Məhkəmə qərarları › İş №2(102)-3672/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3672/2024

21.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3672/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(107)169/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatlı torpaq sahəsi X1 mülkiyyətində olmuş və sonuncu 03 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh mübahisəli torpaq sahəsinin ona aid olması əsası ilə İddiaçı torpaq sahəsinə buraxmır. 3. "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli məktubuna əsasən, 2021-ci il tarixinə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,50-3,70 manat, 2022-ci il tarixinə isə 3,00-3,20 manat olmuşdur.

4. Azərbaycan Respublikasının Dö vlət Statistika Komitəsinin 13 oktyabr 2022-ci il tarixli məktubuna əsasən, 2021-ci ildə ölkə üzrə fındığın (qabıqlı) orta məhsuldarlığı 13,7 sent/ha, orta pərakəndə satış qiyməti 5,86 manat, 2022-ci ilin yanvar-avqust aylarında isə 5,83 manat təşkil etmişdir. Fındığın məhsuldarlığına dair statistik məlumatlar illik dövriliklə əldə olunduğundan 2022-ci il üzrə məlumatlar 2023-cü ilin yanvar ayında hazır olacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 24 avqust 2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 814412 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1,9699 ha kənd təsərrüfa tlı təyinatı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, 5000 manat maddi ziyanın, iddianın irəli sürülməsi üçün ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Balakən regional “ASAN xidmət” mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş 3 avqust 2022-ci il tarixli, 4Ə-963 nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatlı torpaq sahəsini satın almış, torpaq sahəsi ona naturada tanıdılmış, hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsində ümumilikdə 200 ədəd fındıq topası mövcud olmuşdur. Torpaq sahəs ini satın aldıqdan sonra iddiaçı yaşadığı Bakı şəhərinə getmiş, daha sonra yenidən 11 avqust 2022-ci il tarixdə Zaqatala şəhərinə qayıtmışdır. Mübahisəli torpaq sahəsinə daxil olan zaman cavabdeh mübahisəli torpaq sahəsinin ona aid olması əsası ilə iddiaçını həmin əraziyə buraxmamış, tərəflər arasında mübahisə yaranmışdır. Mübahisənin qarşısının alınması məqsədilə iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilmiş, Zaqatala RPŞ tərəfindən mübahisənin mülki xarakterli olması, məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyə edilmişdir. Həmin müddətdə cavabdeh iddiaçıya məxsus fındıq bağında yerləşən fındıq topalarını yığmış, nəticədə iddiaçıya 5000 manat maddi ziyan dəymişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə təkrar müraciət edilmiş, iddiaçıya məxsus torpaq sa həsindən çıxması və ona dəymiş maddi ziyanın ödənilməsi təklif olunmuş, buna baxmayaraq cavabdeh bundan imtina etmiş, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(033)-77/2023 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 avqust 2022-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyu lması, Cavabdeh 4692 manatın alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 170 manat dövlət rüsumunun 3,08 manatın iddiaçıya aid edilməsi, 166,92 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olmuş və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Ona məxsus 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə etmişdir. Buna görə də, mülkiyyət çinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçının tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 1,9699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçıya həmin torpaq sahəsindən faktiki istifadə etməsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmalıdır.

9. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsində yerləşən fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən, cavabdeh tərəfindən zəbt edilməklə bəhər götürülməsi iddiaçının mülkiyyətinə qəsd edilməklə, cavabdehin qanunsuz gəlir əldə etməsi kimi qiymətləndirilməlidir. "xxxx" MMC-in 29 avqust 2023-cü il tarixli arayışına əsasən, 2021-ci il tarixinə 1 kq qabıqlı fındığın bazar dəyəri 3,50-3,70 manat, 2022-ci il tarixinə isə 3,00-3,20 manat olmuş və 20 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə görə Zaqatala rayonunun Bəhmətli kəndində 1,9699 ha kənd təsərrüfatı torpaq sahəsində yerləşən 186 topa fındıq ağaclarından 15641840 kq məhsul götürüldüyü ehtimal olunmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh 186 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun ümumi çəkisi 1564 kq olmaqla hər kiloqramı 3 manatdan hesablanaraq, ümumi dəyəri 4692 manat alınıb İddiaçı verilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 152.1, 157.1, 157.2, 385.1, 385.2, 1096.1, 1096.2, 1097.1-ci, Torpaq Məcəll əsinin 55, 67, 68, 84, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci və Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 97.2, 191.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən torpaq sahəsi vaxtilə X2 məxsus olmuş və aralarında olan razılığa, əqdə əsasən dəyəri ödənilməklə onun mülkiyyətinə verilmişdir. Torpağın onun mülkiyyətinə verilməsi 2005-ci ildə həyata keçirilmişdir. O tarixdən etibarən cavabdeh qeyd edilən torpaq sahəsinin hüquqlu mülkiyyətçisidir və ona qarşı torpaqdan istifadəsinə dair hə r hansı bir tələb və iddia irəli sürülməmişdir. Artıq 17 ildir ki, həmin torpaq sahəsinə yalnız cavabdeh tərəfindən qulluq olunmuş, müvafiq işlər aparılmış və bütün vergi və xərclər onun tərəfindən ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin torpaq sahəsinə hazırkı çıxarışı verərkən torpağın mülkiyyətçisi olmasına, yüklü olmasına əhəmiyyət verməmiş, torpağın quruluş və ərazi baxımından fiziki dəyişmələrini nəzərə almamış, baxış keçirməyərək köhnə sənədlər əsasında çıxarış vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(107)-169/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədlidən və E.Mehdiyevdən ibarət tərkibdə) cavabdeh tərə findən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin göstərmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı hüquqları qeydiyyata alınmamışdır. Cavabdehin apellyasiya şikayətində sənədə ehtiyacın aradan qalxması ilə bağlı dedikləri qanuna ziddir və əsassızdır.

16. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, torpağın mülkiyyətçisi yuxarıda qeyd edildiyi kimi dövlət reyestrində olan qeydiyyatla müəyyən edilmişdir ki, alqısatqı müqaviləsindən əvvəl həmin qeydiyyat cavabdehin deyil, X1 adına olmuş və alqısatqıdan sonra iddiaçının adına yeni qeydiyyat qanuni olaraq aparılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh ape llyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, özünün mübahisəli torpağa hüquqlarının qanuni olduğu mübahisələndirmiş, dəymiş zərərin əvəzi olaraq tutulmuş pulun məbləğinə dair heç bir arqument göstərməmişdir. İddianın torpaq sahəsindən çıxarılma ilə bağlı hissəsi rədd olunacağı halda, iddianın dəymiş zərərin əvəzi olaraq tutulmuş pula dair hissəsi də əsassız olacağından məhkəmə qətnaməni tam yoxlasa da, hazırkı qətnamə ilə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən və dəymiş zərərin məbləğinə aid hissədə apellyasiya şikayətinin heç bir dəlili olmadığından apellyasiya kollegiya həmin hissədə araşdırma aparılmasına zərurət görməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 139.1,139.3, 152.1, 157.1, 157.2, 385.1, 385.2, 1096.1, 1096.2, 1097.1-ci, Torpaq Məcəlləsinin 55, 67.1, 68, 84, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 324.1, 389.1, 425.1, 425.2, 560.1, 646.1-ci, Mülki Prosessual Məcəllənin 217.3, 218.1, 385, 387-ci maddələrinin tələblərini pozmuşdur.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun o laraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

23. Kassator vəsatət verərək, onun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı qarşı mübahisəli torpaq sahəsinə verilmiş 24 avqust 2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsini əsas gətirməklə, hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlar a hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tət biq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində o nlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyy ətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, cavabdeh tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır. Belə olan halda, cavabdeh onun həmin torpaq sahəsi üzərində qanunla qorunan hüquqlarının olmasını sübut etməli idi ki, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.

33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrin in köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. İş üzrə icraata dayandırılması barədə kassatorun vəsatəti həmçinin əsassızdır. Belə ki, iddiaçı hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququndan irəli gələrək hazırkı iddianı irəli sürmüşdür. İddiaçının bu hüququnun olması cavabdehə iş üzrə icraatın başlandığı vaxtdan məlum olmuşdur. O isə, vəsatətində göstərdiyi iddia ilə apellyasiya məhkəməsinin qətnaməsi qəbul edildiyindən sonra birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cava bdehin vəsatəti işin süni uzadılmasına xidmət edir və təmin oluna bilməz. Digər tərəfdən, məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqları müəyyən ediləcəyi halda, o, həmin hüquqlarına istinad etməklə, gələcəkdə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır.

35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(107)-169/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar