Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3680/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işəgötürənin əmrinin imzalanma səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-853/2023 nömrəli mülki iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 avqust 2017-ci il tarixli əmrlə İddiaçı Cavabdeh MMC-nin X5 avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir.
2. Avt Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunda, nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq sonuncunun çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilərək 12 noyabr 2020-ci il tarixdən etibarən iş yeri Saatlı rayonundan Salyan rayonuna keçirilməsi barədə xəbərdar olunmuşdur. İşçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq bu xə bərdarlığı aldığı gündən 1 (bir) təqvim ayı sonra (12 dekabr 2020-ci il tarixdən etibarən) yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyəcəyi təqdirdə, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacağı, bu da mümkün olmadıqda isə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəyi barədə məlumat verilmişdir.
3. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 18 noyabr 2020-ci il tarixli ərizəsinə əsasən o, 16 noyabr 2020-ci il tarixli bildirişi aldığını göstərmiş, Saatlı rayonunda yaşadığını, cəmiyyətin Saatlı rayonundakı fəaliyyətində heç bir dəyişiklik olmadığını və fəaliyyət göstərdiyini əsas gətirərək, cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcu d olmadığı nəticəsinə gəlmiş və iş yerinin dəyişdirilməsinə razı olmaması, əvvəlki iş yerində fəaliyyətinin davam etdirilməsini istədiyini bildirmişdir.
4. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 25 noyabr 2020-ci il tarixli xəbərdarlığa əsasən, sonuncu heç bir üzrlü səbəb bildirmədən 05 noyabr 2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlməmiş və dəfələrlə telefon zənglərinə cavab verməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. İşçiyə 3 (üç) gün ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi təklif olunmuş, əks təqdirdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 03 dekabr 2020-ci il tarixli ərizədə göstərmişdir ki, idarə etdiyi avtomobil cəmiyyət tərəfindən ondan geri alınmış və cəmiyyətin kadrlar şöbəsindən əməkdaşları, yəni Gündüz Rəsulov və Amil Nəcəfov tərəfindən ona işə çıxmamağı bildirilərək əlavə məlumat verəcəklərini demişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən zəng olunmamış və cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdədir. Ona məlumat verildiyi andan o, əvvəlki iş yerində, yəni cəmiyyətin Saatlı rayonundakı Lokan Anbarında fəaliyyətini davam etdirəcəkdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 2020-ci ilin noyabr ayı üçün əmək haqqı almamışdır. O, avtomobili təhvil verdik dən sonra boşdayanma barədə cəmiyyətə yazılı və şifahi qaydada məlumat vermişdir. Odur ki, boşdayanmaya görə 2020-ci ilin noyabr ayı üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646/K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 dekabr 2020-ci i l tarixli 646 saylı əmrinin ləğv edilərək, iddiaçının əvvəlki, yəni Cavabdeh MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətdə işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmiş, heç bir intizam tənbehinə məruz qalmamışdır. MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrini qanunsuz və əsassızdır, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı ümumiyyətlə qanunsuzdur. Belə ki, iddiaçıya cəmiyyətdə olan ixtisarla bağlı işdən azad olunmağı bildirilmiş və bu barədə onda səlahiyyətli şəxslərin səs yazısı da vardır. Bütün bunlarla yanaşı, əmri Cəmiyyətin İnsan Resursları üzrə mütə xəssisi vermiş və həmin şəxs tərəfindən imzalanmışdır.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsi ilə (hakim H. Əhmədov) iddia rədd olunmuşdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 43.1, 44, 68, 70-ci maddələrinə istinad edərək göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri əmək şəraitinin şərtlərinin dəyişməsidir. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən işçiyə 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və 12 noyabr 2020-ci il tarixdən yük avtomobili sürücüsü kimi çalışdığı iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair müraciətə yazılı cavabının verilmə si işçinin diqqətinə çatdırılmışdır. İddiaçı 18 noyabr 2020-ci il tarixli müraciətə cavab məktubunda verilən təklifə razı olmadığını bildirmiş, əmək şəraitinin dəyişmədiyini məktubunda qeyd etsə də, bu halları təsdiq edəcək sübutlarını məktubunda qeyd etməmiş, məhkəməyə də təqdim edə bilməmişdir. Həmçinin, işçi və işəgötürən arasındakı rəsmi yazışmalara məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, mülki iş materiallarına əlavə olunmuş 11 noyabr 2020-ci il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə aktdan, iddiaçıya ünvanlanmış 25 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan, 18 dekabr 2020-ci iİ tarixli məktubdan və s. sənədlərdən görünür ki, işəgötürən tərəfindən işçi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işçi heç bir üzrlü səbəb təqdim etmədən bütün i ş günü ərzində iş yerinə gəlməmiş, nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş işçi barəsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən çıxarılmış xx.xx.2020-ci il tarixli 646/K saylı əmr qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Bütün bunlar təsdiq edir ki, işəgötürən əmək şəraitinin dəyişməsi ilə əlaqədar işəgötürən tərəfindən işçi müəssisəyə dəvət edilmiş, işçi əmək mübahisəsinin həlli ilə bağlı müəssisəyə gəlməmiş, buna dair üzrlü səbəblərini təqdim etməmiş və bununla da müqavilə üzrə öhdəliyini pozmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir..
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi işçinin bütü n iş günü işə gəlməməsini üzrlü hesab edən istisna hal olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi hallarını nəzərdə tutmuşdur. Belə ki, işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında vəzifə öhdəliklərini yerinə yetirmək məsuliyyətini daşıyan İddiaçı 05 noyabr 2020-ci il tarixdən etibarən bütün iş günü ərzində işə gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməməklə, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, i şdə olan zaman ona zəng edərək işdən çıxması barədə ərizə yazması bildirilmişdir. O, məktubla cavab yazsa da, məktublarını qəbul etmirlər.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya 1 ay əvvəlcədən əmək şəraitinin dəyişəcəyi ilə bağlı məktub göndərilmiş, işçi bununla razı olmamışdır. Bu onun seçimidir. Lakin iddiaçı üzrlü səbəb olmadan bir bütöv iş günü işə gəlməmişdir. İşburaxma artıq əmək müqaviləsinin ləğvi üçün əsasdır. İddiaçı işə gəlmək, izahat gətirmək, yaxud problemini izah etmək əvəzinə şirkətə məktub göndərmiş, iddia etdiyinin əksinə, göndərdiyi bütün post göndərişlərini qəbul etmiş və araşdırmışlar. Həmin məktublarda da işçi işə gəlməməsinin səbəbini izah etmək əvəzinə əmək haqqı tələb etmişdir.
14. Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 6 sentyabr 2022-ci il tarixli, 2(105)-1590/2022 nömrəli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qəbul edilməlidir. c)Kasssiya instansiya məhkəməsindəki birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin, 68-ci maddəsinin 2-ci hissəsinin, 70-ci maddəsinin “b” və “ç” bəndlərinin, Mülki Prosessual Məcəllənin 8, 9, 77.1, 88, 385, 388 və 390-cı maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, işəgötürən iddiaçının iş yerini dəyişməsinə razı olmadığı halda, onu başqa işə keçirilməli, bu mümkün olmadığı halda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə işdən azad etməli idi. Həmçinin cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı olunmamış, əmr səlahiyyətsiz şəxs tərəfindən qəbul edilmiş və bununla bağlı məh kəmələr tərəfindən araşdırma aparılmamışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-480/2023 nömrəli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün göndərilmişdir.
19. Kassasiya instansiya məhkəməsi işi yeni baxışa göndərərkən qeyd etmişdir ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçı həm iddia ərizəsində, həm də, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində onun barəsində verilmiş işəgötürənin əmrini mübahisələndirərkən dəlillərdən biri kimi əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını göstərmişdir.
20. Həqiqətən, iş materiallarında olan (i.v. 83) Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli əmrindən çıxarış MMC-nin İnsan Resursları Departamentinin müdiri Pərviz Qasımov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Əmrin özü (onun təsdiq olunmuş surəti) məhkəmələrə təqdim olunmamış, iddiaçının qeyd olunan dəlilinə münasibətdə cavabdeh mövqeyini bildirməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə əmrin cavabdeh Cəmiyyətinin səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilib-edilməməsinin müəyyən olunması istiqamətində hər hansı araşdırma aparılmamışdır. Apellyasiya məhkəməsi həmçinin apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verməmiş və ümumi ifadə ilə apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını göstərmişdir.
21. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 12 noyabr 2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılmış, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra, yəni 12 dekabr 2020-ci il tarixdən başqa vəzifəyə keçirməsi mümkün olmasa, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. İddiaçı işəgötürənlə yazışmalarında həmin təkliflə razılaşmamış və əvvəlki iş yerində fəaliyyətini davam etmək istəməsini bildirmişdir.
22. İş materiallarından 12 noyabr 2020-ci il tarixdən sonrakı dövrdə iddiaçının iş yerinin hansı yaşayış məntəqəsi olması müəyyən olunmur. Belə ki, cavabdehin 16 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunda iş yerinin artıq 12 noyabr 2020-ci il tarixdən Saatlı rayonundan Salyan rayonuna dəyişildiyi qeyd edilmişdir. Halbuki, Əmək M əcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinin məzmunundan görünür ki, işəgötürən işçini əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə azı bir ay əvvəl məlumatlandırmalıdır. Bu müddət ərzində iddiaçıdan yeni əmək şəraitində işləməyi tələb etmək əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdır.
23. Nəzərə alınmalıdır ki, iddiaçıya 12 dekabr 2020-ci il tarixədək iş yerinin dəyişməsi barədə razılıq verməsi təklif olunduğu və o, həmin təkliflə razılaşmadığı üçün, işəgötürən Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş hərəkətləri etməli idi. Cavabdeh isə 12 dekabr 2020-ci il tarixdə iddiaçını başqa vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü əsaslandırmamış, əmək müqaviləsini həmin tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə deyil, 4 gün sonr a Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.
24. Bu nöqteyi-nəzərdən, iddiaçının işə getməməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin özünün Məcəllənin 56-cı maddəsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır.
25. Lakin apellyasiya məhkəməsi qətnaməsində qeyd olunan istiqamətdə qiymətləndirmə aparmamış, əmək müqaviləsinin xitamının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə qeyri-mümkünlüyünü, Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə isə zərurəti əsaslandırmamışdır.
26. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir.
27. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən iddia ərizəsinin və verilmiş apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verilməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5, 392.2-ci maddələrinin tələbləri pozulmuşdur.
28. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, mə hkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.
30. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddia ərizəsinin və verilmiş apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verilməməklə, Mülki Prosessual Məcə llənin 392.1.5, 392.2-ci maddələrinin tələbləri pozulmuşdur. ç)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
32. Apellyasiya instansiyası məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(105)853/2023 nömrəli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.
33. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini əmək müqaviləsi əsasında yük daşıma avtomobilinin sürücüsü vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2020-ci il tarixdən heç bir üzrlü səbəb təqdim etmədən bütün iş günü ərzində işə gəlməməsi və bununla da əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapması, lakin bunun əksinə olaraq sübut etmək vəzifəsi daşıyan iddiaçı buna dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır.
34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığını və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyini, eləcə də əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanması barədə iddiaçının həm iddia ərizəsindəki, həm də apellyasiya şikayətində göstərdiyi dəlillərə qiymət verilmədiyini, habelə apellyasiya məhkəməsinin qətnaməsində əmək müqaviləsinin xitamının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə qeyri-mümkünlüyünü, Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə isə zərurəti əsaslandırmamasına istinad etmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə bax an məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
37. İddiaçı 12 avqust 2017-ci il tarixli əmrlə Cavabdeh MMC-nin X5 avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilməsi, onun xx.xx.2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılması, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra yəni xx.xx.2020-ci il tarixdən başqa vəzifəyə keçməsinin mümkün olmadığı halda, əmək müqaviləsinə Əmək Məcəlləsinin 6 8-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi barədər xəbərdar olunması, iddiaçının isə işəgötürənə yazışmalarında həmin təkliflə razılaşmaması və əvvəlki iş yerində fəaliyyətini davam etdirmək istəməsini bildirməsi işin mübahisəsiz halıdır.
38. Baxılan iş üzrə iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir.
39. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri i lə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir.
40. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
41. İşdən göründüyü kimi cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar iddiaçı xx.xx.2020-ci il tarixdən iş yerinin dəyişdirilməsi barədə məlumatlandırılmış, onun razılığı olmadığı halda 1 təqvim ayı sonra, yəni xx.xx.2020-ci il tarixdən başqa vəzifəyə keçirilməsi mümkün olmasa, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam veriləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. İddiaçı isə işəgötürənlə yazışmalarında bu təkliflə razılaşmadığını və əvvəlki iş yerində fəaliyyətini davam etmək istədiyini cavabdehə bildirsədə, xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə iddiaçının iş yerinin hansı yaşayış məntəqəsi olması iş materialları ilə mü əyyən olunmur. Halbuki, bu müddət ərzində iddiaçıdan yeni əmək şəraitində işləməyi tələb etmək əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdır.
42. Buna baxmayaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçını başqa vəzifəyə keçirilməsinin mümkünsüzlüyü əsaslandırılmadan, sonuncu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam vermək əvəzinə, bundan dörd gün sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
43. Halbuki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmə k şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
44. Göründüyü kimi cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəməl ər hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
46. Bu mənada iddiaçının ərizəsində, həm də apellyasiya şikayətində əmrin səlahiyyətsiz şəxs tərəfindən imzalanması barədə dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, işin 83-cü vərəqindən görünür ki, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli əmrindən çıxarışı MMC-nin İnsan Resursları Departamentinin müdiri Pərviz Qasımov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Bununla bağlı cavabdehdən növbəti məhkəmə baxışınadək həmin əmrin əsli tələb olunmuş və cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəmə kollegiyasına təqdim olunan xx.xx.2020-ci il tarixli mövcud əmrin Cavabdeh MMC-nin direktoru Bilge Çağlayan tərəfindən imzalandığını, lakin əmrdən çıxarışın təqdim edildiyi tarixdə isə direktor Bilge Çağlayanın işdə olmadığından, əmrdən çıxarış onu əvəz edən İnsan resursları departament müdiri Pərviz Qasımov tərəfindən imzalandığı bildirilmişdir.
47. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, m əhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-853/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi barədə rəsmi xəbərdarlıq məktubunu xx.xx.2020-ci il tarixdə, Cavabdeh MMC-nin (bundan sonra “MMC”) xx.xx.2020-ci il tarixli 646/K nömrəli Əmrindən çıxarışı isə xx.xx.2020-ci il tarixdə əldə etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə (ərazi aidiyyəti qaydalarını pozmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra isə iddiaçının ərizəsi əsasında icraat təzələnmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Sözügedən 1 aylıq müddət tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməliydi. AR Əmək Məcəlləsinin 296.6cımaddəsinin tələbi pozularaq, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məsələ həll edilmədən, birinci instansiya, habelə apellyasiya instansiyası məhkəmələri mahiyyəti üzrə işə baxmış və müddətin ötürülməsinə hüquqi qiymət verməmişlər. Halbuki, maddi hüquq normasının tələbinə görə, iddiaçı bununla bağlı(yəni müddətin hansı səbəbdən ötürülməsi, ötürülmənin üzrlü hesab edilməsi və s.) mübahisəni həll edən orqana (Abşeron Rayon Məhkəməsinə) müraciət etməli idi.
50. Heç bir instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinin iş materiallarında mövcud olmadığında əhəmiyyət verməmiş, halbuki tərəflər arasında yaranmış mü bahisənin düzgün həlli üçün məhz bu Müqavilə tələb edilməli, iş materiallarına əlavə edilməli və qiymətləndirilməli idi. Belə ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 1.2-ci bəndində işçi İddiaçı iş yerinin məhz Saatlı şəhəri olması barədə şərt yoxdur və işçi MMC-nin X5 avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. MMC-nin fəaliyyəti bütün ölkə ərazisinə qida və qeyri-qida məhsullarının daşınması ilə bağlı olduğundan, Nəqliyyat Şöbəsinin sürücülərinin iş yeri məhdud dairə ətrafında müəyyən edilməyib və zərurət olduqda, sürücülər digər şəhər və rayonlara göndərilə (ezam) edilə bilərlər. Ali Məhkəməyə yeni sübutların təqdim edilməsinin hüquqi nəticələri mənə məlum olsa da, tərəflər arasında bağlanmış Əmək Müqaviləsini elektron kabinet vasitəsilə təqdim edirəm ki, işin qeyd olunan əhəmiyyətli halının (işçinin faktiki iş yerinin məhz Saatlı şəhəri olması barədə şərtin nəzərdə tutulmadığı) uydurma olmadığını diqqətinizə çatdırım. Digər tərəfdən, qeyd olunmalıdır ki, hətta Əmək Müqaviləsində nəzərdə tutulmuş işçinin faktiki iş yerinin dəyişdirilməsi məsələsi gündəmə gələrsə belə, bu hal əmək şəraitinin şərtlərinin dəyişməsi kimi qiymətləndirilməməli və bu prosedura AR Əmək Məcəlləsinin 56-cımaddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməməlidir. Belə ki, hazırki şikayətdə istinad etdiyim Əmək Məcəlləsinin müvafiq normalarının müqayisəli təhlili onu göstərir ki, işçinin “iş yeri” və “əmək şəraitinin şərtləri” ayrı-ayrı anlayışlar və birinci anlayış ikincisinə daxil deyil, çünki Məcəllənin bir neçə yerində bu anlayışlar fərqləndirilir və onların arasında aydın şəkildə bölüşdürücü xətt çəkilir (misal üçün, 3-cü maddənin 8 və 11-ci hissələri, 43-cü maddənin “c” və “ə” bəndləri, 288-ci maddənin “c” və “ç” bəndləri). İşçinin iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması hallarıdır. Həm tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin, eyni zamanda Əmək Məcəlləsinə 1 saylı Əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın 1ci və 4-cü paraqraflarının müqayisəli təhlilindən görünür ki, işçinin iş yeri Əmək Müqaviləsi üzrə şərt kimi qeyd olunsa da, işçinin əmək şəraitinin şərtlərinə daxil deyil və Məcəllənin 288-ci maddəsinin “c” və “ç” bəndlərinə əsasən bu məsələlər fərdi əmək mübahisələrin predmetini təşkil etsə də, fərqli mübahisələr (məsələlər) kimi qeyd edilmiş və biri digərinin tərkibində göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, əksinə, əgər işçi İddiaçı Əmək Müqaviləsi AR Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilsəydi, bu hal qanunsuz və əsassız olardı, çünki işçinin iş yerində hər hansı dəyişiklik olmamış (Əmək Müqaviləsində iş yerinin məhz “Saatlı şəhəri” olduğu qeyd-şərti yoxdur), ən əsası isə, qanunvericiliyin tələbinə görə, işçinin iş yerinin dəyişməsi əmək şəraitinin şərtlərinin (əmək haqqı, iş və istirahət vaxtı, məzuniyyət vaxtı və s.) dəyişməsi ilə nəticələnmir. Məhz bu səbəbdəndir ki, MMC əmək qanunvericiliyin sözügedən tələblərinin pozulmasına yol verməmişdir.
51. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən işə gəlməmiş və işə gəlməməsinin səbəbləri barədə rəhbərliyə hər hansıməlumat verməmişdir (iş mater. 77, 78-ci vərəqləri). Bununla bağlı işçiyə xx.xx.2020-ci il tarixli Xəbərdarlıq Məktubu göndərildikdən sonra, iddiaçı xx.xx.2020-ci il tarixli cavab məktubunda müxtəlif bəhanələr gətirmiş, bununla belə, həqiqətən də işə çıxmadığını təsdiq etmişdir (iş mater. 13, 14, 81, 82-ci vərəqləri). Həmin ərizənin 5-ci abzasında işçi qeyd edir: “Odur ki, mənə məlumat verildiyi andan mən əvvəlki iş yerimdə, yəni cəmiyyətin Saatlı rayonundakı Lokan Anbarında fəaliyyətimi davam etdirəcəyəm”. AR Əmək Məcəlləsinin 70-ci maddəsini n “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir (AR ƏM-in 10-cu maddəsinin “a” və “b” bən dləri). Eyni zamanda, AR ƏM-in 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. Göründüyü kimi, iş materiallarında olan sübutlarla tam təsdiq olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən tam iş günləri ərzində işə gəlməmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və xx.xx.2020-ci il tarixli cavab məktu bu ilə MMC-yə müraciət edənədək işəgötürənə (işə gəlməməsinin üzrlü səbəblərlə əlaqəli olması barədə) hər hansı məlumat verməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixədək MMC-yə müraciət etməsi, boşdayanma ilə bağlı məlumat verməsi barədə hallar iş materiallarında öz təsdiqini tapmır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmuş və MMC-nin xx.xx.2020-ci il tarixli 646/K saylıƏmri qanuni və əsaslı olmuşdur
52. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiyasıməhkəməsi tam hüquqlu məhkəmə kimi işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görməmiş, işdə olan sübutların qanuni və ədalətli nəticəyə gəlinməsi üçün kifayət etmədiyini nəzərə almamış (ən əsası da, işçi ilə b ağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinin iş materiallarında olmadığını nəzərə almamış), işçinin iş yerinin müəyyən olunmaması barədə kassasiya instansiyası məhkəməsinin göstərişinə nəzər yetirməmiş, işçinin iş yerinin dəyişdirilməsi halının işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilməli olması barədə səhv nəticəyə gəlmiş, nəticə etibarılə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qətnaməsini əsaslandıra bilməmişdir. "xxxx" ASC-nin şikayəti üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin h əyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. AR Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətlənd irilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı) b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
54. Maddə 56, hissə
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
55. Maddə 56, hissə
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəz ərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
56. Maddə 68, hissə
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
57. Maddə 68, hissə
2. Əmək müqaviləsinə Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) Əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məc əllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
58. Maddə 70, ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
59. Maddə 71, hissə 2. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
60. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
61. Maddə 83, hissə
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara v ə qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsas ən fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu itirdiyi, sözügedən 1 aylıq müddət tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələbi pozularaq, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məsələ həll edilmədən, birinci instansiya, habelə apellyasiya instansiyası məhkəmələri mahiyyəti üzrə işə baxdığı və müddətin ötürülməsinə hüquqi qiymət vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməs inə dair” 30 iyul 2021-ci il Qərarında qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
73. X2 Məhkəməsinin Plenumu onu da qeyd etmişdir k, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüq uqi mövqeləri nəzərə almalıdırlar.
74. Demək ki, Əmək məcəlləsinin 296-cı maddəsində müəyyən edilən müddətlər iddia müddətidir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Lakin iş materialları ilə iş üzrə cavabdehin birinci instansiya məhkəməsində iş üzrə qətnamə çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə verməsi təsdiq edil mir.
75. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
76. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinə iş üzə iddiaçı ilə bağlanmış əmək müqavil əsi əlavə edilsə də kassasiya instansiya məhkəməsində yeni sübutlar qəbul edilmir və araşdırılmır.Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(105)-853/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.