Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3657/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" firmasına qarşı, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh “Maraqlı şəxs” Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" firmasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ iş № 2(102)-3657/2022 (Açar sözlər: ipoteka predmetinin özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi) Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6490/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Birinci iş üzrə: İşin halları 1. 09 iyul 2009-cu il tarixli, M-AT 07/09 saylı müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən, "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan, 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.m. üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. 2. 12 avqust 2009-cu il tarixli maliyyə arayışına əsasən, İddiaçı tələb olunan 165.000 ABŞ dolları pul məbləğini firmanın hesabına ödəmişdir.
3. İddiaçı 26 yanvar 2017-ci il tarixli ərizə ilə "xxxx" firmasına müraciət edərək, ona məxsus olan dükanın başqa şəxsin istifadəsinə verildiyini qeyd etməklə mağazanın dolayı yolla ona təhvil verilməsindən imtina olunduğunu, bununla da firmanın müqavilə öhdəliklərini pozduğunu bildirərək məhkəməyə müraciət etmək niyyəti barədə məlumat vermiş, müqavilə öhdəliklərinin pozulmasına münasibət bildirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqavilə əsasında ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükana görə ödədiyi 165000 ABŞ doll arı məbləğində pul vəsaitinin, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcəsinin, 80000 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" firmasından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqavilə əsasında ödədiyi müqavilədə nəzərdə tutulmuş 165000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 3 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükanı istismara tam hazır vəziyyətdə onun istifadə və sahibliyinə verilməsi və həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmi ləşdirilməsini vəzifə olaraq "xxxx" firmasına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, "xxxx" firmasının direktoru B.Bəşirovun şəxsində 09 iyul 2009-cu il tarixdə ünvan 4 ünvanında inşa etdiyi "xxxx" firmasına məxsus 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı 1 kv.metrinə 3000 (üç min) ABŞ dolları ödəməklə alqı-satqı, investisiya müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 165.000 (yüz altmış beş min) ABŞ dolları tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə iddiaçıya 12 avqust 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən obyektin 2010-cu ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadə və mülkiyyətinə veriləcəyi vəd edilsə də, b u günə kimi birmənalı şəkildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanın hansısa başqa bir şəxsə verildiyini bildirməklə dolayı yolla təhvil verməkdən imtina edirlər. Müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, ‘‘Mars-M’’ firmasının direktoru M.B.Bəşirov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Göründüyü kimi cavabdeh "xxxx" firmasının direktoru M.B.Bəşirov müqavilədə göstərilən öhdəliklərini icra etməmişdir.
7. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)1785/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 3 ünvanındakı "xxxx " firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmişdir.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M-AT 07/09 saylı müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı həmin pul məbləğini cavabdehə ödəməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh "xxxx" firması müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh "xxxx" firmasının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təhvil verməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə təhvil verməli old uğu qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməlidir.
10. Məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükan İddiaçı təhvil verilməlidir. Lakin məhkəmə iddia tələbini ünvan 3 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyektin iddiaçının sahibliyinə verilməklə üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə edilməsinə dair hissədə əsaslı hesab etməmişdir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 385.1, 386.1, 442, 445, 448.1, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 88, 217.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas ı Qanununun 2.2, 10.1-ci bəndlərinə istinad etmişdir. Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)1785/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh firma arasında bağlanmış M/AT 07/09 saylıxx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 3 saylı dükanın iddiaçıya satılması nəzərdə tutulmuşdur. Cavabdeh olaraq onlar həmin ünvanda yerləşən obyekti iddiaçıya verməkdən imtina etmirlər və bunu təklif etmişlər. Lakin iddiaçı 3 saylı dükanı almaqdan imtina etmiş onun əvəzinə 1 saylı dükanı tələb etmişdir. Onlar da müqavilədə nəzərdə tutulmadığı üçün 1 saylı dükanı verməkdən imtina etmişlər. Göründüyü kimi iddiaçının tələbləri müqaviləyə əsaslanmır ona görə də təmin edilməməli idi. Bundan başqa iddiaçının iddia tələbləri üzrə iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən) M.Məmmədov, E.Nağıyeva) 2(103)11860/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli, M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 3 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində üm umi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
15. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki,iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmaqla, iddiaçı müqavilə öhdəliyinin dəyərini tam şəkildə cavabdehə ödəmişdir. Cavabdeh isə ünvan 3 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyekti təhvil verməyi öz öhdəsinə götürsə də, öz öhdəliyini icra etməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh firmanın hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya təqdim edilmiş müqavilə və mal iyyə arayışında ona 1 saylı dükanın təqdim edilməsi qeyd olunmuşdur. Cavabdeh tərəf sonradan apellyasiya icraatında işə baxılarkən müqavilənin birinci vərəqəsini dəyişdirilmiş şəkildə təqdim edərək iddiaçıya guya 3 saylı dükanı təhvil vermək barədə öhdəlik götürməsini bildirmiş, bununla bağlı iddiaçıda olan 1 saylı dükanla bağlı maliyyə arayışını təkzib edən heç bir sənəd təqdim etməmişdir.
17. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 386.1, 442, 445, 448.1, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Birinci iş üzrə kassasiya instansiyası məhkəməsində icraat
18. İşdə iştirak etməyə cəlb olunmayan ASC "xxxx" Bankının müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına xx.xx.2021-ci il tarixdə təqdimat verərək, Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməklə mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
19. Təqdimat onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən özünə məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə, öz növbəsində, qeyri-yaşayış sahəsinin hər kv.m üçün 3000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. Lakin ASC "xxxx" Bankının mü raciətinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bankla "xxxx" firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən, Bank borcalana illik 16 % ödəmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 08 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə, borcalan 04 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 % olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, Bankla "xxxx" firması arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli və 08 iyul 2015-ci il tarixli Sonrakı ipoteka mü qavilələrinə əsasən, "xxxx" firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. Beləliklə, 08 iyul 2015-ci il tarixli X8 ilə "xxxx" firmasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi, habelə onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin bir hissəsi, yəni 1-ci mərtəbəsində ümumi sahəsi 55 k v.metr olan 1 saylı qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan işə cəlb olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsi ilə "xxxx" firmasının ASC "xxxx" Bankına olan kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi qət edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X13) 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır. İkinci iş üzrə: İşin halları 23. "xxxx" firması ilə "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredi t xətti müqaviləsinin icrasını təmin etmək məqsədilə onlar arasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X8 bağlanmışdır. 24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, “Maraqlı şəxs” ASC-nin qarşılıqlı iddiası təmin edilərək, 8 iyul 2015-ci itarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldə n çıxmış faydanın əvəzinin cavabdeh "xxxx" firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" firmasının və “Maraqlı şəxs” ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 26. “Maraqlı şəxs” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitus iya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" firmasının “Maraqlı şəxs” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci ma ddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli 13- 2(102)- 1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixl i qətnaməsi ilə iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X20 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X2 etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "xxxx" firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X8 üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpa q sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması; ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyriyaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X16 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X5 "xxxx" firması ilə ASC "xxxx" Bankı ar asında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyriyaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa-X20 və X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019cu il tarixli 2-2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları İkinci iş ü zrə birinci instansiya məhkəməsində icraat
31. İddiaçı cavabdeh "xxxx" Bank ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X2 etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qo yan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X2 xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən dəyəri tam ödəyərək aldığı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Cavabdeh "xxxx" Bank ASC-nin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, “Maraqlı şəxs” ASC ilə "xxxx" firması arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məb ləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 8 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə borcalan 4 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, "xxxx" firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 8 iyul 2015-ci il tarixli X8 bağlanmışdır. Göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair “Maraqlı şəxs” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. "xxxx" firması rediti qaytarmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1096/2016 nömrəli 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının cavabdeh “Maraqlı şəxs” ASC-yə qarşı "xxxx" firması ilə “Maraqlı şəxs” ASC arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi; "xxxx" firması ilə “Maraqlı şəxs” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “X8”nin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "xxxx" firmasının xeyrinə tutulması; qarşılıqlı iddianın təmin edilməsi; cavabdeh "xxxx" Firmasından xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas b orcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı “Maraqlı şəxs” ASC-nin xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli “X8” üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 7 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyriyaşayış binasına yönəldilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən cavabdeh "xxxx" firmasından tutularaq iddiaçı "xxxx" Bank” ASC-nin xeyrinə tutulması; ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 26.000.000 manat mü əyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı ilə "xxxx" firmasının “Maraqlı şəxs” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxıl ması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın iş üzrə xx.xx.2017-ci il tarixli 22(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X20 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli X2 etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "xxxx" firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" firmasından xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X8 üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qay dasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması; ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 6 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC "xxxx" Bankının xeyri nə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X16 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli X2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyriyaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X5 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Resp ublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa-X20 və X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli X8 məhkəmələr tərəfindən etibarlı hesab edilmişdir. Ona görə də İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
34. Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" firmasına məxsus olan, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli X8 qismən, yəni - İddiaçı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə "xxxx" firmasından aldığı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, hökmlə müəyyən edilmiş hallar birbaşa olaraq "xxxx" firmasının təsisçisi və direktoru olan X1 həmin iş üzrə zərərçəkmiş şəxs statusunda olan “Maraqlı şəxs” ASC-ni aldatmasını təsdiq edir. Bu aldatmanın nəticəsində X7 həmçinin "xxxx" firmasının İddiaçı ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə qüvvədə ola-ola, mübahisəli sahə nin ona satılması faktını digər zərərçəkmiş şəxs “Maraqlı şəxs” ASC-dən gizlətməklə, kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır ki, bu hal da birbaşa olaraq İddiaçı hüquqlarının pozulması deməkdir.
36. Budan başqa cavabdeh “Maraqlı şəxs” ASC-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına, üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarlarına istinad etməklə, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli X2 məhkəmələr tərəfindən etibarlı hesab edilməsinə dair izahatları özü-özlüyündə, İddiaçı iddiasının əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
37. Məhkəmə hesab etmişdir ki, cavabdehin izahatında istinad etdiyi üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarları hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına qiymət vermədən və təfsir etmədən qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ipoteka saxlayanın üstünlük hüququ ipotekaya götürüləndən sonra satılmış əmlaklara münasibətdə ola bilər.
38. Məhkəmə bildirmişdir ki, "xxxx" firmasının xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Məhkəmə həmçinin iş üzrə iddia tələbinin əsaslı olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və hökmün un olmasını nəzərə almaqla, hazırkı mübahisəyə kəsici müddətin də tətbiq edilməsini əsaslı saymamışdır.
39. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 158.4, 157.8, 337.1, 337.2, 339.1, 339.6, MPM-in 82.3, 82.4, “İpoteka haqqında” Qanunun 10.2, 10.4-cü maddələrinə istinad etmişdir. İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
40. Cavabdeh “Maraqlı şəxs” ASC apellyasiya şikayəti verərək ilmişdir.Yasamal Rayon Məhkəməsinin 2(004)- 125/21 saylı,17 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddinanın rədd olunmasını xahiş etmişdir.
41. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan başqa, rayon məhkəməsi nəzərdən qaçırmışdır ki, eyni hüquqi əsasdan çıxış edərək bankın ipotekasında olan qeyri-yaşayış sahəsinin bir hissəsinin etibarsızılığına dair iddiaların təmin edilməsi barədə qərarlar Konstisyusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən, Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh “Maraqlı şəxs” ASC-nin nümayəndəsi və vəkili ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraat ında olan 2(103)-6490/2021 saylı və 2(103)-8019/2021 saylı işlərin birləşdirilərək, bir icraatda baxılmasını xahiş etmişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli və 2(103)-6490/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli tarixli qərardadları ilə İddiaçı cavabdeh “Maraqlı şəxs” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi” tələblərinə dair mülki işin bir icraatda birləşdirilmiş və birləşdirilmiş işə 2(103)-6490/2021 nömrəsi verilmişdir.
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X14 (sədrlik edən və məruzəçi), X15 və X3) 2(10 3)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə: cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilməmiş; ikinci iş üzrə: cavabdeh “Maraqlı şəxs” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin olunmamışdır.
45. Birinci iş üzrə Kollegiya qeyd etmişdir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etm iş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmə 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır.
46. İkinci iş üzrə rayon məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı xx.xx.2009-cu il tarixdə rəsmi müqavilə ilə əldə etmiş və bu müqavilə adından da göründüyü kimi, investisiya müqaviləsidir. Başqa sözlə sözügedən sahə iddiaçının pulu ilə tikilməsi faktı mübahisəsizdir və o, həmin sahənin potensial mülkiyyətçidir. "xxxx" firmasının xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Həmçinin rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinsə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda məlum olur ki, rayo n məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda istinad olunan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı birləşmiş işlərdə olduğu kimi eyni əsaslarla istinad edən Ağa-X16 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X2 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2- ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası, eləcə də X5 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli X2 ünv an 6 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyriyaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər AğaX20 və X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məlum olur ki, İddiaçı cavabdeh "xxxx" firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi və s.” t ələbinə dair Nərimanov Rayon Məhkəməsində baxılan iddia tələbi, eləcə də cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair Yasamal Rayon Məhkəməsində baxılan iddia tələbi təmin oluna bilməz.
48. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 129, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına, MPM-in 77.1, 385.1.1, 385.1.2, 386-cı maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
50. Kassator kassasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-690/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi əsassız şəkildə və işin hallarına düzgün qiymət verilmədən çıxarılmış və nəticədə İddiaçı mülkiyyət hüquqlarının əsaslı pozuntusuna səbəb olmuşdur. Belə ki, ilkin olaraq "xxxx"firmasının direktoru M.B.Bəşirov ilə iddiaçı X9 arasında 09 iyul 2009-cu il tarixdə ünvan 2 ünvanda inşa edilmiş "xxxx"firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı 1 kv.metrinə iddiaçı tərəfindən 3000 (üç min) ABŞ dolları ödənilməklə alqı –satqı, investisiya müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş 165 000 (yüzaltmış beş min) ABŞ dolları X9 tərəfindən payçı olaraq tam olaraq ödənilmiş və bu barədə ona 12 avqust 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 1.2- bəndində obyektin 2010-cı ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, iddiaçının istifadəsinə və mülkiyyətimə veriləcəyi vəd edilsə də birmənalı şəkildə müqavilə öhdəlikləri pozulmuş iddiaçı X6 məxsus dükanın başqa bir şəxsə verildiyi bildirilməklə dolayı yolla əmlakın təhvil verilməsindən imtina edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)1785/2017 saylı qətnaməsi ilə tələbi təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)11860/2017 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış və ünvan 9 ünvandakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı istismara tam hazır vəziyyətdə iddiaçı X4 istifadə və sahibliyinə verilmişdir. Yalnızca iş icraya yönəldikdən sonra məlum olmuşdur ki, ünvan 9 ünvandakı "xxxx" firmasına məxsus obyektə08 iyul 2015-ci il tarixli **********58815\SİM saylı X8 ilə Girov qoyulmuş və"xxxx" ASC tərəfindən mövcud Qətnamənin icrasına maneələr yaradılmışdır. Bu zaman iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət edilərək Girov qoyan "xxxx"firması ilə İpoteka saxlayan "xxxx"ASC arasında ünvan 2 ünvandakı "xxxx"firmasına məxsus qeyri-yaşayış sahəsinə dair bağlanmış 0 8 İyul 2015-ci il tarixli **********58815\SİM saylı X2 etibarsız hesab edilməsixahiş edilmişdir. İlkin olaraq məhkəmə tərəfindən iddia tələbi qismən təmin olun, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiatələbinin rədd olunması qəraraalınmışdır. Qeyd etdiyimiz kimi, iddiaçı "xxxx" firmasının direktoru M.B.Bəşirovun ilə iddiaçı X9 arasında 09 iyul 2009-cu il tarixdə ünvan 10 ünvanda inşa edilmiş "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı 1 kv.metrinə 3000 (üç min) ABŞ dolları ödəməklə alqı-satqı, investisiya müqaviləsi bağlamışdır. Lakin "xxxx" ASC ilə**********58815\SİM saylı X8 isə 08 iyul 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı ilə 09 iyul 2009-cu il tarixli müqavilə daha əvvəl imzalanmış və solnradan "Maraqlı şəxs "ASC ilə b ağlşanan müqavilə və onun əsasında çıxarılan mə hkəmə qətnaməsi X4 hüquqlarının əsaslı pozuntusuna səbəb olmuşdur. Bütün bunlar barədə iddiaçıya məhkəmə gedişində belə hər hansı məlumat verilməmişdir. Hesab edirik ki, qeyd olunan X8 rəsmiləşdirilərkən mövcud obyektə baxış keçirilməmiş və həmin obyektlərin sahibləri rəsmi müqavilə ilə tanındığı halda obyekt Girov qoyulan zaman nəzərə alınmamışdır. Bu səbəbdən də X4 həmin əmlakla bağlı hüquqları kobud şəkildə pozulmuşdur.
51. Kassator kassasiya şikayətini əsaslandırarkən MM-in 338-ci maddəsinə «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
52. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əs asında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
53. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
54. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödə nilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
55. Maddə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
56. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
57. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb et mək hüququ vardır.
61. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
62. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
63. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çat mağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
64. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
65. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
66. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
67. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzə rində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
68. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
69. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
70. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
71. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəz ərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
75. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ipoteka müqaviləsinin qismən etibarsız sayılması tələbinə aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. İddiaçı, ipoteka müqaviləsinin etibarsız sayılması tələbini onunla əsaslandırır ki, "xxxx" firması mübahisəli mağazaya dair 09 iyul 2009-cu ildə onunla müqavilə bağladıqdan sonr a, yəni xx.xx.2015-ci ildə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini ona aid mağazaya aid hissədə ipoteka ilə yüklü etməyə səlahiyyətli olmamışdır.
79. Bu tələbin qanuni əsası kimi, Mülki Məcəllənin 337.1 və 358-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 58-59).
80. Bununla belə nəzərə alınmalıdır ki, 09 iyul 2009-cu il tarixli müqavilənin bağlanması ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki 1 saylı dükan üzərində mülkiyyət hüququ yaranmamış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışd ır.
81. Bundan əlavə, məhkəmələr müəyyən etmişlər ki, “Maraqlı şəxs” ASC ilə xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanandan qabaq ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin sahədə inşa edilən, zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16.100,5 kv.m. qeyri-yaşayış binası ipoteka qoyan "xxxx" firmasının mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmışdı.
82. İpoteka müqaviləsi bağlanarkən və dövlət reyestrində yüklülük qeydə alınarkən binaya dair "xxxx" firmasının adına olan qeydin əsassız olması və ya ona dair etirazın reyestrə daxil edildiyi hazırkı işdə sübuta yetirilməmişdir.
83. Belə olan halda, “Maraqlı şəxs” ASC (mübahisəli 55 kv.m. 1 saylı dükanın da daxil olduğu) qeyri-yaşayış binasının tamamına ipoteka hü ququ əldə edərkən vicdanlı olmuşdur. Dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əşya üzərində əşya hüququ qazanmış vicdanlı şəxslərin hüquqları isə qanunla qorunur.
84. Məlum olduğu kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 52-54, 56).
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Maraqlı şəxs” ASC ilə "xxxx" firması arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına dair anoloji mübahisəyə dair iş üzrə 18 iyul 2018-ci il tarixli qərarında da vurğulanmışdır ki, hüquqi akta ictimai güvənin və etimadın təmin edil məsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
86. Göstərilə nlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi İddiaçı cavabdeh “Maraqlı şəxs” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbini rədd etməkdə haqlı olmuşdur. Odur ki, qətnamənin həmin hissəsi istinad olunan maddi hüquq normalarına uyğun olduğundan qüvvəsində saxlanılmalı, kassasiya şikayəti həmin hissədə rədd edilməlidir.
87. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunması” tələbləri üzrə düzgün nəticəyə gəlməmişdir.
88. Məhkəmə bu tələbi rədd edərkən mövqeyini yalnız onunla əsaslandırmışdır ki, birin ci instansiya məhkəməsi ASC "xxxx" Bankın ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsini "xxxx" firmasına həvalə edərkən bank işə cəlb olunmamış və onun hüquqları pozulmuşdur (§ 45).
89. Nəzərə alınmalıdır ki, maraqlarına toxunulan şəxsin işdə iştiraka cəlb edilməməsi prosessual hüquq normasının pozuntusudur. Həmin şəxs işə cəlb edildikdən sonra tələblərə onun iştirakı ilə baxılmalı, iddia müvafiq maddi hüquq normalarının şərtləri əsasında həll edilməlidir.
90. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(l ər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
91. Buna baxmayaraq apellyasiya məhkəməsi İddiaçı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi və s.” tələblərinin rədd edilməsinin maddi hüquqi əsaslarını göstərməmiş, bununla bağlı Mülki Məcəllənin hər hansı normasına istinad etməmişdir. Halbuki, qətnamə işin hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır (§ 73).
92. İddiaçı sözügedən tələblərini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsi üzrə Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən q eyr-yaşayış binasındakı 55 kv.metr, 1 saylı dükanın dəyərini (165.000 ABŞ dolları) ödədiyi halda, "xxxx" firması həmin mağazanı inşa etdikdən sonra ona təhvil verməmişdir. Halbuki, müqavilənin 1.2-ci bəndinə görə nəzərdə tutulan obyekt 2010-cu ilin birinci kvartalında istismara verilməli idi (§ 6).
93. İddiaçı xx.xx.2017-ci ildə məhkəmədə iddia qaldıraraq dükanın sahibliyinə və istifadəsinə verilməsini, mağaza üzərində özünün mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunmasını tələb etmişdir (§ 5).
94. Göründüyü kimi İddiaçı tələbi “Maraqlı şəxs” ASC-yə qarşı deyil, iddiaçının müqavilə münasibətində olduğu "xxxx" Firmasına qarşı yönəlmişdir.
95. Belə olan halda, Mülki Məcəllənin müqavilə öhdəlikləri və borclu tərəfindən öhdəliyin icra edilməməsinin nət icələrinə dair normalar nəzərdən keçirilməlidir.
96. Məlum olduğu kimi öhdəliyin əmələ gəlməsi əsaslarından biri də onun iştirakçıları arasında bağlanmış müqavilədir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (§ 60-61).
97. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir (§ 6 8-69).
98. Öhdəliyin icra edilməməsi dedikdə isə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (§ 64-65).
99. Kollegiya bildirir ki, ASC "xxxx" Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş qeyriyaşayış binasının tərkibinə daxil olan 55 kv.metr, 1 saylı dükanın iddiaçıya təhvil verilməsi ilə bağlı tələblər həll edilərkən daşınmaz əşyanın hüquqi statusu, ASC "xxxx" Bankın dövlət reyestrinə əsaslanan ipoteka hüququnun, İddiaçı müqavilədən irəli gələn tələb hüq uqunun, eləcə də "xxxx" Firmasının adları çəkilən şəxslərlə bağladığı əqdlər üzrə öhdəliklərinin mahiyyəti və hüquqi nəticələri düzgün təhlil edilməli və nəzərə alınmalıdır.
100. Məlum olduğu kimi, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur (§ 70).
101. Qanunvericiliyə əsasən, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə üzərində ipoteka qurulmuş daşınmaz əşya ipoteka qoyanın mülkiyyətində (yüklü də olsa) qalmaqda davam edir. Şəxsi borclu öz öhdə liyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur.
102. Odur ki, ipoteka qoyanın öz mülkiyyətində olan əşya ilə bağlı müvafiq əqdlər bağlamaq, öhdəliklər götürmək hüququ, yaxud daha əvvəl bağladığı müqavilələr üzrə öhdəliklərini icra etmək vəzifəsi istisna olunmur.
103. Belə ki, Mülki Məcəllənin 312.4-cü maddəsinə görə, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz (§ 57).
104. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir (§ 71).
105. Qeyd olunmalıdır ki, ipoteka saxlayanın razılığı olmadan ipoteka predmeti olan əşyanın ipoteka qoyan tərəfindən özgəninkiləşdirilməsi, istifadəyə verilməsi kimi hərkətlər məhkəmə təcrübəmizdə bir qayda olaraq mümkün sayılmırdı.
106. Bununla belə, hüquq tətbiqetmə təcrübəsində həmin razılığı n zəruri olub-olmaması ilə bağlı qeyd edilən normaların tətbiqində fikir ayrılıqları olmuşdur.
107. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 01 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrini əlaqəli şəkildə şərh etmişdir. Həmin qərara əsasən, mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir. İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasın da yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir.
108. Bununla belə, qərarda sözügedən razılıq olmadıqda ipoteka predmetinə sərəncam verilməsi ilə bağlı imkan tamamilə istisna edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “ipoteka saxlayan ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina edərsə, bu barədə qərarı əsaslandırılmış olmalı, həmin imtinanın səbəbləri, özgəninkiləşdirilmənin əsas öhdəliyin icrasının təmin olunmasında nə kimi təhlükələr yarada biləcəyi göstərilməlidir. Habelə, onun bu qərarı ilə razılaşmayan ipoteka qoyan həmin qərarı məhkəmədə mübahisələndirmək səlahiyyətinə də malikdir”.
109. Göründüyü kimi, ipoteka saxlayanın yalnız ipoteka faktına istinad etməklə ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq verməkdən imtinası kifayət deyil. İmtina səbəbləri, xüsusilə də əşyanın özgəninkiləşdirilməsinin əsas öhdəliyin icrasının təmin olunmasına yarada biləcəyi təhlükələr ipoteka saxlayan tərəfindən əsaslandırılmalıdır. İpoteka qoyan bununla razılaşmadıqda isə imtinanı məhkəmədə mübahisələndirmək hüququna malikdir.
110. Kollegiya hesab edir ki, ipoteka predmetinə sərəncam və ya onun istifadəyə verilməsinə dair mübahisəyə baxan məhkəmə, Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeləri nəzərə alaraq, ipoteka saxlayanın dəlillərini və təqdim etdiyi sübutları araşdırmaqla imtinasının əsa slı olub-olmamsını müəyyən etməlidir. O da nəzərə alınmalıdır ki, ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtina ipoteka hüququna yaranacaq təhlükənin reallığı baxımından əsaslandırılmalıdrsa, həmin predmetin hüquqi müqəddəratını həll etmədən başqasının istifadəsinə (icarəsinə və s.) verilməsi halında təhlükənin mövcudluğu daha ciddi arqumentlərlə ortaya qoyulmalıdır. Bu zaman məsələyə formal yanaşılmamalı, əsas öhdəliyin icrasının təmin olunmasına yarana biləcək təhlükənin nədən ibarət olması dəqiq şəkildə müəyyənləşdirilməli, ipoteka saxlayanın maraqlarına təhlükə aşkar edilmədiyi halda hüquqdan sui-istifadə edilməsinin qarşısı alınmalı, ipoteka qoyanın hüquqları ilə yanaşı, üçüncü şəxslər qarşısındakı öhdəliklərinin icrası da daxil olmaqla işdə iştirak edən b ütün şəxslərin əsaslı mənafeləri nəzərə alınmalıdır.
111. Diqqətdən qaçırılmamalıdır ki, Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (§ 62-63).
112. Həmin Məcəllənin 560.1 -ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 66-67).
113. Baxılan işdə İddiaçı bildirmişdir ki, mübahisə predmeti olan 55 kv.m.-dən ibarət 1 saylı dükan "xxxx" Firması tərəfindən başqa şəxsin istifadəsinə verilmişdir.
114. Bu iddianın doğru olduğu təsbit ediləcəyi halda indiyədək mövcud olmuş faktiki vəziyyətin ASC "xxxx" Bankın ipoteka hüququna hər hansı təhlükə yaradıb-yaratmadığı, bankın buna etiraz edilib-etmədiyi, onsuz da faktiki vəziyyətə görə başqasının istifadəsində olan mağazanın iddiaçıya təhvil verilməsinin ipoteka saxlayan baxımından hansı təhlükələ r doğuracağı, imtinanın söykəndiyi əsaslar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar təqdim olunan sübutlarla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd edilən və digər aidiyyəti maddi hüquq normaları əsasında mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
115. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunması” tələblərinə aid hissədə ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
116. Göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6490/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunması” tələblərinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.