Məhkəmə qərarları › İş №2(102)-3632/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3632/2025

17.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X9” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin müddətsiz olması, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X9” publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3337/202 5 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılardan İddiaçı1 2003-cü ildən, İddiaçı2 isə 2005-ci ildən xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq X6 çalışıblar.

2. Azərbaycan Milli Elmlər X2 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X9 ləğv edilmişdir.

3. Bundan sonra, yeni yaradılmış “X9" publik hüquqi şəxslə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 Bitki ekologiyası laboratoriyasın ın müdiri vəzifəsinə qəbul edilmişdir.

4. Qeyd olunan əmək müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmək müqavilələri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində qeyd olunan səbəbə görə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə) xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. 5. “X9" publik hüquqi şəxs tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, onlarla bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanmış əmək müqaviləsin ə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq-hesab aparılacağı bildirilmişdir. 6. “X9” publik hüquqi şəxsin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı1 və İddiaçı2 ilə bağlanmış müddətli əmək müqavilələrinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "X10" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 155/k saylı əmrinin ləğv edilməsi, İddiaçı2 Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 isə Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə bərpa olunması, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi, həmçinin İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinin dəyişdirilərək, müqavilələrin müddəti müəyyən edilmədən (daimi) bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddiaçıların tələbləri onunla əsaslandırılmışlar ki, İddiaçı2 “X9" publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, müqavilənin müddəti 2 il müəyyən edilmişdir. İddiaçı1 “X9” publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmiş, müqavilənin müddəti 2 il müəyyən edilmişdir. Cavabdehin rəhbərinin xx.xx.2024-cü il tarixli, 155/k saylı əmri ilə İddiaçı2 və İddiaçı1 Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndini əsas götürülməklə işdən azad edilmişlər. İşdən göründüyü kimi, hər iki iddiaçının tutduqları vəzifələr daimi xarakterə malik olmuşdur. İddiaçılarla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərində Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Beləliklə, iddiaçılarla bağlanmış əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddiaçıların əmək funksiyalarının daimi xarakterə malik oldu ğu əvvəlcədən məlum olduğu üçün onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməklə, həmin maddə düzgün tətbiq edilməmişdir.

9. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, AMEA-nın Rəyasət Heyətinin 19/5 saylı, 7 oktyabr 2022-ci il tarixli Qərarı əsasında “X9” ləğv edilmişdir. Nazirlər Kabinetinin 05 saylı, 07 yanvar 2022-ci il tarixli Qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X9” publik hüquqi şəxsi yaradılmışdır. 05 yanvar 2023-cü il tarixindən X9 publik hüquqi şəxsin ştat cədvəli təsdiqlənmişdir. Qeyd edilən tarixdən cari vaxta kimi hər bir işçi ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanılır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə istinadən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İddiaçılarla bağlanmış müddətli əmək müqavilələrinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2025-ci il tarixinədək bağlanmış müddətli əmək müqavilələrinə xitam veriləcəyi barədə cavabdehlərə xx.xx.2024-cü il tarixində elektron daşıyıcı vasitəsilə bildiriş göndərilməklə məlumat verilmişdir. Eləcə də, əmək müqaviləsinə xitam verilməsi ha qqında xx.xx.2024-cü il tarixli əmrin surətləri poçt yolu ilə iddiaçıların yaşadıqları ünvana göndərilmişdir. İddiaçıların 2024-cü il dekabr ayı üçün son haqq-hesabları işçilərə tam şəkildə ödənilmişdir. Belə ki, ştat cədvəli üzrə İddiaçı2 vəzifə məvacibi 630 manat, əlavə günlərə görə 171,81 manat, son haqq-hesab 1183,98 manat olaraq, ümumilikdə cəmi 1985,79 manat (əmək haqqından tutulmalar çıxıldıqdan sonra - 1690,70 manat) əmək müqaviləsinə xitam verildiyi tarixdə işçiyə ödənilmişdir. Həmçinin ştat cədvəli üzrə İddiaçı1 vəzifə məvacibi 670 manat, əlavə günlərə görə 274,08 manat, əvəzçiliyə görə 335 manat, son haqq-hesab 1317,54 manat olaraq ümumilikdə cəmi 2596,62 manat (əmək haqqından tutulmalar çıxıldıqdan sonra - 2120,31 manat) əmək müqaviləsinə xitam verildiyi tarixdə işçiyə ödənilmi şdir. İddiaçı2 və İddiaçı1 “X9” publik hüquqi şəxsi yarandığı vaxtdan etibarən xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendralogiya İnstitutunda 0,5 ştat işləyirlər. Müddətli əmək müqavilələrinə xx.xx.2025-ci ildə xitam verildikdən sonra isə hal-hazırda Dendralogiya İnstitutunda tam ştat üzrə (əsas iş yerləri) aparıcı elmi işçi vəzifəsində işləməyə davam edirlər.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (2(009)-618/2025 saylı, 2 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd olunmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X9” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılmış, Nazirlər Kabinetinin 30 sentyabr 2022- ci il tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturuna X9 daxil edilməmişdir. Azərbaycan Milli Elmlər X2 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X9 ləğv edilmişdir. Bundan sonra, yeni yaradılmış “X9" publik hüquqi şəxslə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan əmək müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmək müqavilələri Əmək Məcəlləsinin 47 “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.202 5-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. “X9" publik hüquqi şəxs tərəfindən iddiaçılara xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, onlarla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq-hesab aparılacağı bildirilmişdir. İddiaçılar ilə əmək müqavilələrinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, ona görə də, iddiaç ıların tələbi əsassızdır və təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42-ci maddəsinin 1-ci hissəsi, 45, 47, 73-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “X9” publik hüquqi şəxs, AMEA-nın X7 bazasında yaradılmışdır. Xronoloji ardıcıllıqla AMEA-nın “X11”ı ləğv edilmiş, iddiaçılar müəssisənin ləğv edilməsi əsası ilə işdən azad edilmişlər. Bundan sonra “X9” publik hüquqi şəxs yaradılmış və iddiaçılar, AMEA-nın X7 digər keçmiş əməkdaşları ilə birlikdə işə qəbul üçün müraciət etdikdə, onların arzusuna zidd olaraq müddətli əmək müqavilələrinin bağlanması işəgötürən tərəfindən təklif olunmuşdur. Əmək müqaviləsinin bağlanmasına dair hüquq münasibətlərinin xarakterindən də göründüyü kimi, burda işəgötürənin iradə ifadəsi, onun şərtləri keçərlidir. Başqa sözlə, iddiaçılar müddətsiz əmək müqaviləsinin bağlanması tələbində israr etdikdə, onlarla əmək müqavilələri bağlanmayacaqdı. Çünki iddiaçıların, cavabdehin qərarını dəyişdirə biləcək təsir imkanları olmamışdır. Həmçinin iddiaçıların işəgötürənin təklif etdiyi şərtlərlə razılaşmamaları, qarşı tərəfi (işəgötürəni) müqavilənin bağlanmasına məcbur edə bilməz. Beləliklə, iddiaçılar və cavabdeh arasında əmək münasibətlərinin yaranması (əmək müqavil əsinin bağlanması) iddiaçıların deyil, işəgötürənin iradə ifadəsindən asılı olmuşdur. Məhkəmə baxışının gedişində tərəflərindən X4 Xidmətinə, cavabdeh tərəfindən neçə işçi ilə əmək müqaviləsinin bağlanması, bu müqavilələrdən neçəsinin müddətli, neçəsinin müddətsiz bağlandığı barədə məlumat əldə edilməsinə dair sorğu verilmiş, sorğunun cavablandırılmasından imtina edilmişdir. Bundan sonra, MPM-in 78.2-ci maddəsinə əsasən, həmin məlumatların məhkəmə tərəfindən sorğu edilməsi barədə vəsatət verilmişdir. Vəsatətin müzakirəsi zamanı, cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh tərəfindən bütün işçilərlə müddətli əmək müqavilələri bağlanmışdır. Nümayəndənin verdiyi məlumat, sorğuda qaldırılmış məsələni işin mübahisəsiz halı etdiyi üçün, vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş e diblər. Belə ki, nümayəndənin təqdim etdiyi məlumatdan (işəgötürən tərəfindən bütün işçilərlə müddətli əmək müqavilələrinin bağlanması), tərəflərin həqiqi münasibətlərinin hüquq bərabərliyinə əsaslanmadığı aydın olur. Birinci instansiya məhkəməsi tərəfindən göstərilənlər araşdırılmamış, müqavilələrin formal məzmununa istinad olunmaqla, cavabdehlə iddiaçılar arasında bağlanmış əmək müqavilələrinin guya tərəflərin həqiqi iradə ifadəsinə uyğun olduğu barədə nəticə çıxarılmışdır

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzr ə yeni qətnamə çıxarılmış, iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “X9” publik hüquqi şəxsin iddiaçılarla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 155/k nömrəli əmrin ləğv edilməsi və onlarla bağlanmış əmək müqavilələri müddətsiz hesab edilməklə İddiaçı1 “Bitki ekologiyası” laboratoriyasının müdiri vəzifəsinə, İddiaçı2 isə “Bioloji kolleksiyalar” şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi qət edilmiş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıadakı kimi əsaslandırmışdır:

17. İddiaçılarla bağlanmış əmək müqaviləsinə müəssisənin ləğv edilməsi əsası ilə yox, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir və ona görə də mübahisəy ə bu prizmadan yanaşmaqla qiymət verilməlidir.

18. İddiaçılar hesab edirlər ki, onlarla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərində Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Belə ki, onların gördükləri işin xarakteri mövsümi yox, daimi xarakter daşımışdır və bu səbəbdən onlarla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddiaçıların əmək funksiyalarının daimi xarakterə malik olduğu əvvəlcədən məlum olduğu üçün onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməklə, həmin maddə düzgün tətbiq edilməmişdir.

19. Cavabdeh (işəgötürən) isə istər iddiaçılarla müddətli əmək müqaviləsi bağ lanarkən, istərsə də həmin əmək müqavilələrinə müqavilə müddətinin başa çatması əsası ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğunu, hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirir.

20. Birinci instansiya məhkəməsi də iddiaçılarla bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığı qənaətinə gələrək iddiaçıların tələblərini əsassız saymış və rədd etmişdir.

21. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən iddiaçıların əmək kitabçalarının surətlərinə əsasən müəyyən etmişdir ki, iddiaçılardan İddiaçı1 2003-cü ildən fasiləsiz olaraq, İddiaçı2 isə 2005-ci ildən fasiləsiz olara q “X9”nda müxtəlif vəzifələrdə çalışmışlar. X9 əvvəllər AMEA-nın, xx.xx.2022-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. X9 Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra iddiaçılarla bağlanılmış əmək müqavilələrinə öz ərizələrinə əsasən xitam verilmiş və onlarla yeni, lakin müddətli əmək müqavilələri bağlanmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılarla yeni əmək müqavilələri bağlanarkən onların hansı zərurətdən (onların əmək funksiyalarının, gördükləri işin xarakteri və s.) irəli gələrək müddətli bağlanması işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından aydın deyil.

23. Hazırkı işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmə klə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Lakin müddətli əmək müqaviləsi ilə bağlı yaranan mübahisələrə baxılarkən işin müəyyən edilən konkret hallarına, o cümlədən müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli əmək müqaviləsi bağlaması barədə ərizənin etibarlılığına Əmək Məcəlləsinin 2-ci maddəsində təsbit olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verilməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün digər halları nəzərə alınmalıdı r. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

24. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə birinci instansiya məhkəməsi göstərilən hallar üzrə araşdırma aparmamış, müddətli əmək müqavilələri bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu nəzərə almamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsasland ırmamışdır.

25. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

26. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçılarla bağlanmış əmək müqavilələrində işə başlama tarixinin qeyd olunmasından asılı olmayaraq onların həmin müəssisədə nə vaxtdan işləməsi də nəzərə alınmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılardan İddiaçı1 X6 fəaliyyəti 2003-cü ildən, İddiaçı2kı isə 2005-ci ildən baş lamışdır. Onlar xx.xx.2023-cü ilədək müddətsiz əmək müqaviləsi əsasında çalışmış, tutduqları vəzifədən asılı olmayaraq gördükləri işin xarakteri daimi olmuşdur. Buna baxmayaraq, müəssisənin tabelik forması dəyişdikdən, yəni müəssisə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra onlarla müddətli əmək müqaviləsi bağlanmışdır.

27. İddiaçıların yerinə yetirdikləri işin daimi xarakter daşıması qabaqcadan hər kəsə, o cümlədən işəgötürənə məlum olmuş və onlarla müddətli əmək müqaviləsi bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsaslar olmamışdır. Uzun illər eyni müəssisədə çalışmış işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi iddiaçıların istənilən vaxt rahatlıqla işd ən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. İşçinin bu cür, yəni öz xeyrinə olmayan dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda, bu, həmin müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlmək üçün əsas verir. Belə müqavilələr işçinin (hazırkı işdə iddiaçıların) razılığı ilə bağlanmış müqavilə kimi qəbul edilə bilməz.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar xx.xx.2025-ci il tarixdən bir illik müddətli müqavilə əsasında “Dendrologiya Bağı” publik hüquqi şəxsində çalışdıqlarından və hazırda aldıqları əmək haqqının məbləği “X9" PHŞ-də bərpa olunmaq istədikləri vəzifə üzrə əmək haqqından çox olduğundan məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi təmin oluna bilməz. İşdən göründüyü kimi, təqdim olunan əmək müqavilələrinə əsasən “X9" PHŞ-də İddiaçı1 ştat cədvəli üzrə aylıq əmək haqqı 670 manat (hazırda isə 770 manat), İddiaçı2 əmək haqqı isə 630 manat (hazırda isə 730 manat) olmuşdur. “Dendrologiya Bağı” publik hüquqi şəxsi ilə bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsində isə aylıq əmək haqqı İddiaçı1 üçün 890 manat, İddiaçı2 üçün isə 790 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdehlə əmək müqaviləsinə xitam verildikdən sonra boşdayanma halı olmamış, onlar işləmiş və əvvəlki vəzifələrində aldıqları əmək haqqından çox əmək haqqı almışlar.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsi, 11-ci maddəsinin “b” bəndi, 42-ci maddəsinin 1-ci hissəsi, 45ci maddəsinin 1, 4, 5-ci hissələri, 47-ci maddəsinə, Azərbaycan Respubl ikası Konstitusiy Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmələ əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçılar birgə kassasiya şikayəti verərək (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıların məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə, iddiaçıların məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələblərinin təmin edilməsi barədə yeni qərar çıx arılmasını xahiş etmişlər.

31. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarından göründüyü kimi iddiaçılar, hələ cavabdehlə əmək münasibətlərində olduqları dövrdə, “Dendrologiya Bağı” publik hüquqi şəxsdə işləmişlər və əmək haqqı almışlar. Həmin işə götürən (“Dendrologiya Bağı” publik hüquqi şəxs), hələ iddiaçılar cavabdeh təşkilatda işlədikləri vaxt, iddiaçıların “X9" PHŞ-də işləyib-işləməməsindən asılı olmayaraq, onların işlə təmin edilməsi ilə bağlı iradəsini ifadə etmişdir.

32. Beləliklə, iddiaçıların “Dendrologiya Bağı” publik hüquqi şəxsdə işləmələri və həmin təşkilatdan əmək haqqı almaları ilə bağlı hüquq münasibətləri, onların “X9" PHŞ-də məcburi işburaxmaya görə kompensasiya almalarına dair hüquq münasibətlərindən asılı olmayan, müstəqil h üquq münasibətləridir. Bu baxımdan, apellyasiya instansiya məhkəməsinin işə bərpa tələblərinin təmin edilməsi və kompensasiya ödənilməsinə dair tələblərin təmin edilməməsi barədə mövqeləri ziddiyyət təşkil edir. Yəni, iddiaçıların işə bərpa tələbləri təmin olunduğu üçün, məcburi işburaxmaya kompensasiya ödənilməsi tələbi də təmin edilməli idi. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində qanunsuz olaraq işdən azad edilmiş işçinin məcburi iş buraxdığı dövrdə, digər işəgötürəndən əmək haqqı alması səbəbi ilə, məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələbini itirməsinə dair müddəa yoxdur. Həmçinin iş materiallarından da göründüyü kimi, iddiaçılar, “Dendrologiya Bağı” publik hüquqi şəxsdə müddətli (bir illik) işə götürülmüşlər. Həmin bir il müddət başa çatdıqdan sonra, hazırkı mülki iş üzrə məhkəmə mübahisəsinin başa çatacağı və iddiaçıların hansı tarixdə (“Dendrologiya Bağı” publik hüquqi şəxslə bağlanmış bir illik əmək müqaviləsinin başa çatanadək, yoxsa həmin müddət başa çatdıqdan sonra) işə bərpa olunacaqları məlum deyil. İddiaçıların işə bərpa olunacaqları tarixədək onlarla “Dendrologiya Bağı” publik hüquqi şəxs arasında bağlanmış müddətli əmək müqavilələrinə xitam veriləcəyi halda, həmin müqavilələrə xitam verildiyi tarixdən “X9" PHŞ-də tutduqları vəzifələrə bərpa olunacaqları tarixədək olan dövr ərzində bütün sosial təminatlardan məhrum olacaqlar. Şərh olunanlardan göründüyü kimi, iddiaçılar tutduqları vəzifələrə bərpa olunmaqla bərabər, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. Əm ək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsi məhz işə bərpa tələbinə dair məhkəmə qətnaməsinin icra olunduğu mərhələyə aiddir. İşə mahiyyəti üzrə baxan məhkəmənin iddiaçını məhkəmə aktının icra mərhələsində əldə edəcəyi qanuni gözləntilərdən məhrum etməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin pozulması kimi qiymətləndirilməlidir.

33. Cavabdeh kassasiya şikayəti verərək, (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası bir tərəfdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlan ılmasının mümkünlüyünü, yəni qanunun yol verdiyini qeyd etmiş, digər tərəfdən isə hesab etmişdir ki, iddiaçıların işləri daimi xarakter daşıdığından onlarla müddətli əmək müqaviləsinin bağlanması doğru olmamış, tərəflərin bərabərlik prinsipi pozulmuşdur. Məhkəmənin özünün də istinad etdiyi, lakin düzgün təfsir etmədiyi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olsa da, qanunverici qanunla müəyyən olunmuş müəyyən hallarda istisna ş əklində əmək müqaviləsinin müddətli bağlanmasına yol verir. Həmin hallardan biri də müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə bağlanmasıdır. İddiaçılarla əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, işin hallarından göründüyü kimi, iddiaçılarla müqavilə bağlanarkən, müqavilənin müddəti heç də qısa müddətlə məhdudlaşdırılmamışdır. Əmək müqaviləsinin müddəti qısa deyil, 2 il olmuşdur ki, bu fakt da onu deməyə əsas verir ki, müddətlə bağlı iddiaçılara qarşı hər-hansı bir təzyiq olmamışdır. İşin hallarından açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçılar cavabde hin kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz apellyasiya şikayəti və iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə....

37. Maddə

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

38. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

39. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... f) tərəflərin hüquq bərabərliyi prinsip inə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;...

40. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

41. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istə r işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

42. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətləri əsasında qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağ lı məsələlər lazımi qaydada araşdırılmışdır.

57. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillərə apelyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

58. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

59. Tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçilərə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam ve rilməsinin qanunsuzluğu barədədir.

60. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halların qısa xülasəsi ondan ibarətdir ki, İddiaçı1 2003-cü ildən, İddiaçı2 isə 2005-ci ildən xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq X6 çalışıblar. AMEA-nın Rəyasət Heyətinin 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X9 ləğv edilmiş, müəssisənin tabelik forması dəyişdikdən, yəni müəssisə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra yeni yaradılmış “X9" publik hüquqi şəxslə iddiaçılar arasında xx.xx.2023-cü il tarixli əmək müqavilələri bağlanmış, lakin bu dəfə müqavilələr 2 il müddətinə bağlanmışdır. İşəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçılarla bağlanmış əmək müqaviləsinə Əm ək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin bitməsi) bəndinə əsasən xitam verilmişdir.

61. İddiaçılar bu əsasla onların işdən azad edilməsini qanunsuz hesab edir və əsas dəlili ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilənədək həmin müəssisədə 5 ildən artıq işləmişlər, bu səbəbdən də işəgötürənin onları müvəqqəti işçi hesab etməsi qanunsuzdur.

62. İlk növbədə qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir.

63. Bu baxımdan, iddiaçılarla bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçıların müəssisədə nə vaxtdan işləməsi araşdır ılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

64. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnanı Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar təşkil edir.

65. Baxılan işdə iddiaçılarla əvvəl bağlanmış müqavilələr müddətsiz olmuş, gördükləri işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onlarla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstə rilən əsaslar olmamışdır.

66. İddiaçılarla əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçıların əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması mübahisə edilmir. Cavabdeh təşkilatın iddiaçılarla bağlanmış əmək müqavilələrinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. İddiaçıların təyin olunduğu vəzifələr üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.

67. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır.

68. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsa s kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. 69. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olub ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterind ən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.... İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətləri nin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

70. Apelyasiya instansiyası məhkəməsi də işin hallarına bu mövqedən yanaşmış və qeyd etmişdir ki, iddiaçıların yerinə yetirdikləri işin daimi xarakter daşıması qabaqcadan hər kəsə, o cümlədən işəgötürənə məlum olmuş və onlarla müddətli əmək müqaviləsi bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsaslar olmamışdır. Uzun illər eyni müəssisədə çalışmış işçi ilə müddətli əmək müqaviləsini n bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi iddiaçıların istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. İşçinin bu cür, yəni öz xeyrinə olmayan dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda, bu, həmin müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlmək üçün əsas verir. Belə müqavilələr işçinin (hazırkı işdə iddiaçıların) razılığı ilə bağlanmış müqavilə kimi qəbul edilə bilməz.

71. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi də rk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir.

72. Məhkəmə kollegiyası iddiaçılarla işəgötürən arasında müddətsiz əmək münasibətləri mövcud olduğu halda, yalnız müəssisənin tabeliyinin dəyişməsini əsas tutaraq onlarla yenidən bağlanmış müddətli əmək müqaviləsini iddiaçıların razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır.

73. Buna görə də cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

74. İddiaçıların kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar xx.xx.2025-ci il tarixdən “Dendrologiya Bağı” publik hüquqi şəxsində çalışırlar və orada aldıqları əmək haqqının mə bləği “X9" PHŞ-də bərpa olunmaq istədikləri vəzifə üzrə əmək haqqından çoxdur. Buna görə də “məcburi işburaxmaya görə əmək haqqı” tələbi rədd edilmişdir.

75. Əmək müqaviləsinə qanunsuz xitamla işə bərpa arasındakı dövrdə iddiaçıların digər işəgötürəndə işləməsi və daha yüksək əmək haqqı alması halında, “məcburi işburaxmaya görə əmək haqqı” tələbinin hüquqi taleyi maraq doğurur.

76. Bu məsələ Əmək Məcəlləsinin 300-cü maddəsinin hüquqi təhlili əsasında həll olunmalıdır. Həmin maddədə üç əsas hüquqi nəticə nəzərdə tutulur: əmək müqaviləsinə qanunsuz xitam verilməsi faktının müəyyən edilməsi; işçinin əvvəlki vəzifəsinə bərpa olunması; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi.

77. Burada açar anlayış “məcburi işburaxma”dır. 300-cü maddə hər qanunsuz xitam halında avtomatik kompen sasiya prinsipini təsbit etmir. Əksinə, kompensasiya faktiki hüquqi nəticənin, yəni işçinin işləyə bilməməsinin əvəzidir. 78. “Məcburi işburaxma” dedikdə, işçinin işləmək iradəsi və qabiliyyəti olduğu halda, işəgötürənin qanunsuz hərəkəti nəticəsində əmək funksiyasını icra edə bilməməsi və əmək gəlirindən məhrum olması başa düşülür. Başqa sözlə, “məcburi işburaxma” anlayışının zəruri elementləri: işçinin işdən kənar qalması; işçinin gəlir əldə etməməsi; bu halın işəgötürənin qanunsuz hərəkəti ilə birbaşa səbəbli əlaqədə olmasından ibarətdir.

79. Bu baxımdan müəyyən edilmişdir ki, iddiaçılar işdən kənar qalmamış, fasiləsiz şəkildə digər işəgötürəndə işləmiş, əvvəlkindən daha yüksək əmək haqqı almışlar.

80. Deməli, məcburi işburaxmanın maddi-hüquqi tərkibi formalaşmamışdır.

81. İddiaçıların “Əmək Məcəlləsinin 300-cü maddəsində digər işdən gəlir alınması istisna edilmir” arqumenti formal yanaşmadır və əmək hüququnun kompensasiya xarakterinə ziddir.

82. Nəzərə alınmalıdır ki, məcburi işburaxmaya görə əmək haqqı cəza və ya bonus xarakterli olmayıb, əvəzləyici (kompensasiya) məqsəd daşıyır. Əgər faktiki əmək haqqı itkisi yoxdursa, kompensasiya hüququ da yaranmır. Başqa sözlə, məcburi işburaxmaya görə ödəniş işçinin real gəlir itkisinin əvəzidir, gəlir itkisi olmadıqda ödəniş hüquqi əsasını itirir.

83. İddiaçıların “gələcəkdə digər müqavilə bitə bilər” dəlili hüquqi baxımdan ehtimal xarakterlidir və məhkəmə qərarı gələcək qeyri-müəyyən hallara əsaslana bilməz. Məhkəmə mövcud faktlara əsasən qərar çıxarır, mümkün risklərə görə kompensasiya təyin etmir.

84. Əgər gələcəkdə “Dendrolog iya Bağı” ilə müqavilə bitər, işə bərpa olunmasının icrası gecikərsə, o zaman iddiaçılar, icra mərhələsində və ya ayrı mübahisə çərçivəsində hüquqlarını müdafiə edə bilərlər.

85. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələbini düzgün olaraq rədd etmişdir. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi faktı mövcud olsa da, məcburi işburaxma faktı yoxdur, boşdayanma olmamışdır, iddiaçılar daha yüksək əmək haqqı ilə təmin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin yanaşması, Əmək Məcəlləsinin 300cü maddəsinin məqsədinə, ədalət və mütənasiblik prinsiplərinə, zənginləşmənin yolverilməzliyi prinsipinə uyğundur. Əks halda, iddiaçılar eyni dövr üçün iki dəfə gəlir əldə etmiş olardılar ki, bu da əmək hüququnun kompe nsasiya məntiqini pozmuş olardı.

86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

87. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düz gün tətbiq edilib-edilmədiyini yoxlayır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar