Məhkəmə qərarları › İş №2(102)-3653/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3653/2023

15.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3653/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı “əmrin ləğvi, iddiaçının kimya müəllimi vəzifəsinə işə b ərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3783/2023 nömrəli, 2023-cü il 7 iyun tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2004-cü il tarixdə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə kimya müəllimi vəzifəsinə qəbul edilmişdir.

2. Vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlarla bağlı qəbul edilmiş müvafiq əmrlər əsasında iddiaçı barəsində bir sıra intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, ona xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə şifahi xəbərdarlıq, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə yazılı xəbərdarlıq, xx.xx.2017-ci il tarixdə töhmət, xx.xx.2018, xx.xx.2019-cu il tarixdə şiddətli töhmət, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə töhmət tənbeh tədbirləri tətbiq edilmişdir.

3. İntizam tənbeh tədbirləri tətbiq edilərkən iddiaçının izahatları alınmışdır.

4. Sonuncu dəfə 2022-ci il 7 dekabr tarixində məktəbin 6 “b” sinfinin sinif rəhbəri X2 tərəfindən iddiaçı ilə həmin sinfin şagirdləri arasında müəllim-şagird münasibətlərinin kobud şəkildə pozulması barədə cavabdeh məktəbin direktoru Cavabdeh ərizə ünvanlamışdır. Eyni zamanda şagirdlər Mehdi İmanov və İbrahim Kərimovun valideynləri tərəfindən iddiaçı barəsində şikayət ərizələri ünvanlanmış, ərizələrdə iddiaçının İ.Kərimova şillə vurması, M.İmanovu itələməsi və bunun nəticəsində başının divara dəyərək özünü pis hiss etməsi göstərilmiş, müvafiq ölçü götürülməsi xahiş edilmişdir.

5. Həmçinin 7.12.2022-ci il tarixdə məktəbin tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini və sinif rəhbəri tərəfindən akt tərtib edilmiş, aktda göstərilmişdir ki, sözügedən tarixdə 6 ”b” sinfində həyat bilgisi dərsi zamanı iddiaçı şagirdlərdən Kərimov İbrahim və İmanov Mehdiyə qarşı kobudluq etmişdir. Belə ki, İbrahim kitabını götürərkən müəllim ona sillə vurmuş, şalvarını təmizləyərkən Mehdini itələmişdir. Nəticədə şagirdin başı divara dəymiş, özünü pis hiss etmişdir. Akt məktəbin direktoru Cavabdeh tərəfindən təsdiq edilmişdir.

6. İddiaçı yaranmış münaqişə ilə bağlı 9.12.2022-ci il t arixdə izahat verərək bildirmişdir ki, sözügedən sinifdə İ.Kərimov dərsi kobud şəkildə pozmuşdur. Onun dərs keçməyinə maneə yaradır, digər uşaqlara mənfi təsir göstərərək dərs vəsaitlərini çıxarmağı qadağan edir. Mehdi ayaq üstündə dayandığından onun çiynindən basaraq oturmasına çalışmışdır.

7. Yaranmış münaqişə ilə bağlı məktəbin direktoru tərəfindən iddiaçı barəsində Həmkarlar İttifaqı Komitəsinə 8.12.2022-ci il tarixdə təqdimat verilmiş, təqdimatda Əmək Məcəlləsinin 70 (ç) bəndinə baxılması xahiş edilmişdir. Həmkarlar təşkilatının 9.12.2022-ci il tarixdə bu məsələ ilə bağlı iclası təşkil olunmuşdur. İclasa dair tərtib edilmiş 58 saylı protokoldan müəyyən edilir ki, iddiaçı iclasda iştirak edərkən izahatda göstərdiklərini təsdiq etmiş, yekun olaraq təqdimatın təmin edilməsi qərara alınmı şdır.

8. İddiaçı məktəbin direktoruna 9.12.2022-ci il tarixli ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən ailə vəziyyəti ilə bağlı problemlər olduğu üçün işdən azad edilməsi barədə ərizə təqdim etmişdir. Ərizənin üzərinə xx.xx.2022-ci il tarixli dərkənar qoyulmuşdur.

9. Cavabdehin 9.12.2022-ci il tarixli, 126-k nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68.2 (a) maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən işdən azad edilmişdir. Əmrin surəti 2023-cü il 5 yanvar tarixində iddiaçıya təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, “kimya müəllimi” vəzifəsinə bərpa olunması və işə bərpa o lunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirərək kimya müəllimliyi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra əvvəlcə başqa orta məktəbdə çalışmış, daha sonra xx.xx.2004-cü il tarixindən etibarən “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-ndə “kimya müəllimi” olaraq fəaliyyətə başlamışdır. 2017-ci il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından uğurla keçmiş və fəaliyyəti dövründə işinə böyük məsuliyyətlə yanaşmışdır. 2017-ci ildən etibarən işəgötürən müəssisəyə yeni direktor- Cava bdeh təyin edilmişdir. Direktorla arasında müəyyən dövrlərdə anlaşılmazlıqlar yaranmış və həmin vaxtdan başlayaraq, direktor daima ona qərəzli münasibət sərgiləmiş, ən xırda məqamlarda belə problemi böyüdərək müxtəlif intizam tənbehləri tətbiq etmişdir. Bu qərəzli münasibət iddiaçının işdən çıxarılma tarixinə qədər davam etmişdir. Belə ki, iddiaçının xəbəri olmadan cavabdeh tərəfindən müxtəlif siniflərin şagirdlərinə, hətta həmkarları tərəfindən onun əleyhinə şikayət yazdırılmasına nail olunmuşdur. xx.xx.2022-ci il tarixində məktəbdə iclas təşkil olunmuş və iddiaçının əleyhinə “çoxsaylı şikayətlərin” olması bildirilmiş və direktor Cavabdeh çıxış edərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılacağını bildirmişdir. Bundan sonra onun əleyhinə səs toplayaraq işdə n çıxarılma əmrinin verildiyini elan etmişdir. İclasdan sonra həmin gün məktəbin riyaziyyat müəllimi Cavadova Ramiləyə tərbiyə işləri üzrə müavin tərəfindən dəfələrlə zəng elətdirib öz istəyi ilə işdən çıxma ərizəsi yazmasını tələb etmişlər. Xəstə olduğunu deməsinə baxmayaraq səhəri gün tərbiyə işləri üzrə müavin özü də neçə dəfə zəng edərək onu işə çağırmışdır. Yeganə müəllim ona demişdir ki, direktor “insanlıq” edir, ona öz istəyi ilə işdən çıxma ərizəsi yazmağa imkan verir, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad edəcək. O da məcbur olub, başqa çıxış yolu qalmadığından məktəbə gedərək öz azad iradəsinin ziddinə olaraq ərizə ilə işəgötürənə müraciət edərək xx.xx.2022-ci il tarixdən etibarən öz xahişi ilə işdən azad olunması barədə ərizə təqdim etmişdi r. Bundan sonra iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək işdən çıxma ərizəsinin geri götürülməsi məqsədi ilə bu işə ehtiyacı olduğunu və yenidən öz işinə bərpa olunmaq istəyini bildirsə də, cavabdeh tərəfindən şifahi olaraq rədd cavabı almışdır. Eyni zamanda iddiaçıya işdən çıxarılma əmri, əmək kitabçası və digər haqq-hesab sənədləri xx.xx.2023cü il tarixində təqdim edilmişdir. Dekabr ayının 10 günlük maaşını isə dekabr ayının 26-sı almışdır. Hal-hazırda 2 kredit borcu vardır və atası onkoloji xəstədir. Həmçinin 5 yanvarda işə geri qayıtm aq barədə istəyi ilə bağlı ərizə ilə direktora müraciət etmiş, lakin heç bir əsas gətirmədən rədd cavabı almışdır. İşəgötürənin təzyiqləri və təhdidi altında yazılmış işdənçıxarılma ərizəsinin əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr qanunsuz olduğu üçün ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması və işə bərpa olunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

12. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixində həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı öncəki tədris illərində 9 saat dərs yükü ilə təmin olunsa da, onun rəhbərliyi müddətində dərs yükü 2018-2019-cu tədris ilində 10 saat kimya, 4 saat həyat bilgisi; 2019-2020-ci tədris ili 10 saat kimya, 4 saat həyat bilgisi; 2020-2021-ci tədris ili 10 saat kimya, 8 saat biologiya; 2021-2022-ci il tədris ili 10 saat kimya, 6 saat həyat bilgisi; 2022-2023-cü tədris ilində 10 saat kimya, 6 saat həyat bilgisi şəklində olmuşdur. Bu müddət ərzində iddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş, müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə izahatları alınaraq aktlar və protokollarla sənədləşmiş və inzibati tənbeh metodlarından istifadə edilmişdir. İddiaçı rəhbərlik etdiyi müddət ərzində 9 şifahi xəbərdarlıq, 2 yazılı xəbərdarlıq edilmiş, 5 dəfə isə Əmək Məcəlləsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə (töhmət və şiddətli töhmət) cəlb edilmişdir. Şagirdlərin, valideynlərin çoxsaylı şifahi və yazılı şikayə tlərinə, Nizamnamədə nəzərdə tutulan vəzifələrindəki nöqsanlara və pedaqoq kimi səriştəsizliyinə baxmayaraq inzibati tənbeh metodlarından istifadə edilməklə yanaşı güzəşt edilərək rəhbər kimi fərdi söhbətlər aparılmış, məsləhətlər verilmiş, nöqsanları aradan qaldırmaq şərti ilə hər zaman mənəvi dəstək olaraq əmək fəaliyyətinin davam etdirilməsinə mane olunmamışdır. İddiaçı xx.xx.2022- ci il tarixində Vİ b sinifinin həyat bilgisi dərsi zamanı şagirdlərdən X1 vurmuş və X6 isə itələyərək onlara qarşı kobud rəftar etmişdir. İtələməsi nəticəsində şagirdin başı divara dəymiş, özünü pis hiss etmişdir. Hadisə ilə bağlı sinif rəhbəri Məmmədtağıyeva Kəklik rəhbərliyə ərizə ilə müraciət etmişdir. Müəllim və şagirdlərin izahatları alınmış, akt tərtib edilmişdir. Həmin gün valideynlər də müəssisəyə yax ınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişlər. Tədris işləri üzrə direktor müavininə müvafiq dərkənarla baş vermiş hadisənin araşdırılması tapşırılmış, şagirdlərdən və İddiaçı izahat alınmış, akt tərtib edilmişdir. Həmkarlar İttifaqına təqdimat verilmiş, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqının iclası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbəri tərəfindən məktəbin ilk HİK-nə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə məktəbin ilk HİK-nin iclasında məsələyə baxılmış və 58 nömrəli protokol tərtib edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, müəssisə rəhbəri tərəfindən məcbur edilmiş, təzyiq göstərilmiş, öz azad iradəsinin ziddinə olaraq işəgötürənə ərizə ilə işdən azad olunmasını xahiş etmişdir. Lakin, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmi şdir, çünki belə bir hal baş verməmişdir. xx.xx.2022-ci il tarixində 61 nəfər üzvü ilə Həmkarlar İttifaqının iclasında İddiaçı şagirdlərə göstərdiyi şiddət hadisəsi hər hansı tələb irəli sürmədən, şəxsiyyətinə qarşı hər hansı zidd hərəkət edilmədən müzakirə olunmuşdur. Qeyd olunanlar 58 saylı protokolda öz əksini tapmışdır. Bundan sonra onun iddiaçı ilə heç bir şəkildə kontakt və görüşü olmamışdır. İddiaçı ilə xx.xx.2004-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsünə əsasən) uyğun olaraq, öz təşəbbüsünə əsasən xitam verilmişdir. xx.xx.2022- ci il tarixdə xitam əmri, əmək kitabçası müəssisə tərəfindən poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Lakin qeydiyyatda olduğu ünvanda yaşamadı ğından geri qayıtmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində işə bərpa ərizəsi ilə müəssisəyə müraciət etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi işçiyə verilən hüquqdur və işçi öz hüququnu realizə etmək hüququna malikdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində dəqiq təqvim tarixi göstərmiş, ailə vəziyyəti səbəb göstərilərək öz arzusu ilə işdən azad olunmağını xahiş etmişdir. Buna görə də Əmək Məcəlləsinin 69.4-cü maddəsində göstərildiyi kimi işçi əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi əsası yoxdur. xx.xx.2023-cü il tarixində iddiaçıya poçt vasitəsilə cavab məktubu göndərilmişdir. Qeydiyyatda olduğu ünvanda yaşamadığından məktub geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə əmək kitabçası və xitam əmri şəxsən özünə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixində mediator X3 cavab məktubu poçt vasitəsilə göndərilmişdir.

13. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin tərbiyə işləri üzrə direktor müavini X7 izahatında bildirdi ki, həmin məktəbdə 13 ildir, direktor müavini olaraq isə 5 ildir ki, işləyir. Vəzifəsi sinif rəhbərləri, müəllimlər və şagirdlər arasında tərbiyə işinin təşkili ilə bağlıdır. İddiaçı qarşı heç bir təzyiq olunmamış, yalnız zəng edərək ona iş yoldaşı kimi məsləhət vermiş və işdən çıxması ilə bağlı ərizə yazmağının daha münasib olacağını ona bildirmişdir. Fidan da ona ”onsuz da ərizəmi yazacam” demişdir. İddiaçı xasiyyətcə sərt olduğundan, sonuncuya kimsə tərəfindən təsir edilməsi mümkün deyildir.

14. Məhkəmə iclasın da şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-ndə sinif rəhbəri- “Azərbaycan dili və ədəbiyyat” müəllimi X4 izahatında bildirdi ki, İddiaçı onun sinif rəhbəri olduğu sinifdə kimya fənnindən dərs deyirdi. Sonuncuya işdən azad olunma barədə ərizə yazmasına təzyiq göstərilməsi barədə eşitməmişdir. Əvvəllər şagirdlərlə İddiaçı arasında yaranan münaqişələrlə bağlı dəfələrlə iclaslarda iştirak etmiş və bu məsələni müzakirə etmişdir.

15. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin Həmkarlar İttifaqı Komitəsinin katibi, “Azərbaycan dili və ədəbiyyat” müəllimi işləyən X8 izahatında bildirdi ki, o da Həmkarlar İttifaqı Komitəsinin İddiaçıla bağl ı keçirdiyi iclasda iştirak etmiş və onun işdən azad olunması barədə təqdimatın lehinə səs vermişdir. Həmin iclasda İddiaçı uşaqlara şiddət göstərməsi düzgün hesab edilməmişdir. Lakin, iclasda işdən çıxarılma ilə bağlı hər hansı təzyiq göstərilməmişdir. Daha sonra onun öz ərizəsi ilə işdən azad olunduğunu eşitmişdir.

16. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıyeva Vəfa Bakıxan qızı izahatında bildirdi ki, məktəbdə nitq qüsurlu şagirdlər təhsil alır. Onlar mütəmadi İddiaçı şikayət edir, onun dərslərindən yayınırdılar. “Məktəblinin dostu” layihəsindən gələnlər də şagirdlərin Fidan müəllimin dərslərindən yayındıqlarının şahidi olmuşlar. Həmkarlar İttifaqı Komit əsinin iclasında uşaqlara göstərilən şiddət müzakirə edilmişdir. İclasda Fidan xanıma hər hansı bir təsir və ya təzyiq olmamışdır.

17. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2023-cü il 28 mart tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov, iş N e-2(003)-1108/2023) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı ilə -“E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi” arasında bağlanmış əmək müqaviləsinə İddiaçı təşəbbüsü əsasında xitam verilmişdir.

19. Məhkəmə iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə bu fakt iş materiallarında olan kifayət qədər s übutlarla təkzib olunur. Belə ki, şahidlərin ifadələrindən görünür ki, ona işdən öz ərizəsi ilə çıxması barədə hər hansı təzyiq edilməmişdir. Hətta məktəbin tərbiyə işləri üzrə direktor müavini X7 ona zəng etdikdə o, “onsuz da ərizəmi yazacam” deyərək iradə ifadəsini göstərmişdir.

20. Bundan başqa iddiaçı tərəfindən müxtəlif orqanlara ünvanlanmış müraciətlərin və cavab məktublarının tarixlərindən görünür ki, iddiaçı işdən çıxma barədə ərizə yazılmasından dərhal və ya qısa müddət sonra deyil, təxminən 01 aya yaxın müddət sonra şikayət etmişdir.

21. Bundan başqa İddiaçı iddiasının əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə istinad etmişdir. Belə ki, həmin Məcəllənin 69-cu maddəsinin 4cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti b itənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır.

22. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur.

23. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqlikl ə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

24. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 26.1, 35.2-ci, Əmək Məcəlləsinin 2.1, 9 (b), 68.2 (a), MPM-in 77.1-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

27. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsinin, qətnamən in dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2(103)-3783/2023) nömrəli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin möveyi ilə razılaşaraq eyni məzmunlu əsaslandırma aparmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 9 (b), 68.2(a) maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Həmkarlar İK-nin iclası məktəbin direktoru (cavabdeh) tərəfindən verilən təqdimata əsasən keçirilmişdir. İclasda iki məsələ müzakirə olunmuşdur. Şagirdlərə “göstərilən şiddət “ və onun Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya yazdığı xx.xx.2022-ci il tarixli şikayət ərizəsinə münasibət. Birinci məsələ ilə bağlı qarşı tərəfdə nə hüquq-mühafizə orqanlarının tərtib etməli olduqları protokollar, nə də ki, həkim rəyi olmamışdır. Nə cavabdehin özü, nə də işdə iştirak edən şahidlər onun tərəfimdən şagirdlərə şiddət göstərilməsi faktını hər hansı dəlillə təsdiq edə bilməmişlər, çünki belə bir hal ümumiyyətlə baş verməmişdir. Şahid kimi iştirak edən müəllimlər isə yalnız direktorun göstərişlərinə əməl etmişlər, baxmayaraq ki, onlar da dolayısı yolla onun təzyiq altında işdən çıxma barədə ərizə verməyini təsdiq etmişlər. O, cavabdeh tərəfindən Əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmağının qarşısını almaq üçün məcbur olaraq “könüllü” ərizə yazmışdır. Sədrlik edən və məruzəçi hakim isə işin faktiki hallarını araşdırmadan, müvafiq sübutlar tələb etmədən, yalnız cavabdehin əsassız mülahizələrinə istinad etmiş, nəticədə qanunsuz qətnamə qəbil olunmuşdur.

33. İkinci məsəl ə ilə bağlı (əsas səbəb) məhkəmə iclasında şahidlərin dindirilməsinə hakim əhəmiyyət verməmişdir. xx.xx.2022-ci il tarixdə Mehriban xanım Əliyevaya yazdığı şikayət ərizəsi həmin ilin dekabr ayının əvvəlində Elm və Təhsil Nazirliyi tərəfindən cavabdeh təşkilata göndərilmişdir. Lakin, nədənsə məhkəmə iclasında bu məsələnin şahidlərlə müzakirəsi Qətnamədə öz əksini tapmamışdır. Halbuki, bütün hadisələr də bundan sonra baş vermişdir. Məhz yuxarı dövlət orqanlarına şikayətlə müraciət etməsi direktoru qəzəbləndirmiş və o, qərəzli olaraq onu işdən azad etmək üçün HİK-nin iclasını təşkil etmişdir. Hətta, qətnamədə şahid Günel Bayramovanın ifadəsində də göstərilib ki,”mən də İddiaçı ilə bağlı HİK-nin iclasında iştirak etmiş və onun işdən azad olunması barədə təqdimatın lehinə səs vermişəm”. Ona qar şı təzyiqlər yalnız Həmkarlar İttifaqı Komitəsinin iclası vaxtı olmamış, müntəzəm olaraq 10 dekabr 2022-ci il “könüllü” ərizəsini yazdığı vaxta kimi davam etmişdir. Təəssüflər olsun ki, ona qarşı cavabdeh tərəfindən uzun müddətli təzyiqlər nəzərə alınmamış, nəticədə qanuni iddia tələbi təmin edilməmişdir.

34. Onun məcburiyyət üzündən ərizə yazmağına, məruzəçi hakimin “Sənə qarşı hər hansı fiziki güc tətbiq edərəkmi ərizə yazdırıblar?” sualı həmin hakimin məsələyə qeyri-obyektiv yanaşmasını bir daha sübut edir. Belə ki, onun işdən azad olunması barədə əmr xx.xx.2022-ci il tarixdə verilmişdir. Halbuki, işdən “könüllü” azad edilməsi barədə ərizə isə xx.xx.2022-ci il tarixdə yazılmışdır. Bu faktı 1 instansiya məhkəməsində şahid Yeganə Həşimova da öz ifadəsində təsdiq etmişdir. Daha sonra, o, əgər köhüllü ərizə yazıb işdən çıxmışdırsa, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində HİK-nin iclasını keçirməyə nə ehtiyac olmuşdur. Bu faktın özü də bir daha təsdiq edir ki, o, qərəzli olaraq işdən çıxmağa məcbur edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Məcəlləsi:

36. Maddə

68. Bənd

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Bənd

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: 38. a) tərəflərdən birinin təşəbbüsü;

39. Maddə

300. Bənd

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını poza raq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Məhkəmə Kollegiyası, kassasiya şikayətinin dəlillərinə münasibəydə bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə iddiaçıya qarşı davamlı təzyiqlərin olması və bu təzyiqlər nəticəsində ərizə yazaraq öz xahişi ilə işdən azad olunması öz təsdiqini tapmamış, əks inə, iddiaçının mütəmadi olaraq müəssisədaxili nizam-intizam qaydalarını və əmək funksiyalarını pozması, nəticədə barəsində çoxsaylı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi sübuta yetirilmiş, məhkəmələr tərəfindən işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin tələbləri baxımından qiymət verilmişdir. Mülki-prosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı səlahiyyətləri nəzərdə tutulmadığından həmin dəlillərə məhkəmə kollegiyasının qiymət verməsi yolverilməzdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3783/2023 nömrəli, 2023cü il 7 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar