Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-364/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə şəhər İcr a Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1858/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının 02 aprel 2002-ci il tarixli, 180 nömrəli sərəncamı ilə Memarlıq və tikinti şöbəsinin təklifi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsinin rəyi nəzərə alınaraq, Gəncə şəhərinin D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsindəki bağın giriş hissəsində 8,0x10,0 m. ölçüdə t orpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üçün X1 təhkim edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 145 saylı sərəncamı əsasında icarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti və icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsi ilə, Gəncə şəhəri D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində qeyri-yaşayış binasının yerləşdiyi 80 kv.m torpaq sahəsi icarəyə verilmişdir. İcarı müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 4.2-ci bəndinə müəyyən edilən şərtə görə, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutumuş eyni müddət üçün uzadılmış hesab edilir.
3. Həmin icarə müqaviləsi əs asında Gəncə şəhəri D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində 8x10 m. ölçüdə torpaq sahəsi üzərində İddiaçı icarı hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ilə **********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, çıxarış və layihəyə uyğun icarəsində olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına zəbt edib onun sahiblik hüququnu məhdudlaşdırmı şdır. Ona görə də cavabdeh məcburi qaydada iddiaçının icarəsində olan 0,008 ha torpaq sahəsindən çıxarılmalıdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirib ki, şəhid atasıdır, iddiaçı ilə mübahisəli torpaq sahəsi üçün aralarında 23000 manata razılşsalar da, pulu olmadığına görə Sənan adlı şəxs onun əvəzinə iddiaçıya 5000 manat pul vermişdir. Lakin sonradan İcra Hakimiyyətində məlum olmuşdur ki, həmin ərazi dövlətin parkıdır. Həmin torpaq sahəsinə dair iddiaçının heç bir sənədi yoxdur. 2022-ci ilin mart ayında 500 manat, aprel ayında isə 800 manat pul vermişdir. Apreldə iddiaçı ona etibarnamə vermiş, həmçinin ona İcra Hakimiyyətində bildirmişlər ki, həmin ərazi dövlətin parkıdır, bundan sonra ona və digər şəhid ailələrinə orada şəhidlər üçün abidə ucaltmağa icazə verilmişdir. İddiaçı onu aldadaraq ümumi etibarnamənin verilməsi üçün 7800 manat məbləğində pulunu almışdır. Sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Onun faktiki istifadəsində olan ərazinin iddiaçıya aidiyyəti yoxdur. Orada “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə ucaldılmış abidə isə təkcə onun tərəfindən deyil, bir çox şəhid ailələri tərəfindən tikilmişdir.
7. Cavabdehin vəkili iddia tələbinə etiraz edərək əlavə bildirmişdir ki, abidəyə aid olan hissəyə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilib. Həmin abidə 100-dən çox şəhid ailəsinin təşəbbüsü ilə tikilib. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, sözügedən abidə isə cavabdehlə yanaşı bir çox şəhid ailələri tərəfindən tikilmişdir.
8. İddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edilməsini müəyyən etmək üçün ekspert iza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 316-16/2- 10/1409 nömrəli, 27 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 metrə qədə r hissəsi, **********15 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-85/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən torpaq sahəsinin qanuni sahibinin iddiaçı olması işin mübahisəsiz halıdır. Həmin torpaq sahəsinin bir hissəsinin cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması da iş materialları, eləcə də cavabdeh tərəfin izahatı ilə təsdiq edilmişdir.
11. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi Gəncə şəhəri, D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində 8x10 m. ölçüdə torpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üç ün iddiaçıya ayrılmış, Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsi bağlanmış, icarı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsinin qanuni sahibi iddiaçıdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir.
12. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-7501/2024 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunan mütəxəssis mülahizəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzini n 3-16-16/210/1409 nömrəli, 27 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən iddiaçıya ayrılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4 metrə qədər hissəsi, **********15 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir.
13. Cavabdeh iddianın əsassızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 158.1.2, 159, 164.2, 165.1-ci, Mülki Prossesual Məcəllənin 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddiaçının birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1858/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası iş materiallarında olan mütəxəssis və ekspert rəylərini təhlil edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmış və hesab etmişdir ki, cavabdeh İddiaçı mübahisə edilən torpaq sahəsindən çıxarılmalıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin faktiki istifadəsində olan ərazinin iddiaçıya aidiyyəti yoxdur. Orada “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə ucaldılmış abidə isə təkcə onun tərəfindən deyil, bir çox şəhid ailələri tərəfindən tikilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3166 nömrəli icarə müqaviləsinə uyğun olaraq Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən 80,0 kv.m torpaq sahəsi İddiaçı icarəsinə verimiş və İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli, ******* *** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, lakin həmin icra müqaviləsinin vaxtı bitmişdir və cavabdeh ilə icrarə müqaviləsi uzadılmamışdır.
22. Kassator şikayətini Mülki Məcəllənin 157-ci, Mülki Prosessual Məcəllənin 77, 77.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....
26. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.
29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
30. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
31. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucu dan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
32. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
33. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyy ən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
34. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
35. Maddə 111.1.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, iddia tələbi iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ndən cavabdehin çıxarılması barədədir.
47. Bu iddia sahibliyin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
48. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
49. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin mü əyyən olunmasından ibarətdir.
50. İş üzrə ekspertiza aparmaq yolu ilə müəyyən edilmişdir ki, iddiaçının icarəsində olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur.
51. Bu halda iddiaçının Mülki Məcəllənin 165.1-ci maddəsində nəzərdə tutulmuş pozucudan pozuntulara son qoymağı tələb etmək hüququndan çıxış etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi qənaət qanuni və əsaslıdır.
52. Kassatotun mübahisəli torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsi və müddətin uzadılmadığı barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh apelyasiya instansiyası nda işə baxılan müddətdə bununla bağlı hər hansı dəlil irəli sürməyib. Apelyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmayan dəlillərin kassasiya icraatında araşdırılması yolverilməzdir.
53. Bundan başqa, iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 4.2-ci bəndində müəyyən edilən şərtə görə, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutumuş eyni müddət üçün uzadılmış hesab edilir.
54. Cavabdeh müqavilənin uzadılmaması barədə hər hansı sübut təqdim etməmişdir.
55. Kassatorun qalan dəlilləri işin halları ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya m əhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmı şdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1858/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.