək qabiliyyətinin olmaması vərəqəsinin açılıb-açılmamasını, reabilitasiya müəssisəsində və digər reabi litasiya subyektlərində müalicə alıb-almamasını müəyyən etmək üçün tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Tibbi Ərazi Bölməsinin X9 Hüquqi Şəxsinin 23 saylı Birləşmiş şəhər xəstəxanasına, Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi PHŞ-yə, "xxxx" ASC-nin Tibbi və Səfər Sığortası Departamentinə müraciətlər edilmiş, həmin orqanlardan əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hallar barədə məlumat alınması mümkün olmamışdır. Əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hallar barədə məlumat verilməsi barədə İddiaçı özünə göndərilmiş xx.xx.2022-cı il tarixli, SOCAR**********30330390X00001 saylı məktuba iddiaçı tərəfindən heç bir cavab verilməmişdir. İşçinin həssas əhali qrupundan olmasını nəzərə a laraq, ona xx.xx.2022-ci il tarixli teleqramla yenidən müraciət olunaraq məlumatların təqdim edilməsi bir daha təklif olunsa da, işçi bu dəfə də heç bir cavab verməmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Həmin gün iddiaçı işdə olmadığı üçün onun əmək kitabçasının şəxsən özünə verilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli bildiriş İddiaçı ünvanına göndərilərək ondan əmək kitabçasını zavoda müraciət edərək götürməsi, buna imkanı olmadığı halda əmək kitabçasının poçt xidməti vasitəsi ilə ünvanına çatdırılmasına razılıq bildirməsi təklif edilmişdir. Onun tərəfindən bu təklifə heç bir münasibət b ildirilməmişdir. Lakin, iddiaçı xx.xx.2022-cı il tarixdə İnsan Hüquqları üzrə Müvəkkilə müraciət etmiş, müraciətində cavabdeh təşkilatın 2021-ci ilin aprel ayından onu işdən qeyri-qanuni uzaqlaşdırdığını, indi isə onu çağırıb ərizə yazıb işdən çıxmasını tələb etdiyini bildirmişdir. İddiaçının uzun müddət işə çıxmaması ilə əlaqədar olaraq ona əmək haqqı hesablanmadığı üçün işdən azad olunarkən son haqqhesabın hesablanması həyata keçirilməmişdir. İddiaçının təqdim etdiyi xəstəlik vərəqələri ilə bağlı qeyd etmişdir ki, həmin vərəqələrin bəziləri iş yerinə təqdim edilməmiş, bəzilərində tarixlər üst-üstə düşmüş, yalnız qanunamüvafiq qaydada təqdim edilmiş bütün vərəqələr üzrə ödənişlər həyata keçirilmişdir. İşdən çıxan tarixə hər hansı məbləğin ödənilməli olmadığı ekspert rəyi ilə də təsdiq edi lmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, **********9 saylı ərizə ilə Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müfəssəl məlumat verərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli şikayət ərizəsinin (əmək qabiliyyətinin olmamasına dair vərəqələrin ödənilməməsinə dair) inzibati orqanın icraatında olduğu bir müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə SOCAR-ın elektron ünvanına müraciət edərək, əmək kitabçasının surətinin, əmrin surətinin və əmək haqqı sənədlərinin ona təqdim edilməsini xahiş etmişdir. Məhz poçtla göndərilməsinə razı olmamış, sənədlərin surətinin təqdim edilməsini istəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-28/2-R-75-1/2023-8 nömrəli məktubla iddiaçıya cavab verərək, ona artıq zavodun işçisi olmadığı üçün əmək kitabçasının surətinin deyil, əmək kitabçasının özünün şəxsən ona verilməsinin və ya yazılı razılıq verəcəyi təqdirdə poçt vasitəsi ilə göndərilməsinin həyata keçiriləcəyi bildirilmişdir. Sifarişli məktub xx.xx.2023-cü ildə poçt vasitəsi ilə iddiaçıya çatdırılmışdır. Məktuba cavab verilməmişdir. İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin maddənin tələbinə gorə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin hallardan biri də bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar kimi müəyyən edilmişdir. Dəfələrlə məlumatın təqdim edilm əsi ilə bağlı edilən müraciətlərə iddiaçı tərəfindən heç bır münasibət bildirilməmiş, laqeydlik nümayiş etdirilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Buna baxmayaraq, X7 Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinə zidd hesab olunmaqla cavabdehin direktoru barəsində inzibati cərimə ilə bağlı qərar qəbul edilmiş, məhkəmə qaydasında mübahisələndirmə nəticə verməmiş və cərimə ödənilmişdir. Bununla yanaşı, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Yəni həmin müddətdən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi məlum olmuşdur. Bunu poçt bildirişi ilə yanaşı, iddiaçının ƏƏSMN-nin yanında Əmək Müfəttişliyinə etdiyi xx.xx.2022-ci il tarixli **********9 saylı ərizə də sübut etmişdir. İddiaçı həmin müraciətdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müfəssəl məlumat verərək, xx.xx.2022-ci il tarixli şikayət ərizəsinin (əmək qabiliyyəti olmamasına dair vərəqələrin ödənilməməsinə dair) inzibatı orqanın icraatında olduğu bir müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmişdir. Beləliklə, iddiaçı inzibati orqanın icraatında şikayət ərizəsi üzrə inzibati icraat aparıldığı dövrdə əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması qənaətinə gəlmiş, Əmək Müfəttişliyini əmək mübahisəsini həll edən orqan kimi qəbul edərək iddia müddətinin axımının kəsildiyi qənaətinə gəlmişdir. Təsadüfi deyildir ki, ilk iddia ərizəsini (məhkə mə tərəfindən geri qaytarılmışdır) DƏMX-nin xx.xx.2023-ci il tarixli, 3-17-5/2-R7154/2023 saylı məktubunu aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə imzalamışdır. Müəyyənləşdirilmiş qaydada iddia ərizəsi isə yalnız xx.xx.2023-cü il tarixdə verilmişdir. Mediasiya sessiyasının həyata keçirildiyi kəsici dövr başlamazdan əvvəl, yəni 06.01,2023cü il tarixdə artıq iddia müddəti başa çatmışdır. Əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı barədə iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Bundan əlavə, iddia tələbinin digər hissəsi, işçiyə xx.xx.2022-ci il tarixədək ödənilməli məbləğlərlə bağlı ekspert rəyi ilə müəyyən edilmişdir ki, işçiyə həmin tarixə qədər hər hansı məbləğ ödənilməli deyildir.

23. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarix li 2(002)48/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia qismən təmin edilmiş, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 2 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməsi və ona 2 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan 50 (əlli) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

24. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə xx.xx.2013-cü ildən cavabdeh Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsində işləmiş, cavabdehin direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin direktoru, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xitam verdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat cərimə edilmişdir. Həmin qərarın qanuniliyi məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-996/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı onun qanuni və əsaslı olduğu təsdiq edilmişdir, həmçinin qüvvədə olan sonuncu məhkəmə aktında cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verməsinin əmək qanunvericiliyinə zidd olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə iclasında tədqiq olunan sübutlara və müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmr ləğv edilməli, İddiaçı öz işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməli və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir.

25. Məhkəmə qeyd olunan tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, iş materiallarına əsasən iddiaçıya yalnız bəzi bildirişlər təqdim edilmiş, həmin bildirişlərdən biri hətta xx.xx.2023-cü ildə təqdim edilmiş, onun işdən azad olunması barədə əmrin surəti və iddia müddətinin axımının başlanması üçün qanunla müəyyən edilmiş sənədlərdən hər hansı biri indiyə kimi təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçının 2-ci qrup əlil, müharibə veteranı, Prezident təqaüdçüsü olmasını və iş materiallarına əsasən onun səhhətinin vəziyyətini, iddia müddətinin tətbiq edilməməsi barədə ərizəsini, işdən azad olunmanın əmək qanunverciliyinə zidd olduğu ilə bağlı X7 Xidmətinin qərarının xx.xx.2023-cü il tarixli, bununla bağlı yekun məhkəmə qərarının xx.xx.2023-cü il tarixli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, qanunvericiliyin tələblərinə əsasən həmin müddət bərpa edilməlidir. Beləliklə, iddia tələbi qismən, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35.1, Əmək Məcəlləsinin 2.3, 12, 15.1, 15.2, 16.1, 83.2, 296.3, 296.4, 296.6, 310-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 217.4-cü maddəl ərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixli, SOCAR**********40050505X00001 nömrəli məktubla iddiaçıya müraciət edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Məktub poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Məhkəmə iddiaçı tərəfindən buraxılmış müddəti əsassız olaraq bərpa etməklə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə ötürülmüş iddia müddətini bərpa etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə təqdim etdiyi halda məhkəmə müddətin bərpasına dair sübutları araşdırmalıdır. Hazırki işdə isə ümumiyətlə iddiaçı tərəfind ən ötürülmüş iddia müddətinin bərpa edilməsinə dair heç bir ərizə və sübut təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə səlahiyyətini aşaraq əsassız olaraq ötürülmüş iddia müddətini iddiaçının müvafiq ərizəsi ve heç bir sübut olmadan bərpa etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-48/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində (Cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 2 dekabr 2022-ci il tarixli, SOCAR**********0007 0020B00020 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət sahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilsin və ona 2 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilsin) ləğv edilməsi, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X4rşı cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğvi, öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia tələbinin təmin edilən hissəsində) ləğv edilməli və həmin hissədə iddia təl əbi rədd edilməlidir.

31. Belə ki, əvvəlcə cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq pensiya yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi məsələsinə beş iş günü ərzində yazılı münasibət bildirməsi üçün xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla əmək qabiliyyətinin müvəqqəti itirilməsi, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçməsi barədə və ya əmək qanunvericiliyi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini qadağan edən digər hallar mövcuddursa, onlar barəsində sənədlərin 10 gün müddətində təqdim edilməsi təklif olunmuş, daha sonra xx.xx.2022-ci il işə gəlməməsinin səbəbləri barədə məlumatın 5 iş günü müddətində təqdim edilməsi sonuncu xəbərdarlıqla təklif olunmuşdur. İddiaçı ona ünvanlanmış bi ldiriş, məktub və teleqrama heç bir münasibət bildirməsə də, bu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına müraciət edərək, onu çağırıb ərizə yazıb işdən çıxmağını tələb etdiklərini göstərmişdir. xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi və Əmək kitabçasının götürülməsi ilə bağlı məsələyə münasibət bildirilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Yəni artıq xx.xx.2022-ci il tarixdə iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə X7 Xidmətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə cavabdeh orqana müraciət edərək, əmək kit abçasının və əmrin surətinin, əmək haqqı sənədlərinin ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı əvvəlcə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ərizəsi ilə mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş və mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh birinci instan siya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi aşkar olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçı hər hansı üzrlü səbəb olmadan iş yerinə getməmişdir, belə olan halda əmək kitabçasının, müvafiq əmrin iddiaçıya fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır, bununla yanaşı əmək kitabçasının götürülməsi məsələsinə münasibət bildirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş iddiaçıya göndərilmiş və xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İddiaçı dərhal xx.xx.2022-ci il tarixdə X7 Xidmətinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı artıq xx.xx.2022-ci il tarixdən məlumatlı olmuş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraci ət etməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi barədə qənaəti yalnış olmuş, yuxarıda istinad edilən hallara əsasən məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, digər tərəfdən məhkəmənin, iddia müddətinin ötürüldüyü qəbul edilsə belə, həmin müddətin bərpa edilməli olması barədə gəldiyi nəticədə əsassız və qanunsuz olmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki. baxılan iş üzrə isə iddiaçı tərəfindən “ötürülmüş müddətin bərpasına dair” ərizə təqdim edilməmiş, belə bir ərizə olmadığı halda məhkəmənin müddətin bərpa edilməli olması barədə nəticəyə gəlməsi yolverilməz olmuşdur.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən hər bir halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçü n qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı olduğundan, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. İddia müddəti ötürüldüyündən, iddianın əsaslılığına qiymət verməyə ehtiyac qalmamışdır.

36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 və 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsinin istinad etmiş olduğu maddi hüquq normaları düzgün deyildir. Belə ki, o xəstəlik vərəqələrini təqdim edərək müvafiq ödənişlərin edilməsini tələb etsə də, cavabdeh təşkilat vərəqələri qəbul etməyərək özünə qaytarmış, bununla bağlı X7 Xidmətinə şikayət etmişdir. Araşdırma ərəfəsində cavabdeh təşkilat yaşamın tamam olmasını əsas gətirərək işdən azad edilməyi barədə əmr vermiş, həmin əmri bu günədək əldə etməmişdir. Həmin əmrlə bağlı X7 Xidmətinə müraciət və paralel olaraq eyni vaxtda məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə almadan iddianı təmin etməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM–ni n 88–ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

41. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə koll egiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

54. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələri n işin faktik hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

55. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)3004/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar