Məhkəmə qərarları › İş №2(102)-3660/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3660/2022

23.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3660/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh-yə qarşı hərracın nəticələrinin etibarsiz hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1566/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/16 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıdan 20 may 2013-cü il tarixli, 113141-16709 saylı avtomobil krediti müqaviləsi üzrə 7201.81 ABŞ dolları əsas, 815.72 ABŞ dolları faiz borcu, 03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8020.53 ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın iddiaçının mülkiyyətində olan 2012-ci il buraxışlı “KİA-RİO” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin saxlanılaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında yerləşdirilməsi, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət ed ilmişdir.

2. Həmin qətnamə icraya yönəldilmiş, Maraqlı şəxs1 tərəfindən ilkin satış qiyməti 6000 manat olmaqla avtomobilin satılması üçün hərrac mərkəzinə -Cavabdeh-yə sifariş verilmişdir. Cavabdeh tərəfindən 23 oktyabr 2017-ci il tarixində keçirilmiş hərracda avtomobil ilkin satış qiyməti 6000 manat olmaqla, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 04 dekabr 2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 5100 manat olmaqla hərraca çıxarılsa da, alıcı olmadığından hərrac baş tutmamışdır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən avtomobil təkrar hərrac qiymətindən 25% endirimlə -3825 manata "xxxx" ASC tərəfindən əldə edilmiş, hərracın yekunları barədə 05/1 nömrəli, xx.xx.2018-ci il tarixli protokol tərtib olunmuşdur.

3. Bundan sonra iddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/16 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12658/19 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, "xxxx" ASC-nin iddiaçıya qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. 4. "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının banka olan kredit borcunun restrukturizasiyası nəzərdə tutulduğu üçün iddianın təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir.

5. Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/2016 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" ASC-nin ərizəsi təmin edilmiş, iddiaçının mülkiyyətində olan “KİA-RİO” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs və qadağaların götürülməsi qə rara alınmışdır.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(006)676/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 ASC-nə qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd olunması qət edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)1136/2021 saylı qətnaməsində isə cavabdeh İddiaçı xx.xx.2013-cti il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.462,99 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X3 iddia ərizəsi ilə birinci instans iya məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təşkil olunan “hərracın yekunları barədə” 05/1 saylı protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilin satılması üçün təşkil edilən hərraclardan ümumiyyətlə xəbəri olmamışdır. Keçirilən hərrac barədə iddiaçıya hər hansı bildiriş daxil olmamışdır. İddiaçının xəbəri olmadan avtomobil tələbkara satılmış, "xxxx" ASC isə həmin avtomobili kənar şəxsə satmışdır.

10. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə və iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, hərracın keçirilmə vaxtı 23 oktyabr 2017-ci il tarixi göstərilməklə, 23 sentyabr 2017-ci il tarixdə 04/107 nömrəli bildiriş iddiaçının təqdim etdi yi ünvana göndərilmiş, bildiriş qəbul etməkdən “imtina edilib” qeydi ilə qaytarılmışdır. Sənədi qəbul etməkdən imtina onun rəsmi şəkildə qəbul edilməsinə bərabər tutulur. Həmçinin “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(005)-2366/2021 nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) İddiaçı Cavabdeh-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilərək, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan “KİA-RİO” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı keçirilən hərracda qanunvericil iyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın yeri, vaxtı, forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərracın keçirilməsi və keçirilən hərracların baş tutmaması barədə elanlar “Kaspi” Qəzetinin 2017 və 2018-ci ilə aid olan 185, 133, 142, 156 nömrəli buraxılışlarında dərc edilmişdir. Məhkəmə araşdırması zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal mü əyyən edilməmişdir.

13. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

14. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia m üddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsində isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir.

15. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

16. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1, 415.2, 416.1, 416.2-ci maddələri, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsi və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1566/2021 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərovdan və İ.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüqu qi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yə ni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, bildiriş ünvan sahibi almaqdan imtina edildiyi üçün geri qaytarılmışdır. İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təkl if (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə avtomobilin hərrac yolu ilə satılması iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının “Kaspi" qəzetinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır.

22. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müd dət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə İddiaçı müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış avtomobilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin avtomobili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin avtomobili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.

23. Üçüncüsü, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(103)- 12658/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(004)8620/2016 saylı qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılsa da sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(006)- 676/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 ASC-nə qarşı avtomobilin qaytarılması tələbinə dair iddiasının rədd olunması qət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsində isə cavabdeh İddiaçı xx.xx.2013-cti il tarixli 113145-1-6709 saylı avtom obil krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.462,99 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi qət edilmişdir. Deməli, Bankın nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi sənədlərin məzmunundan bəlli oldu ki, Maraqlı şəxs2 ASC cavabdeh İddiaçı avtomobil krediti müqaviləsi üzrə ona görə sonradan 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları tələb etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya həmin kredit müqaviləsi üzrə 3827.88 ABŞ dollarının manata məzənnə sinə uyğun kompensasiya hesablanmış, 2137.5 ABŞ dolları məbləğində isə ödənilməmiş borclar müqabilində balansa götürülmüş ipoteka predmeti olan avtomobilin hərracdan alınması məbləği də çıxılmışdır. Deməli, baxmayaraq ki, hazırda mübahisələndirdiyi hərrac üzrə bankın hərrac baş tutmadığı üçün balansına götürdüyü avtomobilə görə 3825 manat da sonradan İddiaçı qarşı qalıq kredit borcunu tələb edərkən nəzərə alınmışdır, iddiaçı yenidən hazırki iddia ilə avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair qiymətləndirmə rəyini mübahisələndirmədən, hərracın başqa əsasla etibarsızlığını tələb etmiş, eyni zamanda hərrac zamanı avtomobilinin dəyərinin daha yüksək olduğunu da bəyan etmişdir. Bu faktların özü də ona dəlalət edir ki, əslində iddiaçının bir neçə il sonra irəli sürdüyü hazırki i ddiası və apellyasiya şikayəti qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsi üzrə ondan alınmalı olan qalıq kredit borcundan yayınmaq məqsədi daşıyır ki, bu da yolverilməz sayılmalıdır.

24. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən “İpoteka haqqında” Qanunun 36.1, 42.1, 43.5 və 44-cü maddələri, Mülki Məcəllənin 416-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişd ir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan daşınar əmlakın onun xəbəri və razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdirilməsi nəticəsində onun mülkiyyət hüquqları pozulub. b) Kassasiya şikayətinə etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

29. Maddə 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

30. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi interne t saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiyməti nin 5 faizi məbləğində beh ödəməlidir.

32. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

33. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

41. Azərbaycan R espublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

42. İd diaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

44. Belə ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə 42.2-ci maddəsində nəzərdə tutulmuşdur.

45. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

47. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cti il tarixli 113145-1-6709 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə məhkəmənin qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq, borcun təminatı kimi ipotekaya qoyulmuş avtomobil hərrac yolu ilə realizə olunmuşdur. Bundan sonra hərrac keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, borcalanın ödən ilməmiş qalan kredit hissəsi restrukturizasiya olunmuş, lakin borcalan restrukturizasiya öhdəliyini də icra etməmiş, kreditor yenidən borcun tutulması barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il tarixli krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcunun tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi qət edilmişdir.

48. Bu borc məbləği müəyyən edilərkən avtomobilin satılmasından əldə olunmuş vəsait nəzərə alınmışdır.

49. Həmçinin İddiaçı kreditora qarşı “KİA-RİO” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur.

50. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiə təminatının mühüm elementlərindən biri olan ədalətli məhkəmə araşdırması əsasında hüquqlarının səmərəli bərpa edilməsi prinsipi, həm maddi hüquq normaları, həm də prosessual hüquq normalarının dəqiq tətbiqini şərtləndirir. Hüquqların səmərəli müdafiəsi ilə hüquqi müəyyənlik prinsipi arasında qarşlılqlı əlaqə mövcuddur.

51. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Tərəflər arası nda olan kredit münasibətləri üzrə son olaraq Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə həll olunmuşdur. Bu halda iddiaçının iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etməyə çalışması hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür təcrübə hüquqi müəyyənlik tələblərinə cavab vermir və iddia tələbi rədd olunmalıdır. Lakin işə baxmış məhkəmə bu əsaslarla deyil, fərqli əsaslarla iddianı rədd etmişdir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 28 fevral 2022-ci il tarixli, 2(103)-1566/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar