Məhkəmə qərarları › İş №2(102)-3636/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3636/2023

22.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3636/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3636/2023 Açar sözlər: “özbaşına tikilmiş qanunsuz tikintinin sökülməsi” Bakı şəhəri, 22 noyabr 2023-cü il 22.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-232/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvan üzrə Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı yerli büdcəsinin vergi ödəyicisi qismində uçota alınmış və bu barədə xx.xx.2021-ci il tarixli 84 № li şəhadətnamə verilmişdir.

2. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamından görünür ki, X1 N fərdi yaşayış evinin tikintisi məqsədilə 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N saylı evin ətrafında Cavab deh tərəfindən inşa edilmiş tikili qanunsuz tikili hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N ətrafında yerləşən sahəni Qobustan bələdiyyəsinin razılığı ilə abadlaşdırmışdır. Bu barədə Qobustan bələdiyyəsindən şəhadətnamə də almışdır. Lakin sonradan cavabdeh həmin ərazini zəbt edərək hasara almışdır. Dəfələrlə ondan həmin hasarın sökülməsini və orada inşa edilməsi üçün tökülmüş daşların götürülməsini tələb etsə də, onlar ona sənəd göstərib guya həmin sahənin onlara aid olmasını bildirmişlər. Lakin həmin sənədlər düzgün olmamaqla həmin ərazini hasara alması tamamilə qanunsuzdur. Onların həmin ərazini abadlaşdırılmağına maneə olurlar. Odur ki, həmin tikili qanunsuz hesab edilməklə onun hesabı na sökülməlidir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir, iddiaçı onları əsassız yerə süründürməçiliyə məruz qoyur, işi uzatmaqda da məqsədi onları bezdirmək, yormaq olduğunu, onların hazırda istifadə etdikləri sahə ilə bağlı müvafiq sənədləri olduğunu, onu da məhkəməyə təqdim etdiklərini, heç ekspertizanın keçirilməsini də təmin etmədiklərini, xidmət haqqını ödəmədiklərindən ekspertizanın baş tutmadığını bildirdi. Onlar istəyirdilər ki, ekspet gəlib baxsın özü də müəyyən etsin ki, onların yaşadığı yer haradır, iddiaçı ilə həmin yerin heç bir əlaqəsi olmadığını bildirərək, iddia tələbinin əsasız olaraq təmin eidlməməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etdi.

6. Qaradağ Rayon Məhkəməsinin 2(002)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim G.Əhmədova) ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhz onun istifadəsində olan sahədə cavabdeh tərəfindən qanunsuz tikili tikilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilsə də, həmin ekspertizanın da keçirilməsi də təmin edilməmişdir. Bununla da məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sahədə tikili tikilməsi və bununla da iddiaçının əmlak hüquqların pozulması halının müə yyən edilməsi mümkün olmamışdır. Bundan əlavə həmin sahənin mülkiyyətçisi qismində çıxış edən Qobustan Bələdiyyəsinin nümayəndəsinin verdiyi izahatında iddiaçının istifadəsinə verilmiş sahədə cavabdeh tərəfindən hər hansı tikili tikilmədiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1, 157.2, 157.4, 157.8, 158.2, 180.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Apelyasiya şikayət i onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin yerləşmə yeri ilə bağlı hər hansı bir sxem məhkəməyə təqdim edilməmiş, bununla bağlı bir araşdırma aparılmamış, ekspertiza təyin olunsa da, müvafiq rəy alına bilməmiş, məhkəmə yalnız formal mülahizələrə əsaslanaraq cavabdehin və bələdiyyənin nümayəndəsinin izahatını əsas götürərək, həmin torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gəlmişdir, məhkəmə xüsusi bilik tələb edilən sahəyə özü münasibət bildirmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/8404 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, birinci sual üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32 A saylı binanın ətrafında (binadan 27,0 metr aralı məsafədə) uzunluğu 17,0 metr, eni 9,0 metr olan bir mərtəbəli fərdi yaşayış evi və uzunluğu 10,0 metr, eni 10,0 metr, hündürlüyü 7,0 metr olan iki mərtəbəli yarımçıq tikili inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 600,0 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi və yaxud bir tipli layihə əsasında yaşayış evinin tikintisinə icazə verilmiş, lakin sözügedən torpaq sahəsində inşa edilmiş tikililərə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2, 80.3, 80.4, 80.5 və 80.6-cı bəndlərində göstərilən sənədlər mülki iş materiallarına əlavə edilməmişdir. Həmin sənədlər olmadığı təqdirdə, tədqiq olunan tikililərin inşası ilə əlaqədar yuxarıda qeyd olunan bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilir. İkinci sual üzrə, cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçının mülkiyyətindən istifadə hüququna mane olub-olmamasının müəyyən edilməsi, tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-232/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təm in edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası ekspert rəyini mülki iş materialları ilə birlikdə tədqiq edərək qeyd edir ki, ekspert rəyindən cavabdeh tərəfindən inşa edilən tikililərin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600,0 kv.metr torpaq sahəsində tikilməsi müəyyən edildiyindən, qeyd edilən tikililərin nəticə etibarı ilə də iddiaçının hər hansı hüququnu pozmadığı müəyyən edilmişdir.

14. Məhkəmə kollegiyası ekspert rəyinin sözügedən torpaq sahəsində inşa edilmiş tikililərə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2, 80.3, 80.4, 80.5 və 80.6-cı bəndlərində göstərilən sənədlərin mülki iş materiallarına əlavə edilməməsi, həmin sənədlər olmadığı təqdirdə, tədqiq olunan tikililərin inşası ilə əlaqədar yuxarıda qeyd olunan bəndlərin tələblərinə riayət olunmadığının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin halın hazırkı mübahisənin həlli baxımından hər hansı hüquqi əhəmiyyəti yoxdur. Çünki hazırkı mübahisə cavabdeh tərəfindən fərdi yaşayış evinin inşası məqsədi ilə onun ərinə ayrılmış torpaq sahəsində inşa edilmiş tikililərin tikinti norma və qaydalarına uyğunluğu ilə bağlı olmayıb, həmin tikilinin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olması ilə bağlıdır. 46.Eyni zamanda, Məhkəmə kollegiyası onu da xüsusi olaraq qeyd etmişdir k i, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Qaradağ rayonu, ünvan 3 ünvan üzrə Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı yerli büdcəsinin vergi ödəyicisi qismində uçota alınması və bu barədə ona verilmiş xx.xx.2021-ci il tarixli 84 № li şəhadətnamə adlanan sənəd torpaq sahəsinə dair hər hansı hüquq müəyyən etmir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1, 157.2, 157.4, 157.8, 158.2, 180.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 376.2, 380.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya bax ışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Qobustan Qəsəbəsi, Səlyan yolu, 32A saylı binanın qarşısında 4-cü massivdə yerləşir, həmin torpaq sahəsinə dair məhkəmənin əsaslandığı 640 № Sərəncam ilə ayrılmış 6 sot torpaq sahəsi isə 1-ci yaşayış massivində yerləşir. Bununla bağlı məhkəmədə cavabdehə verilən suallara yəni sərəncamda göstərilən torpaq sahəsinin ayrılmasına dair akt, plan sxemin olmasına dair o aydınlıq gətirə bilməmişdir. Məhkəmə isə əsaslandığı 640 № Sərəncamın ayrıc aktının olub-olmmasını, hansı ərazi üçün verilməsini aydınlaşdırmadan həmin Sərəncama əsaslanaraq belə qənaətə gəlir ki, guya cavabdehin ərinin adına verilmiş torpaq sahəsində onlar tikinti aparıblar, həmin tikintinin tikinti normalarına uyğun aparılıb aparılmamasına isə bu məhkəmə prosesində qiymət verilməməlidir. Lakin məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən hal olan 640 №-li Sərəncamın məhz mübahisəli torpaq sahəsinə aid olub-olmamasını araşdırmadan iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 640 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə həyat yoldaşı X2 fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır və onlara məxsus tikililər həmin torpaq sahəsində inşa edilmişdir. Bundan əlavə Bələdiyyə tərəfindən iddiaçıya verilmiş 84 saylı, 2021-ci il tarixli şəhadətnamə torpağ sahəsinə aid heç bir hüquq müəyyən etmir. Bununla da, iddiaçının həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və onun tərəfindən verilən kassasiya şikyəti əsassızdır və hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 23. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasl a əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

26. Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

27. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

28. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tut ulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin i fadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələ binin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa ediliş tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.

39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

42. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələ b isə əsaslı hesab edilə bilməz.

43. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı mübahisəli torpaq sahəsinə iddiaçının hər hansı hüququnun olması və cavabdehin inşa etdiyi tikililərin iddiaçının hər hansı hüququnu pozmadığı müəyyən edilmişdir.

45. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikildiyi iddia edilən tikililərin iddiaçının hüquq mənafelərini pozmadığı müəyyən edildiyindən iddiaçının həmin tikililərin sökülməsini tələb etmək hüququ yoxdur.

46. Kassasiya şikayətinin dəlillə rində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzər ə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-232/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar