Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3684/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-25/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti ilə kredit müqaviləsi bağlanmış və tərəflər bu müqavilə çərçivəsində müqavilələr bağlamaqla xx.xx.2020-ci il tarixədək 120 ay müddətində Cavabdeh1 500000 ABŞ dolları kredit verilməsində razılaşmışlar. Həmin tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında tərəflər 2449 saylı xx.xx.2014-cü il tarixli saziş bağlamış və kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. 3. 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 06R000 018703 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması ilə, İddiaçı QSC Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 % olmaqla, 235000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 hər təqvim ayının 22-27 günü hər ay üçün 14820.34 ABŞ dolları, sonuncu ay 14820.31 ABŞ dolları olmaqla bərabər hissələrlə ödəməyi, kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüşdür. 4. 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 006R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması ilə, İddiaçı QSC Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, 100000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 hər təqvim ayının 14- 16 günü hər ay üçün 9382 manat, sonuncu ay 9383.39 manat olmaqla bərabər hissələrlə ödəməyi, kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüşdür. 5. 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 006KK**********01 saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması ilə, İddiaçı QSC, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 krediti və ona hesablanmış faizləri 12 ay müddətinə ödəməyi, gecikdirilmiş statuslu kredit üzrə illik 180 %-i miqdarda cərimə ödəməyi öhdəsinə götürmüş və həmin plastik kartın əldə edilməsi və istifadəsi haqqında ******* saylı xx.xx.2015-ci il tarixli müqavilə iə İddiaçı QSC Cavabdeh1 əmtəə və xidmətlərin dəyərinin ödənilməsində, sifarişində, nağd pulun alınmasında istifadə üçün plastik kart verməyi öhdəsinə götürmüşdür.
6. Zaminlik müqavilələri və onlara edilmiş dəyişiklik və əlavələrlə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 sözügedən kredit müqavilələrinə İddiaçı QSC-dən aldığı kreditlərə görə onunla bərabər məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.
7. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 07M000000278 saylı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzili, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müq aviləsi və onun arılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 36536.50 manat müəyyən edilmişdir. Həmin tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 278 saylı xx.xx.2014-cü il tarixli saziş ilə, sözügedən mənzili Cavabdeh1 İddiaçı QSC-nin qarşısında təmin edilmiş öhdəliyi kredit xəttinin məbləği ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddəti 168 ay olaraq müəyyən edilmişdir.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış ilə, Cavabdeh1 mülkiyyətində olan sözügedən mənzilinin 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
9. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 07M000000897 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi ilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 46702 manat müəyyən edilmişdir.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış ilə, Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin 07L00 0002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
11. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 06M000001107 saylı xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsi ilə, 12 ay müddətinə İddiaçı QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi, 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun arılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 87841 manat müəyyən edilmişd ir. 12. 06M000001107 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 1107 saylı xx.xx.2014-cü il tarixli saziş ilə, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Cavabdeh1 İddiaçı QSC-nin qarşısında təmin edilmiş öhdəliyi kredit xəttinin məbləği ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddəti 168 ay olaraq müəyyən edilmişdir.
13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış ilə, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tari xdə qeydiyyata alınmışdır.
14. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısındakı qeyri yaşayış binası, borclunun 168 ay müddətinə ******* ABŞ dolları öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 45000 ABŞ dolları (47209.50 manat) müəyyən edilmişdir.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış ilə, Cavabdeh2 mülkiyyətində olan həmin qeyri yaşayış binası 2449 saylı xx.xx.2014-cü il tarixli sazişə əsasən 168 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 43282.42 ABŞ dolları məbləğində kredit borcu, 11694.91 ABŞ dolları məbləğində faiz borcu və 49870.35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 104847 ABŞ dolları 68 sent məbləğində borcun, 006R********** saylı kredit razılaşması üzrə 92329.2 manat məbləğində kredit borcu, 30053.15 manat məbləğində faiz borcu və 51692.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 174074 manat 76 qəpik məbləğində borcun, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993.21 ABŞ dolları mə bləğində kredit borcu, 912.34 ABŞ dolları məbləğində faiz borcu və 1063.24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6968 ABŞ dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, hər üç kredit razılaşması üzrə tələbin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh1 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə 111816 ABŞ dolları 47 sent və 174074 manat 76 qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutu lması, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh1 mülkiyyətində olan 23 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh1 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fə rdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək qeyd etmişdir ki, cavabdeh müəyyən vaxtlarda kredit borcu ilə bağlı müəyyən ödənişlər etmiş, lakin öhdəliyini tam icra etməmişdir.İddia ərizəsində qeyd olunmuş məbləğin cavabdehlərdən tutulmasını, eyni zamanda tutumanın ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir.
18. Goranboy Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8234 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.340,89 ABŞ dolları, faiz borcu üzrə 9.487,49 ABŞ dolları, 4 noyabr 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 92.908,47 manat, faiz borcu üzrə 29.134,03 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı müqavilə üzrə əsas borc üzrə 4.993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları borcunun yarandığı m üəyyən edilmişdir.
19. Daha sonra Goranboy Rayon Məhkəməsinin 3 dekabr 2019-cu il tarixli qərardadı ilə tikilinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin alıması qərara alınmışdır. 20. "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 0749/20/AB saylı 1 iyun 2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin bazar qiymətinin 53000 manat olduğu göstərilmişdir. 21. "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 0750/20/AB saylı 1 iyun 2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin bazar qiymətinin 220000 manat olduğu göstərilmişdir. 22. "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətlən dirilməsinə dair 0751/20/AB saylı 1 iyun 2020-ci il tarixli hesabatında Cavabdeh1 xüsusi mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətinin 130000 manat olduğu göstərilmişdir. 23. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair 0752/20/AB saylı 1 iyun 2020-ci il tarixli hesabatında Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının bazar qiymətinin 80000 manat olduğu göstərilmişdir.
24. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməmiş iddiaya etirazını iddiaçı tərəfindən fazilərin və cərimənin artıq hesablanması ilə əsaslandırmışdır.
25. Goranboy Rayon Məhkəməsinin 2(045)-01/2020 nömrəli 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Samir Mayılov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc 41340,89 ABŞ dolları, faiz borcu 9487,49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 4 noyabr 2015-ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc 92329.2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşması üzrə əsas borc 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları, cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüs umu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulması, hər üç kredit razılaşması üzrə tələbin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerlə şən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiyməti 53000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi ilkin satış qiyməti 220000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərracdan satılması, hər üç kredit razılaşması üzrə tələb olunan 57933,93 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsindən və 122963,23 manatdan ibarət borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzə rində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi qət edilmiş, iddianın qalan hissədə rədd edilmişdir.
26. Birinci instansiya məhkəməsində işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə Cavabdeh1 arsında bağlanmış 07L000002449 say lı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi ilə trəflər bu müqavilə çərçivəsində müqavilələr bağlamaqla xx.xx.2020-ci il tarixədək 120 ay müddətində Cavabdeh1 500000 ABŞ dolları kredit verilməsində razılaşmışlar. 2449 saylı xx.xx.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. 06R000018703 saylı xx.xx.2014cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 % olmaqla, 235000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 bərabər hissələrlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi, öhdəliyin icra edilməməsi halında cərimə ödəməyi öhdəsinə götürmüşdür. 006R1-530814701 saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı Cavabdeh1 1 2 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, 100000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 bərabər hissələrlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi, öhdəliyin icra edilməməsi halında cərimə ödəməyi öhdəsinə götürmüşdür. 006KK**********01 saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 bərabər hissələrlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi, öhdəliyin icra edilməməsi halında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlərdən Cavabdeh4 06S000007874 saylı xx.xx.2012-ci il tarixli, Cavabdeh2 06S000010793 saylı xx.xx.2013-cü il tarixli, Cavabde h3 06S000010841 saylı xx.xx.2013-cü il tarixli və Cavabdeh5 06S000017627 saylı xx.xx.2014cü il tarixli zaminlik müqavilələrinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə açılmış 500000 ABŞ dolları məbləğində kreditin qaytarılması ilə bağlı Cavabdeh1lə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişlərlə zaminlərin iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqları öhdəliyin məbləği ******* ABŞ dolları, müddəti 168 ay olaraq müəyyən edilmişdir. 07L000002449 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliyinin t əminatı üçün Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 savlı mənzili 07M000000278 saylı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. 278 saylı xx.xx.2014-cü il tarixli sazişlə həmin mənzil ilə təmin edilmiş öhdəliyin məbləği ******* ABŞ dolları, müddəti 168 ay olaraq müəyyən edilmişdir. Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi 07M000000897 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi 06M000001107 saylı 13.12.201.3-cü il tarixli sonrakı ipoteka müqaviləsinə ipoteka ilə yüklü edilmişdir. 1107 saylı xx.xx.2014-cü il tarixli sazişlə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə təmin edilmiş öhdəliyin məbləği ******* ABŞ dolları, müddəti 168 ay olaraq müəyyən edilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Aıani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısındakı qeyri yaşayış binası xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, tərəflər ipoteka predmetlərinin dəyərlərini müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmamışlar və bu qiymətlər ipoteka müqavilələrində öz əksini tapmamışdır. İpoteka ilə yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alımışdır. Cavabdeh1 öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı onun borcuna cərimələr hesablamışdır. Yaranmış borcu ödəmələri cavabdehlərə təklif edilmiş, ipoteka qoyanlara ipoteka predmet inə tutmanın yönəldilməsi haqqında bildirişlər təqdim edilmiş və bu bildirişlər iddiaçının ərizəsi əsasında ipotekanm dövlət qeydiyyatı orqanlarında qeydə alınmışdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı, 06R000018703 saylı kredit razılaşması üzrə əsas borca görə 43282.42 ABŞ dolları, faiz borcuna görə 11694.91 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə əsas borca görə 92329.2 manat, faiz borcuna görə 30053.15 manat, 006KK**********01 saylı kredit razılaşması üzrə əsas borca görə 4993.21 ABŞ dolları, faiz borcuna görə 912.34 ABŞ dolları tutulmasını tələb etmiş, iddiasını Cavabdeh1 həmin məbləğlərdə borcunun yaranması ilə əsaslandırmışdır.
29. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə bağlı qeyd etmişdir ki, rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliy i olduğunu nəzərə alaraq, 8234 saylı xx.xx.2019cu il tarixli rəylə razılaşır və cavabdehin iddiaçıya rəylə müəyyən edilən məbləğlərdə borcunun yaranmasını işin hallarına uyğun hesab edir.
30. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, iddiaçı isə 006R********** saylı kredit razılaşması üzrə əsas borca görə yalnız 92329.2 manatın tutulmasını tələb etdiyindən, cavabdehin iddiaçıya xüsusi biliyi olan orqanın rəyi ilə mövcduluğu müəyyən edilmiş məbləğdə borcunun olması həmin vəsaitin cavabdehlərdən tutulmasına əsas ola bilməz.
31. Məhkəmə, tərəflərin ipoteka müqavilələrində ipoteka predmetlərinin ilkin satış qiymətində razılaşmadıqlarını nəzərə alaraq, ilkin satış qiymətinin məhkəmə tərəfin dən müəyyən edilməli olduğu nəticəsinə gəlmiş və əmlakların ilkin satış qiymətini müəyyən etmiş ”HEBA Consulting” MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğundan əmlakların bazar dəyəri barədəki qiymətləndirilmə hesabatları ilə razılaşmış və açıq hərracda satılmalı olan əmlakların ilkin satış qiymətinin onların bazar dəyərinə müvafiq müəyyən edilməli olduğunu ədalətli hesab etmişdir.
32. Məhkəmə, cavabdehə hesablanmış 06R000018703 saylı kredit razılaşması üzrə 49870.35 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 51692.41 manat və 006KK**********01 saylı kredit razılaşması üzrə 1063.24 ABŞ dolları məbləğində cərimələri tənasübsüz surətdə yüksək saymış və onların miqdarının 06R000018703 saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları, 006R********** saylı kredit razıla şması üzrə 1500 manat və 006KK**********01 saylı kredit razılaşması üzrə 200 ABŞ dolları məbləğinədək azaldılmasını idiaçının bütün mənafelərinə uyğun hesab etmişdir.
33. Məhkəmə son olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 öhdəliyin lazımınca icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41.340,89 ABŞ dolları, faiz borcu üzrə 9.487,49 ABŞ dolları, 4 noyabr 2015-ci il tarixli 006R ********** saylı razılaşma ilə əsas borc üzrə 92.908,47 manat, faiz borcu üzrə 29.134,03 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4.993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 A BŞ dolları borcunun yarandığı, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi, digər cavabdehlərin iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaları tam təsdiq olunduğundan, iddiaçı 006R********** saylı razılaşma üzrə əsas borca görə yalnız 92.329.2 manatın tutulmasım tələb etdiyindən, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başq a pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41340,89 ABŞ dolları, faiz borcu üzrə 9487.49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 4 noyabr 2015-ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc üzrə 92329.2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 man at dövlət rüsumu və 80 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, hər üç kredit razılaşması üzrə tələb Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməli, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzili ilkin satış qiyməti 5300 0 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiyməti 120000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiyməti 80000 manat müəyyən edilməlidir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.6, 739.1, 739.2, 385.1, 442, 448, 465.2, 470.1, 472.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və İpoteka Haqqında Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Cavabdehlər Cav abdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, borc məbləğinin faiz və cərimə hissəsində, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv edilməsini xahiş etmişlər.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, borc məbləği faiz və cərimə hissəsində, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində qətnamə ləğv edilməlidir.
37. İşə apellyasiya instansiyasında baxılarkən mübahisəli əmlakların satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən 19 mart 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfində n verilən 31 avqust 2021-cü il tarixli rəyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 85000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 765000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 250000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 150000 manat məbləğində olduğu göstərilmişdir.
38. Bundan sonra, işin məhkəmə baxışı zamanı məhkəmədə iştirak edən İddiaçı QSCnin nümayəndəsi həmin rəylə razılaşmamış və ipoteka predmetləri olan daşınmaz əmlakların yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. İş üzrə 5 noyabr 2021-ci il tarixli qərardadı ilə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərərfindən verilmiş 30 mart 2023-cü il tarixli rəydə Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 85000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 250000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 150000 manat məbləğində olduğu göstərilmişdir.
40. Məhkəmədə iştirak edən İddiaçı QSC-nin nümayəndəsi həmin rəylə razılaşmamış və ipoteka predmetləri olan daşınmaz əmlakların yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 8 may 2023-cü il tarixli qərardad ilə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 10/4002-9/4216 saylı rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 67000 manat, Goranbo y rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 16000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 179000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının hazırkı bazar qiymətinə uyğun likvid dəyərinin 95000 manat məbləğində olduğu göstərilmişdir.
41. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-25/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Fikrət Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya m əhkəməsinin qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiymətinin 53000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin ilkin satış qiyməti 67000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin i lkin satış qiyməti 179000 manat, Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
42. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən biri olan qətnamədə faiz borcunun düzgün müəyyən edilməməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin borcunun düzgün hesablanması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2019-cu il tarixli 82 34 nömrəli rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.340,89 ABŞ dolları, faiz borcu üzrə 9.487,49 ABŞ dolları, 4 noyabr 2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 92.908,47 manat, faiz borcu üzrə 29.134,03 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı müqavilə üzrə əsas borc üzrə 4.993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları borcunun yarandığı müəyyən edilmişdir.Birinci insansiya məhkəməsi göstərilən ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərərfin borcunun müəyyən edilməsində həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul ediməməsi üçün heç bir əsas yoxdur və birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi nəticə əsaslıdır.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin apellyasiya şikayətinin digər dəlili, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində olmuşdur.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə də hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər qismən əsaslıdır.
46. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli rəyini ipoteka predmetləri olan daşınmaz əmlakların likvid dəyərlərinin müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək hesab etmişdir ki, qətnamə mübahisələndirilən həmin hissədə qismən dəyişdirilməli və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin ilkin satış qiyməti həmin rəyə uyğun olaraq 67000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 179000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilməlidir.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Bundean başqa, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiyməti 220000 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəf qətnaməni mübahisələndirsə də İddiaçı QSCnin nümayəndəsi qətnaməni mübahisələndirməmişdir.
49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 470.1, 472.1-ci, maddələrinə, İpoteka Haqqında Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh1 (vəkil Nümayəndə Oqaty oğlu) kassasiya şikayətində qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız ol araq təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə verdikləri vəsatət təmin edilməmişdir.
52. Bundan başqa, ipoteka predmetləri olan əmlakların bir neçə dəfə qiymətləndirilməsinin aparılmasına baxmayaraq, məhkəmə əsassız olaraq əmlakların real bazar qiymətlərinə uyğun likvid dəyərlərini düzgün müəyyən etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə istər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borc məbləğinin qüvvədə saxlanıldığı hissədə, istərsə də, ipoteka predmeti olan əmlakların qiymətlərinin müəyyənləşdirilməsi hissəsində gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirə də, istər qətnamənin qüvvədə saxlanıldığı hissədə, istərsə də qətnamənin dəyişdirildiyi hissədə gəldi yi nəticəni əsaslandırmamış, beləliklə də qanunvericilik normalarının tələblərini pozmuşdur.
54. Kassator şikayətini İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
56. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
57. Maddə 319.1. Əgər borc lu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
58. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
59. Maddə 445.7. Borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
60. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkə mə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
61. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
62. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) k eçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
63. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
64. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
65. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya laz ımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
66. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
67. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-25/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.