Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldıması, iş üzrə icraata xitam verilməsi əsasları – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması, üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(106)-1599/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qızma təhvil verilməsi qət edilmişdir.
2. Həmin qətnamə həm apellyasiya, həm də kassasiya instansiyaslatı məhkəmləri tərfəindən dəyişdirilmədən saxlnamışdır.
3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Lənkəran rayon İcra Şöbəsinin icra məmurları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə icra edilmişdir. 0,1725 ha torpaq sahəsinin 0,033 ha zəbt olunan hissəsindən Cavabdeh çıxarılmış, torpaq sahəsi iddiaçı təhvil verilmişdir. Bu barədə müvafiq akt da tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə xüsusi mülkiyyətində olan 0.1725 ha torpaq sahəsinin Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən zəbt olunan hissəsinin azad olunması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunun, Girdəni kəndində yaşayır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə 0.1725 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini həmkəndlisi olan cavabdeh zəbt ed ərək, orada mənfəət əldə etmək məqsədilə tikililər inşa etmişdir. İddiaçı həmin tikililərin cavabdehin öz hesabına sökülməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını dəfələrlə cavabdehə şifahi olaraq bildirsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək, ona vaxt verməyini xahiş etmiş, tikililəri sökəcəyini və torpaq sahəsini boşaldacağını bildirmişdir. Lakin sonuncu dəfə müraciət edəndən sonra cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və orada yerləşən tikililəri də sökməyəcəyini bildirmişdir. Cavabdehlə aralarında 2019-2021-ci illərdə torpağın zəbtdən azad olunmasına dair məhkəmə çəkişmələri olmuşdur. Lakin həmin dövrdə iddianın predmeti torpağın zəbtdən azad olunması olmuşdur və hazırki mübahisə torpaq sahəsi ilə bağlı olsa da, zəbt olunan torpaq sahəsi həmin d övrlə indiki dövrə münasibətdə mülkiyyətində olan torpaq sahəsinin müxtəlif əraziləri olmuş və həmin dövrdə təkcə torpağın zəbtdən azad olunması tələbi ilə məhkəməyə müraciət etdiyi halda, iddiaçı, hazırki iddia ilə həmin predmetlə yanaşı, torpaq üzərində tikilən tikililərin də cavabdehin hesabına sökülməsini xahiş edir. Yəni, tərəflərin 2019-2021-ci illər arasında olan məhkəmə çəkişmələri və mövcüd olan müvafiq qətnamələri (İ instiansiyada iddiaçının tələbi təmin olunmuş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması qət edilmiş, apellyasiya və Ali Məhkəmənin müvafiq qərarları ilə İ instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır) MPM-nin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı müvafiq məhkəmə qətnamələri anlamına gəlməməlidir. Çünki, yuxa rıda da qeyd edildiyi kimi tərəflər eyni olsa da, predmetlər ayrıdır (zəbt olunmuş hissəyə münasibətdə və tikilmiş tikiliyə münasibətdə). İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin naturada yerinin iddiaçıya göstərilməsi ilə bağlı müraciət etmiş və xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubdan da görünür ki, həmin ərazinin naturada yeri iddiaçıya göstərilmişdir. Həmin ərazi naturada iddiaçıya göstərilərkən də tikililərin mövcud olduğu sahənin zəbt olunduğu müəyyən olunmuşdur.
6. Məhkəmə baxışında cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə əlaqadar iddiaçının ona qarşı iddia tələbinə 2019-cu ildə Lənkəran rayon Məhkəməsində baxılaraq qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüv vəyə mindikdən sonra icraya yönəldilmiş və Lənkəran rayon İcra Şöbəsinin icra məmurlarının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə qətnamə icra edilmişdir. Bu barədə müvafiq akt da tərtib olunmuşdur. Sonradan iddiaçı tərəfindən torpaq sahəsinin koordinatlarında dəyişiklik edilərək, yenidən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Eyni mübahisəyə bir dəfə baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən plan və ölçüdə torpaq sahəsinin koordinatları və dönmə nöqtələri qanunsuz olaraq dəyişdirilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin icraatında 2019-cu ildə olmuş mülki iş üzrə hazırki mülki iş üzrə verilmiş mütəxəssis rəyləri arasında olduqca ziddiyyətli məqa mlar vardır. Odur ki, iddia tələbi təmin edilməməlidir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da iddia tələbinə etiraz edərək göstərmişdir ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən və iddiaçının mülkiyyətdə olan torpaq sahələri ilə bağlı 2018-ci ildən 2021-ci ilədək cavabdehlə iddiaçı arasında torpaq mübahisəsi olmuş, nəticədə uzun sürən məhkəmə çəkişmələrindən sonra Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən cavabdehin n çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə həm apelyasiya, həm də kassasiya icraatı zamanı qüvvədə qalmışdır.
8. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3978/2024 saylı mütəxəssis rəyinə əsasında) mübahisə predmeti olan, Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********33 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan 0,1725 ha torpaq sa həsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı ictimai tikililər ərazisinə aid torpaq sahəsi olması müəyyən olunmuş və kompleks yerquruluşu layihəsinə əsasən həmin 0,1725 ha torpaq sahəsinin cənub istiqamətində tikilinin (hazırda həmin tikili mövcud deyildir) mövcud olması və hasarın mövcud olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə qeyd edilən torpaq sahəsi üzərində qeyri-yaşayış tikililərin və daş hasar mövcuddur. İddiaçının mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinin 0,0196 ha hissəsi tərəfindən faktiki olaraq istifadə edilir. İddiaçının mülkiyyətində olan 0,1725 ha sahəsinin cavabdeh tərəfindən istifadə edilən 0,0196 ha hissəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş 110 kv.m ölçüdən ibarət qeyri-yaşayış tikilisinin 70,6 kv.m hissəsi mövcuddur. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,0196 ha torpaq sahəsinin cənub sərhədi istiqamətində daş hasar vardır. Cavabdeh və ya digər şəxslər tərəfindən iddiaçıya qeyd edilən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı fiziki maneələr yaradılıb yaradılmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. 10. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli. 3-21-3-43/2-3978/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri. 43-cü məhəllə ünvanında yerləşən İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinə dair tərtib edilmiş **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə bundan əvvəl həmin torpaq sahəsinə dair tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin eyni olmaması müəyyən olunmuşdur. Belə ki, bundan əvvəl Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.01,2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********74 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə iddiaçının mülkiyyətində 0,185 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,185 ha torpaq sahəsinin 0,0125 ha hissəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə satılmışdır. Faktiki vəziyyətdə də həmin 0,0125 ha hissəsi cavabdehin istifadəsindədir olması və iddiaçının mülkiyyətində olan 0.1725 ha torpaq sahəsinə dair tərtib edilimis ******* ***33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarından kənarda verləşir. İddiaçının hazırki iddia tələbində cavabdehin istifadə etdiyini iddia etdiyi torpaq sahəsi əvvəlki "Torpaq sahəsinin planı və ölçüsü” sənədində də iddiaçının mülkiyyətində olmuş 0,185 ha torpaq sahəsinə aiddir. Hazırda iddia edilən torpaq sahəsinin əvvəl satılan 0,0125 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənara, həmin 0,0125 ha torpaq sahəsinin cənub sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunanlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
11. Lənkəran Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(049)-24/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmuş, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə həyətyanı torpaq sahəsinin 0,0196 ha hissəsindən çıxarılması və həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. (hakim Anar Pənahov)
12. Birinci instansiya məhkəməsi qeyd etmşdir ki, işin faktiki hallarına förə Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin mütəxəssis və ekspert rəylərinə əsasən sözügedən mübahisəli torpaq sahəsinin 0,0196 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir və həmin hissənin üzərində cavabdeh tərəfindən inşa edilmiş 110 kv.m ölçüdən ibarət qeyri-yaşayış tikilisinin 70,6 kv.m hissəsi yerləşir. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,0196 ha torpaq sahəsinin cənub sərhədi istiqamətində daş hasarın mövcudur.
13. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə həll edilmiş mübahisə üzrə iddia tələbi eyni tərəflər arasında eyni torpaq sahəsnə dair zəbt olunmuş torpaq sahəsindən çıxarma ilə əlaqədar olsa da, hazırki iddia tələbi zəbt olunmuş torpaq sahəsindən çıxarma və tiki lilərin sökülməsi ilə əlaqədardır. Belə ki, əvvəlki iddia tələbindən fərqli olaraq hazırki tələbdə həmin torpaq sahəsində sonradan inşa edilmiş tikililər də mübahisələndirilir ki, əvvəlki qətnamə ilə həmin mübahisə həll edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə əsaslar mövcud deyildir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Məcəllənin 152.1, 157.2, 157.4, 170.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.
18. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərmişdi ki, hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsində deyil, orada tikililər inşa edilib. İş materiallarında icra sənədi olsa da, faktiki icra edilməyib.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1599/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qərardadı ilə cavabdeh apellyasiya şikayətinin qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-24/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv olunmuş, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, mütəxəssis və ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Pərviz Əhmədov)
20. Apellyasiya instansiyası məhkəməsi iş m ateriallarını tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış, bu hal isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə araşdırma aparılmasından öncə bu iddianın verilməsinə əsas olan işin hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun aydınlaşdırılması və hüquqi qiymət verilməsi zəruridir.
22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin hallarına görə hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsini n zəbt olunan hissəsinin zəbtdən azad olunması tələbi ilə Lənkəran rayon məhkəməsində iddia qaldırmışdır. Lənkəran rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti və torpaqşünasıq ekspertizası təyin edilmişdir. Həmin rəy ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilmişdir. İddiaçının qızının mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının mülkiyyətində olan Lənkəran şəhəri 43cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsini cavabdeh tərəfindən istifadə edilir.
23. Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)- 426/2019 saylı qətnaməsi ilə RX seriyalı ******* saylı çıxarışına əsasən iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə həm apelyasiya, həm də kassasiya icraatı zamanı qüvvədə qalmışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Lənkəran rayon İcra Şöbəsin in icra məmurları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə icra edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmiş və 0,1725 ha torpaq sahəsinin 0,033 ha zəbt olunan hissədən cavabdeh çıxarılaraq torpaq sahəsi iddiaçı təhvil verilmişdir.
24. Sonradan iddiaçı tərəfindən torpaq sahəsinin zəbtdən azad olunan hissəsi səhvən iddiaçı tərəfindən düzgün müəyyən edilmədən daş hasarla hasarlanmış və cavabdeh icradan sonra ona düşən sahəni öz sahəsi hesab edərək həmin hissədə tikililər aparmışdır. Daha sonra iddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüləri aparılarkən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi düzgün icra edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bunun aradan qaldırılması üçün qüvvədə olan qətnamənin yenidən icra ed ilməsini tələb etmək əvəzinə, Lənkəran Rayon Məhkəməsində yenidən eyni tərəf eyni əsas və eyni predmet barəsində hazırki iddianı qaldırmışıdr. Lənkəran Rayon Məhkəməsi mülki iş üzrə icraata xitam vermək əvəzinə verilmiş iddia üzrə araşdırma aparmış, yenidən iş üzrə ekspertiza təyin etmiş və müəyyən olunmuşdur ki, iddiaçının 0,17525 ha torpaq sahəsinin 0,196 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və həmin hissədə iddianı təmin etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırda müəyyən edilən 0,17525 ha torpaq sahəsinin 0,196 ha hissəsi əvvəlki qətnamə ilə müəyyən edilən zəbtin 0,033 ha hissəsinin tərkib hissəsidir.
27. Mülki-prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
28. Göründüyü kimi, hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının predmet, əsas və tərəf etibarilə eyni iddianı təkrar məhkəməyə təqdim etməsi iddia ərizəsini qəbul etməkdən imtina üçün əsasdır. Üstəlik, məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi də bildirmişdir ki, eyni torpaqla bağlı yenidən iddia qaldırılmışdır və tərəflərdən heç biri sərhədi dəyişməmiş, əksinə iddiaçıya qətnamənin icra olunaraq icra qaydasında təhvil verdiyi sahədə daş hasarla hasarın çəkilməsind ən sonra cavabdeh özünə aid hissədə tikinti işləri aparmışdır.
29. Halbuki aparılan tikinti işləri yuxarıda da qeyd edildiyi kimi məhkəmənin qətnaməsi ilə müəyyən edilən və cavabdehin çıxarılması qət edilən torpaq sahəsində (0,1725 ha torpaq sahəsinin 0,033 ha zəbt olunan hissədə) icra qaydasında torpaq sahəsi tərəflərə təhvil verildikdən sonra aparılmışdır.
30. Buna görə də apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, iddiaçı əvvəlki məhkəmənin qətnaməsi ilə zəbt oldunduğu müəyyən edildiyi 0,033 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və tikililərin sökülməsini yeni iddia qaldırmaq yolu ilə deyil, əvvəlki məhkəmə qətnaməsinin icrasının tələb etmək yolu ilə hüququnun həyata keçirilməsinə nail ola bilər.
31. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən tikilən tikili lərə münasibətdə isə qeyd etmişdir ki, qətnamə düzgün icra olunduğu halda sökülməsi tələb olunan tikililər iddiaçının mülkiyyətində olan sahəsində qalmış olur və cavabdehin tikiliyə sərf etdiyi xərcin iddiaçıdan Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən tələb hüququ yaranmış olur. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsində qeyd olunur ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
32. Göründüyü kimi cavabdeh məhkəmədə iddia qaldırmaq yolu ilə ona yanlış təhkim edilmiş və iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərə çəkilən zəruri xərcin ödənilməsini cavabdehdən tələb edə bilər.
33. Apellyasiya inst ansiyası məhkəməsi mülki iş üzrə icraata xitam verilmənin əsası kimi göstərilmiş eyni tərəf, eyni predmet və eyni əsas üzrə iddia tələbi ilə bağlı həmçinin onu da göstərmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür.
34. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüqu qu təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaç ının birtərəfli iradə ifadəsi təşkil edir.
35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.(Konstitusiya Məhkəməsi: 12 iyul 2016-cı il tarixli qərar)
36. Göründüyü kimi iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış bu isə prosessual qanunvericiliyə görə yol verilən hesab olunmur. Qanunvericiliyin mübahisələrin hə llinə bu cür yanaşmasının məqsədi tərəflərin əsassız məhkəmə çəkişməsinə şərait yaratmasının qarşısını almağa xidmət edir. Əks yanaşma, yəni iddiaçının iddia tələbinə yenidən baxılması və bu barədə qətnamə çıxarılması, qətnamə qəbul olunduqdan sonra bu halın dəfələrlə təkrar olunması, hər dəfə yeni iddia qaldırmaq yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə yeni qətnamə qəbul edilməsi, eyni tərəflər, eyni predmet, eyni əsasla əvvəllər qəbul edilmiş qətnamənin əhəmiyyətsizliyinə gətirib çıxara bilər ki, bu da qüvvəyə minmiş məhkəmə aktının xəyali bir sənədə, lazımsız kağız parçasına, boş bir illüziyaya çevirə bilər. Hansı ki, prosessual məcəllənin tələblərinə əsasən belə olan halda işə mahiyyəti üzrə baxılması deyil, eyni tərəf, eyni predmet və eyni əsasla verilmiş iddia kimi qiy mətləndirilməklə ya iddia ərizəsi icraata qəbul edilməməli, qəbul olunduğu halda isə iddia üzrə icraata xitam verilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən yekun olaraq hesab etmişdir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
39. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında 2019-2021-ci illərdə to rpağın zəbtdən azad olunmasına dair məhkəmə çəkişmələri olmuşdur. Lakin, həmin dövrdə iddianın predmeti torpağın zəbtdən azad olunması və mübahisə torpaq sahəsi ilə bağlı olsa da, zəbt olunan torpaq sahəsi həmin dövrlə indiki dövrə münasibətdə mülkiyyətimdə olan torpaq sahəsinin müxtəlif əraziləri olmuş və həmin dövrdə iddiaçının təkcə torpağın zəbtdən azad olunması tələbi ilə məhkəməyə müraciət etdiyi halda, hazırki iddia ilə həmin predmetlə yanaşı, torpaq üzərində tikilən tikililərin də cavabdehin hesabına sökülməsini xahiş etmişdir. Hazırki iddia MPM-nin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı müvafiq məhkəmə qətnamələri anlamına gəlməməlidir. Çünki, tərəflər eyni olsa da, predmetlər ayrıdır (zəbt olunmuş hissəyə münasibətdə və tikilmiş tikiliyə münasibətdə). Beləliklə Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə həll edilmiş mübahisə üzrə iddia tələbi eyni tərəflər arasında eyni torpaq sahəsinə dair zəbt olunmuş torpaq sahəsindən çıxarma ilə əlaqədar olsa da, hazırki iddia tələbi zəbt olunmuş torpaq sahəsindən çıxarma və tikililərin sökülməsi ilə əlaqədardır. Belə ki, əvvəlki iddia tələbindən fərqli olaraq hazırki tələbdə həmin torpaq sahəsində sonradan inşa edilmiş tikililər də mübahisələndirilir ki, əvvəlki qətnamə ilə həmin mübahisə həll edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə əsaslar mövcud olmaya-olmaya apellyasiya məhkəməsi iş üzrə icraata xitam vermişdir. İcra vərəqəsində yalnız torpaq sahəsinin zəbtdən azad olunması qeyd olunduğu halda iddiaçı icra yolu ilə həmin torpaq sahəsinin zəbtdən azad edilməsi və üzərində olan tikililərin cavabdehin hesabına sökülməsini tələb edə bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
43. Kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelly asiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddia cavabdehin torpaq sahəsindən çıxarılması və savabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədədir.
47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)- 426/2019 saylı qətnaməsi ilə RX seriyalı ******* saylı çıxarışına əsasən iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq yuxarı instansiya məhkəmələrinə dəyişdirilmədən saxlanıb.
48. Bu baxımdan, məhkəmə kollegiyası apellya siya instansiyası məhkəməsinin hazırkı qərarın 20-37-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır.
49. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
50. İddiaçının nümayəndəsi və vəkili də apellyasiya baxışında əvvəlki iş üzrə icra sənədinin faktiki icra edilmədiyini göstərmişdir.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin mövqeyi baxışımdan əsassız sayır və buna görə də h əmin dəlillərlə bağlı əlavə şərhə zərurət görmür.
52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1599/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.