Məhkəmə qərarları › İş №2(102)-3627/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2024

13.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun a qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2024-cü il tarixli 2(108)111/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı 01 may 2008-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda baş məsləhətçi, sektor müdiri, Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru, Naxçıvan şəhər Əhalinin Sosial Müd afiəsi Mərkəzinin direktoru, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində Maliyyə uçot sektorunun müdiri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində qəbul sektorunda mütəxəssis kimi vəzifələrdə işləmişdir.

2. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2023-cü il tarixli məktubuna əsasən, İddiaçı 2023-cü il 27 oktyabr tarixində, saat 10:30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı keçirdiyi online təlim zamanı X1 qarşı kobud hərəkətlər etmiş, onun barəsində nalayiq ifadələr işlətmişdir. Edilən kobud səhvləri et iraf edərək bu barədə 2023-cü il 27 oktyabr tarixində yazılı izahat vermişdir. Bu izahata əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri X2 2023-cü il 27 oktyabr tarixli, 317-9-1/3-9-150/2023 nömrəli əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair əsaslandırılmış yazılı qərarın verilməsi üçün təqdimat verilmişdir. Təqdimat əsasında göstərilən halların müzakirə edilməsi və müvafiq rəyin verilməsi üçün 2023-cü il 31 oktyabr tarixində, saat 10:00-da Nazirliyin inzibati binasında keçirilmiş iclasa dəvət olunmuşdur. 2023-cü il 31 oktyabr tarixində onun iştirakı ilə iclas keçirilmiş və edilən kobud səhvlərin Fondun işgüzar nüfuzuna xələl gətirməsi, həmçinin əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, təqdimatda göstərilən əsasda əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı rəy verilmişdir. Rəyə əsasən Fond tərəfindən 2023-cü il 31 oktyabr tarixli, 3-17-9-1/3-2168/2023 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrə əsasən, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndunun Şahbuz rayon şöbəsinin qəbul sektorunun mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyinə və Fondun nüfuzuna və qanuni mənafeyinə xələl gətirdiyinə görə onun bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2023-cü il 31 oktyabr tarixindən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar İddiaçı ilə son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsi əmr edilmişdir.

4. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 31 oktyabr 2023-cü il tarixli, 5 nömrəli protokolunun və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 27 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-9-150/2023 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3/-2-168/2023 nömrəli əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əm ək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi uzun müddət ərzində barəsində heç bir intizam tənbeh tədbirinin görülməmişdir. İşdən xaric olunmağının əsas səbəbinin onun Nazirliyin digər əməkdaşları ilə “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı keçirdiyi Online təlim zamanı vətəndaşın qeyriqanuni tələbinə qarşı əsəbləşərək iş həmkarına qarşı istəmədən qeyri-iradi olaraq kobud ifadə işlətməyi olmuşdur. Bundan sonra, həmin gün saat 17:00 radələrində Nazirliyin özünə çağırılıb yazılı izahatının alındığını, həmkarı ilə telefon vasitəsilə əlaqə yaradıb ona qarşı işlətdiyi kobud ifadəyə görə üzrxahlıq edib aralarında olan anlaşılmazlığı aradan qaldırmışdır. La kin buna baxmayaraq, həmin hadisədən sonra 31 oktyabr 2023-cü il tarixdə həmkarların iclasının keçirildiyini və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 3-17-9-1/3-2-168/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, “70”-ci maddənin “ç" bəndi ilə əmək müqaviləsinin ləğvi üçün qanunvericiliyin işçinin təqsirli olmasını şərt qoyduğunu, təqsirin isə qəsdən və ya ehtiyatsızlıqdan (əmək qanunvericiliyinin adlandırılması ilə səhlənkarlıq etinasızlıq) formasında ola biləcəyini, işəgötürənin isə iddia etdiyi əmək funksiyasının pozuntusu ilə əlaqədar onun əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir əlaqəsinin olmadığını, işəgötürənin əmək müqaviləsini sözügedən əsaslarla ləğv etməsinin tamamilə qanunsuz və əsassız olmuşdur. Həmçinin, son haqq-hesabının və əmək kitabçasının da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmədiyini, uzun illər qüsursuz xidmət etdiyini, bir səhvə görə uzun illər fəaliyyətinə son verilməsinin ona və ailəsinə maddi və mənəvi təsir göstərmişdir.

7. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə iddianı qəbul etməyərək, iddiaçının fəaliyyəti dövründə idarənin nüfuzuna xələl gətirən hərəkət etdiyini, bu əsasla araşdırma aparılaraq işdən çıxarılma əmri verildiyini, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunduğunu, bunların nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi.

8. Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsi ilə İddiaçı Na xçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2168/2023 nömrəli əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. (hakim Məmmədov Qabil)

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı əmək qanunvericiliyinin müddəaları düzgün tətbiq edilmiş, qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı işdən azad edilməsi əmək müqaviləsinin ləğv olunması əsaslarına və qaydalarına uyğun aparılmışdır.

10. Həmçinin, məhkəmə qeyd etmişdir ki, işçinin iş həmkarına qarşı kobud ifadə işlətməsi əmək intizamının pozulmasıdır. Müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Bu halın baş verməsi iddiaçının öz etirafı ilə də təsdiq olunmuşdur.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 2.1, 14.2, 77.1, 80, 88, 106.1-ci, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsinə, 76-cı maddəsinin 1-ci hissəsinə,186-cı maddəsinin 3-cü hissəsi və Mülki Prosessual Məcə llənin 14.2,77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edilməsi, iddianın tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən törədilən hüquqazidd əməl əmək fəaliyyəti zamanı deyil, təlim vaxtı, eyni zamanda müəssisə və ya mülkiyyətçiyə qarşı deyil öz həmkarına qarşı törədilmişdir. Hansı ki, baş vermiş hadisədən sonra iddiaçı yol verdiyi davranışa görə öz həmkarından üzr diləmiş və onunla münasibətlərini qaydaya salmışdır. Lakin qeyd edilən xüsusatlar məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırıl mamış. Baxılmış iş üzrə qəbul edilmiş qətnaməyə əsasən iddiaçı kargüzarlıqla bağlı keçirilən online təlim zamanı həmkarına qarşı kobud hərəkətlər etmiş, onun barəsində kobud ifadələr işlətmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir ki, bu zaman məhkəmə tərəfindən işə baxılarkən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, iddiaçı tərəfindən yol verilmiş hərəkətin nədən baş verməsi səbəbləri araşdırılmamışdır. Digər tərəfdən iddiaçı barəsində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən xitam verilmişdir ki, yol verilmiş kobud səhvin əmək fəaliyyəti ilə əlaqəli olması, eyni zamanda b u hərəkətin işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi faktı məhkəmə gedişində cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin bu halın məhkəmə icraatı zamanı hansı mötəbər sübutla təsdiq edilməsi faktı məhkəmə qətnaməsində öz əksini tapmamışdır.Belə ki, iddiaçıya tətbiq edilən tənbeh tədbiri onun tərəfindən törədilən əmələ adekvat deyildir və törədilən hərəkətə münasibətdə digər intizam tənbehlərindən birinin tətbiq edilməsinin mümükünlüyü eyni zamanda, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar işə baxılan zaman məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu baxımdan hesab edirlər ki, iddiaçı tərəfindən yol verilən hərəkətə görə onun barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci madd əsinin «ç» bəndinin tətbiqinin zəruriliyi yetərli qədər sübut edilməmişdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Öhdəsində yaşlı və səhhəti ilə əlaqədar müalicəyə ehtiyacı olan anası, həyat yoldaşı ilə yanaşı 4 övladı vardır ki, iddiaçı ailədə işləyən və ailəni saxlayan yeganə şəxsdir. Eyni zamanda yol verdiyi nöqsana görə peşman olmaqla yanaşı, barəsində kobud ifadə işlətdiyi həmkarı ilə münasibətini bərpa etməklə ona üzürxahlıq etmişdir.

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2024-cü il tarixli 2(108)-111/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 saylı qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətn amə qəbul edilməsi, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiası təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2168/2023 saylı əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsini qət etmişdir.(hakimlər Qarayev Sənan,Allahverdiyev Mehman və Həsənov Müşfiq)

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən etik davranış qaydalarının kobud şəkildə pozulduğu və əmək funksiyalarının, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə əsas yaradan hallar ın olduğu qeyd edilsə də, konkret olaraq əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinin nədən ibarət olduğu qeyd edilməmiş, ümumiyyətlə bu məsələ müzakirə olunaraq qiymət verilmədən, daxil olmuş təqdimatın nəticə hissəsində qeyd edilənlər təkrarlanmaqla qərar qəbul edilmiş və buna uyğun rəy hazırlanaraq təqdim edilmişdir.

16. Belə ki, qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb göstərilən hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərə findən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

17. Kollegiya hesab etmişdir ki, iddiaçıya istinad olunan pozuntu (öz iş yoldaşına qarşı kobud ifadə işlətməsi) nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi qiymətləndirilməsi düzgün hesab oluna bilməz.

18. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh əmək müqaviləsini iddiaç ının konkret olaraq 72-ci maddənin “e” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntularına yol verdiyi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun (kobud səhvin, hüquq pozuntusunun) nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə mütləq ciddi xələl gətirməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntusuna yol verməsinə və bunun nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə, yaxud da hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, mü bahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

19. Bundan əlavə, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş iddiaçının izahatında göstərilən halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi kimi qiymətləndirilə bilməz. İddiaçının konkret olaraq hüquq pozuntusuna yol verməsi də cavabdeh müəssisənin, yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi və hüquq pozuntusu törətməsi ümumiyyətlə təsdiq olunmadığı halda, cavabdeh müəssisənin qanuni mənafeyinə də ciddi xələl gəlməsi qeyri-mümkündür.

20. Həmçinin, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərdən birbaşa ən ağırının verilməsi üçün də əsaslar olmalı, yaxud da ilk dəfə intizam pozuntusu törədilməsi təsdiq olunsa belə, ən ağır intizam tənbehin verilməsi əsaslandırılmalı idi. Əksinə iddiaçının gətirdiyi dəlillər daha mötəbər olmuşdur və iddiaçınn törətdiyi iddia edilən (öz iş yoldaşına qarşı kobud ifadə işlətməsi) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz.

21. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə o da müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyətinə başladığı andan işdən azad olunduğu ana qədər onun barəsində heç bir intizam tənbeh tədbiri görülməmişdir və bu da öz növbəsində iddiaçının müsbət xarekterizə olunması üçün əsas amildir.

22. Məhkəmə kollegiyas ı hesab etmişdir ki, məhkəmə iclasında verilən izahatlarla, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə və iş materiallarında olan sənədlərlə iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmadan, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmadan və ümumiyyətlə əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

23. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının etdiyi nöqsana görə ona seçilən tənbeh növünün cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirilməsini müəyyən etmək mümkün olmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə və MPM-nin 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə qalması və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-9-1/3/2168/2023 nömrəli əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi”nə dair iddiasının təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normala rının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

29. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.

30. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b ) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

31. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci ma ddəsinin «ç» bəndi ilə ləğv etmək.

32. Maddə 186, 3-ci hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riay ət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

41. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qətnaməni qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticə yə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin Mülki Kollegiyasının 08 iyul 2024cü il tarixli 2(108)-111/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar