Məhkəmə qərarları › İş №2(102)-3677/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3677/2021

16.05.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3677/2021 16.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətini nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3726.72 manat, o cümlədən 2920 manat məbləğində əsas borc, 776.72 manat məbləğində hesablanmış cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu tutulmaqla müəssisənin xəzinəsinə ödənilməsi və ya bankdakı hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Ş.Ə liyev) mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadından narazı qalaraq şikayət vermişdir və mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Ş.Əliyev) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə görə kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmalıd ır. Qanunvericilik bu qaydanı müəyyən etmişdir ona görə ki, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə hüquqi məsələlərə baxdığı üçün həmin şikayətin də vəkil tərəfindən tərtib olunması vacibdir. Həmin Məcəllənin 403-1.3-cü maddəsinin tələbinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidi r. Şikayətin adı çəkilən prosessual normaların tələblərinə cavab verməməsi onun Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadından verilmiş şikayət icraata qəbul edilməməli və mülki iş şikayətlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar