Məhkəmə qərarları › İş №2(102)-3655/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3655/2020

04.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3655/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsi, torpağın boşaldılması, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh2 və vəkili X1 oğlunun, Cavabdeh1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1088/2020 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili X2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,24 ha torpaq sahəsi daxilindəki zəbt edilmiş torpaq sahəsindən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-3365/2019 qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia qismən təmin edilmiş, cav abdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli sahədən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1088/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov – sədrlik edən və məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh2 apellyasiya şikayəti təmin etməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-3365/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və nümayəndəsi, vəkil X2 oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1088/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 küçəsindəki torpaq sahəsində sahibsiz ev Cavabdeh1 tərəfindən təmir edilmiş, ailəsi ilə birlikdə orada yaşamağa başlamışlar. Təxminən 2 il əvvəl xxx adlı şəxs yaşadıqları evin həyətinə gələrək, torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, lakin bununla bağlı onlara hər hansı sənəd təqdim etməmişdir. İddiaçı məxsus olduğu halda, sonuncunun evə gəlməməsi və torpaq sahəsinin ona məxsus oluduğu bildirməməsinin səbəbi sual yaradır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə cavabdehlərin yaşadıqları torpaq sahəsinin iddiaçıya məxsus to raq sahəsi ilə eynilik təşkil etməsi müəyyən olunmamışdır. Bundan əlavə işə apellyasiya instansiyası məhkəməsində cavabdehlərin iştirakı olmadan baxılmış və bununla prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəh bər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 münasibətdə yoxlamış və kassasiya şikayəti də sonuncu tərəfindən verilmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqi təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən o lunmuş hallar ondan ibarətdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 0,24 ha torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə birinci instansiyası məhkəməsində aparılmış araşdırma zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 16140 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin daxilində mişar daşından 8 metr enində, 8,5 metr uzunluğunda 2,80 metr hündürlükdə yaşayış evi yerləşir. İddiaçının şikayəti əsasında Sabunçu rayon Polis idarəsi 13-cü Polis bölməsində araşdırma aparılmış, Cavabdeh1 polis bölməsində verdiyi izahatında təxminən 2013-cü ilin yay aylarında yaşayış şəraiti və imkanı olmadığ ı üçün torpaq sahəsinin sahibinin xxx müəllimə olduğunu bilərək Qəmər, yəni həyat yoldaşı xxx müəllimə yaxınlaşaraq qeyd etdiyi 1 otaqlı daxmada yaşamaq üçün icazə istəmiş, lakin, xxx müəllim bildirmişdir ki, torpaq sahəsi onun deyil, sahibini tanımır. Bundan sonra İ torpaq sahəsinin giriş qapısının açarını əvvəllər qonşusu olmuş adını “Göyüş” kimi bildiyi şəxsdən alıb, orada olan 1 otağı yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Təxminən həmin yerdə 6 ilə yaxındır ki, torpaq sahibinin icazəsi olmadan yaşayırlar. Bir neçə gün öncə (izahat xx xxxxxx 2019-cu il tarixdə alınmışdır) torpaq sahibi ona bildirmişdir ki, torpaq sahəsini boşaltsınlar. Cavabdeh izahatı yazaraq söz vermişdir ki, 2019-cu ilin fevral ayının sonunadək torpaq sahəsini boşaldacaq və ailəsi ilə birlikdə həmin torpaq sahə sini tərk edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər b ir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan hüquq müəyyənedici sənədlərə istinad edərək göstərmişdir ki, mübahisəli sahənin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir və iş üzrə keçirilmiş ekspertiza ilə cavabdehin yaşadığı tikilinin həmin torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində yaşadığı tikilinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyini mübahisələndirməmişdir. Buna görə də, həmin sahənin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmək və onun üzərində ev inşa etməklə bağlı qanuni əsaslara malik olduğu barədə heç bir sübut təqdim edə bilmədiyi üçün onun etirazının dəlilləri (mübahisəli sahədə tikiliyə vəsait qoyması, ailə üzvləri ilə həmin evdə yaşaması və s.) özü-özlüyündə əsassızdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 yaşadığı tikilini özünün inşa etmədiyini bildirmişdir. Həmçinin hazırkı mübahisə ilə bağlı iddiaçının şikayəti əsasında polis bölməsində aparılan araşdırma zamanı Cavabdeh2 əri olan digər cavabdeh mübahisəli torpaq sahəsinə özbaşına daxil olduqlarını faktiki etiraf etmişdir. Nəhayət apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin ailə üzvlərinin dairəsi aydın olduğundan və onların yetkinilik yaşına çatmış digər ailə üzvlərinin olmadığından birinci instansiya məhkəməsinin qətnnaməsinin cavabdehlərin ailə üvləri ilə mübahisəli sahədən çıxarılması hissəsində də əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına tam riayət olunmuş, kassasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əs as ola bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya şikayətində yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə eynilik təşkil etməsini mübahisələndirməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətində həmin dəlilə istinadı əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya şikayətinin digər dəlili ilə - cavabdehin apellyasiya instansiyası məhkəməsində iştir akının təmin olunmaması ilə bağı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin kassasiya şikayətinin mahiyyətindən də müəyyən olunur ki, o, məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış, lakin məhkəməyə gələrək, məhkəmə iclas zalına daxil olmamış və gəlmələri barədə məhkəmə heyətini məlumatlandırmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılması, prosessual normaların və cavabdehlərin hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və nümayəndəsi, vəkil X2 oğlu tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1088/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar