Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3657/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, cehiz və birgə nikah dövründə əldə olunmuş əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cehiz və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-896/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh nikahlarını 30 sentyabr 2003-cü il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan dörd uşağı anadan olmuşdur. 2. 05.03.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Moskviç 21412” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh adındadır.
3. İnternational "xxxx" ASC tərəfindən verilmiş 8 fevral 2023-cü il tarixli rəydə tələb olunan qızıl-zinət əşyaları qiymətləndirilmişdir.
4. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur.
5. Nişan və toy mərasimlərinin foto şəkillərinə baxış zamanı iddiaçının üzərində 2 ədəd boyunbağı, 1 ədəd sırğa-üzük dəsti, 1 ə dəd nişan üzüyü, 1 ədəd qulplu qəpik onluq və 1 ədəd üzük olması müəyyən olunmuşdur.
6. X1 tərəfindən təsdiq edilmiş 4 aprel 2023-cü il tarixli, MŞL/MT 014/202300674 saylı barışıq sazişi ilə ikinci tərəf Cavabdeh birinci tərəf yəni İddiaçı cehiz əmlakının qaytarılmasına razılıq vermişdir. Cehizlərin 1 ay ərzində çıxarılacağı, ikinci tərəf Cavabdeh birinci tərəf, yəni İddiaçı qızıl-zinət əşyalarının yarısını pul dəyərində yəni 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürmüşdür.
7. Masallı rayon İcra və Probasiya şöbəsinin əməkdaşları X6, X9 və Cavabdeh iştirakı ilə 12 fevral 2024-cü il tarixli akt tərtib olunmuş və Masallı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 16 (050)-12/2024 saylı icra sənədinə əsasən cavabdehin yaşadığı evdə əmlakların üzərinə həbs qoyulmuşdur.
8. Masallı rayonu Aşurlu kəndində yerləşən 0,047 ha torpaq sahəsi və üzərində inşa edilmiş 230.6 kv/metr fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlaklarının, olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 37857 manatın, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin əşyaların dəyəri olan 18205 manatın, birgə nikah dövründə əldə etdikləri əmlakların, olmadığı təqdirdə həmin əmlakların dəyərinin yarısı olan 10710 manatın, birgə nikah dövründə əldə etdikləri “Moskviç 21412” markalı ** BE *** dövlət qeydiyyat nişan lı avtomobilin ½ hissəsinin, birgə nikah dövründə inşa edib təmir etdikləri fərdi yaşayış evinin, həyətin tikinti və təmir xərclərinə çəkilmiş pulun yarısı olan 75000 manat pulun və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlaklarının, olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 37857 manatın, toyunda və toyundan sonra ona hədiyyə olunan qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin əşyaların dəyəri olan 18205 manatın, birgə nikah dövründə əldə etdikləri əmlakların, olmadığı təqdirdə həmin əmlakların dəyərinin yarısı olan 10710 manatın, birgə nikah dövründə inşa edib təmir etdiyik ləri fərdi yaşayış evinin və həyətinin tikinti və təmir xərclərinə çəkilmiş 150000 manat pulun yarısı olan 75000 (yetmiş beş min) manatın və həmçinin birgə nikah dövründə əldə etdikləri VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21043 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Jeep Hover markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin, QAZ 31105 markalı 44-BT240 dövlət qeydiyyat nişanlı avtomobilin, VAZ 21074 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Moskviç 21412 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısının və ödənilmiş 518 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ondan ayrılan zaman qızıl-zinət əşyalarının böyük hissəsini özü ilə aparmışdır. Eyni zamanda iddiaçıya hədiyyə edilmiş və hazırda tələb etdiyi qızıl-zinət əşyaları həmin çəkidə və dəyərdə olmamış, həmin qızıllar iddiaçının özündə olmuş və evdən gedərkən özü ilə aparmışdır. İddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyalarının çox az hissəsi onun tərəfindən lombarda qoyulmuş, hazıradək imkanı olmadığı üçün götürə bilməmişdir. Bu hal, iddiaçı ilə aralarında bağlanmış və sonuncu tərəfindən təsdiq edilmiş 4 aprel 2023-cü il tarixli barışıq sazişində öz əksini tapmışdır. Həmçinin iddiaçıya gəlin gələrkən onun valideynləri tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarının bir qismini satılaraq onun əməliyyatına xərcləmişdir. Bundan başqa iddiaçının tələb etdiyi və iddia ərizəsində göstəri lmiş cehiz əmlakları şişirdilmiş qaydada yazılmışdır. Belə ki, məhkəmənin qərarına əsasən icra məmurları tərəfindən siyahıya alınaraq üzərinə həbs qoyulmuş əmlaklar onların əvvəllər yaşadığı bacısına məxsus evdədir və iddiaçı istədiyi vaxt həmin əmlakları götürə bilər. İddiaçının iddia etdiyi ev onların birgə nikahı dövründə tikilsə də, birgə qazancları hesabına deyil, qardaşının vəsaiti hesabına anası və bacısı üçün tikilmiş və dövlət reyestrində də bacısının adına qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının tələb etdiyi avtomobillər birgə nikah dövründə müxtəlif vatlarda alınıbsatılmış və həmin pullar da ailə daxili ehtiyaclara xərclənmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Masallı Rayon Məhkəməsinin 2(050)-33 /2024 nömrəli 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia qismən təmin edilərək cavabdehdən mebel yataq dəsti termo-şifoner, divar mebel dəsti (stenka), divan-kreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd divan kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd büllur stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd büllur nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bogema servis dəsti, 1 ədəd qara bogema servis dəsti, 3 ədəd çuqun qazan dəsti, 2 ədəd çuqun qazan, 1 ədəd elektr ikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plastmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd sini, 4 ədəd tefal tava, 2 ədəd bogema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkan, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aşsüzən, 2 ədəd çuqun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd büllur qənd qabı, 2 ədəd büllur konfet qabı, 1 ədəd büllur meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd büllur ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plastmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd qətifə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğaüzük dəsti və ya dəyəri 1700 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 manatın alınaraq İddiaçı verilməsi, həmçinin tərəflərin birgə nikahı dövründə əldə etdikləri “Moskviç” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsində Cavabdeh və ½ (ikidə bir) hissəsində İddiaçı pay hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 203 manatın tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh nikahlarını 30 sentyabr 2003-cü il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan dörd uşağı anadan olmuşdur. İddiaçı cavabdehlə evləndikdən sonra cavabdehin valideyinlərinə məxsus Masallı rayonu, Bədəlan kəndində yerləşən evinə gəlin köçmüş və özü ilə gətirdiyi cehiz əşyalarını həmin evə gətirmiş, həmçinin cavabdehin valideynləri tərəfindən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə e dilmişdir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və nikah pozulmuşdur.
14. Məhkəmə ilk öncə iddia tələbinin birgə nikah dövründə inşa edilmiş (əldə olunmuş) fərdi yaşayış evinə çəkilmiş xərclərin yarısının alınıb verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin evin tərəflərin qazancları hesabına inşa edilməsi (əldə edilməsi) məhkəmə araşdırması işin faktiki halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs X2 adına qeydiyyata alınması müəyyən edilmişdir. Məhz bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab etmişdir.
15. Məhkəmə iddia tələbinin avtomobilin dəyərinin yarısının alınıb verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, yalnız “Moskviç” m arkalı avtomobilin hal-hazırda cavabdehin mülkiyyətində olması və birgə nikah dövründə əldə olunmuş qazanc hesabına birgə mülkiyyətə daxil olması sübuta yetdiyindən, yalnız həmin avtomobil üzərində tərəflərin hər birinin ½ hissədə pay hüquqları müəyyən olunmalıdır.
16. Məhkəmə işdə olan 4 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023-00674 saylı barışıq sazişinin ikinci hissəsində göstərilən Cavabdeh İddiaçı qızıl-zinət əşyalarının yarısının dəyəri olan 600-700 manat pul ödəyəcəyinə öhdəlik götürməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, sazişin həmin hissəsi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla qanuna zidd şəkildə bağlanmışdır. Məhz bu səbəbdən də məhkəmə hesab etmişdir ki, qeyd olunan saziş həmin hissədə etibarsız hesab edilməlidir. Çünki, iddianın qızıl-zinət tələbi əsaslı olan hissədə, z inət əşyalarının ümumi dəyəri 7500 manat təşkil edir. Göründüyü kimi, həmin məbləğə münasibətdə sazişdə qeyd olunmuş 600-700 manat cüzi məbləğdir.
17. Məhkəmənin qənaətinə görə barışıq sazişində qızıl-zinət əşyaları ilə bağlı razılaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə açıq-aşkar ziddir, belə olan halda həmin razılaşama öz-özlüyündə etibarsız olduğu üçün heç bir hüquqi nəticə yaratmır. Ona görə də məhkəmə həmin razılaşmanı nəzərə almayaraq, qızıl-zinət tələbini sübuta yetən hissədə əsaslı hesab etmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi cehiz və qızıl-zinət əşyalarından mebel yataq dəsti termo-şifoner, divar mebel dəsti (stenka), divankreslo dəsti, 1 ədəd stol, 3 ədəd stul, 1 ədəd yazı masası, 1 ədəd xalça böyük, 1 ədəd xalça balaca, 3 ədəd div an-kreslo xalçası, 1 ədəd taxt örtüyü, 1 ədəd tüklü odeyal, 2 ədəd yorğan, 7 ədəd böyük balış, 6 ədəd nalça, 1 ədəd döşək taxt üçün, 2 ədəd tək döşək, 1 ədəd masa xalçası böyük, 1 ədəd masa xalçası balaca, 1 ədəd uşaq döşəyi balaca, 1 ədəd pərdə, 6 ədəd xrustal stəkan, 6 ədəd qara nəlbəki, 11 ədəd xrustal nəlbəki, 4 ədəd sadə xrsutal stəkan, 15 ədəd armudu stəkan üçün nəlbəki, 1 ədəd ağ bogema servis dəsti, 1 ədəd qara bogema servis dəsti, 3 ədəd çuqun qazan dəsti, 2 ədəd çuqun qazan, 1 ədəd elektrikli samovar, 1 dəst qazan, 1 ədəd lampa, 4 ədəd bulud, 12 ədəd qara boşqab, 29 ədəd ağ boşqab dəsti böyük-dayaz, 17 ədəd ağ böyük boşqab, 16 ədəd ağ boşqab balaca, 7 ədəd ağ maskura, 5 ədəd ağ kasa, 3 ədəd ağ dərin boşqab, 1 ədəd çörək qabı, 2 ədəd plastmas ləyən, 10 ədəd sadə kasa, 9 ədəd sadə maskura, 4 ədəd sini, 4 ədəd tefal tava, 2 ədəd bogema meyvə qabı, 5 ədəd qızılı şirə üçün stəkan, 1 ədəd böyük tort qabı, 6 ədəd balaca tort qabı, 14 ədəd sadə dərin boşqab, 1 ədəd qazan, 1 ədəd böyük qazan, 1 ədəd tava, 1 ədəd aş süzən, 2 ədəd çuqun ləyən, 1 ədəd çılçıraq, 6 ədəd duz qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd mürəbbə qabı, 2 ədəd xrustal ləpə qabı, 9 ədəd sadə qənd qabı, 25 ədəd sadə nəlbəki, 10 ədəd qara sadə nəlbəki, 2 ədəd dolça, 1 ədəd sarı qəfədan, 1 ədəd çaydan, 1 ədəd sürtgəc, 1 ədəd plasmast çömçə dəsti, 2 ədəd banka bağlayan, 8 ədəd böyük qaşıq, 6 ədəd çəngəl, 2 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 12 ədəd böyük qaşıq dəsti, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 8 ədəd balaca çəngəl, 8 ədəd qaşıq, 4 ədəd dəsmal, 4 ədəd q ətifə, 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu), 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük onun ayrıca mülkiyyətidir.
19. Həmçinin məhkəmə qızıl-zinət əşyalarına münasibətdə 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzüyün cavabdehdən alınmasını ona görə əsaslı hesab etmişdir ki, sübut kimi tədqiq edilmi ş fotoşəkillərə baxış zamanı həmin zinət əşyalarının iddiaçıya məxsus olmasını tərəflər izahatları ilə təsdiq etmişlər.
20. Məhkəmə eyni zamanda təmin edilməsi əsaslı hesab edilən cehiz əmlakları ilə bağlı qeyd etmişdir ki, həmin predmetdə və sayda olan əmlakların mövcudluğu müvəqqəti təminat tədbiri zamanı müəyyən edilmiş və yalnız qeyd edilən əşyaların cavabdehdə olması təsdiq edilmişdir.
21. Məhkəmənin mövqeyinə görə, məhz iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə öz vəsaitləri hesabına tikilməsini, həmçinin iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının, cehiz əmlaklarının və birgə nikah dövründə əldə etdikləri əmlakların cavabdehdə olmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən “Moskviç” markalı avtomobil, bir neçə adda qızıl-zinət və cehi z əşyalarından başqa digər hissədə tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsinə, 29, 60-cı maddələrinə, Ailə Məcəlləsinin 32.1, 34.1, Mülki Məcəlləsinin 6, 6.2, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər.
24. İddiaçı qətnamənin ləğv edilməsini, birgə nikah dövründə və birgə qazancları ilə tikdikləri evinə çəkilən xərcin yarısı - 75000 manatının cavabdehdən alınaraq ona verilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2023-cü ilin oktyabr-noyabr aylarında mübahisəli evə bacısı X2 adına çıxarış almışdır. Məhkəmə qanunsuz olaraq həmin çıxarışa istinad etmiş və onun evə olan tələbini rədd etmişdir. Məhkəmə iclaslarının ilk iki prosesi video görüntüsüz keçirilmişdir. Həmin proseslərdə Vəkil1 mübahisəli evin hansı tarixdə tikildiyi barədə “Azərkosmos”a sorğu verilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmək istədikdə, cavabdeh və onun vəkili məhkəmə iclasında vəsatətə fikir bildirmişlər ki, vəsatətin verilməsinə ehtiyac yoxdur, mübahisəli ev birgə nikah dövründə tikilmiş, lakin birgə qazancla tikilməmişdir. Hansı qazancla tikilməsi barədə növbəti məhkəmə iclaslarında sübutlarını təqdim edəcəklərini bildirm işlər. Məhkəmə hazırlıq iclaslarının birində cavabdeh və onun vəkili məhkəməyə yazılı vəsatətlə müraciət edərək cavabdehin qardaşına məxsus Bakı şəhərində yerləşən qeyri-yaşayış obyektinin kirayəsindən gələn pulla ev inşa edildiyini bildirmişlər. Lakin cavabdeh keçirilən məhkəmə iclaslarında fərqli fikirlər bildirirdi. (qardaşının pulu ilə tikilmiş evdir, qardaşı, bacısı və anası üçün tikmişdir, həmin evdə tikiləndən hal-hazıradək onlar yaşamışlar, bacısı və anası həmin evdə yaşamamışlar) Sonuncu məhkəmə iclaslarının birində cavabdeh tərəf məhkəməyə mübahisəli evin X2 adına olduğunu və bu barədə çıxarışı təqdim etmişdi. Məhkəmə də əsassız olaraq mübahisəli evin çıxarışı olduğundan iddia tələbini evə münasibətdə rədd etmişdir. İddiaçı iddia tələbində evə çəkilən xərci tələb etmiş, evin na turada bölünməsi, evdə 2/1 payın müəyyən edilməsi barədə iddia qaldırmamışdır. Cavabdeh evi kiməsə satmış, bağışlamışsa bu məhkəmə predmeti deyildir. O, evə çəkilən xərci tələb etmiş və məhkəmə iclasında da sübuta yetirmişdir. Həmçinin cavabdeh tərəf də evin birgə nikahda tikildiyini etiraf etmiş, birgə qazancla tikilmədiyini bildirsələr də, sübuta yetirə bilməmişlər. Məhkəmə isə qətnaməsində sübutetmə yükünü onun üzərinə qoymuşdur.
26. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən - iddia tələbinin ondan 1 ədəd 25 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 2250 (iki min iki yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı boyunbağı və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 15 qramlıq, 583 əyyarlı briliyant qaşlı sırğa-üzük dəsti və ya dəyəri 1700 (bir min yeddi yüz) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı nişan üzüyü və ya dəyəri 700 (yeddi yüz) manat, 1 ədəd 12 qramlıq, 875 əyyarlı qəpik onluq (qulplu) və ya dəyəri 850 (səkkiz yüz əlli) manat, 1 ədəd 5 qramlıq, 583 əyyarlı briliyant qaşlı üzük və ya dəyəri 650 (altı yüz əlli) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv еdərək, iddanın həmin hissədə təmin еdilməməsi barədə qətnamə çıхarılmasını хahiş еtmişdir.
27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “qızıl-zinət əşyalarının və ya dəyərinin cavabdehdən alınaraq iddaçıya verilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-896/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Pərviz Əhmədov-sədrlik edən və məruzəçi, Tale Kərimov və Tofiq Heydərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Masallı rayonu Aşurlu kəndində yerləşən 0,2026 ha torpaq sahəsi və üzərində inşa edilmiş 457,6 kv/metr fərdi yaşayış evi X4, həmçinin bir hissəsi olaraq 0,047 ha torpaq sahəsi və üzərində inşa edilmiş 230.6 kv/metr fərdi yaşayış evi sonradan bağışlama müqaviləsi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
30. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, iddiaçının evə çəkilmiş xərclərlə bağlı tələbi mübahisəli evin mülkiyyətçisi olmayan və hazırda həmin evlə bağlı hər hansı səlahiyyətə (sahiblik, istifadə və ya sərəncam) malik olmayan hazırkı iş üzrə Cavabdeh yönələ bilməz.
31. Məhkəmə kollegiyasının qənaətinə görə, birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilməsi təsdiqini tapdığı halda belə, həmin vəsaitdən varlanan şəxs Cavabdeh olmadığından mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclə əlaqədar hazırkı iddia ona qarşı qaldırılmamalıdır. Özbaşına tikili olması zamanı vəsait xərcləndiyi iddia edilən mübahisəli fərdi yaşayış evi hal-hazırda başqa şə xs(lər)in mülkiyyətindədir. Həmin evin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan arvad keçmiş əri ilə onun ümumi əmlakı hesabına inşa edilməsinə sərf olunmuş vəsaitin tutulmasını hazırkı iş üzrə cavabdehdən tələb edə bilməz.O da nəzərə alınmalıdır ki, mübahisəli fərdi yaşayış evi heç vaxt Cavabdeh mülkiyyətində olmamışdır.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddənin 3-cü bəndinə 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edərkən mübahisəli evin heç bir sənədi olmamış və həmçinin evə görə kiminsə adına çıxarış verilməmişdir. O iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin aprel ayı müracət etmiş, müraciət edərkən də mübahisəli evin heç bir sənədi olmamışdır. Üzərindən 7-8 ay keçdikdən sonra mübahisəli evi onların olmadığını sübut etmək üçün cavabdeh çıxarış almışdır. O isə evə çəkilən xərcini tələb etmiş, evin naturada bölgüsünü istəməmişdir. İddiaçı qeyd etmişdir ki, özünün cehizl əri, uşaqlarının əşyaları hal hazıradək də həmin evdə qalmaqdadır. Onun iddia tələbi evin naturada bölgüsü yox, evin tikildiyi torpaq sahəsi yox, yalnız və yalnız evə çəkilən xərcin yarsının tələbi olmuşdur.
35. İddiaçı qeyd etmişdir ki, torpaq sahəsi əvvəldən cavabdehin olmuşdur. Evin dəyərinin müəyyən edilməsindən ötrü ekspertizanın təyin edilməsi üçün vəsatətlə məhkəməyə müracət edərkən də o heç vaxt evin yerləşdiyi torpaq sahəsini mübahisələndirməmişdir.
36. Məhkəmə iclaslarda cavabdeh etiraf etmişdir ki, mübahisəli ev birgə nikah dövründə tikilmiş, lakin birgə qazancla tikilməmişdir. İlk öncə bu cümlələr protokola salınmasa da, Vəkil1 iş materialları ilə tanış olmaq üçün ərizə verdikdən sonra həmin cümlələri protokola əlavə etmişlər. Apellyasiya məhkəməsi isə bu pozuntuların heç birin ə qiymət verməyərək, özünün etdiyi kobud pozuntularla qətnamə qəbul etmişdir. Məhkəmə sübutetmə yükünü qarışdıraraq evin birgə qazancla tikildiyi barədə sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur.Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
37. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Ailə Məcəlləsinin 32, 33, 36-cı, Mülki Məcəllənin 225, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b)
38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə 13 (bənd 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə 29 (bənd 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bi lər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
41. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
43. Maddə
340. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
44. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
45. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarı 46. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 47. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 48. 4.11.Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdə n özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 49. 5.3.Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özüözlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin, həyətin tikinti və təmir xərclərinə çəkilmiş pulun yarısı olan 75000 manatın tutlması tələbinə dair olduğundan kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasi ya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
62. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut e dilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
63. İş materiallarından görünür ki, bu iddia tələbi iki əsasla rədd edilmişdir: 1) həmin evin tərəflərin qazancları hesabına inşa edilməsi (əldə edilməsi) məhkəmə araşdırması zamanı işin faktiki halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 2) mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs X2 adına qeydiyyata alındığından birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilməsi təsdiqini tapdığı halda belə, həmin vəsaitdən varlanan şəxs Cavabdeh olmadığından mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclə əlaqədar hazırkı iddia ona qarşı qaldırılmamalıdır.
64. Lakin məhkəmə kollegiyası hər iki qənaətlə razılaşmır və hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcud olub-olmamasını yoxlamaq məhkəmənin vəzifəsidir. Tikilinin ər-arvadın birgə vəsaiti hesabına tikilib-tikilməməsi və ər-arvadın birgə əmlakı olubolmaması barədə məsələ iddiaçının cavabdehə qarşı qaldırılmış hazırkı iddia çərçivəsində araşdırılmalı və qiymət verilməli olan hüquqi məsələdir.
65. Məhkəmələr evin tərəflərin birgə qazancları hesabına inşa edilməsinin (əldə edilməsi) işin faktiki halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığını ümumi sözlərlə qeyd etmiş, bu hissədə iddiaçı və cavabdehin təqdim etdiyi hansı sübutları araşdırdığını, hansı sübutu qəbul edib, hansı sübutu qəbul etmədiyini qətnamədə göstərməmişdirlər.
66. Məhkəmə kollegiyası qeyd edir ki, evin 2009-cu ildə birgə nikah dövründə inşa edilməsi v ə həmin tarixdən bu günə kimi həmin evdə iddiaçının ailəsinin yaşaması işin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarıdır. Cavabdeh isə evin onların vəsaiti hesabına deyil, qardaşının vəsaiti hesabına anası və bacısı üçün inşa edildiyini, onların həmin evdə müvəqqəti yaşadığını bildirir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının tələblərinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın birgə nikah dövründə inşa edilməsi(əldə edilməsini) sübut edən tərəfin(bu halda iddiaçının) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı vardır. Yəni həmin tərəf əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
68. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə mübahisəli əmlakın birgə vəsait hesabına tikilməsini sübut etmək iddiaçının vəzifəsi deyil, əksinə bu evin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, birgə nikah dövründə başqa qohumunun vəsaiti hesab ına inşa edilməsini sübut vəzifəsidir.
69. Hazrki məhkəmə aktlarından görünür ki, məhkəmələr tərəfindən cavabdeh tərəfindən evin onun qardaşının vəsaiti hesabına tikilməsi barədə təqdim etdiyi, işə aid olan sübutlar Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymətləndirilməmişdir.
70. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
71. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsas landırılmalıdır.
72. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin izahatında qardaşının Bakı şəhərində qeyri-yaşayış sahəsinin olması, onun kirayə verilməsindən əldə edilmiş vəsait hesabına bu evin inşa edilməsini deməsi sübutetmə üçün yetərli deyil.
73. İddianın rədd edilməsinin 2-ci əsası ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
74. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Masallı rayonu Aşurlu kəndində yerləşən 0,2026 ha torpaq sahəsi və üzərində inşa edilmiş 457,6 kv/metr fərdi yaşayış evi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü ildə X4 adına qeydə alınmış, həmin şəxsin adından etibarnamə ilə hərəkət edən cavabdeh həmin fərdi yaşayış evinin bir hissəsi olaraq 0,047 ha torpaq sahəsi və üzərində inşa edilmiş 230.6 kv/metr fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
75. İşdən görünür ki, evin hazırki mülkiyyətçisi X5 birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilsə də, həmin əmlakı ona bağışlayan və evin ilkin mülkiyyətçisi olan X7 işə cəlb edilməmiş və həmin şəxsin mübahisə ilə bağlı mövqeyi araşdırılmamışdır.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən ilk növbədə sübutetmə yükü düzgün müəyyən edilməklə və təqdim edilən sübutlara düzgün qiymət verilməklə mübahisəli fərdi yaşayış evinin ər-arvadın birgə əmlaki olub-olmaması müəyyən edilməli, bu evin iddiaçı və cavabdehin birgə vəsaiti hesabına inşa edildiyi müəyyən edildiyi halda isə apellyasiya məhkəməsi həmin əmlak adına qeydə alınmaqla əsassız varlanan şəxsin X5 yoxsa X7 olmasına, cavabdehin bu əmlakın başqa şəxslərin adına sənədləşdirilməsində roluna hüquqi qiymət verilməklə, evə çəkilən xərcin iddiaçının payına düşən hissəsinin kimdən tutulmalı olması ilə bağlı aydın və əsaslı hüquqi mövqe sərgiləməlidir.
77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması, yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla yanaşı hüquqi müəyyənlik prinsipinə də ziddir.
78. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlı ğı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
79. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və möt əbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(106)-896/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.