Məhkəmə qərarları › İş №2(102)-3635/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3635/2025

13.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3635/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən (bağ evi) istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2926/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Podrat işlərinin görülməsi ilə bağlı birtipli sifariş haqqında xx.xx.1988-ci il tarixli 14 saylı müqaviləyə əsasən, İddiaçı bağ evinin tikintisi ilə bağlı Bakı şəhər İcraiyyə Komitəsinin Təmir-Tikinti İdarəsi ilə 1988-ci il tarixdə müqavilə bağlamışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park – X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X1 İİ ərazisindəki 18 a nömrəli bağın istifadəyə verilməsi haqqında 24 oktyabr 2003-cü il tarixli müqaviləsinə əsasən, 0,10 ha torpaq sahəsi olan 18 a saylı bağ müqavilədə göstərilən tikinti, qurğu və ağaclarla birlikdə İddiaçı istif adəsinə verilmişdir.

3. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,10 ha olan torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır.

4. Daşınmaz əmlakın bağışlamasına dair 16 may 2014-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən, sahəsi 0,10 ha olan torpaq sahəsini atası İddiaçı bağışlamışdır.

5. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi (torpaq sahəsi 0,10 ha, bağ evinin ümumi sahəsi 224,3 kv.m.) xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazi rliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü cavabdeh onun oğludur. C avabdeh onun xüsusi mülkiyyətində olan bağ evində heç bir zaman yaşamamışdır. Belə ki, o, əvvəllər ailəsi və oğlu Əjdər ilə birlikdə Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən evində yaşamışlar. Oğlunu evləndirmək ərəfəsində Nərimanov rayonu “Çermet” adlanan ərazidə ev almış və oğlu ailə quraraq, həmin evə köçmüşdür. Cavabdehin özünə məxsus yaşamağa evi vardır. Həmin evi də cavabdehə o, almışdır. Cavabdehin heç vaxt ona məxsus bağ evində yaşamamasına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur.

9. Məhkəmə iclasında c avabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı atasıdır, onların şəhərdə də evləri olmuş, uşaq yaşlarından həmin bağ evinə həftə sonları ailəsi ilə birlikdə gedib-gəlmiş, orada yaşamış, həftənin beş gününü şəhərdə, iki gününü isə bağ evində keçirtmişlər. Anası rəhmətə getmiş, atası kimi anasının da həmin evdə payı olmuşdur. Mübahisəli evdən istifadə hüququ var. Uşaqlıq və gənclik illərini orada keçirmişdir. Atası əsəbiləşməsin deyə o evə tez-tez gedib-gələ bilməmişdir. Hazırda dostunun evində yaşayır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X3 və X5 oxşar ifadələr verərək bildirmişlər ki, onlar 30-40 ildir Nardaran 2 bağlarındakı eyni məhəllədə iddiaçı ilə qonşudular. Bəxtiyar bağa əsasən yay aylarında həyat yoldaşı və uşaqları ilə gəlmiş, onun üç övladı olmuş Əjdəri də Bəxtiyarın oğlu kimi tanıyırlar. Əjdəri bağda nadir hallarda görmüşlər, lakin son illərdə bağda daimi yaşamayıb, yalnız bəzən qonaq kimi gəlibgetmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(008)-748/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbi rədd edilərək, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğlu olmaqla, doğulduğu vaxtdan valideynləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzillərdə, həmçinin, mübahisəli bağ evində yaşamışdır. İddiaçı bu faktı inkar etsə də, iddiaçının təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş şahidlər ifadələrində cavabdehin uşaqlığından bəri valideynləri ilə birlikdə ilin müəyyən vaxtlarında, xüsusən də yay aylarında mübahisəli bağ evində yaşadığını bildirmişlər. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli bağ evində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin bağ evinə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Hazırda isə iddiaçı cavabdehin heç vaxt mübahisəli bağ evində yaşamadığını iddia edərək, onun istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

13. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin mübahisəli bağ evindən isti fadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli bağ evinə ehtiyacının aradan qalxıb-qalxmamasıdır. İddiaçı tərəfindən hazırda cavabdehin mübahisəli bağ evinə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə müəyyən edilmişdir ki, cavabdeh yaşamağa başqa yeri olmadığından dostunun evində qalır. Həmçinin, cavabdehin mülkiyyətində daşınmaz əmlak mövcud deyildir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001 -ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ci ddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlərin ifadəsi ilə bir daha təsdiqləndi ki, cavabdeh bağ evində yaşamayıb, uzun illər ərzində həmin bağa bir neçə dəfə gəlib gedib. Artıq uzun illərdir ki, həmin evə gəlib-getmir. Bütün bu hallar təsdiq edir ki, cavabdehin bağ evindən istifadə etməyə ehtiyacı yoxdur. Həmçinin iddiaçı, cavabdehə yaşaması üçün Nərimanov rayonu “Çermet” adlanan ərazidə ev almış və oğlu ailə quraraq həmin evə köçüb getmişdir. Cavabdehin özünə məxsus yaşamağa evi vardır. Həmin evi də cavabdehə iddiaçı almışdır. Göründüyü ki mi cavabdehin iddiaçının mülkiyyətində olan bağ evindən istifadəsinə zərurət yoxdur. O, heç vaxt da həmin evdə yaşamayıb. Belə olan halda cavabdehin onun mülkiyyətində olan bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bağ evi iddiaçının xüsusi mülkiyyətində olan əmlakdır. Cavabdehin onun evində yaşamamasına baxmayaraq qeydiyyatda qalması mülkiyyət hüquqlarını məhdudlaşdırır və iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında və ona verilən suallara cavabında qeyd etmişdir ki, 2014-cü ildə bağışlanma olub. Evlənəndən sonra yaşadığı evi 2016-ci ildə satmış, başqa yeni ev almışlar. Amma həmin ev bir neçə şəxsə satılmışdır. Problemli ev olmuşdur. Xırdalan ərazisində, Neftçilər ərazisində atasının evləri var. Xırdalandakı ev çox pis vəziyyətdədir. Yaşanılacaq ev deyil. Atası ona verəcəyini demişdi. Amma şəraiti olmadığına görə evi istəmir. Qeydiyyatda qalmağı bağda yaşamaq hüququnu verir. Atasından sonra orada olmaq istəyir. Faiq Yusifov küçəsindəki evi atası satıb, bunu da satmasını istəmir. Anasının əməyini, xatirəsini itirmək istəmir. Atası evi sata bilər. Amma o, istəmir. Atasının evi çoxdur. Anasının varisliyindən çıxmadığı üçün atası belə iddia qaldırıb. Çünki imza etməmişdir. Bağda ayrıca sayğacı da var. Özü üçün işıq da çəkdirmişdir. Bu gün də orada yaşayır. Faiq Yusifovda yaşasa da kiçik müddət olub. Bağa da gedib-gəlmişdir.

18. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdeh izahatında və ona verilən suallara ca vab olaraq qeyd etmişdir ki, 2019-cu ildə bağın bir hissəsi-10 sot onun adına idi. Atası adına keçirmişdir. Sonradan atası demişdir ki, “birləşdirək bir çıxarışı olsun.” O, da, yoldaşı da imza etmişllər. Atasının istədiyi kimi olmasına etiraz etməmişdir. Bağışlama etmişdir. 2007-ci ildə ailə həyatı qurmuş, 5 il evli olmuş, sonra isə ayrılmışlar. Öz evi olmuşdur. Qəsəbədəki evi o, 2003-cü ildə almışdır. Evlənənə qədər ailəsi ilə Faiq Yusifov küçəsi 2-də yaşamışdır. Mütəmadi bağa gedib-gəlmişdir. Evi satıb başqa ev alacaqdılar, o da anasının adına olacaqdı. Amma alınmamışdır. 2010-2015-ci illərdə Faiq Yusifov küçəsi 2-də yaşamış, ev atasının evi olmuşdur. Boşanandan sonra evdə üçü yaşamışlar. Bağa köçəndə 1 il yaşamış, qayıtmışlar. 2017-ci ildə mütəmadi bağda qalmışlar. 2024-cü ildə Faiq Yus ifovdakı ev satılmış, satılandan sonra bağda qalmağa başlamışdır. İndi də bağa gedib-gəlir. Atası ilə arasında bir müddət gərginlik olmuş, məhkəmə müddətində dostunun yanında qalmışdır. Atası ilə mübahisə olmayıb. Anası 2020-ci ildə vəfat edib. Atası da ona, qardaşına, bacısına demişdir ki, varislikdən imtina etsinlər. Bacısı notariat ofisinə getməmiş, o, imza etmiş, sonra cırıb atmışdır. Bu hadisə 2024-cü ildə olmuşdur. Bundan atası qəzəblənmişdir. Gərginlik bundan sonra başlanmışdır. Atası da, o, da bağa bu gün də gedib-gəlirlər. Bağa istədiyi vaxt gedib-gəlir. Əşyaları da bu gün oradadır. Qardaşı dediklərini təsdiq edə bilər. Rayon məhkəməsindəki şahidlərin heç biri qonşular deyil, onlar uzaqda qalırlar. Atası onu 2017-ci ildə bağa qeydiyyata salıb. Bağ anasından qalan xatirədir.

19. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2926/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehin Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət olunmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi tərəflərin birinci instansiyası məhkəməsində verdikləri izahatlarına əsaslanaraq müəyyən etmişdir ki, mübahisə predmeti olan bağ evi onların daimi yaşayış yeri olmamışdır. 1980-1990-cı illərdən bəri müəyyən vaxtlarda yay aylarında, həftəsonları bağdan istifadə olunub.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə müvafiq olaraq istifadə hüququ yaranmış olsa da sonradan bu hüququ itirilmişdir. Belə ki, cavabdeh 2007-ci ildə ailə həyatı qurmuş, özünün mülkiyyətində mənzili olmuşdur. Mübahisə predmeti olan bağın yerləşdiyi torpaq sahəsi cavabdehin adına 2009-cu ildə qeydiyyata alınsa da sonradan cavabdeh 2014-ci ildə torpaq sahəsini atası olan hazırkı iddiaçıya bağışlamışdır. İddiaçı isə torpaq sahəsi və üzərindəki bağı öz adına rəsmiləşdirmişdir. Cavabdeh 2016-cı ildə boşanandan sonra Nərimanovdakı evdə yaşamışdır. İddiaçı apellyasiya baxışında izahatında qeyd etmişdir k i, öz mülkiyyətində olan evi satdıqdan sonra əldə etdiyi vəsaitə çoxmənzilli başqa binada mənzil alsa da mənzilin bir neçə nəfərə satıldığı məlum olmuşdur.

22. Məhkəmə kollegiyası cavabdehin 2017-ci il tarixdə bağ evinə qeydiyyata düşməsi ilə bağlı dəlilini əsasız hesab edərək qeyd etmişdir ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

23. Apellya siya instansiyası məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87ci, Mülki Məcəllənin 152-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 384.0.2 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (Vəkil2 Zeynalabdin qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hal-hazırda da mübahisəli bağ evində yaşayır və hətta buna sübut olaraq "xxxx" ASC tərəfindən sö zügedən ünvanda olan abunəçi kodunun da (abunə kodu **********30236) məhz cavabdehin adına olmasına istinad etmişdir. Cavabdeh mütəmadi olaraq işıq pulunu özü ödəyir və qəbzləri sübut kimi saxlamışdır. Bununla belə bir daha sübut olunur ki, cavabdeh faktiki olaraq həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə iclaslarında izahatında qeyd etdiyi kimi dostunun yanında müvəqqəti qalmasına səbəb isə hazırkı məhkəmə mübahisəsi ilə bağlı atası ilə tez-tez mübahisənin yaranması olmuşdur ki, artıq anlamışdır ki, atası onun evdən çıxıb getməsi və guya evdə yaşamırmış kimi görüntü yaratması üçün yerli-yersiz mübahisələr və səs-küy yaradırmış. Birinci instansiya məhkəməsinin cavabdehin mübahisəli bağ evində faktiki olaraq yaşaması, mülkiyyətçi ilə bərabər istifadə hüququnun mövcudluğu və o nun yaşayış şəraitinə dair sübutları nəzərə alaraq çıxardığı qətnaməni tam əsaslıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, yalnız iddiaçının iddialarına əsaslanaraq cavabdehin mübahisəli bağ evinə olan istifadə hüququnun itmiş hesab edildiyini qəbul etmişdir. Halbuki, iş materiallarından, şahid ifadələrindən və tərəflərin izahatlarından açıq-aşkar görünür ki, cavabdeh sözügedən bağ evində faktiki yaşayır və mülkiyyətçi ilə bərabər istifadə hüququna malikdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları və təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, cavabdehin istifadə hüququnun mövcudluğunu inkar edərək qeyd edilmiş maddi hüquq normasını pozmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının daşınmaz əmlak üzərində mülki yyət hüququnun qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıbalınmaması, habelə cavabdehin həmin əmlakda qeydiyyat və faktiki yaşayış əsasında yaranmış istifadə hüququnun mövcudluğu məsələlərini araşdırmadan, yalnız iddiaçının subyektiv izahlarına əsaslanaraq qərar qəbul etmişdir.

27. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1988-ci ildə bağlanmış podrat müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsas sənədlər siyahısına daxil deyildir və beləliklə, həmin müqavilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə hüquqi əsas verən sənəd hesab oluna bilməz. Qanunun 8-ci maddəsindən də açıq şəkildə göründüyü kimi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və buna əsasən mülkiyyət hüq uqunun yaranması yalnız qanunla müəyyən edilmiş aktlar, notariat qaydasında təsdiq olunmuş müqavilələr, məhkəmə qərarları, vərəsəlik və ya digər hüquq təsdiqedici sənədlər əsasında mümkündür. Podrat müqaviləsi isə bu xarakterli sənədlər sırasına daxil deyil və özü-özlüyündə mülkiyyət hüququnun yaranmasına səbəb ola bilməz. Buna görə də belə nəticəyə gəlmək olar ki, iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun əldə edilməsini qüvvədə olan qanunvericiliyin - yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun sənədlərlə deyil, keçmiş dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 183-cü maddəsinə əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə iddiaçının mülkiyyət hüququnun hansı hüquqi əsasla, hansı sənədlərə istinad edilməklə əldə olunmasını tam və hərtərəfli araşdırmadan, y alnız podrat müqaviləsini əsas götürərək qərar qəbul etmişdir. Bu isə məhkəmənin işin hüquqi mahiyyətini və tətbiq olunmalı maddi hüquq normalarını düzgün qiymətləndirmədiyini göstərir.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1988-ci ildə bağ evinin tikintisi ilə bağlı bağladığı podrat müqaviləsini mülkiyyət hüququnun əsaslandırılması kimi qiymətləndirməklə yanaşı, tikintinin faktiki olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada istismara qəbul olunub-olunmadığını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi o obyektin şəhərsalma və tikinti norma və qaydalarına uyğun inşa olunduğunu və onun təyinatı üzrə istifadə üçün yararlı olduğunu təsdiq edən hüquqi faktdır. Yəni, tikintinin başa çatması və istismarına icazə verilməsi obyektin istifadəyə yararlı və hüquqi statuslu əmlak kimi tanınmasının yeganə əsasıdır. Qanunun 101.2-ci maddəsinə görə, bu icazə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir və belə icazə olmadan tikinti obyektindən təyinatı üzrə istifadə və ya onun mülkiyyət hüququnun tanınması mümkün deyil. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilən 1988-ci il tarixli podrat müqaviləsi yalnız tikintinin başlanması barədə razılaşmanı təsdiqləyir, lakin tikintinin qanunvericiliyə uyğun aparıldığını və başa çatdıqdan sonra istismara qəbul edildiyini sübut etmir. İş materiallarında nə tikinti obyektinin istismarına icazə, nə də obyektin istismara qəbul aktı mövcuddur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaç ının həmin tikinti üzərində mülkiyyət hüququnun 1988-ci ildən mövcud olduğu qənaətinə gəlməsi qanunun 101-ci maddəsinin tələblərinə ziddir, çünki mülkiyyət hüququ yalnız obyektin istismarına icazə verildiyi və dövlət qeydiyyatına alındığı andan yaranır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri nəzərə alınmadan, yalnız 1988-ci il podrat müqaviləsinə əsasən mülkiyyət hüququnun formalaşdığına dair nəticəyə gəlməsi maddi hüquq normalarının kobud şəkildə pozulması hesab edilməlidir.

29. İddiaçı tərəfindən mənzil bağ evinin tikintisi ilə bağlı podrat müqaviləsi 1988-ci ildə bağlamasına baxmayaraq faktiki olaraq həmin bağ evi onun istifadəsinə 24 oktyabr 2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə v erilmişdir. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 0,10 ha olan torpaq sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır.16 may 2014-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən, sahəsi 0,10 ha olan torpaq sahəsini atası İddiaçı bağışlamışdır. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi (topaq sahəsi 0,10 ha, bağ evinin ümumi sahəsi 224,3 kv.m.) xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx. 2017-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır. Məhz bu faktlara əsaslanaraq birinci instansiya məhkəməsi sözügedən maddi hüquq normasının 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlımübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edərək qanuni qətnamə qəbul etmişdir. Lakin, apellyasiya instansiyası isə məhz iş materiallarında olan 14 saylı podrat müqaviləsinin surətində İddiaçı bağ evinin tikintisi ilə bağlı 1988-ci il tarixdə müqavilə bağlamasını əsas hesab edərək apellyasiya şikayətini təmin etmişdir. Apellyasiya instansiyasıməhkəməsinin bu mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, bağ evinin tikintisi ilə bağlı 1988-ci il tarixli podrat müqaviləsinin bağlanması faktı ilə həmin tikilidən faktiki istifadə və ya onun mülkiyyət hüququnun əldə olunması tamamilə fərqli hüquqi anlayışlardır. Podrat müqaviləsinin bağlanması yalnız tikinti işlərinin yerinə yetirilməsi barədə öhdəlik yaradır və özü-özlüyündə mülkiyyət hüququnun yaranmasına səbəb ola bilməz. Əmlak üzərində mülkiyyət hüququ qanunda müəyyən edilmiş əsaslarla, o cümlədən əqdlər və dövlət qeydiyyatı nəticəsində yaranır. Mülkiyyət hüququnun yaranması üçün sadəcə müqavilənin bağlanması kifayət deyil, bu hüququn qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınması zəruridir. Bundan əlavə, hər hansı şəxs digərinə etibar edərək onun adından podrat və ya digər mülki-hüquqi müqavilələr bağlam aq səlahiyyətini etibarnamə vasitəsilə verə bilər. Bu halda podrat müqaviləsinin bir tərəf kimi müəyyən şəxs tərəfindən imzalanması həmin şəxsin tikinti obyekti üzərində hüquq əldə etməsi anlamına gəlmir. Belə müqavilə yalnız icraçı ilə sifarişçi arasında öhdəlik münasibətini tənzimləyir və əmlak hüquqlarını təsbit etmir. Belə olan halda, apellyasiya instansiyasıməhkəməsinin 1988-ci il tarixli podrat müqaviləsini İddiaçı mülkiyyət hüququnun mövcudluğunu təsdiqləyən əsas kimi qiymətləndirməsi qanunvericiliyin tələblərinə zidd olmuş, işin həqiqi hüquqi mahiyyətinin düzgün qiymətləndirilməməsinə gətirib çıxarmışdır.

30. Cavabdeh birinci və apellyasiya instansiya məhkəmələrində izahatında bildirmişdir ki, o boşanmışdır, onun hazırda yaşamağa yeri yoxdur. O, 2014-cu ildə atasının təkidi ilə öz adına olan 10 sot torpağı atasının adına keçirmək üçün bağışlamışdır, atası onu inandırmışdır ki, onun və atasının adına olan torpağı birləşdirərək bir Çıxarış almaq daha sərfəlidir. İddiaçı əslində övladının ona olan güvənindən istifadə etmişdir. Əgər cavabdehin ayrıca yaşamağa yeri olmuş olsaydı o həmin evdə yaşayıb özünə ailə qura bilərdi. Burada əsas məqam: mülkiyyət hüququ mütləq deyil; o, ictimai və ailə münasibətlərinin məzmunu ilə məhdudlaşır. Ailə münasibətlərindən doğan faktiki yaşayış hüququ, xüsusən övlad–valideyn münasibətlərində, hüququn “insani ölçüsünü” qorumaq tələb olunur. Mülkiyyətçi evi tam sərbəst idarə edə bilər, amma bu hüquq ailə üzvlərinin faktiki və hüquqi maraqlarını pozmamalıdır. Məhkəmə tərəfindən işin hazırkı hallarına heç bir münasibət bildirməmişdir, lakin b irinci instansiya məhkəməsi isə məsələyə düzgün hüquqi qiymət vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

32. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş).

34. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

35. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb o nun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

36. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

37. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahə si altı ay saxlanır.

38. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

39. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdu r.

41. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

43. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol ver məyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı.

45. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarında n məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı.

46. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi i stifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunu r.

49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olma yan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

65. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mə nası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnam ə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2926/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar