Məhkəmə qərarları › İş №2(102)-3628/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3628/2021

17.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3628/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mülkiyyətçisinin hüquqlarının məhdudlaşdarılmasının yolverilməzliyi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdeh, Üçüncü şəxs Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi Daşdəmirov Kamran Osman oğlunun Üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinin Soltan Nuxa kənd inzibati Ərazi Nümayəndələyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-172/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qəbələ rayon Soltannuxa bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli, 7 nömrəli qərarı ilə Göyçay şəhəri ərazisində yaşayan İddiaçı1 onun ərizəsi əsasında və bələdiyyəyə 500000 manat haqq ödənilməklə həmin bələdiyyənin ərazisində “Duruca” yaşayış məntəqəsindən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-17 7/2010 nömrəli iş üzrə 22 aprel 2010-cu il tarixli qətnaməsi ilə Qəbələ Rayonu Soltannuxa bələdiyyəsinin İddiaçı1, X6 və İddiaçı2 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri-qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası təmin olunmamış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə iş materiallarına istinadla qeyd edilmişdir ki, İsmayıllı rayonunun Duruca adlanan keçmiş ərazisi xəritədə Soltannuxa bələdiyyəsinin ərazisi kimi göstərilmişdir. Bələdiyyə üçün ayrılmış Duruca kəndinin torpaq sahəsi sonradan ayrı-ayrı şəxslərə bələdiyyə tərəfindən satılmışdır. Həmin ərazidən 0,05 ha torpaq sahəsi 22 iyul 2004-cü ildə 500. 000 manata İddiaçı1 satılmışdır. Həmin ərazidə bələdiyyə yaranmamışdan əvvəl İddiaçı1 valideynlərinin istifadəsində olmuş ev vardır ki, hazırda həmin evdən cavabdeh İddiaçı1 istifadə edir, həmin evin nə vaxt tikilməsi barədə məlumat yoxdur. Qəbələ rayon İHB-nın memarlıq və tikinti şöbəsinin işə əlavə edilmiş 16 fevral 2010-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan evin tikilmə tarixi bəlli deyildir. Həmin sahədə 1984-cü ildə uçmuş köhnə evin yerində X1 tərəfindən 1986-cı ildə tikilmiş ikinci bir ev vardır. Firuddin Məmmədovun ölümü ilə bağlı həmin evdən İddiaçı2 və İradə Məmmədova istifadə edirlər. İddiaçı tərəfin sökülməsini tələb etdiyi Firudin Məmmədov və İddiaçı1 istifadəsində olmuş evlər kənd bələdiyyəsi yaranmamışdan uzun illər əvvəl tikildiyindən, onun altındakı torp aq sahəsi bələdiyyə tərəfindən İddiaçı1 2004-cü ildə satıldığından və həmin torpaq sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququ yarandığından iddiaçı tərəfin cavabdehlər Firudin Məmmədov və İddiaçı1 qarşı həmin iddianı qaldırmağa hüququ olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadə hüququna malik olduqları və hazırda Cavabdeh tərəfindən zəbt olunmuş 0,05 hektar torpaq sahəsindən və evdən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onların istifadəsinə qaytarılması, mübahisələndirilən torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi nəticəsində dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 iyul 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nağd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ümumiyyətlə həmin torpaq sahələri və üzərindəki tikililər onların babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. Duruca qədim kənddir və onların valideynləri, ata-babaları həmişə orada yaşamışlar. Daha əvvəllər həmin torpaqlarla bağlı müvafiq orqanlarla və bələdiyyə ilə bağlı yaranmış mübahisələr Şəki Apellyasiya Məhkəməsində bax ılmış, mübahisə öz yekun həllini tapmışdır. Qəbələ rayon Duruca kəndinin ərazisində dövlət əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv.m olan 2 ayrı ev bir-birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib, 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2015-ci ilin sonlarına doğru Göyçay şəhəri, H.Əliyev prospektində yaşayan və iddiaçılarla yaxından və uzaqdan heç bir qohumluq əlaqəsi olmayan qonşuları X10 ilə qarşılaşmış, onun evsiz olduğunu nəzərə alaraq evi onun müvəqqəti istifadəsinə vermişlər. Sonuncu ölənədək təxminən 3 ilə yaxın mənzildə təmənnasız qalmışdır. Qeyd olunan şəxsin ölümündən sonra 2019-cu ilin əvvəllərində cavabdeh qanunsuz evə daxil olmuş və ailəsi ilə birlikdə daxil olaraq orda yaşamağa başlamışdır. Mənzilin zəbt edilməsi faktı ilə bağlı qonşular tərəfindən 01.04.2019-cu il tarixli akt tərtib edilmişdir. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh polis şöbəsindəki izahatında da bildirmişdir ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Cavabdehin həmin mənzildən çıxarılmasını iddiaçılar tələb etdikdə isə Qəbələ Rayon Polis şöbəsindən onlara bildirmişlər ki, müraciətlərində göstərilən xüsusatlar daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə məhkəm ə orqanına müraciət etməlidirlər.

4. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1340/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı qənaəti belə olmuşdur ki, iddiaçının həmin tələbi irəli sürməyə subektiv hüququ yoxdur. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-514/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin iddiaçıların istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, cavabdehin iddiaçılara məxsus Qəbələ rayon Duruca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçılara məxsus Qəbələ rayon Duruca kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıların istifadəsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.4; Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2020-ci il tarixli 2(102)-3747/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi qərarının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-172/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüsey nov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş; İş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-1340/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qətnaməsinin hüquqi əsası kimi “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir.

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, id dianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işin həqiqi hallarını araşdırmamışdır. Beləki, torpağın iddiaçılara ayrılması ilə bağlı qərarların mövcudluğu onların subyektiv hüquqlarının olmasını təsdiq edir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh, Üçüncü şəxs Qəbələ rayon Soltan Nuxa kənd bələdiyyəsinin nümayəndəsi Daşdəmirov Kamran Osman oğlu, Üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinin Soltan Nuxa kənd inzibati Ərazi Nümayəndələyinin nümayəndəsi X9 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onların izahatlarını dinləməmişdir. Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikd ə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüqu qi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə g əlmişdir.

26. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, 18 iyul 2004-cü il tarixli Soltannuxa Bələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 0,05 ha torpaq sahəsini İddiaçı1 nəğd pul ödəyərək almışdır. Həmin torpaq sahəsi üzərində onun hüquqları rəsmi olaraq müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Qəbələ rayon Məhkəməsinin 14.04.2009-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon Soltannuxa bələdiyyəsinin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası İddiaçı1 və qeyrilərinə münasibətdə təmin olunmuşdur. Şəki Apellyasiya məhkəm əsinin 22.04.2010-cu il tarixli, 2(107)-177/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı1 şikayəti əsaslı olduğundan təmin olunmuş, iş üzrə Qəbələ rayon Məhkəməsinin 14.04.2009-cu il tarixli qətnaməsi ləğv olunmuş, Qəbələ rayon Soltannuxa bələdiyyəsinin İddiaçı1, X8 və İddiaçı2 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası təmin olunmamışdır. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan evin həmin 0,05 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmamışdır. Qəbələ rayon Durca kəndinin ərazisində Dövlət Əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələ r həyata keçirilmişdir. Həmin layihələrə əsasən İddiaçı1 məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv olan 2 dənə ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə onun istifadəsinə verilmişdir. Hazırda mübahisə predmeti olan ev isə tikilmiş və yalnız İddiaçı2 evi söküləcəyi təqdirdə ona veriləcəyi barədə razılaşma olmuşdur. Lakin İddiaçı2 evi sökülməmiş, bu səbəbdən də mübahisə predmeti olan ev ona verilməmişdir. Bu fakt evin və onun yerləşdiyi ərazinin müayinəsi zamanı da öz təsdiqini tapmışdır. 2015-ci ilin sonlarına doğru X2 rayonu, Durca kəndində dövlət tərəfindən yeni tikilmiş evə özbaşına yerləşmişdir. V.Muradovun evi qəzalı olduğundan və yaşamağa yararsız olduğundan onun ora da yaşamasına etiraz edilməmişdir. Lakin qeyd olunan ev ona da hər hansı bir razılaşma və ya müqavilə olmadan verilmişdir. V.Muradov rəhmətə gedənə qədər, təxminən 3 ilə yaxın həmin evdə yaşamışdır. Sonradan o, vəfat etdikdən sonra 2019-cu ilin əvvələrində Cavabdeh atasının yaşadığı evin qapısının açarını sındıraraq həmin evə girmiş, sonradan isə oranı müxtəlif şəxslərin kirayəsinə vermiş və bir müddət də özü yaşamışdır. Mübahisə predmeti olan yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə iddiaçıların və cavabdehin istifadə, sahiblik və sərəncam hüququnu təsdiq edə biləcək hər hansı bir sübut yoxdur.

27. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülk iyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçıların mülkiyyətlərində (qanuni sahibliyində) olduğunu iddia etdikləri torpaq sahəsinin və evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin və evin hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir.

29. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında Cavabdeh onların hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. 30. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 0 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın i ctimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunu n 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

32. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, iş üzrə iddiaçılar hazırkı tələblə bağlı iddia vermək üçün subyek tiv hüquqa malik olmamışlar.

33. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə subyektiv hüququn sahibləri deyillər. Çünki onlar, mübahisəli evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin həmin torpaq sahəsi olması təsdiq olunmur, torpaq qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmiş və yaşayış evinə aidiyyatı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, Apellyasiya instansiyası Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-172/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar