Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-364/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyalarının verilməsi və ya dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-154/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanlanmış 17 dekabr 2019cu il tarixli ərizəyə görə, İddiaçı onun qayınatası Muxtarov Həşim və qayınanası Muxtarova Səbiyyənin yaşadığı ünvandan ona və uşağına məxsus paltarları və qızıl əşyalarını götürməyə icazə verilmədiyini qeyd etmiş və bu barədə köməklik göstərilməsini xahiş emişdir;
2. İddiaçı tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə verilmiş 25 dekabr 2019-cu il tarixli izahata əsasən, “Yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Yazaraq onu bildirirəm ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Ərizəmdə onu bildirmişəm ki, qayınatam Muxtarov Həşim qayınanam Muxtarova Səbiyə ərdə olduğum ünvandan mənə məxsus olan paltarlarımı götürməyə icazə vermir. Sonradan söhbətlər əsasında mənə məxsus olan əşyaları mənə qaytardılar. Odur ki, qayınatam Muxtarov Həşim qayınanam Muxtarova Səbiyədən heç bir şikayət tələbim yoxdur. İzahat mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu. Heç bir əlavə yoxdur. Düzgünlüyünü öz imzamla təsdiq edirəm”.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 4/131 nömrəli rəyinə görə, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2019-cu il tarixli izahatdakı “Yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Yazaraq onu bildirirəm ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Ərizəmdə onu bildirmişəm ki, qayınatam Muxtarov Həşim qayınanam Muxtarova Səbiyə ərdə olduğ um ünvandan mənə məxsus olan paltarlarımı götürməyə icazə vermir. Sonradan söhbətlər əsasında mənə məxsus olan əşyaları mənə qaytardılar. Odur ki, qayınatam Muxtarov Həşim qayınanam Muxtarova Səbiyədən heç bir şikayət tələbim yoxdur. İzahat mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu. Heç bir əlavə yoxdur. Düzgünlüyünü öz imzamla təsdiq edirəm. İddiaçı” əlyazmaları və “imza:” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
4. Gəncə şəhər Mərkəzi Univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssisi Elmar Kərimli tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan brilyant qaşlı üzük - 560 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı üzük - 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan tək qaşlı brilyant üzük - 280 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan 1 brilyant qaşlı tana - 210 manat, 585 əyarlı qızıldan hazırlanmış 33 qram çəkidə olan komplekt (üzük, sep, sırğa, bilərzik) - 2.640 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük - 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük - 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sadə qaşlı üzük - 420 manat, 585 əyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan nişan üzüyü - 630 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan alyans üzük - 420 manat, 585 əyarlı qızıldan hazırlanmış hər biri 12 qram çəkidə olan reket bilərzik - 840 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sep klonlu - 210 manat və 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan uşaq üçün sırğa - 350 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 585 əyarl 8 qramlıq dəyəri 780 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 450 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı 4 qramlıq dəyəri 320 manat olan təkqaşlı brilyant üzük, 1 ədəd 585 əyarlı 3 qramlıq dəyəri 350 manat olan brilyant qaşlı sırğa, 1 dəst ümumi dəyəri 1.900 manat olan komplekt (üzük, boyunbağı, sırğa, bilərzik), 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 340 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 330 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 6 qramlı q dəyəri 380 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 9 qramlıq dəyəri 630 manat olan nişan üzüyü, 1 ədəd 585 əyarlı 6 qramlıq dəyəri 480 manat olan “alyans” qaşlı üzük, 1 ədəd 585 əyarlı 12 qramlıq dəyəri 880 manat olan “reket” bilərzik, 1 ədəd 585 əyarlı 3 qramlıq dəyəri 240 manat olan klon, 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 400 manat olan sırğa (uşaq üçün) qızıl-zinət əşyalarının natura şəklində, naturada olmadıqda isə həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 7.480 manat, ilkin mediasiya sessiyasından keçmək üçün ödədiyi 50 manat mediasiya xərci, həmçinin ödənilmiş 95 manat dövlət rüsumunun, cəmi 7.625 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-223/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tar ixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə əlaqədar gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, iddiaçı mübahisəli qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə dindirilmiş şahid iddiaçı ilə qohumluq münasibətindədir, iddiaçının xalasıdır, yalnız həmin bir nəfər şahidin ifadəsinə əsaslanmaqla sübutların kifayət hesab edilməsi mümkün deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-154/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 1 ədəd 585 əyarlı 8 qramlıq dəyəri 560 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 350 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı 4 qramlıq dəyəri 280 manat olan təkqaşlı brilyant üzük, 1 ədəd 585 əyarlı 3 qramlıq dəyəri 210 manat olan brilyant qaşlı sırğa, 1 dəst ümumi dəyəri 1.900 manat olan komplekt (üzük, boyunbağı, sırğa, bilərzik), 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 340 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 5 qramlıq dəy əri 330 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 6 qramlıq dəyəri 380 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı 9 qramlıq dəyəri 630 manat olan nişan üzüyü, 1 ədəd 585 əyarlı 6 qramlıq dəyəri 420 manat olan “alyans” qaşlı üzük, 1 ədəd 585 əyarlı 12 qramlıq dəyəri 840 manat olan “reket” bilərzik, 1 ədəd 585 əyarlı 3 qramlıq dəyəri 210 manat olan klon, 1 ədəd 585 əyarlı 5 qramlıq dəyəri 350 manat olan sırğa (uşaq üçün) naturada, naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri 6.800 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat və ilkin mediasiya xərci kimi ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsasl arına görə, “... İddiaçı izahatında bildirmişdir ki, 2019-cu ilin noyabr ayında cavabdehlə birgə yaşadıqları evdən sonuncu tərəfindən qovulmuşdur. Eləcə də evdən qovularkən ona məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən onun əlindən alınmışdır. Bundan sonra qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, sonuncu qızılları ona verməmişdir. 17 dekabr 2019-cu il tarixdə ona məxsus qızıl və digər əşyaların cavabdehdən götürülməsi ilə bağlı köməklik göstərmələri üçün Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin sonradan ona məlum olmuşdur ki, guya o, tələb etdiyi qızıl və digər əşyaları ona qaytarıldığından cavabdehə qarşı heç bir tələbinin olmaması barədə polis şöbəsində iza hat vermişdir. O, həmin məzmunda izahat verməmiş və həmin izahat onun tərəfindən yazılmamışdır. Lakin cavabdeh tərəf iddiaçının həmin dəlillərini təkzib edərək, iddiaçının qızıl-zinət əşyalarını evdən çıxıb gedən zaman özü ilə apardığını göstərmişdir. İddiaçının yuxarıda göstərilən arqumentlərinə əsasən məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul olunaraq Mingəçevir şəhər Polis Şöbəsində 25 dekabr 2019-cu il tarixdə verilmiş izahatda göstərilmiş imzaların iddiaçı tərəfindən icra olunubolunmaması ilə bağlı iş üzrə məhkəmə- xəttşünaslıq eksperizası təyin olunmuş və məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, həmin izahatdakı əlyazmalar və imza İddiaçı tərəfindən icra olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi, yəni ona məxsus iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması qənaətinə gəlməyə əsas verir.... Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının qiyməti iddiaçının tələb etdiyi məbləğdə deyil, mütəxəssis rəyində göstərilən çəki və məbləğdə müəyyən edilməlidir.... Məhkəmə kollegiyası bu rəyi sübut kimi qəbul edir. Çünki, rəy verilən zaman mübahisəli qızıl əşyalarının foto-şəkillərinə istinad edilmiş, həmin qızılların çəkisi, növü və əyarı müəyyən edilmişdir. Bu isə qızılların naturada mövcud olmadığı halda qiymətinin müəyyən edilməsi üçün mümkün olan yeganə üsuldur və mütəxəssisin gəldiyi nəticə ağlabatan olmaqla qəbul ediləndir. Mütəxəssis rəyində göstərilən məlumatları təkzib ed ən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə bu rəyi sübut kimi qəbul edir.” c) Kassasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı, şahid X1 (iddiaçının xalası) başqa ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının hazırda cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin halı sübuta yetirə bilməmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etirazında iddiaçı şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbay can Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istif adə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bi lər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ( MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı iddianın rədd olunan hissəsi ilə razılaşaraq, şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia təmin olunan hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsipl ərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur.
32. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur.
26. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas i stiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
27. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
28. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəlləni n 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
29. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşü r. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qə rarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
30. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutla rı qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
31. Qeyd olunan kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ağlabatan mühakim ə əsasında məhkəmə ekspertizasının 20 fevral 2023-cü il tarixli rəyinə də istinad edərək, haqlı olaraq iddiaçının səmimi olması və həqiqəti bəyan etməsi, ona məxsus olduğunu iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması qənaətinə gəlmişdir.
32. Şikayətin məhkəmənin yalnız iddiaçı tərəfindən dindirilmiş şahidin ifadəsinə əsaslanaraq yekun nəticəyə gəlməsi, şahidin ifadələrinin ziddiyyətli olmasına dair dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübu t və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §19).
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(104)-154/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.