Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3639/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "Bakı Abadlıq Xidməti” MMC-yə qarşı işə bərpa və əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(103)-3015/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 iyun 2020-ci il tarixli əmr ilə İddiaçı "xxxx" MMC-də bağban vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2020-ci il tarixli əmək müqaviləsinə əsasən X1 xx.xx.2020-ci il tarixdən bağban vəzifəsinə işə götürülmüş və müqavilə 1 ay müddətinə, yəni 22 iyul 2020-ci il tarixədək bağlanmışdır.
3. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2020-ci il tarixli əmək müqaviləsi müddətlidir.
4. İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 22 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən 22 dekabr 2022-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmişdir. Məktub ünvan sahibinə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. 5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 332 nömrəli əmr ilə İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 (a) bəndinə əsasən töhmət elan edilmişdir. 6. xx.xx.2022-ci il tarixli, 542 nömrəli əmr ilə, 22 iyun 2020-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi, yəni AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.
7. Əmək mü qaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində qeydiyyat AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeydə alınmışdır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”lardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “kəskin bronxit” diaqnozu ilə ambulator müalicədə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə 3 oktyabr 202 3-cü il tarixdə məhkəməyə müraciət edərək onun işdən azad edilməsi barədə cavabdeh "xxxx" MMC-nin əmrinin ləğv olunması və onun "xxxx" MMC-də tutduğu bağban vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatla əmək müqaviləsi bağlayaraq bağban vəzifəsinə işə götürülmüşdür. Bağladığı müqavilə ona təqdim edilməmiş, ona görə da aralarında yaranan əmək münasibətlərinin şərtləri ona bəlli olmamış, həmin münasibətlərin tənzimlənməsi qaydaları və şərtləri, habelə müddəti haqqında məlumatı olmamışdır. Əvvəlcə 400 manat maaşla saat 08:00dan 18-00-dək təxminən bir il səkkiz ay işləmiş, 27 noyabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək Laçın rayonuna ezam olunmuşdur. Laçın rayonund an qayıtdıqdan sonra cavabdeh təşkilatda iş rejimini dəyişərək gecə növbəsində müxtəlif ünvanlarda yerləşən su nasoslarının mühafizəsini həyata keçirmişdir. Cavabdehdən onu əvvəlki iş rejiminə keçirməyi xahiş etsə də, onlar bu xahişi təmin etməyərək subyektiv əsaslarla onu işdən azad etmiş, ona bəlli olmayan əmək müqaviləsinin müddətinin bitməsinə istinad etmişlər. Əslində onunla müddətsiz müqavilə bağlanmalı, pensiya yaşına çatanadək işləməli və onun təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməli idi. Eyni zamanda cavabdeh xəstə olduğu müddətdə işdən azad etmiş və izahatı alınmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının atası vəfat etmiş, anası, bacı və qardaşı onun himayəsindədir, işləmədiyi üçün hazırda özünün və yaxınlarının ehtiyaclarını qarşılaya bilmir.
11. Cavabdeh MMC-n in nümayəndəsi “iddiaya qarşı etiraz” və "xxxx" məhkəməyə ərizə verərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış 22 iyun 2020-ci il tarixli “Əmək müqaviləsində” müqavilənin müddətli şərtlə bağlanması qeyd edilib və müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. Bundan başqa, işdən azad edilməmişdən öncə iddiaçıya müqavilənin müddətinin bitməsi barədə xəbərdarlıq da verilmişdir.
12. Belə ki, 30 dekabr 2022-ci il tarixdə işdən azad edilmiş iddiaçı, 11 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddiaçı, işə bərpa ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.
13. İddiaçı, cavabdeh MMC tərəfindən verilmiş “iddiaya qarşı etiraza” münasibətdə qeyd etmişdir ki, etirazda qeyd edilənləri təsdiq edir. 5 de kabr 2022-ci il tarixdə cavabdeh ona bildirmişdir ki, müqaviləsinin müddəti bitir. O, 30 dekabr 2022-ci il tarixdən 4 yanvar 2023-cü il tarixədək xəstə olduğu üçün hesab etmişdir ki, işdən azad edilməsinə dair cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Onun xəstə olması müvafiq tibbi arayışla təsdiq olunmuşdur. O, xəstəliyi ilə bağlı MMC-də işləyən Rasim adlı şəxsə zəng edərkən məlumat vermişdir. 14. "xxxx" MMC-nin ərizəsi də əsassız hesab edilməlidir.Belə ki, işə bərpa ilə bağlı ilk növbədə 2022-ci ilin mart ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. Daha sonra isə atası vəfat etdiyindən məşğul olmuş və məhkəməyə müraciət edə bilməmişdir. Bundan sonra mediasiya t əşkilatına müraciət etmişdir. Məhkəməyə qanunla hansı müddət ərzində müraciət etməli olması barədə məlumatı olmamışdır. Bu müddət ərzində isə xəstəliyi ilə bağlı hər hansı problemi olmamışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5153/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. (hakim Əkbərli Günel)
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 30 dekabr 2022-ci il tarixdə işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. Dolayısı ilə şikayət etməsi üçün buna onun imkanı olmuşdur, əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına 25 aqvsut 2 023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci, Əmək Məcəlləsinin 45.1, 68.2, 73.1, 296.2-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
19. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şik ayətində əlavə olaraq iddiaçı məhkəməyə gec müraciət etməyinin səbəbini onunla əsaslandırmışdır ki, buna səbəb digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. Həmçinin xəstəliyi ilə əlaqədar aldığı arayışdan da görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə kəskin bronxit diaqnozu ilə ambulator müalicədə olmuşdur. Lakin Rayon Məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, nəticədə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məmmədov Məmməd (sədrlik edən və məruzəçi), Talışinski Fuad və Azad İmanov) 21 may 2024-cü il tarixli 2(103)-3015/2024 nömrəli qətnaməsi ilə bir inci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında 1 ay müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" əsasən MMC-yə bağban vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 ay müddətinə bağlansa da, əmək münasibətləri hər ay eyni müddətə uzadılmış və iddiaçı həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmiş, həmin tarixdə MMC üzrə verilmiş 542 nömrəli əmr ilə "xxxx" əmək müqaviləsinin müddətinin bitməsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı, "xxxx", müqavilə müddətinin başa çatması ilə bağlı xitam verilməsi haqında bağlı MMC-nin xəbərdarlıq məktubunu xx.xx.2022-c i il tarixdə almışdır.
22. İddiaçı həmin əmri əsassız hesab edir və xahiş edir ki, əmr ləğv edilsin, və o, əvvəlki işinə bərpa olunsun. Cavabdeh MMC iddianı əsassız hesab edir və bildirir ki, əmr qanuni və əsaslıdır. Bununla yanaşı, MMC, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.
23. Apellyasiya instansiya məhkəməsi ilk öncə işə bərpa ilə bağlı müddətinin iddiaçı tərəfindən ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müddətin başlanğıcının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzər salınmalıdır.
24. İddiaçı izahatında bildirmişdir ki, iş dən azad olunması barədə əmrdən 2023-cü ilin mart ayında artıq məlumatı olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı bundan xeyli sonra – xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
25. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsinin səbəbini iki nüansla əsaslandırır. İlk növbədə qeyd edir ki, buna səbəb digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. İddiaçı mediasiya təşkilatına və dolayısı ilə məhkəməyə gec müraciət etməsinin səbəbini dövlət orqanlara müraciət etməsi ilə əsaslandırsa da belə, Məhkəmə qeyd edir ki, iddiaçının dövlət orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin məhkəməyə müraciət etməsini nəzərdə tutur.
26. İddiaçının istinad etdiyi digər əsas ondan ibarətdir ki, o, atasının vəfat etməsi ilə əlaqədar iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət edə bilməmişdir.
27. Bununla bağlı apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının apellyasiya icraatı zamanı verdiyi izahatdan aydın olur ki, iddiaçının atası 2023-cü ilin avqust aynda vəfat etmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı, onun atası vəfat edənə qədər müzakirə edilən 1 aylıq müddəti ötürmüşdür.
28. İddiaçı, həmin müddətin onun tərəfindən məhz üzürlü səbəbdən ötürülməsini izah edə biləcək ağlabatan əsasları göstərə bilməmişdir.
29. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (məsələn: “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” xx.xx.2005-ci il tarixli, “R.Salamovun şikayəti üzrə” xx.xx.2007-ci il tarixli və “X.Xəlilovun şikayəti üzrə” xx.xx.2009-cu il tarixli qərarları).
30. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müə yyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli qərarı).
31. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblə rdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 32. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinadən qeyd edilmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır.
34. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Hətta izahatında özünün səhhəti ilə bağlı ciddi və stasionar müalicə üçün əsas ola biləcək probleminin olmadığını bildirmişdir.
35. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Azərb aycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan” görünür ki, iddiaçı, stasionar müalicədə deyil, ambulator müalicədə olmuşdur (bax: hazırki qətnamənin 19-cu bəndinə).
36. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab etmişdir.
37. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, işdən azad olunması barədə xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş iddiaçı, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir.
38. Başqa sözlə müəyyən edilir ki, iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə də vaxtında müraciət etmək üçün imkanı olmuşdur. Əks halda onun digər orqanlara da müraciət etmək imkanı o lmazdı.
39. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti üzrsüz səbəbdən ötürmüşdür.
40. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilləri əsassızdır.
41. İddia tələbi iddia müddəti ötürülməklə verildiyi üçün əsassız hesab edildiyindən, Məhkəmə apellyasiya şikayətinin digər dəlillərini geniş şərh etməyə lüzum görmür və bildirir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.
42. Apell yasiya baxışının nəticələri ilə işə baxmış Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığı üçün əsassız hesab edilməlidir.
43. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
44. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə,, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə də istinad edərək əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3015/2024 nömrəli qətnaməsini ləğv edərək işin yenidən baxılmaq ücün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə kifayət qədər üzürlü səbəblər var idi və məhkəmə buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilərdi. Məhkəmə tərəfindən sübutlar araşdırılmamışdır.
47. İddiaçı məhkəməyə gec müraciət etməyinin səbəbini onunla əsaslandırır ki, o digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir və onların müdaxiləsini gözləmişdir. Həmçinin xəstəliyi ilə əlaqədar aldığı arayışdan da görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2022- xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə kəskin bronxit diaqnozu ilə ambulator müalicədə olmuşdur, bunlara baxmayaraq rayon Məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, nəticədə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
48. İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, işdən azad olunması barədə əmrdən 2023-cü ilin mart ayında artıq məlumatı olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsinin səbəbini iki nüansla əsaslandırır. O ilk növbədə qeyd edir ki, buna səbəb digər orqanlara, yəni X3 Xidmətinə və Azərbaycan Respublikasının ombudsmanına müraciət etmişdir. İddiaçının istina d etdiyi digər əsas ondan ibarətdir ki, o, atasının vəfat etməsi ilə əlaqədar iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Lakin məhkəmə qətnaməsində bildirir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Hətta izahatında özünün səhhəti ilə bağlı ciddi və stasionar müalicə üçün əsas ola biləcək problemin in olmadığını bildirmişdir.
49. Məhkəmənin bu mövqeyi ilə də razı deyillər və bildirirlər ki, işin hallarına uyğun olaraq, burada müddət tətbiq olunmamalı idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri qeyd olunur. 6-cı hissədə göstərilir ki, göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
52. Maddə 45
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır
53. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
54. Maddə 68
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...
55. Maddə 73 (hüquq münasib ətinin yarandığı vaxt qüvvədə olan redaksiya)
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
56. Maddə 296
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşa yış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibəti nin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
68. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa biləcəyi barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır.Belə ki, iş materialları ilə iddiaçının iddia müddətinin bərpası haqqında ərizə verməsi təsdiqlənmir. Belə olan təqdirdə məhkəmənin iddia müddətinin bərpasına dair məsələyə baxmaqla əlaqədar vəzifəsi d ə olmamışdır.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarına əsasən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki s übutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)3015/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.