Məhkəmə qərarları › İş №2(102)-3659/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3659/2022

23.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3659/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Yasamal İcra və Probasiya şöbəsi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Hərrac Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Yasamal İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1050/2022 nömrəli, 28 fevral 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 31448,83 ABŞ dolları məbləğdə pul vəsaitinin İddiaçı tutularaq, Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən ev 37, 5 saylı mənzilə yönəldilməsi və mənzilin ilkin satış məbləğinin 61000 manat müəyyən edilməklə açıq hərracda satılması, açıq hərracdan satışdan əldə olunan pul vəsaiti hesa bına iddiaçının Banka borcunun ödənilməsi və tutma ipoteka predmetinə yönəldikdən sonra mənzilin bir ay ərzində ipoteka qoyan X2 və onunla birlikdə yaşayan digər cavabdehlər olan ailə üzvləri (qohumları) X4, X3, İddiaçı, X5, X6 və X7 mənzili könüllü surətdə tərk etmədikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

2. Həmin qətnamə icraya yönəldilmiş, icra məmuru mənzilin satılması üçün hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC tərəfindən ilk hərrac xx.xx.2020-ci il tarixə təyin olunmuş, əmlak satılmadığına görə təkrar hərrac xx.xx.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək təyin olunmuşdur. Hərracların keçirilməsi barədə xəbərdarlıq-bildirişlər iddiaçıya, X4, X3, X5, X6, X7, X2 və Banka göndərilmiş və onlara çatdırılmışdır. 3. “Birjanews.az” saytının xx.x x.2020-ci tarixli, 218 nömrəli, xx.xx.2020-ci il tarixli, 223 nömrəli, “cumhuriyyet.biz” saytının 21-23 noyabr 2020-ci il tarixli, 100 nömrəli elanlarında mübahisəli mənzil üzrə hərracın keçirilməsi barədə məlumatlar dərc olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Yasamal İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən ev 37, 5 saylı mənzilə dair keçirilən hərracın yekunları barədə 51/02 nömrəli protokolun etibarsız hesab edilməsi, onun nəticələri əsasında Bankın adına verilmiş çıxarışın ləğv edilməsi və yenidən hərracın keçirilməsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və ipoteka predmeti olan əmlak hərrac yolu ilə satışa çıxarılmışdır. Guya keçirilmiş hərracda ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil üzrə alıcının tapılmaması səbəbindən həmin əmlak Hərrac Mərkəzi tərəfindən banka təkilif olunmuş və əmlak 29 dekabr 2020-ci il tarixdə 38887,50 manata Bankın balansına götürülmüşdür. Beləliklə, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 61000 manat olmasına baxmayaraq, həddindən artıq aşağı qiymətə Cavabdeh2 ASC-yə təklif olunmuş və onun balansına keçirilmişdir. B undan başqa mənzil ona və ipoteka qoyana alınması üçün təkilf edilməmişdir və onlara məlumat verilməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5156/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmıdır ki, hərracın keçirilməsi barədə bildirişlərin və məlumatların vaxtında və lazımi qaydada göndərilməsi, eləcə də tərəflərin hərracın keçirilməsində iştirak etmədiyindən hərracın keçirilməsinin növbəti tarixə təxir olunaraq yenidən tərəflərə bildiriş göndərilməsi tərəflərin həmin hərracdan məlumatlı olması anlamına gəlmir. Hərracda satılan mənzilin mülkiyyətçisi X2 hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 sentyabr 2021-ci il tarixli, 33/3149 nömrəli məktubun da X1 Azərbaycan Respublikası ərazisini tərk etdiyi sonuncu tarix xx.xx.2015-ci il tarixi kimi qeyd olunmuşdur. Bundan sonra X2 Azərbaycana gəlməmişdir. Bu da onu deməyə əsas verir ki, hərrac mülkiyyətçinin məlumatı olmadan, eləcə də iştirakı olmadan keçirilmişdir. Mülkiyyətçi Samirə Həşimzadənin hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan həmin zərfi imza ataraq qəbul etməsi və hərrac barədə məlumat alması imkan xaricindədir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1050/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdı r.

11. Məhkəmə kollegiyası bildirmişdir ki, iş materiallarına əlavə edilmiş 169211 nömrəli qəbzin təsdiq olunmuş surətinə əsasən bildiriş xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən təhvil alınaraq imzalanmışdır. İş materiallarına əlavə edilmiş “birjanews.az” saytının xx.xx.2020-ci tarixli, 218 nömrəli, xx.xx.2020-ci il tarixli, 223 nömrəli, “cumhuriyyet.biz” saytının 21-23 noyabr 2020-ci il tarixli, 100 nömrəli elanlarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 37 saylı evin, 5 saylı mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.

12. Mənzilin mülkiyyətçisi X1 hərrac keçirilən tarixdə Azərbaycan Respublikası hüdudlarından kənarda olması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdi r ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir.

13. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əmə kdaşı tərəfindən qeyd edilir.

14. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operato runa belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (mülkiyyətçi tərəfindən imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin rəsmi qaydada verilməsi iddiaçıların yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Odur ki, mübahisələndirilən hərrac hərracın keçirilməsinin qanunda nəzərdə tutulmuş bütün qaydalarına uyğun olaraq keçirilmişdir.

16. Məhkəmə kollegiyası öz qətnaməsini “İpoteka haqqında” Qanunun 41.2, 42.1-ci, “İcra haqqında” Qanunun 62.1, Mülki Məcəllənin 416.1, 416.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil İddiaçı tərəfindən tərtib olunmuş) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, Mülki Məcəllənin 416-cı və Mülki Prosessual Məcəllənin 415.2-ci maddəsinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 415.2 Qanunvericilikdə a yrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

21. Maddə 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

22. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haq qında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmet inin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

26. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

27. Maddə 43.4 (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

28. Maddə 43.5 Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

29. Maddə 43.7 (bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə mənzilin mülkiyyətçisinə məlumat verilməmiş, iddiaçıya isə bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli olduğu halda, gec verilmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tə ləb etdiyi hüquqi nəticə isə 44-cü və Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur.

41. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar 30 lekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kim i qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

43. Bu baxımdan mülkiyyətçinin xaricdə olması ilə bağlı dəlil əhəmiyyətini itirmiş olur. Hərrac təşkilatı vəzifəsinə uyğun olaraq mülkiyyətçinin ünvanına bildiriş göndərmişdir və onun hərracda iştirak etməməsinin səbəbi, hərrac təşkilatının təqsiri deyildir. İddiaçının özünə isə bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli olduğu halda, gec verilməsi isə, hərracın nəticələrinə təsir edən hal deyildir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkə məsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1050/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar