Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3689/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh n na (f, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilən çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (mə ruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh n, üçüncü şəxslər f, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə” dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1160/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh n tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 ilə X10 14 oktyabr 1960-cı il tarixdə nikaha daxil olmuşlar.
2. İddiaçı, Cavabdeh, X11 bacıdırlar. X1 18 dekabr 2003-cü ildə vəfat etmişdir. X2 20 oktyabr 2012-ci ildə vəfat etmişdir.
3. İddiaçı xx.xx.1980-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 10, mənzil 7-də qeydiyyatdadır.
4. Bərdə rayon xüsusi notariusu tərəfindən təsdiq edilmiş 05 dekabr 2012-ci il tarixli 4-Ə2257 saylı reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 20 oktyabr 2012-ci ildə vəfat etmiş X4 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 29 iyun 2011-ci il tarixli ********** qeydiyyat nömrəli **********68-10301 reyestr nömrəsindən çıxarışa əsasən ünvan 1 ünvanda mülkiyyətində olan 0,4 ha torpaq sah əsində yerləşən 1987-ci ildə tikilmiş 2 otaqlı, 111,3 kv.metr ümumi, 44,4 kv.metr yaşayış, 69.9 kv.metr yardımçı sahədən ibarət olan yaşayış evindən ibarətdir.
5. X4 mülkiyyətində olmuş və ondan miras qalmış Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanda yerləşən fərdi yaşayış evi hazırda tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
6. İddiaçı mərhum X4 mülkiyyətində olmuş və onun vəfatından sonra qalmış mirasın (fərdi yaşayış evinin) qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və iddia həcminin art ırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə və Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və üçüncü şəxs X12 onun doğma bacılarıdır. X1, anaları isə X5r. X20 18 dekabr 2003-cü ildə, anası Şamama Məmmədova isə 20 oktyabr 2012-ci ildə vəfat etmişlər. Həyat yoldaşı vəfat etdikdən sonra o 3 övladı ilə birlikdə anasının xüsusi mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında 1987-ci ildə tikilmş 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 111,8 kv. metr, ya şayış sahəsi 44.2 kv. m olan fərdi yaşayış evində yaşamışdır. O və övladları həmin evdə qeydiyyatda olmuş və həmin ünvandan şəhər 1 saylı orta məktəbdə məktəbə getmişlər. 2006-cı ildə qızı ailə quran zaman maddi imkanızlıqdan həmin evdə olan bütün cehiz əşyalarını qızına cehiz vermişdir. Onun cehiz əmlaklarından yalnız bir ədəd sandıq qalmışdır. Anası vəfat edən günə kimi anası ilə birlikdə yaşamış, anasının bütün qayğılarını o çəkmiş, hətta anasının dəfn və yas mərasimini də o keçirmişdir. Anası vəfat edəndən sonra övladları Bakı şəhərindən ev almış, buna baxmayaraq o anasının evində yaşamağa davam etmişdir. Son illər səhhətində yaranmış problemlərlə əlaqədar olaraq tez-tez Bakı şəhərinə gedib gəlsə də anasının evində yaşamaqda davam etmişdir. Bir ay bundan qabaq Bakı şəhərindən qayıdan zaman cavabdeh bacısı Cavabdeh ona həmin evdə yaşamağa maneçilik törədərək həmin evin ona məxsus olduğunu bildirmişdir. Bunu ona hansı əsasla söylədiyini bildirdikdə ona məlum olmuşdur ki, bacısı anası vəfat etdikdən 2 ay sonra həmin evə qanunsuz olaraq xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış almışdır. Anası xəstə olduğu vaxt bacısı anasına baxmaq bəhanəsi ilə həmin evə gəlmiş, anası vəfat etdikdən sonra isə vaxt itirmədən həmin evi öz adına sənədləşdirmişdir. Halbuki, həmin evdə o yaşamış və evdən istifadə etmişdir. Bacısının onun xəbəri olmadan evi öz adına sənədləşdirməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbə olmuşdur.
9. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ailədə üç bacı olmuşlar. İddiaçı ailə qurduqdan sonra Bakı şəhərində yaşamışdır. İddiaçı xəstə olduğundan onun uşaqlarına da o baxmış, qızının cehizini də o vermişdir. Atası vəfat etdikdən sonra 11 il anasına o baxıb qulluq etmiş, anası vəfat edən zaman miras qalmış əmlakı o qəbul edib idarə etmişdir.
10. Məhkəmə iclasında X12 bildirmişdir ki, Gültəkin xəstə olduğu üçün onun uşaqlarını Nəcibə böyüdüb. Valideynlərindən onlara nə qalıb bilmir. Vərəsəliyi qəbul etməmişdir.
11. Bərdə Rayon Məhkəməsinin (hakim Fuad Babaşov) 2(021)-356/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmlakın qeydiyyat tarixindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı hazırda anasından miras qalmış və hazırda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə d air hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsini tələb edir ki, bu da yolverilməzdir. Çünki, iddiaçı tərəfindən sənədlərin etibarsız hesab edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür. Həmçinin, iddiaçı mirasın açılması, yəni mərhumə Şamama Məmmədovanın ölümündən məlumatlı olsa da nə mirası qəbul etmiş, nə də mirasın qəbulu ilə bağlı notariusa müraciət etmişdir ki, bu da mülki qanunvericiliklə mirasın qəbulu üçün müddətin ötürülməsinə səbəb olmuşdur ki, bu hal da məhkəmə tərəfindən mirasın qəbulundan imtina kimi qiymətləndirilir.
13. Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdl ərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin, hazırki işdə çıxarışın etibarsızlığını ehtiva edən hər hansı hal mövcud deyil. Eyni zamanda iddiaçı anasından mirası qalmış fərdi yaşayış evini qəbul və idarə etməmişdir və ya iddiasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iş materi allarında yalnız bir arayış iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını göstərir ki, bu hal digər mötəbər sübutlarla təsdiq edilmir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.4, 354.1, 354.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1262, 1272, 1273, 1273-1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3. 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İslam H əsənov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və Loğman Süleymanov)2(104)1321/2023 nömrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mərhum anasından qalmış mirasın onun tərəfindən qəbul edildiyini bildirsə də, lakin sonuncunun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı nə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, nə də ki, mirasa sahiblik və istifadə etməklə mirası faktiki qəbul etmişdir. İddiaçının miras qoyan X4 ölümündən sonra qırx mərasiminə kimi miras qal mış evdə yaşaması mirasın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Eynilə mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması etdiyi hərəkətlər kimi. Edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın sa xlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134, 1145, 1146, 1159.1,1243.2,1243.3,1246-cı maddələri; Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1321/2023 saylı, 4 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqe nəzərə alınaraq, mərhum miras qoyan X4 ölümü ilə mübahisə predmeti olan miras əmlak mütənasib hissədə İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən notariat qaydasında rəsmiləşdirmə üçün müraciət edilməmə imtina kimi qiymətləndirilə bilməz. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi əsassız olaraq vahid məhkəmə təcrübəsini əksinə getmişdir.
21. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) 19 fevral 2024-cü il tarixli, 2(102)-78/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1321/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi; İddiaçı k assasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.
22. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vər əsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
23. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəx slər dairəsinə çatmasına xidmət edir.
24. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
25. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
26. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəx sin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
27. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
28. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
29. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir.
30. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur.
31. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi an ınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
32. Mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.
33. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum anasından qalmış mirasın onun tərəfindən qəbul edildiyini bildirsə də, sonuncu n ə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, nə də ki, mirasa sahiblik və istifadə etməklə mirası faktiki qəbul etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, qeyd olunan mövqe, Mülki Məcəllənin 1246 və 12731-ci maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə verilən şərhə zidd olduğu üçün, qanunsuzdur.
35. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qətnamənin ləğvi hissədə əsaslı saymışdır.
36. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin fakt iki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, qanunazidd məqamlar aradan qaldırılmalıdır.
37. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 13, 29, 60, 125-ci; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1ci; Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1246, 1255, 1273-1; Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 386, 407.2, 416.1, 417.1, 418-ci maddəələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs f izahatında b ildirmişdir ki, anasının ölümündən sonra miras əmlakla maraqlanmasa da, lakin mirasını qəbulundan imtina barədə ərizə də verməmişdir. Məhkəmədə iddia qaldırılandan sonra bilmişdir ki, Nəcibə evi adına keçirib. f sonda iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
39. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Mustafa Mustafayev və Fikrət Mehtiyev) 2(104)1160/2024 saylı, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(021)-356/2023 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh n, üçüncü şəxslər f, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat o fisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən olunması tələbinə dаir iddiasının təmin edilməsi, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən n nın adına verilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən n nın adına verilmiş 1 3 dekabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X4 20 oktyabr 2012-ci il tarixdə ölümündən sonra ünvan 2 ünvanında miras qalmış və ümumi sahəsi 111,3 kv.m olan fərdi yaşayış evinə, eləcə də onun yerləşdiyi 0,04 ha torpaq sahəsinə miras qoyanın birinci növbbə vərəsələri İddiaçı, n və f nın hər birinin 1/3 hissədə paylarının müəyyən olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qə rarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas e lementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X8 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiyahüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273 -1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
41. Hazırkı iş üzrə iddia ərizəsi 18 oktyabr 2023-cü il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də kollegiyası hesab edir ki, X3 qalmış mirasın vərəsələr tərəfindən qəbul edib-etməmələri məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
42. Yuxarıda da qeyd olunduğu kimi n nın adına Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli və 05 dekabr 2012-ci il tarixli, 4-Ə2257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamələr verilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Miras qoyan Şamama Məmmədovanın ölümündən sonra birinci növbə vərəsələrindən heç biri, yəni İddiaçı, n və f mirasın qəbulundan (paylarından) imtina etməmişlər.
43. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtin a etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyi nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən n nın adına verilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13 dekabr 2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X3 miras qalmış ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 111,3 kv.m olan fərdi yaşayış evinə, eləcə də onun yerləşdiyi 0,04 ha torpaq sahəsinə İddiaçı, n və f nın hər birinin 1/3 hissədə payları müəyyən olunmalıdır.
45. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1. 1151.2, 1159.1, 1159.1.1. 1162, 1243.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1. 77.1. 87.2, 88,124.1, 217.3-cü maddələrinə də istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1160/2024saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir..
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin toxunduğu məsələləri tədqiq edərkən qətnamənin əsassız və ədalətsiz olmasını bəzi məqamlara toxunmaqla göstərmək olar.Belə ki, iş üzrə miras qoyan yəni iddiaçının anası, cavabdeh Mahmudova(Məmmədova) Nəcibə Mətiş və üçüncü şəxs Həsənova(Məmmədova) Fatm a Mətiş qızının anası xx.xx.2012-ci ildə ölmüşdür.Bərdə regional “ASANXİDMƏT” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli,4-Ə2257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Bərdə şəhəri, Nüşabə küçəsi, ev 7,döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Bərdə rayon 013 filialında ******* nömrəli hesabdaolan əmanət pulu və onun faizindən ibarətdir. İddiaçı anasının xx.xx.2012-ci ildə rəhmətə getdiyini bilir və vərəsəliklə bağlı heç vaxt notariat kontoruna müraciət etmir.Hətta anasının ölümündən 12 ilə yaxın keçdiyi bir müddətdə bir dəfə də olsun "xxxx" ASC-də olan əmanət hesabındakı pul vəsaitinin bacısı, y əni Cavabdeh tərəfindən alınmasını bilməməsi ağlabatan deyildir. Bütün bu müddət ərzində mövcud olmuş qanunvericiliyin müddəalarına görə vərəsəliyin qanun üzrə vərəsələr tərəfindən qəbul edilməsini müəyyən edən Azərbaycan Respublikasının MM-nin 1133, 1134, 1145, 1159 və 1243-cü maddələrində göstərilən hallar üçün iddiaçının yetərincə vaxtı və məlumatı olmuşdur.Cavabdeh mərhum anası Məmmədova Şamamanın öldüyü günə qədər mərhumdan miras qalan, mübahisələndirilən Bərdə şəhəri, Nüşabə küçəsi, döngə 10, 7 saylı fərdi yaşayış evində yaşamış və hal-hazırda da yaşayır.O,qüvvədə olan qanunvericiliyə görə mirası şəksiz qəbul etmiş və idarə edir.Bununla bağlı heç bir bacıları,yəni mərhumun digər vərəsələri bununla bağlı hər hansı bir narazılıq bildirməmiş və etiraz etməmişlər.Birinci instansiya məhk əməsi vərəsələrin susması kimi bunu qəbul etmiş və buna görə də iddia tələbini təmin etməmişdir.Lakin apellyasiya instansiyası qətnamə qəbul etdiyi vaxt yeni “Azərbaycan Respublikası MM-nin 1246 və1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı” nın artıq çıxdığını bilərək Bərdə Rayon Məhkəməsinin 2(021)-356/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv etmişdir.Apellyasiya instansiyasının bu yanaşması əslində özüözlüyündə bir ziddiyyət yaradır. Beləki, iddiaçının anasının öldüyü günü bildiyini, onun dəfnində iştirak etməsi və digər ailədaxili məsələləri bilməsi birmənalı şəkildə aydındır.Həmçinin iddiaçının ailəsi və övladları ilə başqa bir mənzildə yaşaması məlumd ur.Təəsüf ki,hər iki instansiya məsələ ilə bağlı heç bir dəqiqləşmə aparmamışdır.Cavabdeh isə mübahisəli evdə yaşayır, orda təmir işləri aparır, bir sözlə anasından qalan mirasa qayğı göstərir.Fərdi yaşayış evindəvə torpaq sahəsində olan dəyişiklərə heç bir vərəsə etiraz etmir.Həm Bərdə regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən 05.1.2012-ci il tarixli, 4-Ə2257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Bərdə şəhəri, Nüşabə küçəsi, döngə 10,7 saylı evdə yaşayan Cavabdehdır.Bundan başqa qeyd etmək lazımdır ki, vərəsəlik şəhadətnaməsinin verilməsi qanun üzrə müəyyən olunmuş müddətlər yetərincə gözlənilmiş və bu müddət ərzində heç bir vərəsənin etirazı və ya mirası qəbul etməsi barədə müraciəti daxil olmamışdır.Vərəsənin susması onun mirasdan imtinası kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi bu məsələləri qüvvədə olmuş müvafiq qanunvericiliyə əsaslanaraq qətnamə qəbul etmişdir.Apellyasiya instansiyası icraatında olarkən bu işə yeni2 6.12.2023-cü il qərarının prizmasından yanaşması artıq gələcəkdə də bu kateqoriya işlərdə mübahisələrə yol açacaq. Belə ki,həmin qərarda qeyd olunurki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.Vərəsə statusunda olan şəxs bustatusdan imtina etmək qərarına gələrsə o, bununla bağlı iradə ifadəsini MM-nin 1256-cı maddəsinə müvafiq olaraq vərəsəliyə çağırıldığını bildiyi vəya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.Buradan belə sual yar anır.İddiaçı 12 ilə yaxındır nədən anasından qalan miras əmlaka vərəsəlik almaq üçün notariat kontoruna müraciət etmiyib.Axı o, anasından qalan pul vəsaitinin "xxxx" ASC-nin Bərdə filialında olan ******* saylı əmanət hesabındakı pul vəsaitinin olmasından xəbərdar idi. Buna sübut 2012-ci il iyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-i üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinə başlanmışdı.Yəni bu hadisə gizlin deyildi və iddiaçı bunu bilməmiş ola bilməzdi və vərəsəliklə bağlı notariat kontoruna müraciət etmək hüququnu heç kim məhdudlaşdırmamışdı. Buna görədə Gəncə Apellyasiya Məhkəməsi qətnamə çıxararkən istinad etdiyi əsaslar birbaşa maddi hüquq normalarının pozması ilə nəticələnmişdir. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında sübut etmək yükünün məhz iddiaçının üzərinə düşməsini əsas götürsək, iddiaçının iddia etdiyi tələbində onun 12 ilə yaxın müddətdə vərəsəlik işi ilə maraqlanmaması və uzun müddət keçdikdən sonra “məcburi vərəsə” statusunda olaraq hüquqlarının pozulmasını söyləməsi anlaşılan deyildir. Bütün yuxarıda göstərilən hallar 2(104)-1160/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnamənin maddi hüquq normalarının pozulması ilə qəbul etdiyini göstərir. 48. 12 ilə yaxın bir müddətdə mirasın qəbulu ilə bağlı iddiaçı mirasın açıldığını bildiyi halda belə notariat kontoruna müraciət etməmişdir.Mirasın bacısı Cavabdeh tərəfindən şəksiz və faktiki qəbul etməsinə etiraz etməmişdir. Ümumiyyətlə apellyasiya instansiyasın ın “Azərbaycan Respublikası MM-nin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərara istinad etməsi və qərarda göstərilən halları əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsi mübahisə doğurur. Yanaşma Apellyasiya instansiyası tərəfindən 26 dekabr 2023cü il tarixdən sonra və ya ondan əvvəl ölmüş şəxslərlə bağlı vərəsəlik işlərinə tətbiq olunub olmamasına aydınlıq gətirilməmişdir.
49. Cavabdeh anası mərhum X4 12 ilə yaxın müddətdir ki rəhmətə getdiyi vaxtdan bəri, həm birgə yaşadıqları dövrdə, həm rəhmətə getdiyi gündən bəri qanun üzrə vicdanlı vərəsəsi kimi digər vərəsələrin payını vermiş, xüsusilə də iddiaçının qızı ailə qurarkən onun cehiz əşyalarının almasında kömək etmiş və bu səbəbdəndə qanun üzrə vərəsə olaraq iddiaçı onun mirası qəbul etməsinə etiraz etməmişdir, yəni susmuşdur.
50. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106, 386-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;
53. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmu ş uşaqları ola bilərlər;
54. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;
55. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 56. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
57. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
68. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları 69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcə llənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. 70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğun un yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh n tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(10 4)-1160/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.