Məhkəmə qərarları › İş №2(102)-3685/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3685/2022

12.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3685/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X2 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq müsabiqə və hərracının keçirilməsinin nəticələri barədə protokolun ləğvi, məhkəmə aidiyyətinin pozulması, subye ktiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X2 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinə, Qəbələ rayon Vəndam bələdiyyəsinə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı keçirilmiş müsabiqənin hüquqi nəticələrinin ləğv edilməsi və sair tələblərinə dair Şəki Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(107)-452/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh4 xx.xx.2020-ci il tarixində keçirilmiş (xx.xx.2021-ci il tarixli 09 nömrəli iclasında) ümumi iclasında bələdiyyənin mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən müvafiq olaraq 0,065 ha, 0,038 ha və 0,02 ha torpaq sahələrinin həyətyanı məqsədilə satılması üçün müsabiqəyə çıxarılması, müsabiqədə torpaq sahələrinin hər 100 kv.metri üçün ilkin qiymətin 310 manat müəyyən edilməsi barədə qərarlar qəbul edilmişdir.

2. Həmin qərar əsasında qeyd edilən torpaq sahələrinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X2 ərazi Torpaq müsabiqə və hərrac komissiyası (bundan sonra – Komissiya) tərəfindən xx.xx.2021-ci il tarixdə müsabiqə keçirilmiş, müsabiqədə 0,065 ha torpaq sahəsi üzrə 2216 manat ən yüksək təklif vermiş Cavabdeh6, 0,038 ha torpaq sahəsi üzrə 1296 manat ən yüksək təklif vermiş Cavabdeh7 və 0,02 ha torpaq sahəsi üzrə 685 manat ən yüksək təklif vermiş Cavabdeh5 müsabiqənin qalibi hesab olunmuşlar, onlara müvafiq olaraq torpaq sahəsinin mülkiyyətə verilməsi barədə 012754 nömrəli, 012755 nömrəli və 012756 nömrəli şəhadətnamələr verilmişdir.

3. Həmin şəhadətnamələr əsasında qeyd edilən torpaq sahələri üzrə Qəb ələ regional Asan Xidmət Mərkəzinin notariat ofisində (bundan sonra – Notariat ofisi) alıcılar ilə Cavabdeh4 (bundan sonra – Bələdiyyə) arasında daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır.

4. Belə ki, Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli 25 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində 0,02 ha torpaq sahəsi (bundan sonra – mübahisəli 0,02 ha torpaq sahəsi) 685 manata alıcı Cavabdeh5 satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi (bundan sonra – Reyestr idarəsi) tərəfindən həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır (09 iyul 2021-ci il tаrixli dövlət reyestrindən çıxarış).

5. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli 30 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində 0,038 ha torpaq sahəsi (bundan sonra – mübahisəli 0,038 ha torpaq sahəsi) 1296 manata alıcı Cavabdeh7 satılmış və Reyestr İdarəsi tərəfindən həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır (23 iyul 2021-ci il tаrixli dövlət reyestrindən çıxarış).

6. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli 30 iyun 2021-ci il tarixli müqaviləyə əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,065 ha torpaq sahəsi (bundan sonra – mübahisəli 0, 065 ha torpaq sahəsi) 2216 manata alıcı Cavabdeh6 satılmış və Reyestr İdarəsi tərəfindən həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır (26 iyul 2021-ci il tаrixli dövlət reyestrindən çıxarış).

7. İddiaçı rəisi Abdulla Yusifov tərəfindən Bələdiyyəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən hazırkı məktubun 5 iş günündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq bələdiyyənin 21 aprel 2021-ci il tarixli 09 nömrəli iclasının gündəliyində olan mübahsəli torpaqların hərracdan satılması barədə 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarların (8 qərarın) ləğv edilməsi tapşırılmışdır. Məktub onunla əsaslandırılmışdır ki, topraq sahələrinin il kin satış qiyməti dəyərindən xeyli aşağı müəyyən edilmişdir.

8. Bələdiyyənin 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokoluna əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarların ləğv edilməsi, qərarın surətinin İddiaçınə göndərilməsi qərara alınmışdır. Eyni zamanda Bələdiyyənin sədri tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, qərarlar ləğv edildiyindən onların hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı Bələdiyyənin məhkəməyə müraciət etməsi hüququ (tələbin güzəşti qaydasında) inzibati nəzarət orqanı olan İddiaçınə verilir və bu hüququ həyata keçirməsinə etiraz edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Notariat ofisinə, Komissiya ya, Reyestr idarəsinə, Bələdiyyəyə, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müsabiqənin 0,02 ha, 0,038 ha və 0,065 ha ölçüdə torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissəsində hüquqi nəticələrinin ləğv edilməsi, müsabiqənin qalibləri olmuş Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 verilmiş şəhadətnamələrin ləğv edilməsi, sözügedən torpaq sahələri ilə bağlı Bələdiyyə ilə həmin fiziki şəxs olan cavabdehlər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və həmin torpaq sahələri üzərində fiziki şəxs olan cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin Bələdiyyənin mülkiyyətinə qaytarılması ba rədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bələdiyyənin qərarına inzibati nəzarət qaydasında baxılarkən aydın olmuşdur ki, sözügedən torpaq sahələrinin qiyməti müəyyən edilərkən bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, iddiaçının müvafiq sorğularına dair təqdim edilmiş məlumatda torpaqların orta bazar dəyərinin Vəndam kəndi üzrə hər 0,01 ha üçün 1500 manat təşkil etdiyi göstərilir. Torpağın hər 0,01 ha üçün bələdiyyə tərəfindən müəyyənləşdirilmiş qiyməti, yəni 310 manat bazar dəyərindən (1500 manatdan) aşağı olduğu üçün iddiaçı tərəfindən bələdiyyənin qeyd olunan qərarlarının ləğv edilməsi barədə Bələdiyyəyə 196-Q saylı, xx.xx.2021-ci il tarixli təklif məktubu göndərilmiş, təklif məktubu Bələdiyyənin xx.xx.2021-ci il tarixli 13 saylı iclasında müzakirə edilərək təmin edilmişdir. Hesab edilir ki, Bələdiyyənin müsabiqənin keçirilməsi və alqı-satqı edilməsinə əsas olan xx.xx.2021-ci il tarixli 09 nömrəli iclasında qəbul edilmiş qərarlar inzibati nəzarət orqanının təklifi əsasında bələdiyyənin xx.xx.2021-ci il tarixli 13 nömrəli iclasın qərarları ilə ləğv edildiyindən və belə bir qərarın hüquqi qüvvəsi olmadığından həmin qərarın hüquqi nəticələri, yəni müsabiqənin nəticələri və bağlanmış alqı-satqı müqavilələri də ləğv edilməlidir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Bələdiyyənin nümayəndəsi (sədri) Nümayəndə4 iddia tələbini qəbul e tməyərək məhkəməyə təqdim etdiyi ərizədə və izahatında göstərmişdir ki, bələdiyyənin xx.xx.2021-ci il tarixli 12 saylı qərarı ilə vətəndaşlara satılan torpaq sahələrinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamənin çıxarılmasını məqsədəmüvafiq hesab etmirlər. Belə ki, həmin torpaq sahələri xx.xx.2021-ci il tarixdə keçirilən torpaq müsabiqəsi və hərracında qalib gəlmiş alıcılara satılmışdır. İddia ərizəsindən də göründüyü kimi bələdiyyə tərəfindən həmin torpaq sahələrinin hərracın qaliblərinə satılması barədə qərar qəbul edilərkən iddiaçı tərəfindən tövsiyyə məktubu bələdiyyəyə daxil olmamışdır. xx.xx.2021-ci il tarixli qərarla (həmin torpaq sahələrinin hərraca çıxarılması barədə) münasibət iddiaçının müvafiq təklifi ilə Bələdiyyəyə xx.xx.2021-ci il tarixdə daxil olmuş və xx.x x.2021-ci il tarixli 13 nömrəli iclas qərarı ilə subordinasiya qaydasında ləğv edilmişdir. Həmin torpaq sahələrinin satılması barədə müqavilə bağlanan anda bələdiyyənin qərarları ləğv edilmədiyindən qanunamüvafiq hesab olunmalıdır. Bələdiyyə tərəfindən satılan həmin torpaq sahələri həmin vətəndaşlar tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənədək zəbt olunduğundan, bələdiyyə həmin torpaq sahələrinin uzunmüddətli istifadəçilərinə güzəştli şərtlərlə təklif edə bilər. Həmçinin Vəndam qəsəbəsində torpaq sahələrinin bazar qiyməti 500 manatdan 2000 manatadək dəyişir. Əgər yüksək bazar qiymətinə bir dəfə torpaq satılarsa, bu aşağı qiymətə olan torpaq sahələrinin alqı-satqısının dayandırılmasına, əhalinin aztəminatlı təbəqəsinin fərdi y aşayış evi tikmək üçün torpaq sahəsi alması imkanının məhdudlaşdırılmasına səbəb olacaqdır. Nəticədə qanunsuz tikililərin çoxalması prosesi başlayacaqdır. Hazırda satılan torpaq sahələri hərraca çıxarılarkən bir sot torpaq sahəsi üçün ilkin qiymət 410 manat müəyyən edilir. Bu da ötən ilin müvafiq qiymətindən 270 faiz artıqdır. İddiaçının tövsiyəsi bələdiyyənin maddi durumunun daha da yaxşılaşdırılmasına istiqamətlənib və gələcəkdə də satılan torpaq sahələrinin qiymətlərinin bazar qiymətlərinə uyğunlaşdırılması davam edəcəkdir. Qanunvericiliyə əsasən hesab edir ki, torpağın hər bir sotu üçün ilkin qiymət ondan əvvəl keçirilmiş hərracdan az olmamaq şərtilə və normativ qiymətdən yuxarı olmaq şərtilə (bunlar qanunvericilikdə konkret qeyd edilmişdir) Bələdiyyə Şurası tərəfindən bu qərar verilir. Bələdiyyənin xx.xx.2021-ci il tarixdə verilmiş qərarından əvvəl torpağın hər 100 kvadrat metri üçün normativ qiymət 154 manat müəyyən olunmuşdur. Bələdiyyənin qəbul etdiyi inzbati akt 5 iş günündən gec olmayaraq Ədliyyə Nazirliyinə ya göndərilir, ya da onların portalında yerləşdirilir. İddiaçı onların bütün inzibati aktlarına baxış keçirir. Bələdiyyə iddiaçının tövsiyələrinə əməl edərək, bazar qiymətinə yaxınlaşsınlar deyə, bazar qiymətini (yəni start qiymət) birdən birə 100 faiz, 154 manatdan 310 manata qaldırmışlar. Ondan sonrakı hərraclarında da 310 manat 422 manata qalxmışdır. Qiymətlər arta-arta da gedir. Bu o deməkdir ki, onlar tövsiyəyə laqeyd yanaşmamışlar və təbii ki, aztəminatlı ailələr üçün əlçatan olmasını da nəzərə almışlar. 24 aprel tarixli inzibati akt hərrac keçirilənə qə dər qüvvədə olmuşdur. Müvafiq müqavilə bağlanılıb, məktublar göndərilib, sənədlər göndərilib, torpaq sahəsi müayinə olunub, qəzetdə elan çıxıb. xx.xx.2021-ci il tarixdə hərrac baş tutub. Bu proseslər gedən vaxt və hərrac keçirilən vaxta qədər hələ bələdiyyəyə 24 aprel tarixli inzibati aktın qanunvericiliyə zidd olduğu barədə məlumat daxil olmamışdır. Vəndam Bələdiyyəsinin ölçüləri torpağın ən ucuz yerindən ən baha yerinə 15 kilometr uzunluğundadır. Bu üç torpağın biri biraz bahalı yerdədir, yəni həyətdədir, Vəndamın Rüsyan adlanan məhəlləsindədir və yola yaxındır. Biri isə suyu, qazı, işığı olmayan yerdədir. Vəndamdan Bunud istiqamətində Bunuda yaxın ərazidədir. Həmin yerdə bu gün mülkiyyətçi bələdiyyənin satış qiymətindən ucuz satışa torpaq çıxarır. Üçüncü də qazı olmayan, yolu olmayan ye rdədir. Hər üçü zəbt torpağıdır. O, tərəflər torpaq sahələrinə mülkiyyət hüququ əldə edərək çıxarış əldə etdiklərindən məhkəməyə müraciət etməmişdir. Nümayəmdə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Reyestr idarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Bələdiyyənin xx.xx.2021-ci tarixli, 09 saylı qərarının ləğvi ilə bağlı təklifi əsasında bələdiyyənin xx.xx.2021-ci i tarixli, 13 nömrəli qərarı əsassız və qanunsuzdur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinin tələblərinə ziddir. Təmsil etdiyi İdarə tərəfindən torpaq sahəsinin 0,01 hektarına 1500 manat qiymət qoyulması nisbidir və bu həmin torpaq sahəsində meyvə ağaclarının sayından, məhsuldarlığından, torpaq sahəsinin abadlaşdırılmasından və s. amillərd ən asılıdır. Hazırkı torpaq sahələrinin vəziyyəti araşdırılmadığından bu barədə hər hansı fikir bildirə bilməz. Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında Komissiyanın nümayəndəsi (rəhbəri) Nümayəndə6 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, hərracla bağlı bütün prosedurlar qanuni və şəffaf qaydada keçirilib və başa çatıb. Bələdiyyə üzrə keçirilmiş son üç hərracın qiyməti toplanır, üç yerə bölünür. Növbəti hərraca çıxan torpağın qiyməti həmin qiymətdən aşağı ola bilməz. Bələdiyyə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışdır. Nümayəndə iddia tələbinin rədd edilməsini xahi ş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə5 Fikrət oğlu iddia tələbinin rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, aldığı və mühabisələndirilən torpaq sahəsinin yanındakı 0,04 ha torpaq sahəsini 620 manata (0,01 ha 155 manata) almışdır. Bununla bağlı hər hansı bir tələb irəli sürülməmişdir.

16. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-1846/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim X5) iddia təmin edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş mərkəzi haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən b ələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq; hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, dərhal həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq Bələdiyyələrlə iş mərkəzinin hüququdur. Azərbaycan Respublikası ədliyyə nazir inin xx.xx.2007-ci il tarixli 38-nömrəli əmri ilə təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq; hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerin ə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq Regional ədliyyə idarələrinin hüququdur. “Regional ədliyyə idarələri haqqında” Əsasnamədən göründüyü kimi Regional ədliyyə idarələri hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldıra bilərlər. Lakin hazırkı işdən görünür ki, Bələdiyyənin 05 iyul 2021-ci il tarixli, 13 nömrəli iclas Protokoluna əsasən iddiaçının xx.xx.2021-ci il tarixli 196-Q saylı təklif məktubunda göstərilən qərarları ləğv edilmişdir. Beləliklə, iddiaçının təklifinə əsasən B ələdiyyə öz qərarını ləğv etdiyindən, iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur.

19. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Bələdiyyənin məktubuna əsasən bələdiyyənin ləğv edilmiş qərarının hüquqi nəticələrinin də ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun iddiaçı tərəfindən həyata keçirilməsinə etiraz edilmədiyini (tələbin güzəşti qaydasında) bildirmiş və bu əsasla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu i lə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göründüyü kimi, qanunda tələbin güzəştinin hansı hallarda mümkün olması konkret olaraq göstərilmişdir ki, hazırkı iddia tələbi üzrə tələbin güzəştinə yol verilmir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, həmin hüququn ötürülməsi barədə Bələdiyyənin ümumi yığıncağının hər hansı bir qərarı olmamışdır. “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən isə bələdiyyə sədrinin bələdiyyəyə aid hüququ hər hansı bir məktubla (məlumatla) digər şəxslərə ötürə bilməsi nəzərdə tutulmamışdır.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 78.1-ci madələrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin 7-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunun tələblərinə görə bələdiyyə qərarları subardinasiya qaydasında deyil, Azə rbaycan Respublikası Konstitusiyasına,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bələdiyyə nümayəndəsinin torpaqlar bazar qiymətinə uyğun satılacağı halda əhalinin aztəminatlı təbəqələrinin fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq imkanının məhdudlaşdırılması barədə qeyd etdiyi absurddur, əsaslı deyildir. Hamıya məlumdur ki, bu gün Vəndam qəsəbəsində torpağın bir sotunun qiyməti yerindən asılı olaraq 1500-5000 manat arasında dəyişir. Mübahisələndirilən hər 3 torpaq sahəsinin aztəminatlı ailələr tərəfindən deyil, imkanlı insanlar tərəfindən alınması barədə məlumatlar mövcuddur. Məhkəmə iclasında Reyestr idarəsinin nümayəndəsi bildirmişdir ki, iddiaçı həmin vaxt qeyd olunan qərarların qanunvericiliyin tələ blərinə uyğunluğu barədə və torpaq sahələrinin torpaq satışı qiymətləri barədə tədbir görülməli idi. Yuxarıda qeyd olunduğu kimi qiymətin aşağı olması barədə idarənin təklifi Vəndam bələdiyyəsi tərəfindən 2 dəfə xx.xx.2021 və 06.2021-ci il tarixlərdə ləğv olunmuşdur. Daha sonra nümayəndə bildirir ki, idarə tərəfindən torpaq sahəsinin 0.01 ha 1500 manat qiymət qoyulması nisbidir və bu həmin torpaq sahəsində meyvə ağaclarının sayından, məhsuldarlığından və torpaq sahəsinin abadlaşdırılmasından və s. amillərdən asılıdır. Reyestr idarəsi tərəfindən qiymətlə əlaqədar xx.xx.2021-ci il tarixdə iddiaçının sorğusuna əsasən verilmiş cavabda isə qiymətin nisbi olması göstərilməmiş, qəti olaraq bildirmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan torpaq sah ələrinin 0.01 hektarının orta bazar qiyməti 1500 manatdır. Göründüyü kimi bələdiyyə torpaqlarının satılmasının əsasını bələdiyyə qərarları təşkil edir. Bələdiyyə torpaqlarının satılması ilə əlaqədar qərarlar ləğv edildiyi halda, yuxarıda qeyd olunan torpaq sahələri üzrə müsabiqəninn nəticələrinin, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışların qüvvədə qalması əsaslı sayıla bilməz.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-452/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmiş dir ki, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından, müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olubolmamasına qiymət verilməlidir. Müqavilənin ləğv edilməsini müqavilə tərəfləri tələb edə bilər. İddiaçının ləğv edilməsini tələb etdiyi müqavilənin tərəfi olması işə mahiyyəti üzrə baxan birinci və apellyasiya məhkəmələri tərəfindən müəyyən edilməyib. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara görə iddiaçı müqavilə bağlamaq azadlığı olan mülki dövriyyənin subyekti, yəni satıcı Bələdiyyə ilə alıcılar- cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 arasında bağlanılmış alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün subyektiv hüququ mövcu d deyildir. Belə ki, iddiaçı alqı-satqının predmeti olmuş mübahisəli torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququ olmamış və sözügedən torpaq sahələri Bələdiyyənin mülkiyyətində olmaqla, qanunvericiliyin tələblərinə riayət edilməklə müsabiqəyə çıxarılmış, sonda cavabdehlər keçirilmiş müsabiqənin qalibləri elan edilməklə mübahisəli torpaq sahəsini əvəzini ödəməklə almışlar. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin müvafiq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normaları düzgün tətbiq edilmişdir

25. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.5, 390.1, 404.1, 567, 646.1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Kassator) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası işi hallarını obyektiv araşdırmamış, qanunvericiliyin tələblərinə kifayət qədər əhəmiyyət ver məmiş, işin faktiki hallarını aydınlaşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. M addə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

35. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür

36. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MPM

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

41. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə i ddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçün cü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Baxılan iş üzrə İddiaçı, cavabdehlərdən Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi, Reyestr idarəsi və Bələdiyyə inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 2.1, 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, d övlət notariat ofisləri və regional qurumları, Təsnifatın 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Təsnifatın İV hissəsinə müvafiq olaraq isə Azərbaycan Respublikasının bələdiyyələri inzbati orqanlar kateqoriyasına aid edilmişdir.

50. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X2 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. 51. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1).

52. Göründüyü kimi qanunvericilik bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qay dasını müəyyənləşdirir.

53. Qeyd olunan Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir.

54. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır (bənd 5), müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onu n kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir (bənd 6), müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir (bənd 18).

55. Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddəl əri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz.

56. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar.

57. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşk ili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir.

58. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı həmin münasibət çərçivəsində keçirilmiş müsabi qənin hüquqi nəticələrinin ləğv olunmasını tələb edir. 59. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publ ik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətini n nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).

60. Qərarın 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların t orpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 61. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılm asının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

62. MPM-in 261.0.1-ci maddəsinə əsasən məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

63. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və hərracların mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında b axmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.

64. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müsabiqənin 0,02 ha, 0,038 ha və 0,065 ha ölçüdə torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hissəsində hüquqi nəticələrinin, müsabiqənin qalibləri olmuş Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 verilmiş şəhadətnamələrin ləğv edilməsi tələblərinə aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.

65. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti və (və ya) yerli icra hakimiyyəti orqanına müraciət edə, həmin müraci ət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

66. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahələri ilə bağlı Bələdiyyə ilə fiziki şəxs olan cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və həmin torpaq sahələri üzərində fiziki şəxs olan cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahələrinin Bələdiyyənin mülkiyyətinə qaytarılması tələblərinin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin Bələdiyyənin mülkiyyətinə qaytarılması tələblərinin rədd olunması hissəsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

68. Məhkəmə kollegiyası qeyd olun anları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi keçirilmiş müsabiqənin hüquqi nəticələrinin, müsabiqənin qaliblərinə verilmiş şəhadətnamələrin ləğv edilməsi tələblərinə aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-452/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - torpaq sahələri ilə bağlı keçirilmiş müsa biqələrin hüquqi nəticələrinin, müsabiqənin qaliblərinə verilmiş şəhadətnamələrin ləğv edilməsi tələblərinə aid hissədə ləğv edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Qətnamə qalan hissədə - torpaq sahələri ilə bağlı cavabdehlər Qəbələ rayon Vəndam bələdiyyəsi ilə Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 arasında bağlanmış alqısatqı müqavilələrinin, torpaq sahələri üzərində fiziki şəxs olan cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin cavabdeh Qəbələ rayon Vəndam bələdiyyəsinin mülkiyyətinə qaytarılması tələblərinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar