Məhkəmə qərarları › İş №2(102)-3691/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3691/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3691/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1947/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh ASC-nin mərhum həyat yoldaşı Mna göndərdiyi 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 14.06.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Cavabdeh ASCnin mərhum həyat yoldaşı Mna göndərdiyi 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş və həmin bildirişin qeydə alınmasına dair 14.06.2019-cu il tarixli ərizə əsasında Bakı şəhəri, Suraxanı ray onu, “D” yaşayış sahəsi, 31 saylı evin 25 saylı mənzilə tutma yönəldilməsinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa zidd hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ona və qeyrilərinə qarşı 07.08.2019-cu il tarixli iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 56.444,97 ABŞ dolları kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “D" yaşayış sahəsində yerləşən 31 nömrəli evin 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun boşaldılması və hərracdan əldə olunan vəsait hesabın a borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC həmin iddia ərizəsini onun mərhum həyat yoldaşı Mnun 08.06.2012-ci il tarixdə “Muğanbank" ASC ilə ona 60 ay müddətində 50.000 ABŞ dolları məbləğində kredit limiti ayrılması barədə 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlaması, həmin Baş Kredit müqaviləsinə 05.07.2013-cü il tarixli Tranşların ayrılmasına dair 2 saylı Müqaviləyə əsasən yoldaşına illik 22%-lə 24 ay müddətinə 50.000 ABŞ dolları kredit verilməsi, onun öz öhdəliklərini lazımi qaydada icra etməməsi, 06.08.2017-ci il tarixdə onun vəfat etməsi, DİN MAPS şöbəsinin verdiyi arayışdan onun vəfat etməsinin məlum olması, “Muğanbank" ASC- nin 24.05.2019-cu il tarixli sorğusuna Bakı şəhəri 9 saylı Notariat Kontorundan verilən cavab məktubundan X2 miras əmlakın a dair vərəsəlik işinin açılmamasının məlum olması, buna baxmayaraq, onu və qeyrilərini onun vərəsəsi hesab etməsi və 11.06.2019cu il tarixdə bank tərəfindən yoldaşına borcun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu və həmin tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilməsi, 14.06.2019-cu il tarixdə ipoteka bildirişinin qeydə alınması barədə ərizə ilə DƏDRX-nə müraciət olunması və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21.06.2019cu il tarixdə qeydiyyata alınması ilə əsaslandırmışdır. M.Hüseynovun 06.08.2017-ci il tarixdə vəfat etməsi faktı həm müvafiq MAPS arayışına, həm də Bakı şəhəri 9 saylı Notariat Kontorunun 24.05.2019-cu il tarixli cavab məktubuna əsasən rəs mi şəkildə Cavabdeh ASC-nə məlum olsa da o, 14.06.2019-cu il tarixdə məhz yoldaşına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş və 21.06.2019-cu il tarixdə həmin bildirişi qeydiyyata aldırmışdır. Bank tərəfindən vəfat etmiş ipoteka qoyana ipoteka bildirişinin göndərilməsi və bu bildirişin qeydiyyata alınması qanunvericilik normalarının tələblərini pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 noyabr 2020-ci il tarixli, e-2(005)-1977/2020 nömrəli qətnaməsi ilə (hakim – Aytən Novruzova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ''Muğanbank" ASC ilə M arasında 08.06.2012-ci il tarix ində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Mna 60 ay müddətinə 50.000 ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. 08.06.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair 05.07.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X3 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, Mna tam mülkiyyət hüqüqu üzrə məxsus Esaylı mənzili ipoteka ilə yüklü edilmişdir. ''Muğanbank" ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı kredit bor cunun ödənilməsi, borcun ipoteka perdmetinə yönəldilməsi və s. barədə iddia tələbi Suraxanı Rayon Məhkəməsində icraatdadır. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən hallar (DİN MAPS şöbəsinin verdiyi arayışda M.Hüseynovin vəfat etməsindən məlumatlı olması, “Muğanbank" ASC-nin 24.05.2019-cu il tarixli sorğusuna verilən cavabda Bakı şəhəri 9 saylı Notariat Kontorundan verilən cavab məktubundan X2 miras əmlakına dair vərəsəlik işinin açılmamasının göstərilməsi) 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 14.06.2019-cu il tarixli ərizənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, iş materialla rından görünür ki, “Muğanbank" ASC cavabdehə (borcalan və ipotekaya qoyan) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmişdir. Həmçinin aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində qeyd olunduğu kimi, bankla M arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan əmlakı bankı xeyrinə ipoteka ilə yüklü etmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. İş üzrə iddiaçı tərəfin banka Mnun ölümü ilə bağlı müraciət etməsi iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından Mnun kredit və ipoteka müqaviləsi bağlandığı vaxtdan Esaylı mənzildə qeydiyyatda olduğu aydın olur ki, bu baxımdan bank tərəfindən bildiriş borcalan, ipoteka qoyan və onun ailə üzvlərinin yaşadığı həmin ünvana göndərmişdir. Məhkəmə qeyd edir ki, 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərildiyi zaman Mnun ölmüş olması həmin bildirişin etibarsız hesab olunmasına səbəb olmaz. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, keçirilən ipotekanın qeydə alınması barədə qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas yaratmır. Məhkəmə eyni zamanda qeyd edir ki, araşdırma zamanı ipoteka bildirişinin və onun qeydə alınmasının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bank tərəfindən borcalanın ilə üzvləri və onun əvvəl yaşadığı ünvanına bildiriş göndərilmişdir. Bu baxımdan Cavabdeh ASC-nin iddiaçının əri Mna göndərdiyi 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 14.06.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəmə si qəbul etdiyi qətnaməni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2, 36.2, 36.3, 36.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 324.1, 337.1, 339.1, 339.4, 340.1, 340.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 15 fevral 2021-ci il tarixli, 2(103)-1947/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, e-2(005)-1977/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçı ipoteka bildirişinin və onun qeydə alınmasının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bank tərəfindən borcalanın ilə üzvləri və onun əvvəl yaşadığı ünvanına bildiriş göndərilmişdir. Bu baxımdan Cavabdeh ASC-nin iddiaçının əri Mna göndərdiyi 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəl dilməsi haqqında bildirişin qeydə alınmasına dair 14.06.2019cu il tarixli ərizənin etibarsız hesab edilməsi etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. “İpoteka haqqında” Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində qeyd olunduğu kimi, bankla M arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. İş üzrə iddiaçı tərəfin banka Mnun ölümü ilə bağlı müraciət etməsi iş materialları ilə sübut olunmur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından Mnun kredit və ipoteka müqaviləs i bağlandığı vaxtdan Esaylı mənzildə qeydiyyatda olduğu aydın olur, bu baxımdan bank tərəfindən bildiriş borcalan, ipoteka qoyan və onun ailə üzvlərinin yaşadığı həmin ünvana göndərmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi ilk növbədə Mülki Prosessual Məcəllənin 220.4, 372.7 və 392.2-ci maddələrinin tələblərinə riayət etməyib. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində apelyasiya şikayəti verən iddiaçının apelyasiya şikayətində əsaslandığı sübutları, habelə istinad etdiyi qanun və digər normativ hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib. Bundan başqa apelyasiya instansiyası məhkəməsi bir sıra maddi hüquq normalarını - Mülki Məcəllənin 25.2, 325, 327, 337.1. 337.4-cü, “İpoteka haqqında” qanunun 36, 36.2, 39.2.-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməyib və düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Belə ki, “İpoteka haqqında’’ qanunun "ipoteka predmetinə tutmanın yönəldilməsi q aydasında başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana - (ölmüş şəxsə deyil, ipoteka qoyan statusuna malik hüquq və fəaliyyət qabiliyyətli sağ/həyatda yaşayan şəxsə) verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutma yönəltməyə başlaya bilər. Qanunun bu müddəasından belə aydın olur ki, ipoteka saxlayan ipoteka bildirişini ölmüş şəxsə deyil, hüquq subyektliyinə malik olan sağ adama - ipoteka qoyana göndərməlidir. Lakin məlumdur ki, insanın ölməsi ilə öz hüquq və fəaliyyət qabiliyyətini, o cümlədən ipoteka qoyan statusunu itirir. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətin in dayanması ölüm anı sayılır. Göründüyü kimi vəfat etmiş şəxs həm hüquq, həm də fəaliyyət qabiliyyətini itirir və vəfat etmiş şəxsə ipoteka bildirişi göndərilməklə onun əmlaka tutma yönəldilməsi qanunaziddir. İşdə olan sənədlərdən görünür ki. ipoteka qoyan M 03.11.2017-ci ildə özünü dənizə ataraq intihar etmişdir. Bununla əlaqədar Bakı şəhəri Səbail rayon prokurorluğundan fakt üzrə cinayət işi başlamış, "xxxx" ASC-nin nümayəndəsi X1 şahid qismində ifadəsi alınıb. Həmin prokurorluğun 22 avqust 2017-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilib. "xxxx" ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənovun imzaladığı ünvan ünvanlanan 24.05.2019-cu il tarixli məktubda ipoteka qoyan Mnun rəhmətə getdiyi bildirilir və onun ipoteka qoyduğu mənzillə bağlı vərəsəlik işinin açılıb-açılmamas ı barədə məlumat verilməsi xahiş olunur. İşdə olan “Muğanbank“ ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənovun imzaladığı borcalan və ipoteka qoyan Mna göndərilmiş 11.06.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, bank bilavasitə iki il əvvəl rəhmətə getdiyini bildiyi Maarif Hüseynova (mərhuma) ünvanlanmış bildiriş göndərərək ondan kredit müqaviləsi üzrə öhdəliklərini 5 gün müddətində müddətində icra etməyi tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir. “Muğanbank" ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənovun imzaladığı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə 14.06.2019-cu il tarixli Ərizədə ipoteka qoyanın vəfat etməsi faktı DƏRDX-dən gizlədilərək ipoteka predmetinə tutmanın yönəldilməsi bar ədə bildirişin 11.06.2019-cu il tarixdə qəbul olunduğu qeyd olunur. Halbuki, bu “İpoteka haqqında” Qanunun 39.2-ci maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Nümayəndə və Cavabdeh ASC-nin vəkili X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbayca n Respublikasının Qanunu: Maddə

36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı tərəfin banka Mnun ölümü ilə bağlı müraciət etməsi iş materialları ilə sübut olunmur. Yəni bankın rəsmi qaydada bu barədə məlumatlandırılması barədə işdə hər hansı sübut mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından görünür ki, bildiriş bank tərəfindən borcalan, ipoteka qoyan Mnun və onun ailə üzvlərinin kredit və ipoteka müqaviləsi bağlandığı vaxtdan yaşadığı və qeydiyyatda olduğu Esaylı mənzilinə göndərilmişdir. Qeyd edilən xüsuatlar onu göstərir ki, hazırki iddia tələbinin təmin edilməsi üçün əsasların mövcud olmas ı iş materialları ilə öz təsdiqini tapmır. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1947/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar