Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3692/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması,kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 sentyabr 2025-ci il tarixli 2(103)-4021/2025 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları 1. “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanılmış 06 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən "Bank" 5 il müddətinə 10000 manat məbləğində "Kart/əlavə kart sahibinə" kredit kartı limitini (kredit xətti) açır, "Kart/əlavə kart sahibi" isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank"a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. 2. 04 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 06 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq m üqaviləsinə əsasən 10604,18 manat əsas, 1184,65 manat faiz, 546,29 manat cərimə borcu, 2,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 12337,12 manat və ödənilmiş 127,01 manat dövlət rüsumu borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10604,18 manat əsas, 1184,65 manat faiz, 546,29 manat cərimə, xərclər və komissiyalar üzrə 2,00 manat, cəmi 12337,12 manat məbləğində vəsaitin və ödənilmiş 127,01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X5 Azərbaycan” QSC ilə Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qa rışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 10.000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbl əri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu (larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq) vəzifəsi daşıyır. Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhd əliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Nəticədə cavabdehin “X5 Azərbaycan” QSC-yə 10.604,18 manat əsas, 1,184,65 manat faiz, 546,29 manat cərimə borcu, 2,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 12.337,12 manat məbləğində vəsaitin və ödənilmiş 127,01 manat dövlət rüsumunun borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli e-2(011)2659/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq 06 noyabr 2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən 10604,18 manat əsas borc, 1184,65 manat faiz borcu, 270 manat cərimə borcu, 2 manat komissiya borcu olmaqla, cəmi 12060,83 manat məbləğində pul vəsaiti və 127,01 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq “X5 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. (X1)
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olsa da kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 546,29 manat məbləğində deyil, 270 manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin mahiyyətinə toxunmadan həmin qətnamənin prosessual pozuntularla çıxarılmasına görə qətnamə ilə razıl aşmır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cavabdeh məhkəmənin birinci hazırlıq iclasına gəlmədiyi halda, məhkəmə prosesini növbəti hazırlıq iclası olmadan, birbaşa baxış iclasına keçirmişdir. Məhkəmənin bu qərarı Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə ziddir. Çünki cavabdehin iştirakını təmin edilmədən məhkəmə iclasının keçirilməsi, onun hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə tərəfindən hər bir tərəfin dinlənilməsi, dəlillərin təqdim olunması və tərəflərin hüquqlarının qorunması təmin etmədiyindən bu qərar ədalətli məhkəmə mühakiməsi prinsipinə uyğun deyildir. Bundan başqa cavabdeh gözündən müvafiq müayinə məqsədilə (sənədləri elektron məhkəmə sisteminə yükləmək mümkün olmadı) ölkə xaricində olduğu üçün, məhkəmə tərəfindən bu məsələni nəzərə alaraq, m üvafiq təxirə salma və ya digər tədbirlər görə bilərdi. Məhkəmə prosesinin olması barədə Azərbaycana gəldikdə, ikinci telefonuna – iş nömrəsinə sms gəldikdə xəbərdar olmuşdur. Məhkəmə SMS bildirişindən istifadə etməklə cavabdehə qeyri-kafi və natamam məlumat göndərmişdir. Cavabdeh, məhkəmə iclasına gəlib - gəlməyəcəyi ilə bağlı tam və düzgün məlumat əldə etməmişdir. Bu, onun hüquqlarının pozulmasına və ədalətli mühakimə hüququnun araşdırılmasının qarşısnın alınmasına səbəb olmuşdur. Məhkəmə cavabdehə lazımi şərait yaratmadan, yəni onun iştirakını təmin etmədən qətnamə çıxarmışdır. Bu barədə məlumatı vəkilə müraciət edərək bildirmiş, o da öz növbəsində müvafiq vəkil orderini elektron məhkəməyə daxil edərək məhkəmə prosesinin vaxtını öyrənməyə çalışmış, lakin artıq məhkəmənin yekun məhkəmə a ktını qəbul etməsini görmüşdür. Hətta cavabdeh ikinci, yəni baxış iclasının vaxtını bilsə idi də, yenə də əhəmiyyətsiz olacaqdı. Belə ki, artıq baxış iclasında hər hansı sübutlar və s. sənədlər təqdim olunması prosessual qanunvericiliyə ziddir. Hesab edir ki, məhkəmə bir iclasdan birbaşa baxış iclasına prosesi keçirməklə prosessual pozuntuya yol vermiş, tərəflərin çəkişmə prinsipini gözləməmişdir. Məhkəmə tərəfindən cavabdehə SMS vasitəsilə bildiriş göndərilməsi də müvafiq deyildir. Həmin nömrə yalnız iş nömrəsi olaraq istifadə olunur və nadir hallarda bu nömrəyə baxılır. SMS ilə bildiriş göndərmək, cavabdehə vaxtında məlumat vermək və onun məhkəməyə gəlməsini təmin etmək üçün yetərli olmamışdır. Qətnamədə göstərilmiş iddiaçının mövqeyi ilə bağlı cavabdehə əks arqumentlər gətirməsinə, sü butlar təqdim etməsinə prosessual qaydada kifayət qədər şərait yaradılmamışdır. Cavabdeh ən azından məhkəmədə vəsatət vermək, məbləğlə razılaşmamaq, məbləğlərlə bağlı ekspertiza tələb etmək hüququndan məhrum olunmuşdur.
10. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh iddia ərizəsində qeyd olunan pul məbləğini özü üçün götürmədiyini və istifadə etmədiyini, istifadəsinə verdiyi yaxını isə həmin məbləğdən ödənişlər etdiyini və bu qədər borcuna qalmasına təəccüb etdiyini, ödədiyi qəbzləri tapıb təqdim etməyə çalışaçağını bildirmişdir. Hər bir halda hesab edir ki, tələb olunan məbləğlə hüquqlarını müdafiə etdiyi şəxsin fikirlərində mübahisə vardır. bu səbəbdən də mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır.
11. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən təqdim olunmuş ərizə ilə mülahizəsini təqdim edərək bildirmişdir ki, cavabdehin iddiaya etirazının əsası kimi guya kredit kartının başqa şəxs tərəfindən istifadə olunduğunu qeyd etmişdir. Bank sistemində 2019 – 2021-ci illər və digər tarixlərdə Cavabdeh bankın qaynar xəttinə zəng edərək borc məbləği ilə maraqlandığına dair səsli qeydlər mövcuddur. Bu fakt cavabdehin bu kredit öhdəliyindən xəbəri olduğunu və istifadəçinin də özünün olduğunu təsdiq edir. Cavabdeh borcun əsassız hesablandığını iddia etsə də, bu faktı sübut edən hesablama təqdim etmir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 sentyabr 2025-ci il tarixli 2(103)4021/2025 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, e-2(011)- 2659/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (X4 sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Günay Axundova).
13. Məhkəmə kollegiyası prosessual normaların pozularaq məhkəmənin birinci hazırlıq iclasına gəlmədiyi halda, məhkəmə prosesini növbəti hazırlıq iclası olmadan birbaşa baxış iclasına keçirməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə imperativ olaraq hazırlıq iclasının bir neçə dəfə keçirilməli olması və ya birinci hazırlıq iclasından məhkəmə baxışına təyin edilməli olmaması ilə bağlı hər hansı bir norma nəzərdə tutulmamışdır. Digər tərəfdən isə cavabdeh gözündən müvafiq müayinə məqsədilə ölkə xaricində olmasına istinad etsə də, bu barədə məhkəməni məlumatlandırmamış, heç bir sübut təqdim etməm işdir.
14. Məhkəmə kollegiyası məhkəmənin SMS bildirişindən istifadə etməklə cavabdehə qeyri-kafi və natamam məlumat göndərməsi, SMS ilə bildiriş göndərmək, cavabdehə vaxtında məlumat vermək və onun məhkəməyə gəlməsini təmin etmək üçün yetərli olmaması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin məlumatlandırılması MPM-nin 135.6 və 135.7-ci maddələrinin tələblərinə uyğun həyata keçirildiyindən və hər hansı prosessual pozuntuya yol verilmədiyindən, bu xüsusatlar qətnamənin ləğvi üçün əsas ola bilməz.
15. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, borcun məbləği mübahisələndirilməsə də, qeyd olunur ki, cavabdehə əks arqumentlər gətirməsinə, sübutlar təqdim etməsinə prosessual qayd ada kifayət qədər şərait yaradılmamış, cavabdeh ən azından məhkəmədə vəsatət vermək, məbləğlə razılaşmamaq, məbləğlərlə bağlı ekspertiza tələb etmək hüququndan məhrum olunmuşdur. Bundan sonra isə cavabdehin nümayəndəsi tərəfindən ərizə ilə müraciət olunaraq həmin məbləğdən ödənişlər edildiyi, qəbzləri tapıb təqdim etməyə çalışacağı bildirilmiş və məhkəmə mühasibatlıq ekspertizası təyin olunması xahiş edilmişdir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəməyə hər hansı ödəniş qəbzi təqdim olunmadığından və vəsatət borcun düzgün hesablanmaması istiqamətində əsaslandırılmadığından vəsatət təmin olunmamışdır. İşin hallarına əsasən də borcun düzgün hesablanmaması faktı təsdiqini tapmır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 4 62, 467, 739-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78, 135, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
17. Cavabdeh (Vəkil Abid oğlu) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2025-ci il tarixli 2(103)-4021/2025 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti, apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmşdir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, onları düzgün tətbiq etməmiş, mübahis ənin obyektiv həlli üçün mühüm, diqqətəlayiq xüsusatlara hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının MPM-nin 14.1, 14.2, 88, 106, 217.1, 217.4, 372.1 və 327.7-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4021/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin “hazırlıq iclasına çağırılmadığı” barədə irəli sürdüyü iddia, Mülki Prosessual Məcəllənin tələbinə əsasən zidd olaraq heç bir sübutla əsaslandırılmamışdır. Cavabdehin SMS bildirişini “yalnız nömrə” adı ilə dəyərləndirməsi məntiqsizdir. Məhkəmə bildirişinin forması MPM-in tələblərinə tam uyğundur. “Elektron sistemə vəkil orderini yerləşdirə bilməməsi” ilə bağlı arqument texniki və şəxsi çətinliklərə əsaslanır və hüquqi baxımdan prosessual pozuntu sayıla bilməz. Məhkəmə tərəfindən texniki imkanlar təqdim edilmiş, cavabdeh isə bu imkanlardan istifadə etməmişdir. Cavabdeh tərəfindən istinad edilən “ədalətli mühakimə hüququnun pozulması” iddiası real hüquqi pozuntu faktına deyil, şəxsi narazılığa əsaslanır. cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu hazırki iş üzrə verilən apellyasiya şikayətinin məzmunu ilə ey nilik təşkil edir (hər bir cümləsi eynidir). Bununla da cavabdehin məhkəmə aktlarından vermiş olduğu şikayətlərin formal xaratker daşıdığı və işin icrasının uzadılması məqsədilə verildiyi açıq-aşkar öz təsdiqini tapır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) mü qavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Maddə 739.1 (tərəflər arasında hüquq münasibətinin meydana gəldiyi dövrdə qüvvədə olan redaksiya). Borc müqaviləsin ə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 741 (tərəflər arasında hüquq münasibətinin meydana gəldiyi dövrdə qüvvədə olan redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri pozduğu üçün iddianın qismən təmin edilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur. Cavabdehin etirazında bildirdiyi dəl illər iddianın rədd edilməsinə əsas vermir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş halla ra hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 sentyabr 2025-ci il tarixli 2(103)-4021/2025 qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.