Məhkəmə qərarları › İş №2(102)-3644/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3644/2022

31.05.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3644/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)1625/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2014-cü il tarixli, 101850- 0 01/14 nömrəli kredit müqaviləsi üzrə 19 iyun 2019-cu il tarixdən 07 dekabr 2021-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 56629,88 manat, 19 iyun 2014-cü il tarixli, 101851001/14 nömrəli kredit müqaviləsi üzrə 19 iyun 2019-cu il tarixdən 07 dekabr 2021-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 61597,22 manat olmaqla, ümumilikdə 118227,10 manat məbləğində pulun və 409,61 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil 08.04.2022-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Bin əqədi Rayon Məhkəməsinin 2(001)-1625/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadına əsasən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh nümayəndəsi, Vəkil ərizəsi təmin edilməmiş, mülki işə mahiyyəti üzrə baxılmasının davam edirilməsi qərara alınmışdır. Cavabdeh (Vəkil) qərardaddan şikayət verib, Binəqədi Rayon Məhkəməsinin 2(001)1625/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadın ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şikayət onunla əsaslandırıb ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 08.04.2022ci il tarixli 2(001)-1625/2022 saylı qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh nümayəndəsi kimi onun bu barədə ərizəsini n təmin edilməməsi və mülki işə mahiyyəti üzrə baxılması davam etdirilməsi qərara almışdır. Hesab edir ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iş üzrə cavabdeh götürdüyü yüksək məbləğdə krediti istehlak məqsədilə deyil, sahbkarlıq məqsədilə götürmüş və bu məqsədlə də istifadə etmişdir. Lakin buna baxmayaraq iddiaçı müqavilə də borcun təyinatını düzgün göstərməmiş və beləliklə də vergidən yayınmışdır. Bu səbəbdən də hesab edir ki, mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırı b hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, bank ilə Cavabdeh arasında bağlanan 19 iyun 2014-cü il tarixli, 101850-003/14 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə bank borcalana ******* manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 15 % dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit şəxsi istehlak məqsədilə verilmişdir Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən sonuncuya kreditin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün verildiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutu məhkəməyə təqdim edilməmiş, yalnız məbləğin yüksək olmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğundan, birinci instansiya məhkəməsi Cavabdeh ərizəsini rədd etməklə düzg ün nəticəyə gəlib və aşağıdakı mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətləri ndən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümu mi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit etmişdir. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkə mə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan məhk əmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər arasındakı hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, cavabdehin şəxsi istehlak məqsədi ilə götürdüyü kreditin ödənilməsi ilə bağlı yarandığından, işə, məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası mə hkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirlmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası MPM-nin maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA 416-419-cu ALDİ: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)-1625/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar