Məhkəmə qərarları › İş №2(102)-3622/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3622/2025

11.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3622/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, tikilinin sökülməsinə görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)443/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. ASC-yə həmin ərazidə yaşayış kompleksinin inşasına i cazə verilmişdir.

2. Qeyd olunan ərazidə Cavabdeh faktiki istifadəsində olan özbaşına tikili yerləşir.

3. X1 29 may 2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 15000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə 15.000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda sonuncuya məxsus özbaşına tikilinin boşaldılaraq, sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, Azərbaycan Re spublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamının icrası məqsədilə id diaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayı ş və qeyriyaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırkı iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə sökülməsi üçün real təkliflər edilmişdir. Sərəncamın icrası ilə bağlı "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Cavabdeh isə hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb e tməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. İddiaçı tərəfindən əldə edilmiş “X2” MMC-nin 29 may 2024-cü il tarixli rəyinə əsasən Cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 15000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Bununla belə, iddiaçının öhdəliyi olmasa belə, humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq iddiaçının hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneçilik yaradır. Bu isə, iddiaçıya işlərin ləngiməsi ilə əlaqəda r külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, Ermənistandan məcburi köçkündür, 35 ildir həmin ünvanda yaşayır, yaşamaq üçün başqa yeri yoxdur. O, iddiaçıdan pul istəmir və veriləcək məbləği mübahisələndirmir. Evlə təmin edilməsini tələb edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2(004)- 3480/2024 nömrəli qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini uzun illərdi qanun suz əsaslarla istifadə etməsi bundan sonra da sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırkı mübahisəyə Mülki Məcəllənin 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir.

9. Məhkəmə iş materiallarında olan foto şəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş 29 may 2024-cü il tarixli qiymətləndirmə rəyini ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab etmişdir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etməmiş, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət vermişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Ermənistan Respublikasından qaçqın kimi 35 ildir 1994-cü il tarixdən bu günə qədər mübahisəli evdə yaşayır və kommunal xərclər onun tərəfindən ödənilir. Yaşamağa onun adına başqa ev yoxdur, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəylə kifay ətlənərək evin hər kv.m-inə görə 300-350 manat hesablamışdır. Cavabdeh tərəfindən Qiymətləndirmə və Consulting Mərkəzindən mütəxəssis rəyi alınmış, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-şərq hissəsində) yerləşən ərazidə M-83 ünvanda yerləşən 18 sentyabr 2024-cü il tarixli bazar dəyəri 116.600 manat hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış, ancaq iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh məhkəmə iclasında evinə görə eyni kvadratda evin ona verilməsini iddiaçıdan tələb etsə də, məhkəmə bu fakta heç bir qiymət verməmişdir. Cavabdeh həmin torpaq sahəsində 10 ildən artıq yaşadığına görə iddiaçı tərəfindən ona 10 faiz əlav ə kompensasiya verməli idi. Lakin məhkəmə tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri kobud surətdə pozulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında alınmış "xxxx" MMC-nin ekspertləri tərəfindən tərtib edilmiş 02 iyul 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabatda Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal-şərq hissəsində) yerləşən ərazidə M-83 ünvanda cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bazar dəyərinin 28.700 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. İddiaçı "xxxx" ASC elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə baxılmasının uzadılmaması, mübahisənin daha tez başa çatması, obyektiv ədalətin bərqərar olması və humanistlik nami nə, qanunsuz tikilinin sökülməsi qarşılığında cavabdehə ödəniləcək kompensasiya məbləğini ekspert rəyində qeyd olunan məbləğdən 5.800 manat daha artıq, yəni 34.500 manat məbləğində ödəməyə razı olduqlarını bildirmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-443/2025 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və A.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2(004)- 3480/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 34.500 manat ödənilməklə, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda yerləşən 53 kv.m sahəsi olan özbaşına tikili boşaldılaraq sökülməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə özbaşına tikilinin boşaldılaraq sökülməsi eyni vaxtda icra olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, özbaşına tikili də olsa, şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin başqa yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzə rə alınmalıdır.

17. Məhkəmə kollegiyası iş üzrə alınmış rəyi, iddiaçının təklif etdiyi kompensasiya məbləğini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən 34.500 manat (ekspert rəyində qeyd olunan məbləğdən 20% əlavə) kompensasiya məbləği ədalətlidir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.2, 164.1, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 220.6, 384.0.2, 385.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-443/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və yaşadığı 53 kv.m. evinin müqabilində iddiaçı tərəfindən təmirli evlə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Torpaqların Dövlət ehtiyacları üçün götürülməsi haqqında” Qanunun 7, 58.2-58.4, 66.1-66.4-cü maddələri tətbiq edilməli olduğu halda, tətbiq edilməmişdir.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəylə kifayətlənərək, evin hər kv.m görə 300-350 manat hesablamışdır. Cavabdehin təqdim etdi yi Qiymətləndirmə və Consulting Mərkəzinin mütəxəssis rəyində həmin mübahisəli evin 18 sentyabr 2024-cü il tarixə bazar dəyəri 116.600 manat müəyyən edilmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsas ən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prins ipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiy mətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müvafiq müddəalarının tətbiqinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, hazırki mübahisə cavabdehin qanuni və ya qanunsuz istifadəsində olan torpaq sahəsinin dövlət ehtiyaclarının alınması ilə bağlı deyildir. Cavabdehin istifadəsində olan mübahisələndirilən tikili – özbaşına tikili olmaqla, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən onun bu tikiliyə münasibətdə hər hansı qanuni gözləntisi ola bilməz.

33. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, bu tikili iqtisadi dəyərə malik olduğundan və cavabdeh uzun müddət orada yaşadığından, tikilinin sökülməsi ilə bağlı ona ədalətli kompensasiya verilməlidir.

34. Hazırki halda da mübahisə məhz bu kompensasiyanın məbləği ilə bağlıdır. 35. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqs ədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

36. İlk olaraq qeyd olunmalıdır ki, cavabdehin eyni sahəli başqa fərdi yaşayış evi ilə təmin olunmasına dair tələbi əsassızdır. Bu səbəbdən ki, onun istifadəsində olan sahə özbaşına tikili olmaqla, bu tələbin maddi h üquqi əsası yoxdur.

37. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin faktiki istifadəsində olan sahənin real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı ətraflı araşdırma aparmış, o cümlədən qiymətləndirmə rəyini almış və qətnaməni alınan rəyə uyğun əsaslandırmışdır.

38. Alınan rəyin əsassız olmasına dair kassasiya şikayətinin dəlili qəbul oluna bilməz. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Hazırkı iş üzrə alınan ekspert rəyi üzrə müəyyən olunan nəticələrin əsassız olmasına dair konkret dəlillər irəli sürümədiyi halda, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

40. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən sökülən tikiliyə münasibətdə təklif olunan pul vəsaiti ədalətli kompensasiya kimi dəyərləndirməklə, maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-443/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar