Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3642/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə 20.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(103)1565/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları: İddia çı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 saylı evin, 60 saylı mənzilini 28 avqust 2015-ci il tarixdə 60 ay müddətinə, illik 28 ödəmək şərti ilə Cavabdeh3 BOKT ASC-nə ipoteka qoyaraq 15.000 ABŞ dolları kredit götürüb. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" BOKT ASC İddiaçı qarşı “ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, İddiaçı ödəniş günü milli manata məzənnədə əsas borca görə 20.909,11 ABŞ dolları, hesablanmış faizə görə 8.597 ABŞ dolları, dəbbə puluna görə 15 ABŞ dolları olmaqla, cəmi 29.521,11 ABŞ dollarının tutulub "xxxx" BOKT ASC-nə verilməsi, tutmanın X1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 saylı evin, 60 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsaitdən 29.521,11 ABŞ dollarının "xxxx" BOKT ASC-nə ödənilməsi və sair qət edilib. Bundan sonra, qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən İddiaçı məxsus olan sözügedən mənzilin 50.000 manat, təkrar hərracda ilkin satış qiyməti 42.500 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılıb və hərracın 24 iyun 2019-cu il tarixdə, saat 11:00-da və təkrar hərracın 15 iyul 2019-cu il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə İddiaçı və məlumat üçün Cavabdeh3 BOKT ASC-nə və Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İddiaçıya məxsus ipoteka predmeti olan mənzil hərracın keçirilməsinə şərait yaradan və 31 iyul 2019-cu il tarixli protokol tərtib edən "xxxx" MMC tərəfindən tələbkar Cava bdeh3 BOKT ASC-nə 31.875 manata satılıb; İpoteka predmeti olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində 06 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınıb; Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə “Finoko" BOKT ASC-nın İddiaçı və digərlərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, İddiaçı, Rəna Məmmədova və Ellada Məmmədova iddiaçıya məxsus olan sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, 2-ci massiv, 1saylı evin 60 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq "xxxx" BOKT-na təhvil verilməsi qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci i nstansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 saylı evin, 60 saylı mənzilinə dair 31 iyul 2019-cu il tarixli “Hərracın yekunları haqqında” protokolun, alqı-satqı müqaviləsinin ləğv edilməsi, hərəkətlərin qanunsuz hesab edilməsi, mülkiyyətdə olan mənzil üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi və mənzilə aid sənədləşdirmənin əvvəlki hüquqi vəziyyətə qaytarılması və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Cavabdeh3 BOKT ASC-dən mənzilin ipoteka qoyaraq götürdüyü 15.000 manat kredit borcü üzrə ödənişləri vaxtlı-vaxtında icra edib və sonradan maddi vəziyy əti ilə əlaqədar ödəmələrdə müəyyən ləngimələr yaranıb. O, Cavabdeh3 BOKT ASC-nin əməkdaşlarına inanaraq mənzilin əlindən alınmaması üçün Cavabdeh3 BOKT ASC-nə pullar ödəməyə başlayıb, lakin Cavabdeh3 BOKT ASC, "xxxx" MMC və Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsi ilə birləşərək onun yeganə mülkiyyətində olmuş və yaşadığı mənzili onun xəbəri olmadan öz mülkiyyətinə qəbul etməsi və əsassız varlanaraq həm də o cavabdeh ilə danışıqlara gedərkən məhkəməni dayandıracaqları barədə yalan vəd verərək 31 yanvar 2018-ci ildən 2020-ci ilin iyul ayınadək hesablarına pullar ödətdirib, sonradan onun ağır xəstə olmasından istifadə etməklə, iştirakını təmin etmədən onun əleyhinə qətnamə çıxarıb. Hətta ipoteka predmeti olan yeganə mənzilini artıq Cavabdeh3 BOKT ASC onun razılığı və xəbəri olmada n borca görə pul ödədiyi halda belə öz mülkiyyətinə keçirdib. "xxxx" MMC-nin, habelə Bakı şəhəri, Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin və Cavabdeh3 BOKT ASC-nin rəhbərliyinin və əməkdaşları 31 iyul 2019-cu il tarixdə keçirdikləri “Hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsində ipoteka predmeti olan həmin mənzilin dəyəri 31.875 manat məbləğində qiymətləndirilib. Mənzilinin real qiyməti 65.000 manat olsa da, hərracı keçirən "xxxx" MMC tərəfindən 31 iyul 2019-cu il tarixdə keçirilən hərrac barədə ona məlumat verilməyib. Bu səbəbdən də hərracda iştirak etmək hüququndan məhrum edilib. Hərrac keçirilərkən mülkiyyətində olan sözügedən mənzilin satış qiyməti bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilib. Mənzil qiymətləndirilərkən Cavabdeh3 BOKT ASC-nin maraqları nəz ərə alınaraq həddindən artıq aşağı qiymət yazılıb və mənzilin satış qiyməti "xxxx" MMC tərəfindən 50.000 manata həddindən artıq aşağı qiymətlə yekun protokol tərtib edilib. Odur ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş 31.875 manat qiymət çox aşağı olan bir qiymətdir və reallığa uyğun deyil. Həmçinin, "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən müəyyən olunur ki, İddiaçı məxsus olan mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 50.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilib. "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli ekspert rəyinə görə, İddiaçı məxsus olan sözügedən mənzilin 28 oktyabr 2021-ci il tarixə bazar dəyə ri 56.000 manat, likvid dəyəri isə 50.000 manat təşkil edir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli hesabatında, habelə "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatda mənzilin müəyyən edilmiş qiymətində əsaslı fərq müəyyən edilməyib (bazar dəyəri 56.000 manat, likvid dəyəri isə 50.000 manat). Hesabatlar arasında olan bu fərqlə bağlı qeyd edilməlidir ki, qiymətləndirmə sahəsində ixtisaslaşan qurumların hər hansı mənzillə bağlı qiymət baxımından analoji rəy verməsi heç də həmişə mümkün olan hal deyil və qiymətdə fərqin olması başa düşüləndir. Sadəcə olaraq fərq məbləğ baxımından ağlabatan olma lıdır. Bununla yanaşı, mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Bu baxımdan iddiaçı, iddia ərizəsində qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilməsini tələb etsə də, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. İddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və mülki iş materiallarına əsasən, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin hansı tələbinin pozulduğunu bildirmir və hərracın nəticələrinin etibarsız hesab edilməsini dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. Göründüyü kimi, "xxxx" MMC-nin 19 iyul 2019-cu il tarixli təklif məktubu ilə ipoteka predmetinin əldə olunmasına dair Cavabdeh3 BOKT ASC-nə və Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və İddiaçı təklif göndərilib və göstərilmişdir ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 08 may 2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş sözügedən mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19 iyul 2019cu il tarixli nömrəsində elan dərc edilib. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31.875 manat olmaqla ipoteka saxlayana təklif olunur. İpoteka saxlayan isə 30 təqvim günü ərzin də ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunub. Hazırda mübahisələndirilən hərrac başa çatıb və qeyd olunan mənzilin mülkiyyətçisi Cavabdeh3 BOKT ASC-dir. Mənzilə dair hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmayıb və iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmayıb. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən, Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən iddiaçıya qeydiyyatda olduğu ünvan üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilib. İddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.2, 416.1 və 416.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi, Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 24 noy abr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı apellyasiya şikayətində hərrac barədə məlumatsız olduğunu göstərsə də, bildirişlər onun qeydiyyatda olduğu ünvana müvafiq qaydada göndərilib. Belə ki, “Birja yenilikləri” qəzetinin 24-30 may 2019-cu il, 07-13 iyun 2019-cu il, 28 iyun-04 iyul 2019-cu il və 19-25 iyul 2019-cu il tarixli buraxılışlarında hərracla bağlı müvafiq elanlar (ilk və təkrar hərracların vaxtı və yeri haqqında, hərracın baş tutmamış elan edilməsi və sair barədə) verilib. Göründüyü kimi, məlumatlandırma ilə bağlı iddiaçının dəlilləri əsassız olmaqla, bu dəlillər hərracın nəticələrinin etibarsızlığın a əsas ola bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməyib. Bununla yanaşı, iddiaçı ipoteka predmeti olan mənzilin dəyərinin az müəyyən olunmasını bildirərək, qiymətləndirmə rəyinin etibarsız sayılmasını tələb edib, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməyib və tələbini ümumi sözlərlə əsaslandırmağa çalışıb. Halbuki, işdən görünür ki, icra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 06 may 2019-cu il tarixli hesabatına əsasən ipoteka predmeti olan sözügedən mənzilin satış dəyəri 50.000 manat müəyyən edilib və ipoteka predmeti məhz həmin qiymətlə hərraca çıxarılıb. Qeyd edilən halın yoxlanılması istiqamətində birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə təyin edilib və "xxxx" MMC tərəfindən əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilib və mənzilin bazar dəyəri 56.000 manat, likvid dəyəri 50000 manat müəyyən edilib. İddiaçının qeyd edilən dəlili əsassız olmaqla, işdə olan sübutlarla öz təsdiqini tapmır. Həmçinin, "xxxx" MMC tərəfindən tərtib edilmiş “Hərracın nəticələri haqqında” 31 iyul 2019-cu il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, iddiaçıya məxsus olan qeyd olunan mənzilin Cavabdeh3 BOKT ASC-nə 31.875 manata (təkrar satışdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə) əldə edib və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 06 sentyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. İddiaçı istər tələbində, istərsə də apellyasiya şikayətində keçi rilən hərracların vaxtı və yeri haqqında ona məlumat verilmədiyini, mənzilin satış dəyərinin az müəyyən olunduğunu göstərsə də, yuxarıda qeyd edildiyi kimi ilkin olaraq ipoteka qoyulmuş mənzilin hərracdan satış qiyməti müvafiq qiymətləndirici tərəfindən obyektiv olaraq müəyyən edilib və sonradan iki hərrac (ilk və təkrar) keçirilib, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə (həmçinin iddiaçıya) bildirişlər göndərilib. Eyni zamanda ipoteka saxlayan tərəfindən də iddiaçıya bu istiqamətdə məlumat xarakterli məktublar göndərilib, qəzetdə müvafiq elanlar verilib, lakin hərrac baş tutmayıb və nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunub və sonuncunun mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Daha sonra, iddiaçının tələbinin bir hissəsi qanuni qüvvə yə minmiş məhkəmə aktının (kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Cavabdeh3 BOKT ASC-nin iddia tələbi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi) qəbuluna qədər olan hallarla bağlı olmuşdur ki, hazırki icraat çərçivəsində onlara hüquqi qiymət verməyi zəruri hesab etmir. İddiaçı həmin dəlilləri məhkəmə qərarını mübahisələndirməklə irəli sürə bilərdi. iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilib, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün n əticəyə gəlib və tətbiq edilməli qanunu düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən mənzilə dair hərrac qanun pozuntusu ilə keçirilib və hərracların vaxtı və yeri haqqında məlumatı olmadığı üçün hərracda iştirak edə bilməyib. Lakin, apelyasiya instansiyası məhkəməsi qətnamədə hərracın keçirilməsi barədə bildirişlərin iddiaçının ünvanına sifarişli poçtla göndərildiyini qeyd edib. Halbuki, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən, iddiaçının bildirişləri a lmasını təsdiq edən müvafiq sənədləri imzalaması mülki iş materialları ilə təsdiq edilmir. Ümumiyyətlə bu istiqamətdə araşdırma aparılmayıb və rabitə orqanlarına müvafiq sorğu verilməyib. Bu baxımdan hərracın keçirilmə qaydasına dair “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulub. Əlavə olaraq, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinin tələbləri pozulub. Belə ki, iddiaçı hərracın keçirilməsinin vaxtı və yeri haqqında məlumatlı olmaması səbəbindən, onun mülkiyyətində olan yeganə yaşayış sahəsi dəyərindən 2 dəfə aşağı qiymətlə hərraca çıxarılmasının və satılmasının qarşısını almaq üçün, cavabdeh tərəfindən ipoteka predmetinin əldə edilməsinə qədər ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinin satışına xitam verə bilmək hüququndan məhrum edilib. Bu səbəbdən də yeganə yaşayış yerindən məhrum olub və mülkiyyət hüququ pozulub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 269-cu maddəyə görə, girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüqu qudur; 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir; 43.1-ci maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir; 43.3-cü maddəsinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qa nunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən, bu Qanu nun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 saylı evin, 60 saylı mənzilini 28 avqust 2015-ci il tarixdə 60 ay müddətinə, illik 28 ödəmək şərti ilə Cavabdeh3 BOKT ASC-nə ipoteka qoyaraq 15.000 ABŞ dolları kredit götürüb. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" BOKT ASC-nin İddiaçı qarşı “ipoteka predm etinə məhkəmə qaydasında tutmanın yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, İddiaçı ödəniş günü milli manata məzənnədə əsas borca görə 20.909,11 ABŞ dolları, hesablanmış faizə görə 8.597 ABŞ dolları, dəbbə puluna görə 15 ABŞ dolları olmaqla, cəmi 29.521,11 ABŞ dollarının tutulub "xxxx" BOKT ASC-nə verilməsi, tutmanın X1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1 saylı evin, 60 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsaitdən 29.521,11 ABŞ dollarının "xxxx" BOKT ASC-nə ödənilməsi və sair qət edilib. Bundan sonra, qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən İddiaçı məxsus olan sözügedən mənzilin 50.000 manat, təkrar hərracda ilkin satış qiyməti 42.500 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılıb və hərra cın 24 iyun 2019-cu il tarixdə, saat 11:00-da və təkrar hərracın 15 iyul 2019-cu il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə İddiaçı və məlumat üçün Cavabdeh3 BOKT ASC-nə və Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İddiaçıya məxsus ipoteka predmeti olan mənzil hərracın keçirilməsinə şərait yaradan və 31 iyul 2019-cu il tarixli protokol tərtib edən "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh3 BOKT ASC-nə 31.875 manata satılıb; İpoteka predmeti olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində 06 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınıb; Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə “Finoko" BOKT ASC-nın İddiaçı və digərlərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməs i, mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, İddiaçı, Rəna Məmmədova və Ellada Məmmədova iddiaçıya məxsus olan sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, 2-ci massiv, 1saylı evin 60 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq "xxxx" BOKT-na təhvil verilməsi qət edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində sözügedən hərrac barədə məlumatsız olduğunu göstərsə də, bildiri şlər onun qeydiyyatda olduğu ünvana müvafiq qaydada göndərilib. Yəni, “Birja yenilikləri” qəzetinin 24-30 may 2019-cu il, 07-13 iyun 2019-cu il, 28 iyun-04 iyul 2019-cu il və 19-25 iyul 2019-cu il tarixli buraxılışlarında hərracla bağlı müvafiq elanlar (ilk və təkrar hərracların vaxtı və yeri haqqında, hərracın baş tutmamış elan edilməsi və sair barədə) verilib. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu bar ədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir; 43.1-ci maddəsinə əsasən, hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir; 43.3-cü maddəsinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satı ş qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiy mətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hərracın keçirilməsinə dair məlumatlandırma ilə bağlı iddiaçı nın dəlilləri əsassız olmaqla, bu dəlillər hərracın nəticələrinin etibarsızlığına əsas ola bilməz və iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməyib. Bununla yanaşı, iddiaçı ipoteka predmeti olan mənzilin dəyərinin az müəyyən olunmasını bildirərək, qiymətləndirmə rəyinin etibarsız sayılmasını tələb edib, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməyib və tələbini ümumi sözlərlə əsaslandırmağa çalışıb. Halbuki, işdən görünür ki, icra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 06 may 2019-cu il tarixli hesabatına əsasən ipoteka predmeti olan sözügedən mənzilin satış dəyəri 50.000 manat müəyyən edilib və ipoteka predmeti məhz həmin qiymətlə hərraca çıxarılıb. Qeyd edilən halın yoxlanılması istiqamətində bi rinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə təyin edilib və "xxxx" MMC tərəfindən əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilib və mənzilin bazar dəyəri 56.000 manat, likvid dəyəri 50000 manat müəyyən edilib. İddiaçının qeyd edilən dəlili əsassız olmaqla, işdə olan sübutlarla öz təsdiqini tapmır. Həmçinin, "xxxx" MMC tərəfindən tərtib edilmiş “Hərracın nəticələri haqqında” 31 iyul 2019-cu il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, iddiaçıya məxsus olan qeyd olunan mənzilin Cavabdeh3 BOKT ASC-nə 31.875 manata (təkrar satışdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə) əldə edib və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 06 sentyabr 2019-cu il tarixdə dövlət qeydi yyatına alınıb. İddiaçı istər tələbində, istərsə də apellyasiya şikayətində keçirilən hərracların vaxtı və yeri haqqında ona məlumat verilmədiyini, mənzilin satış dəyərinin az müəyyən olunduğunu göstərsə də, yuxarıda qeyd edildiyi kimi ilkin olaraq ipoteka qoyulmuş mənzilin hərracdan satış qiyməti müvafiq qiymətləndirici tərəfindən obyektiv olaraq müəyyən edilib və sonradan iki hərrac (ilk və təkrar) keçirilib, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə (həmçinin iddiaçıya) bildirişlər göndərilib. Eyni zamanda ipoteka saxlayan tərəfindən də iddiaçıya bu istiqamətdə məlumat xarakterli məktublar göndərilib, qəzetdə müvafiq elanlar verilib, lakin hərrac baş tutmayıb və nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunub və sonuncunun mənzil üzərində mülkiyyət hüququ döv lət qeydiyyatına alınıb. Daha sonra, iddiaçının tələbinin bir hissəsi qanuni qüvvəyə minmiş məhkəmə aktının (kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Cavabdeh3 BOKT ASC-nin iddia tələbi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi) qəbuluna qədər olan hallarla bağlı olmuşdur ki, hazırki icraat çərçivəsində onlara hüquqi qiymət verməyi zəruri hesab etmir. İddiaçı həmin dəlilləri məhkəmə qərarını mübahisələndirməklə irəli sürə bilərdi. iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçü n əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasa siya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(103)-1565/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3642/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3642/2022
20.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver