Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3647/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması,kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə cərimə (dəbbə pulu), borcun vərəsələrdən tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli 2(104)-969/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ataları Əliyev Fazil Ağasəməd oğlu 21 aprel 2021-ci il tarixli ərizə ilə İddiaçı QSC-nə müraciət edərək, 24 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 7000 manat krediti sifariş vermiş və bank tərəfindən ona həmin şərtlərlə 7000 manak kredit verilmişdir.
2. Əliyev Fazil Ağasəməd oğlu 03 noyabr 2021-ci il tarixdə vəfat etmişdir.
3. Cavabdeh2 26 noyabr 2021-ci il tarixli ərizəsində xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası Əliyev Fazil Ağasəməd oğlundan bütün əsaslarla ona çatan miras payından, miras qoyan ın oğlu Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir.
4. Fazil Əliyevin vərəsəsi - Cavabdeh1 06 yanvar 2022-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət etmiş və 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, 09 avqust 2022-ci il tarixdə reyestrdə 2V-818, 819, 820 və 821 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
5. Cavabdeh4 və Cavabdeh3 13 yanvar 2022-ci il tarixli və xx.xx.20210-ci il tarixli ərizələrində, vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlundan qalan bütün miras əmlakdan onlara çatası miras payı qəbul etməkdən imtina etmişlər. 6. 09 avqust 2022-ci il tarixli, 2V-818, 2V-819, 2V-820 və 2V-821 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, 03 noyabr 2021-ci il tarixdə və fat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci i 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. 7. 1 iyul 2 023-cü il tarixli, 2V-702 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsəsi olan oğlu Cavabdeh1 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********9 olan məktubuna əsasən miras qoyan Əliyev Fazil Ağasəməd oğlunun adına qalmış 694.48 manat pul vəsaitindən ibarətdir.
8. İddiaçı QSC bundan əvvəl cavabdeh Əliyev Fazil Ağasəməd oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(066) -31/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə cavabdeh Əliyev Fazil Ağasəməd oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin (ərizəsi) ləğv edilməsi, Cavabdeh1, X2 və Cavabdeh3 5483,97 manat əsas, 449,65 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 5938,62 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 79.39 manatı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Lakin Cavabdeh1 apelyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2(104)-2483/2023 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(0 66)-31/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
10. İddiaçı QSC-nin cavabdehlərə ünvanlandığı 09 aprel 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlarda cavabdehlərə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. 11. 12. 09 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun 21 aprel 2021-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 5483,97 manat əsas, 1800,36 manat faiz, 1657,02 manat cərimə, cəmi 8941,35 manat borcu yaranmışdır.
13. Cavabdeh4 21 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin oktyabr ayının 25-ci günündə 805 nömrə ilə qeyd edilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-2-230158/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları eməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Fərmana əsasən mərhum Əliyev Fazil Ağa səməd oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyinə uyğun olaraq 6600 manat məbləğdə birdəfəlik ödəmə proaktiv qaydada icra edilmişdir. Məlum olduğu kimi təyinat aparılmış, lakin vəfat etmiş şəxslərə münasibətdə birdəfəlik ödəmə məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən vərəsəlik hüququ təyin olunmuş müharibə əlilinin vərəsəsinə (vərəsələrinə) köçürülür. Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş pay bölgüsünə əsasən sizə təyin edilmiş 1650 manat 2022-ci il 26 avqust tarixində və vərəsə Cavabdeh2 təyin edilmiş 1650 manat məbləğində birdəfəlik ödəmə 2023-cü il 13 yanvar tarixində etibarnamə əsasında adına köçürülmüşdür.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əliyev Fazil Ağasəməd oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
16. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 04 iyil 2025-ci il tarixli, № 1499 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləi ilə birlikdə Göygöl şəhəri Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yaşadığı ünvan dövlət mənzilidir və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdeh1 yaşadığı mənzil 29 iyun 2007-ci il tarixdə 19 nömrəli orderə əsasən kirayəçi kimi mərhum Əliyev Fazil Ağasəməd oğluna verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı QSC iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 006A********** saylı krеdit razılaşması üzrə 5483.97 manat krеdit bоrcu, 1800.36 manat faiz bоrcu və 1657.02 manat cərimə borcu olmaqla, cəmi 8941 manat 35 qəpik borcun və dövlət rüsumuna görə ödənilmiş 109.40 manatın tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Fazil Ağasəməd oğlu İddiaçı QSC ilə bağladığı 09 sentyabr 2020-ci il tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerl əşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, ödəniş planı üzrə hissəvi qaytarmaq şərti ilə 7000 manat kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, 23 noyabr 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 1516.03 manat ödəniş etmiş, 5483.97 manat kredit bоrcu qalmışdır. Əliyev Fazil Ağasəməd oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 09 aprel 2024-ci il tarixə 868 gün üçün hesablanmış faiz borcu 1800.36 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini v axtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 09 aprel 2024-cü il tarixə 868 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1657.02 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Əliyev Fazil Ağasəməd oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhumun ölümü ilə bağlı vərəsəlik işinin açıldığı və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qa ytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Məlumat üçün bildirirlər ki, iddiaçı AccessBank QSC tərəfindən cavabdeh Əliyev Fazil Ağasəməd oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia qaldırılmış, məhkəmə icraatı dövründə borcunun vəfat etməsi müəyyən edildiyindən icraat dayandırılaraq onun hüquqi varisləri müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(066)-31/2023 saylı qətnaməsi ilə hüquqi varislərə qarşı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2023- cü il tarixli 2(104)- 2483/2023 saylı qərardadı ilə borclunun apellyasiya şikayəti təmin edilərək Göygöl Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(066)31/2023 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Əliyev Fazil Ağasəməd oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır.
19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh4 cavabdehlər siyahısından xaric edilməsinə etirazı yoxdur. Onun atası Əliyev Fazil Ağasəməd oğlunun adına mülk yoxdur. Onlar dövlət tərəfindən verilmiş MİS evində yaşayırlar və dövlətə hər ay müəyyən miqdarda kirayə ödəyirlər. O və onun ailə üzvləri 1 saylı Asan Xidmət mərkəzində atasından qalan hər şeydən imtina etmişlər və həmin vaxt onların 6600 manat məbləğində bir dəfəlik ödənişdən məlumatları olmamışdır. Onların mirasdan imtinaları olmasına baxmayaraq, onlara pul verilmiş o, bununla əlaqədar müraciət etdikdə ona bu pulun cənab Prezidentin fərmanı əsasında yardım məqsədilə verilməsini və vərəsələrə birbaşa çatmasını bildirmişlər. Vərəsəlik haqqında şəhadətnamələr verildikdə onlardan heç bir rüsum tutulmamışdır. Həmin pul atasının 1992-1997-ci illərdə olan döyüşlərdə yaralanması səbəbindən verilmiş sığorta ödənişdir. O, 1 saylı Asan Xidmət mərkəzində atasının banka borcu olmasını bildirmiş, həmin vaxt onlar ona pulun cənab prezidentin fərmanı əsasında verilmiş sığorta pulu olması və həmin məbləğdən heç bir qurumun onl ardan istəyə bilməməsini bildirilmişlər. Onlara 6600 manat pul verilmiş və həmin məbləğ 4 nəfər arasında 1650 manat olmaqla bölünmüşdür. Əlavə olaraq bildirdi ki, onun atası xx.xx.2021-ci ildə rəhmətə getmiş, həmin pul məbləği isə 2022-ci ilin avqust ayında verilmişdir. Onlar vərəsəlik işi açdırmamış, miras əmlakdan imtina etmələrinə baxmayaraq, yenə də həmin sığorta məbləği onlara ödənmişdir. Onlar müraciət etməmişlər, sığorta ödənişinin vərəsələr arasında paylanmalı olmasını və məcburi qaydada verilməli olması bildirilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarında vardır ki, sığorta pulu məbləği miras payı sayılmır. Konstitusiya Məhkəməsinin qərarının və göstərmiş olduğu sübutların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.
20. Göygöl Rayon Məhkəməsinin 11 fevr al 2025-ci il tarixli 2(066)-58/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim R.Mustafayev).
21. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödənilən vəsait 6600 manat məbləği ndə birdəfəlik ödəmə miras əmlak hesab edilmədiyi üçün, digər miras əmlakı olmayan xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələrindən həmin məbləği almalarına istinad edilərək onun bank qarşısında öhdəliyini həmin məbləği almış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edilməsi əsassızdır. Odur ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası rədd edilməlidir.
22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 739.1, 741, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309, 1312-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220, 357, 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, miras əmlaka vəfat edən yalnız aktivi (hüquqlar) deyil, həmçinin passivi (öhdəlikləri) də daxildir. Bununla yanaşı, məlum olduğu kimi, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə ve rməsinin qəbul edilməsinin formal üsuludur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “AsanXidmət” Mərkəzində Notariat Ofisinin 23 may 2023-cü il tarixli, 1417 nömrəli məktubundan görünür ki, 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş – Əliyev Fazil Ağasəməd oğlunun adına 06 yanvar 2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri atası Cavabdeh4, övladları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 23 aprel 2014-cü il tarixdə “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli sərəncamı əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
25. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Əliyev Fazil Ağasəməd oğluna müharibə iştirakçısı olduğu üçün dövlət tərəfindən mənzil verilmişdir və mənzil hazırda cavabdehlərin istifadəsindədir. Eləcə də kredit götürən şəxsin adına 23 aprel 2014-cü il tarixdə “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Fazil Əliyevin ölümündən sonra, yəni, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli sərəncamı əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəs miləşdirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzil atasına orderlə verilmişdir və dövlətin mülkiyyətindədir. Hazırda həmin mənzildə yaşayır. “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə istifadə etmək üçün atasına verilmişdir. Atasının ölümündən təxminən dörd ay sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı ilə onun mülkiyyətinə keçmişdir. Eləcədə atasının ölümü ilə əlaqədar 6650 manat sığorta pulu verilmişdir. Digər vərəsələr vərəsəlikdən imtina etsə də, sonradan ərizə verərək həmin məbləğə paylarını tələb etmişlər. Ona görə də, həmin məbləğ 4 vərəsə arasında bərabər bölüşd ürülmüşdür. Atasından heç bir əmlak miras qalmamışdır.
27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli 2(104)-969/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-58/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin хеyrinə 5483.97 manat əsas, 1800.36 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 7334,33 manat pulun tutularaq İddiaçı QSC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmşdir (Hakimlər - Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Mustafa Mustafayev).
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 03 noyabr 2021-ci ildə olmüş ataları Əliyev Fazil Ağasəməd oğlunun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq atalarından miras qalmış əmlakdan imtina etmələri barədə ərizə versələr də, sorğu əsasında alınmış notariat işindəki ərizələrdən müəyyən edilmişdir ki, sonuncular ilkin olaraq mirasdan imtina barədə ərizə versələr də, sonradan mirasın qəbulu barədə ərizə vermişlər. Kollegiya sonuncuların bu davranışını özlüyündə mirasdan imtina barədə ərizəni geri götürməsi kimi qiymətləndirmişdir. Hazırkı iş üzrə cavabdehlər ataları X1 ölümündən sonra ondan miras qalmadığını iddia etsələr də, bunun təsdiqi olaraq miras siyahısını məhkəməyə təqdim etməmişlər. Eləcədə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsi də vərəsənin üzərinə düşür.
29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əsas və faiz borca münasibətdə iddia tələbini əsaslı sayır. Belə ki, borcalanın öldüyü günə müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsi işdə olan sənədlərlə tam sübuta yetirilir. Hesablanmış 1657,02 manat cəriməni isə kollegiya tənasübsüz surətdə yüksək hesab etmişdir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 445, 448, 449, 465, 467, 749, 1133, 1151, 1306-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217- ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-969/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini, bütün məhkəmə xərclərinin (ödənillmiş dövlət rüsumları, ekspertiza xərcləri və s.) İddiaçı QSC-yə aid edilməsi, kassasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olan 56 manat və Cavabdeh1 tərəfindən ödənilmiş vəkil xərcinin əvəzi olan 321 manat pul vəsaitinin İddiaçı QSC-dən tutularaq Cavabdeh1 ödənilmə sini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Əliyev Fazil Ağasəməd oğlunun adına xx.xx.2014-cü il tarixdə “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli sərəncamı əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən avtomobil şəxsi xarakter daşıyır və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqdur və həmin hüquq borclunun sağlığında qüvvədə olmuş və onun ölümü ilə xitam verilmiş hüquqdur. Belə olan halda “NAZ LİFAN” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mirasın tərkibinə daxil deyildir. Əliyev Fazil vəfat etdikdən sonra onun ölümü ilə həmin avtom obilə olan idarəetmə (istifadə) hüququna xitam verilmiş və avtomobil qanunun göstərişinə əsasən hər hansı bir ödəniş edilmədən, pulsuz olaraq oğlu Cavabdeh1 mülkiyyətinə verilmiş və həmin avtomobil artıq yalnız bundan sonra gələcəkdə miras əmlak toplusunun tərkibi ola bilər.
33. Apellyasiya məhkəməsinin sonuncu iclasında İddiaçı QSC-nin nümayəndəsi nə iddia ərizəsində nədə apellyasiya şikayətində heç vaxt istinad etmədiyi, mərhum Əliyev Fazil Ağasəməd oğlunun kirayəçi kimi order əsasında Göygöl şəhəri Qızılqaya (keçmiş Füzuli) qəsəbəsində yaşadığı və Göygöl MKTİB-nin balansında olan dövlət mənzilinin mərhum Əliyev Fazil Ağasəməd oğlunun banka olduğu borcuna yönəldilməsini tələb etmişdir. İddiaçının həmin mənzilə borca görə tutma yönəldilməsini tələb etməsi özüözlüyündə yanlışdır və qanuni əsası yoxdur. Belə ki, həmin mənzil 2007-ci ildə 19 nömrəli orderə əsasən kirayəçi kimi mərhum Əliyev Fazil Ağasəməd oğluna ailə üzvləri ilə birlikdə yerləşməsi üçün verilmişdir. Göründüyü kimi həmin mənzil nəinki mərhum Əliyev Fazil Ağasəməd oğlunun sağlığında onun mülkiyyətində olmamış, həmin mənzil heç indi də xüsusi mülkiyyətdə deyil, dövlət mülkiyyətidir. Bu o deməkdir ki, Göygöl şəhəri Qızılqaya (keçmiş Füzuli) qəsəbəsində yerləşən mənzil miras əmlak hesab olunmur, yəni miras aktivi toplusuna daxil deyil.
34. Bundan başqa, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və y a xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödənilən vəsait 6600 manat məbləğində birdəfəlik ödəmə miras əmlak hesab edilmədiyi üçün, digər miras əmlakı olmayan xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Fazil Ağasəməd oğlunun vərəsələrindən həmin məbləği almalarına istinad edilərək onun bank qarşısında öhdəliyini həmin məbləği almış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edilməsi əsassızdır. Məhkəmənin Mülki Məcəllənin 1307-ci maddəsinə istinad etməsi doğru deyil, yalnışdır. Çünki, Mülki Məcəllənin 1307-ci maddəsi 21 iyun 2025-c i ildə artıq ləğv edilmişdir, həmin maddi hüquq norması qətnamənin qəbul edildiyi tarixdə (xx.xx.2025-ci ilə) qüvvədə olmamışdır. Eləcə də notarius tərəfindən siyahıya alınan miras əmlak (İİ qrup müharibə əlillərinə verilən sığorta ödənişi) AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum qərarı ilə əsasən həmin ödənilən 6600 manat məbləğində birdəfəlik vəsaitin miras əmlak hesab edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən vəfat edən şəxsin miras kimi notarius tərəfindən siyahıya alınmış əmlakı (6600 manat pul) miras əmlaka (miras aktivinə) əvvəldən aid olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarını məcburi olsa da nəzərə almamışdır. Nəticədə MPM-in 13.7-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
41. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Maddə
449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digə r şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
43. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
44. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müə yyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
45. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
46. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
47. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
51. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (21 iyun 2025-ci il tarixli 216-VİİQD nömrəli Azərbay can Respublikasının Qanunu ilə ləğv edilənədək olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi m əsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instan siya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etməklə həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
63. İddiaçının Göygöl MKTİB-nin balansında olan dövlət mənzilinin mərhum Əliyev Fazil Ağasəməd oğlunun banka olan borcuna yönəldilməsini tələb etməsi barədə kassatorun dəlili əsassızdır. Çünki bu cür tələ b irəli sürülməyib və məhkəmənin mövqeyi də bu yönümdə olmayıb.
64. Həmçinin Mülki Məcəllənin 1307-ci maddəsi 21 iyun 2025-ci ildə artıq ləğv edildiyinə görə apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəlllənin 1307-ci maddəsinə istinad etməsinin doğru olmadığı barədə dəlili də əsassızdır. Çünki MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Tərəflər arasında yaranan münasibətlər Mülki Məcəllənin 1307-ci maddəsi ləğv edilənədək yarandığına görə məhkəmənin həmin normaya istinad etməsi MPM-in 217.2-ci maddəsinin tələblətinə uyğundur.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli 2(104)969/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.