Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3641/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3641/2024 (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s.” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3207/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiy a şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 12 fevral 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, 3 ay müddətinə Cavabdeh MMC-də “Texniki istismar şöbəsinə yanğından mühafizə üzrə müfəttiş-baş təlimatçı” vəzifəsinə işə qəbul edilmişdir. 2. 01 mart 2022-ci il tarixli, 39/K saylı əmrə və 2 saylı əlavə razılaşmaya əsasən, İddiaçı “Mülki müdafiə və yanğın təhlükəsizliyi sektoruna müdir” vəzifəsinə təyin edilmişdir.
3. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 13 fevral 2023-cü il tarixdən etibarən xitam verilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmrin ləğv edilməsi, MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 aprel 2009-cu tarixli əmrlə "xxxx" MMC-yə yanğından mühafizə üzrə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Daha sonra müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. İşlədiyi dövrdə heç bir töhmət almamış, işini layiqincə yerinə yetirərək müxtəlif vəzifələrdə işləmişdir. 2023-cü ilin y anvar ayında ona bildirmişlər ki, iddiaçı ilə əmək müqaviləsi bir ay müddətinə bağlanır və yalnız MMC daxilində yenilənir, iddiaçı ilə müqavilə bitdikdən sonra yenidən əmək müqaviləsi bağlanacaqdır. Uzun müddət peşə fəaliyyətində nailiyyət qazanmış işçi kimi onunla bir aylıq sınaq müddəti verilməklə müqavilə bağlanmasına etiraz etdikdə isə qanunun tələbinin belə olduğunu, sınaq müddəti bitdikdən sonra uzun müddətli əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Lakin, onu aldadaraq, 16 fevral 2023-cü il tarixdə müqavilə müddətinin bitməsi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, ixtisası və peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər ixtisar zamanı işdə saxlanılır. Bu baxımdan, işdən azad olunarkən onun peşəkarlıq səviyyəsi və digər üstünlükləri nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən işəgötürənin sözügedən əmri tamamilə qeyri-qanuni və əsassız olduğundan hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı etiraz edərək iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmiş və qanunun tələbləri nəzərə alınmaqla qərara alındığından əmr tam əsaslı olmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-2910/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (ha kim Günel Abbasova) iddia tələbi təmin edilmiş, MMC-nin 16 fevral 2023-cü il tarixli 39/K nömrəli əmri etibarsız hesab edilmiş, iddiaçının MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, MMC-dən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hə r hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İddiaçının uzun illər xidmət göstərməsinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özüüzlüyündə ayrıseçkilik kimi qiymətləndirilməlidir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsas ında), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
10. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 01 aprel 2009-cu il tarixdən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Beləliklə də cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız o laraq xitam verilmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 59-cu maddəsinin 1, 2-ci hissələrinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2 və 3cü hissələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. Qətnamədən cavabdeh ape llyasiya şikayətini verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə artıq 12 fevral 2018-ci il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanmışdır. Bu baxımdan məhkəmənin Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə əsaslanmasının heç bir hüquqi əsası yoxdur. Həmin əmr tam qanuni olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5878/2023 nömrəli, 17 oktyabr 202 3-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında 12 fevral 2018-ci ildən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqaviləsi bağlanmışdır.
17. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən “qarşılıqlı razılıq” hazırkı halda mövcud olmamışdır. Belə ki, “qarşılıqlı razılıq” deyəndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının isə 01 aprel 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.
18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir və belə hallardan biri də həmin maddənin f) bəndində nəzərdə tutulmuşdur və həmin bənddə göstərilir ki, tərəflərin h üquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin hallarından məlum olur ki, iddiaçının gördüyü iş (müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı) Əmək Məcəlləsinin 47-ci maddədə sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə gəldiyi nəticə, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ilə eyni olmuşdur (Ali Məhkəmə Mülki kollegiyasının 06 dekabr 2021-ci il; 14 dekabr 2022-ci il tarixli qərarları və sair).
20. Apellyasiya instansiya məhkəməsi öz hüq uqi mövqeyini Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinin, 47-ci maddəsinin f) bəndinin, habelə MPMin 77.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 49-cu maddəsinin 2-ci hissəsinə, 59-cı maddəsinin 1 və 2-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 73.1-ci, 74-cü maddəsinin 2-ci bəndinə, 296-cı maddəsinin 2 və 3-cü hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 372, 380.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsind əki birinci icraat:
22. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmrin məzmunundan görünür ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1ci bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Habelə, iddiaçı iddia ərizəsində onun ştatın ixtisarı ilə əlaqədar olaraq işdən azad olunduğunu və Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edərək, işçilərin ixtisarı zamanı işdə saxlan mağa üstünlüyü olan şəxs kimi işdə qalmalı olduğunu qeyd etmişdir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və əmək müqaviləsi bildirişi həmin tarixdən müvafiq qaydada sistemə daxil edilmişdir. İddiaçının iddia etdiyi hal həqiqəti əks etdirsə belə, onun istinad etdiyi normanın mənasına görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin, həqiqəti əks etdirməyən belə bir hal apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən nəzərə alınmamışdır. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, iddiaçı ilə 12 fevral 2018-ci il tarixdən mübahisələndirilə n əmrin çıxarıldığı günədək davamlı şəkildə müddətli əmək müqaviləsi bağlanmışdır. Bununla da, iddiaçı qeyd olunan müddətli əmək müqavilələrini imzalayanda dəfələrlə öz iradə ifadəsini bildirmiş və hər dəfə növbəti müddətli əmək müqaviləsini imzaladığı vaxt həmin müqavilənin müddətli bağlandığını bilmişdir. Həmçinin iddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, 01 aprel 2009cu il tarixdən "xxxx" MMC-də müvafiq vəzifələrdə çalışmış və 12 fevral 2018-ci il tarixdən həmin Cəmiyyətin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. Halbuki, həqiqəti əks etdirməyən belə bir çevrilmə olmamışdır. Belə ki, nə qeyd olunan vaxt, nə də hazırkı dövrdə iddiaçı, 2009-cu ildən işlədiyi müvafiq hüquqi şəxsin adı cavabdeh təşkilatın adına dəyişdirilməmişdir. Halbuki, qeyd olunan hər iki təşkilat mövcuddur v ə müxtəlif fəaliyyət növü ilə məşğul olmaqda davam edirlər. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, tərəflər 12 fevral 2018-ci ildən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 5 ilə yaxın bir müddətdə davamlı şəkildə müddətli əmək müqaviləsi bağlamaqla, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iradə ifadələrini bəyan etmişlər. Lakin məhkəmə kollegiyası iddiaçının 01 aprel 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz” qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan hal məhkəmə kollegiyas ı tərəfindən işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın məhz işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünməsi ilə izah etmişdir. Halbuki, iş materiallarından, habelə əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, tərəflər arasında 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Sonradan həmin əmək müqaviləsinə istər müddətlə, istərsə də müvafiq vəzifə və həmin vəzifəyə uyğun aylıq əmək haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı çoxsaylı (16 adda) dəyişiklik edilmişdir. Məhkəmə kollegiyası belə bir məqama diqqətsiz yanaşması yalnız təəssüf hissi doğurur. Halbuki, belə bir vacib məqam müvafiq qətnamədə hüquqi cəhətdən əsaslandırılmalı idi. Lakin, məhkəmə kollegiyası yalnız “daha inandırıcı görünür” deyə qeyd etməklə, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşəgötürən müvafiq maddənin tələbi əsasında əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqdan istifadə edərək, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qeyd edilən əmək müqaviləsinə xitam verməsi barədə iddiaçı tərəfindən mübahisələndirilən əmri vermişdir. Əmək müqaviləsinin müddəti qurtardığı təqdirdə onun yenidən eyni və ya başqa bir müddətə bağlanması ilə bağlı işəgötürən üzərində hər hansı bir qaydada imperativ norma milli əmək qanunvericiliyində öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbinə istinad edən məhkəmə kollegiyası əsassız olaraq belə bir mövqedə olmuşdur ki, iddiaçının gördüyü iş (müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı) müvafiq maddədə sadalanan hallara aid olmadığından, onunla m üddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçı gördüyü işlə (müdafiə və yanğın təhlükəsizliyi) bağlı müddətli əmək müqaviləsini 12 fevral 2018-ci il tarixdə bağlamış və müqavilənin müddəti bitdikdən sonra müvafiq qaydada müqavilənin müddəti artırılmışdır. Hər hansı bir iş profili ilə bağlı müddətsiz əmək müqaviləsinin bağlanması ilə əlaqədar Əmək Məcəlləsində imperativ norma mövcud deyil. Həmin norma üzrə işəgötürən müvafiq profilli iş yerlərinə işçi ilə əmək müqaviləsi bağlayarkən mütləq səkildə həmin müqaviləni müddətsiz bağlamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbindən də göründüyü kimi, müvafiq işlər və halların heç biri iddiaçıya aid olmamışdır. Bu baxımdan, həmin maddənin tələbinə əsasən müvafiq əmək müqaviləsinə bəhs edilən əsasla xitam verilməsi üçün heç bir qadağa halı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri tərəflərin iştirakları ilə araşdırılmamış və əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)648/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi) Vüqar Həsənov və İspəndiyar Şəfiyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
25. Kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, qeyd olunan əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Həmçinin Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulub. Həmin normada göstərilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqavil əsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
26. Hazırkı işdə əmək müqaviləsində göstərilən üç aylıq müddət 12 may 2018-ci il tarixdə qurtarsa da, tərəflər arasında əmək münasibətləri davam etdirilib və üç aylıq müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri həmin müqaviləyə xitam verilməsini tələb etməyib və əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə, yəni 12 may 2023-cü il tarixədək uzadılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirməmiş, cavabdeh təşkilatın müvafiq icra hakimiyyəti orqanında 14 yanvar 2016-cı il tarixdə dövl ət qeydiyyatına alındığını nəzərə almamış və Cavabdeh MMC-nin "xxxx" MMC-nin hüquqi varisi olub-olmadığını, sonuncunun yenidən təşkil edilibedilmədiyini, onların eyni hüquqi şəxslər olub-olmadığını aydınlaşdırmadan, yalnız iddiaçının izahatına əsaslanaraq onun 01 aprel 2009-cu il tarixdən "xxxx" MMC-də işləməsi və sonuncunun yalnız adının Cavabdeh MMC-yə dəyişdirilməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 44.1-ci maddəsində göstərilir ki, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 aprel 2009-cu il tarixdən fasiləsiz olaraq nə "xxxx" MMC-də, nə də C avabdeh MMC-də işləməsini, həmin təşkilatlarla müddətsiz əmək müqaviləsi bağlamasını, habelə onunla müddəti müəyyən edilmədən bağlanmış əmək müqavilələrinin onun razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut olmamışdır. Əksinə, cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə müəyyən olunmuşdur ki, sözügedən hər iki hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ayrı-ayrı hüquqi şəxslərdir və hazırda hər iki təşkilat özünəməxsus bu və ya digər fəaliyyət növləri ilə məşğul olur. Digər tərəfdən, hazırkı işdə, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilən qarşılıqlı razılığın iddiaçının iradəsini ifadə etmədiyini özündə ehtiva edən heç bir sübut yoxdur. Be lə ki, işə baxan məhkəmələr iddiaçının 01 aprel 2009-cu il tarixdən cavabdeh MMC ilə müddətsiz əmək müqaviləsi bağlayaraq fasiləsiz olaraq orada işlədiyini, həmin müqavilənin müddətsiz xarakter daşıdığını, tərəflər arasında 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin əslində iddiaçının iradəsini ifadə etmədiyini və sonuncunun həmin müqaviləni işəgötürənin təzyiqi altında bağladığını göstərsələr də, gəldikləri nəticəni hər hansı mötəbər sübutlarla əsaslandırmamışlar. Əksinə, tərəflər arasında əvvəldən qarşılıqlı razılığa əsasən müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlanıb və iddiaçı, həmin müqaviləyə əsasən 16 fevral 2023-cü il tarixədək cavabdeh təşkilatda işləyib və ötən müddət ərizəndə onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməyib. Yalnız əmək müqaviləsinin müdd əti bitdikdən və bu əsasla işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparmadan, tərəflər arasında bağlanmış 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edib-etmədiyini, həmin müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan əsasın olub-olmadığını aydınlaşdırmadan, yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq əmək müqaviləsində nəzərdə tutulmuş qarşılıqlı razılığın onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə b ilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
29. İşə yeni apellyasiya baxışı zamanı iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim olunaraq iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən "xxxx" MMC-də işləmişdir, yalnız müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC adlandırıldıqdan sonra 2023-cü ilin yanvar ayında ona təklif olunmuşdur ki, müəssisənin adı dəyişdiyindən əmək müqaviləsi də yenilənəcək, ona görə də öz xahişinlə işdən azad olunmaq barədə ərizə ilə müraciət et. Daha sonra 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanmışdır. Baxmayaraq ki iddiaçı uzun müddət həmin müəssisədə işləyib və yüksək təcrübəli mütəxəssis olub, onu 2023-cü ilin fevralın 16-da əmək müqaviləsinin müddət inin bitməsi əsası ilə işdən azad etmişlər. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, rəhbərlik onu aldatmış, ona qarşı qərəzli mövqedə olmuş, işçilər arasında ayrı-seçkiliyə yol vermişdir. İddiaçı işəgötürənin əsl niyyətini hiss etsə idi, işdən azad olunmaq barədə ərizə yazmaz və iradəsinə uyğun olmayan cəmi 1 ay müddətə əmək müqaviləsinin bağlanmasına əsla razılıq verməzdi.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3207/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski) cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdı r ki, mübahisə olunan əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunub. Qeyd olunan əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam v erilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı halda iddiaçı 14 yanvar 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış cavabdehlə qarşılıqlı razılıq əsasında üç ay müddətinə 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlayaraq “Texniki-istismar şöbəsinin yanğından mühafizə üzrə müfəttiş-baş təlimatçı” vəzifəsinə işə qəbul edilib və sonradan öz razılığı ilə həmin Cəmiyyətdə müxtəlif vəzifələrə keçirilib. Göründüyü kimi, əmək müqaviləsində göstərilən üç aylıq müddət 12 may 2018-ci il tarixdə qurtarsa da, tərəflər arasında əmək münasibətləri davam etdirilib və üç aylıq müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri həmin müqaviləyə xitam verilməsini tələb etməyib və əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə, yəni 12 may 2023-cü il tarixədək uzadılıb.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 01 aprel 2009-cu il tarixdən fasiləsiz olaraq nə "xxxx" MMC-də, nə də Cavabdeh MMC-də işləməsini, həmin təşkilatlarla müddətsiz əmək müqaviləsi bağlamasını, habelə onunla müddəti müəyyən edilmədən bağlanmış əmək müqavilələrinin onun razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə müəyyən olunur ki, sözügedən hər iki hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ayrı-ayrı hüquqi şəxslərdir və hazırda hər iki təşkilat özünəməxsus bu və ya digər fəaliyyət növləri ilə məşğul olur.
34. Məhkəm ə kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarına əsasən Cavabdeh MMC "xxxx" MMC-nin hüquqi varisi deyildir. Belə ki, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmaqla yaradılmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 3, hüquqi təmsilçisi-X3 olan "xxxx" MMC və xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmaqla yaradılmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 3, hüquqi təmsilçisi X1 olan Cavabdeh MMC iki ayrı hüquqi şəxsdir.
35. Hazırkı işdə, Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində göstərilən qarşılıqlı razılığın iddiaçının iradəsini ifadə etmədiyini özündə ehtiva edən heç bir sübut yoxdur. Belə k i, tərəflər arasında əvvəldən qarşılıqlı razılığa əsasən müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlanıb və iddiaçı, həmin müqaviləyə əsasən 16 fevral 2023-cü il tarixədək cavabdeh təşkilatda işləyib və ötən müddət ərizəndə onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməyib. Yalnız əmək müqaviləsinin müddəti bitdikdən və bu əsasla işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edib.
36. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edib-etmədiyi, həmin müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün Əmək Məcəlləsin in 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan əsasın olub-olmadığı aydınlaşdırılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli müqavilə xx.xx.2023-cü il tarixdə müddətin bitməsi əsası ilə ləğv edilmişdir, tərəflər arasında sözügedən müddətli əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etməmiş, yəni müddətli müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan əsas mövcud olmamışdır. Belə ki, həmin məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bit dikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi işəgötürən müqavilədə nəzərdə tutulan müddət bitdikdən sonrakı bir həftə ərzində əmək müqaviləsinə xitam vermişdir.
37. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmadığının müəyyən edilməsinə dair göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh tərəfin iş materiallarına əlavə edilməsi üçün təqdim etdiyi əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, iddiaçının iddia etdiyi kimi ona qarşı ayrı-seçkilik edilməmişdir, cavabdeh MMC-də işçilərin bir qismi müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərir. Həmçinin cavabdehin nümayəndə si müəssisədə çalışan 350-dək işçinin əksəriyyətinin müddətli əmək müqaviləsi əsasında çalışdığını bildirmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə, Əmək Məcəlləsinin 45, 47 (f bəndi), 68 (1 və 2-ci hissə), 73 (1-ci hissə), 74 (2-ci hissə) maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.2, 385 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
39. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsasla ndırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müzakirə olunan dəlillərə düzgün yanaşmamış, tərəflər arasında ayrı-seçkiliyə yol vermiş, iş üzrə cavabdehin mövqeyini əsas götürərək düzgün olmayan qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Cavabdehin nümayəndəsi və vəkili Ferhadov Dadag Olirza oğlu kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
42. Maddə 45 (1-5-ci hissələri). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə ba ğlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
43. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) ha llarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş di gər hallarda.
44. Maddə 68. (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
45. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.
46. Maddə 73. (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
47. Maddə 74. (2-ci hissə). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 2 17.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
59. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsas ını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymə t verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kas sasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq norma larına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3207/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.