Məhkəmə qərarları › İş №2(102)-3640/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3640/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3640/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3640/2025 Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 8 sentyabr 2025-ci il tarixli 2(103)-914/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı” və ya “bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişinə əsasən sonuncuya illik 27% dərəcəsi ilə 36 ay müddətinə 16 500 ABŞ dolları məbləğində kredit verilmiş, eyni zamanda həmin borcun təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13 524,85 ABŞ dolları əsas, 4 434,4 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17 959,25 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd olunan faktiki halına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğdə borcu qalmışdır.

4. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan krediti dollarla deyil, manatla götürmüşdür. O, 9 ay ərzində hər ay 732 manat ödəniş etsə də, etdiyi ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Sonradan sağlamlığında problemlər yarandığından, maddi vəziyyəti pisləşmiş, ödənişi vaxtında və lazımi qaydada ödəyə bilməmişdir. Bankın ondan tələb etdiyi borc məbləği həddən artıq yüksəkdir və həmin borcu qaytarmağa maddi imkanı çatmır.

5. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4704/2023 nömrəli qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il tarixinədək faiz borcu hesablanmaqla son ödənişin aparıldığı xx.xx.2022-ci il tarixinə Cavabdeh1 banka olan əsas borcu 12 240,45 ABŞ dolları və faiz borcu 7 846,07 ABŞ dolları olmaqla cəmi 20 086,52 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-21/2024 nömrəli qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspe rtizaya təqdim edilmiş mülki işin 12-ci vərəqində olan xx.xx.2015-ci il tarixli 4029 nömrəli “Kassa məxaric orderi”nin aşağı sağ hissəsində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

7. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-21/2024 nömrəli qətnaməsi ilə (hakim – H.Mahmudova) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 12 269,86 ABŞ dolları əsas borc, 3 782,62 ABŞ dolları faiz borcu olmaqla qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla ümumilikdə 16 052,48 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər müq avilə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmişdir. Belə ki, bankın sonuncu təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka 12 269,86 ABŞ dollar əsas borc, 3 782,62 ABŞ dollar faiz borcu olmaqla cəmi 16 052,48 ABŞ dollar borcu vardır. Ona görə də həmin maliyyə arayışı nəzərə alınmaqla iddia qismən təmin olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 427.3, 472.1, 472.2, 739.1, 739.2, 741 və 742.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ödəniş qəbzlərinə dair saxtalaşdırmanı və kassa məxaric orderindəki imzanın ona məxsus olmamasını bildiyi halda səhv qətnamə qəbul etmişdir. İşə mahiyyəti üzrə yenidən baxılarkən ekspertin rəyi (kassa məxaric orderindəki imzanın ona məxsus olmaması barədə fakt) nəzərə alınmaqla iddia tələbi rədd edilməlidir.

12. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, Mülki Məcəlləyə uyğun olaraq müqavilə qarşılıqlı razılıq əsasında bağlanmışdır. Bu faktı birinci instansiya məhkəməsində olan icraat zamanı da Cavabdeh1 özü etiraf etmişdir. Cavabdehin şikayətində qeyd etdiyi guya onun tərəfindən edilən ödənişləri iddiaçı nəzərə almamış, sənədləri saxtalaşdır mış və s. tipli iddialar tamamilə absurddur. Elektron sənəd dövriyyəsinin mövcud olduğu bir sistemin varlığı nəzərə alınsa, hər hansı manual müdaxilənin mümkünlüyü ağlabatan görünmür. Hesab üzrə həyata keçirilən əməliyyatların yeganə sübutetmə vasitəsi olan bank hesabından çıxarış məhkəməyə təqdim edilmişdir. Burada cavabdeh tərəfindən edilən ödənişlər, həmçinin bu ödənişlərdən silinən əsas, faiz və cərimə borcu aydın şəkildə görünür. Kassa məxaric orderində olan imza ilə bağlı qeyd olunmalıdır ki, Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh1 16 500 dollar deyil, 11 200 dollar götürdüyünü etiraf etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli hazırlıq iclasında isə 10 000 manat kredit götürdüyünü etiraf etmişdir. Etiraflarda olan məbləğlər təzadlı ols a da, kredit borcunun mövcudluğu mübahisəsizdir. Hətta prosesi zamanı müqavilə üzrə ödəniş cədvəli barədə məlumatı olduğunu və imzaladığını da bildirmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)914/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsi olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən mülki işin 9-10-cu vərəqlərində olan 21 aprel 2015-ci il tarixli MK/91253/50/18 nömrəli “Kredit sazişi”nin 1-ci vərəqinin aşağı sağ hissəsində “Müştəri:” qrafasında olan imza, 2-ci vərəqində “Müştəri: (Girov qoyan)” qrafasında olan imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)914/2025 nömrəli qətnaməsi ilə (hakimlər: M.Rüstəmli – sədrlik edən və məruzəçi, A.İsgəndərov və S.Səlimova) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyləri ilə Cavabdeh1 kredit sazişini, habelə kassa məxaric orderini imzalamadığı müəyyən edilmişdir. Bu səbəbdən onunla iddiaçı arasında hər hansı kredit sazişinin bağlandığı, həmin saziş üzrə ona kreditin verildiyi müəyyən edilmir.

16. Həmçinin Cavabdeh1 onunla iddiaçı arasında sözügedən kredit sazişi deyil, ondan əvvəl başqa kredit sazişi bağlandığını etiraf etsə də, hazırkı iddia tələbinin fak tiki əsası həmin saziş deyil, bankın təqdim etdiyi xx.xx.2015-ci il tarixli kredit sazişidir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən məhz 16 500 ABŞ dolları məbləğində kreditin götürdüyünü etiraf etməmişdir.

17. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçının təqdim etdiyi sazişdə göstərilən kredit məbləğinin tərəflər arasında bağlanılmış əvvəlki kredit sazişləri üzrə borca yönəldilib-yönəldilməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin iddiaçı tərəfindən müvafiq sənədlərin (əvvəlki kredit sazişləri və s.) təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.

18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1la iddiaçı arasında xx.xx.2015-ci il tarixdə k redit sazişi bağlanmadığından və ona iddiaçı tərəfindən həmin sazişdə göstərilən 16 500 ABŞ dolları verilmədiyindən hazırkı iddia tələbi təmin oluna bilməz.

19. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 405.1, 460.3, 739.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 385.1-ci maddəsi üzrə tərəflər arasında qarşılıqlı razılıq əsasında 16 500 dollar məbləğində xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İmzanın cavabdehə məxsus olmaması kredit öhdəliyinin mövcudluğunu istisna etmir. Kredit öhdəliyinin yaranmasının vacib şərtlərindən ən birincisi tərəflərin razılığıdır. Mülki iş materiallarından da aydın olur ki, birinci instansiya məhkəməsindəki icraat zamanı Cavabdeh1 özü müqavilə və ödəniş cədvəli barədə məlumatlı olduğunu etiraf etmişdir. Sənədlərin saxtalaşdırılması və ödənişlərin nəzərə alınmaması ilə bağlı Cavabdeh1 dəlilləri tamamilə absurddur. Elektron sənəd dövriyyəsində hər hansı manual müdaxilənin edilməsi ağlabatan deyil. Hesab üzrə həyata keçirilən əməliyyatların yeganə sübutetmə vasitəsi olan bank hesabından çıxarış məhkəməyə təqdim edilmişdir. Burada cavabdeh tərəfindən edilən ödənişlər, həmçinin bu ödənişlərdən silinən əsas, faiz və cərimə borcu aydın şəkildə görünür.

22. Həmçinin, MPM-in 103-cü maddəsi üzrə iddiaçı qeyd etmişdir ki, Cavabdeh1 borc barədə məlumatlı olmağını məhkəmədə etiraf etsə də, apellyasiya instansiyası etirafa deyil, ekspertin rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki, qanunvericiliyə əsasən rəy məhkəmə üçün məcburi xarakter daşımır. Əgər cavabdehin kredit öhdəliyi yox idisə, bir neçə ay ərzində müqavilə üzrə kredit ödənişini icra etməyi ziddiyət yaradır. Cavabdeh guya mübahisə predmeti olan kreditdən əvvəl götürdüyü köhnə kredit müqaviləsi üzrə ödəniş etdiyini bildirsə də, hesabdan çıxarışdan aydın olur ki, məhz mübahisə predmeti olan kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun məbləğdə ödənişlər edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən h üquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.

26. Maddə 739.1 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc ala na) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinə etirazda və apellyasiya baxışı zamanı məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya ş ikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 sentyabr 2025-ci il tarixli 2(103)-914/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar