Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3695/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ № 2(102)-3695/2025 (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi), məcburi iş buraxmaya görə əmək haqqının və son haqq-hesabın ödənilməsi, işçinin əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini yerinə yetirməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışo va Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5024/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.200 7-ci il tarixdə Bakı şəhəri 318 nömrəli məktəbə müəllim təyin edilmiş, xx.xx.2015-ci il tarixdən sonra isə Bakı şəhəri 327 və 275 nömrəli məktəblərdə direktor vəzifəsində işləmişdir. 15 iyul 2017-ci il tarixdə bir il müddətinə Bakı şəhəri, Xətai rayonu 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, sonrakı illərdə əmək müqaviləsi eyni müddətə uzadılmışdır. 2. 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılmış, İddiaçı direktor kimi tabe olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi əvvəlki kimi birbaşa Təhsil Nazirliyinə deyil, həmin Agentliyin tabeliyinə keçmişdir. Ona görə də Elm və Təhsil nazirinin 18 dekabr 2023-cü il tarixli əmri ilə 101 məktəb direktorunun, o cümlədən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a ” bəndinə əsasən xitam verilmiş, bundan sonra – xx.xx.2023-cü ildə onun yenidən eyni vəzifəyə təyin olunması barədə ərizəsi Bakı şəhəri üzrə Təhsil İdarəsində qəbul olunmuş, həmin tarixdə iddiaçının Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktoru əmr verilmiş, lakin əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsi bağlanmasa da iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi, yəni 5 ay 2 gün Bakı şəhəri 25 nömrəli tam orta məktəbə direktor kimi rəhbərlik etmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 20 may 2024-cü il tarixli 3-29-69/3-1440K/2024 nömrəli “intizam tənbehinin tətbiq edilməsi barədə” əmri ilə, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin verilməsinə əsas kimi ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı komitəsinin 15 may 2024-cü il tarixli, 145 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-604 K/2024 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi, vəzifən in icrasının müvəqqəti həvalə edilməsi və inventarizasiya komissiyasının yaradılması barədə” əmri ilə, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Agentliyini direktorunun xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması nəzərə alınmış, direktor vəzifəsinin icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X5 3 ay müddətinə həvalə edilmiş, təhvil-təslim işlərinin aparılması məqsədi ilə komissiya yaradılmışdır. Əmrin verilməsinə əsas kimi Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 20 may 2024-cü il tarixli 3-29-69/31440K/2024 nömrəli əmri və Rahilə Novruzovanın ərizəsi qeyd olunmuşdur.
5. Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə a parılmış monitorinq nəticəsi barədə 7 may 2024-cü il tarixdə tərtib edilmiş tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə aşağıda sadalanan nöqsanlar aşkar edilmişdir: 1) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022 tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, 10a sinfində 2 saat və 10f sinfində 2 saat fizika müəllimi Təranə Həsənova, 10d sinfində 2 saat ingilis dili müəllimi Şəhla Əliyeva, 10b sinfində 2 saat tarix müəllimi Bahar Vəliyeva tərəfindən tədris aparılmamışdır. Dərsdən kənar məşğələ cədvəli düzgün tərtib edilməmişdir. 2) Elm və Təhsil Nazirliyini xx.xx.2022 tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəss isələrində dərnəklərin təşkili Qaydası”nın tələbləri pozulmuşdur. Həmin Qaydaya uyğun dərnək təşkil olunmamış, Pedaqoji Şurada müzakirə edilməmişdir (Həmin Qaydanın 2.4-cü bəndinə əsasən ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir). 3) Məktəb üzrə 2 ştat vahidi dərnək məşğələləri (Zülfiyyə İsmayılova “Ana dilini sevək, sevdirək” 6 saat, Natəvan Fərhadova “Riyaziyyat” 6 saat, Aliyə Abdullayeva “Gənc riyaziyyatçılar” 6 saat, Həmidə Dadaşova “Bədii qiraət” 6 saat) tədris olunmamış, Billurə Əliyevanın “Ana dilini sevək, sevdirək” dərnəyinin 7 may 2024-cü il tarixində tədri sinə baxış keçirilərkən 2 nəfər şagirdin sinif otağında olduğu müəyyən edilmiş, həmin uşaqların il boyu dərnəyə aid qeydiyyat dəftərləri olmamış, sonuncu dəfə keçirilən dərnəyin mövzusunu bilməmişlər. Dərnək və dərsdən kənarın gündəlik tədris olunmaması izahatlarla təsdiq olunmuşdur. 2023-2024-cü tədris illərinin İ yarım ilində dərnəyin fəaliyyəti qiymətləndirilməmişdir. 4) Məktəb üzrə əmr kitabında sonuncu işlənmiş əmr 24 mart 2024cü il tarixli əmr №28 olmuşdur. Bir aydan artıq müddətdir ki, məktəbin əmr kitabı işlənməmişdir. 5) Texniki heyət üzrə işçilərin işə davamiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, kiçik xidmət edici işçi - xadimə vəzifəsində işləyən Məhbubə Süleymanova 1,25 ştat vahidi ilə əmək haqqı alır, lakin məktəbin xadimə işini yerinə yetirmir. 1,25 ştat vahidində işləy ən Qəmər Əliyevanın (xadimə) və 1,25 ştat vahidində işləyən Xanım Abduallayevanın yazılı izahatlarına əsasən aylıq 380 manat əmək haqqı alırlar. Hər ikisi aldıqları əməkhaqqının 70 (yetmiş) manatını cəmi 140 manatını qeyri-rəsmi Məhbubə Süleymanovaya verirlər. 1,25 ştat vahidi kiçik xidmət edici işçi - xadimə vəzifəsinə 2022-ci ildə qəbul edilmiş Ayhan Quliyev, 1 ştat vahidi kiçik xidmət edici işçi - xadimə vəzifəsinə 1 aprel 2024-cü il tarixindən işə qəbul olunmuş Hilal Zülfüqarov bağban vəzifəsini yerinə yetirirlər. 6) 2019-cu ilədək məktəbin direktorunun-iddiaçının əvvəlki çalışdığı müəssisədə (275 nömrəli tam orta məktəb) katibə vəzifəsində işləyən ali təhsilli olan Səbinə Nəsrullayeva məktəbdə hazırda kiçik xidmətedici işçi - xadimə vəzifəsinə qəbul edilmiş, lakin həmin işləri yerinə yetirməyərək məktəbin ikinci katibə vəzifəsində işləyən işçisi kimi işləri yerinə yetirir. 7) Pedaqoji Şuranın 2023-2024-cü tədris ili üçün fəaliyyət planı təsdiq olunmamışdır. Fəaliyyət Planında hər bir pedaqoji Şura üçün nəzərdə tutulmuş fəaliyyətlərin sayında və məzmununda kitaba yazılanlar arasında uyğunsuzluqlar var. Pedaqoji Şuranın protokol kitabı yazılma qaydalarına uyğun deyil. Protokol kitabında 92 və 93-cü səhifələrdə keyfiyyət faizləri ilə bağlı göstəricilər boş saxlanılmışdır. İş planında mart ayı üçün nəzərdə tutulmuş Pedaqoji Şura iclası keçirilməmişdir. 8) Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında təlim-tərbiyə işləri üzrə direktor müavini Tatyana Quliyeva tərəfindən sonuncu qeydiyyat xx.xx.2023-cü il tarixində aparılmış, ondan sonrakı digər aylar üzrə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı aparılmamışdır. “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.12-ci bəndinin tələbləri pozulmuşdur. 9) 4-cü dərs saatında 4, 11-ci sinif üzrə (11a - 36 nəfər, 11b – 36 nəfər, 11c – 36 nəfər, 11ç – 35 nəfər) təhsil alan 143 nəfər şagirdin heç biri dərsdə olmamış, davamiyyət 0% olmuşdur. 10-cu siniflər üzrə 6 sinif kompleksində ( 10a - 30 nəfər, 10b – 29 nəfər, 10ç – 31 nəfər, 10d – 30 nəfər, 10e - 29 nəfər, 10f – 27 nəfər) təhsil alan 176 nəfər şagirddən 140 nəfəri dərsdə iştirak etməmiş, yalnız 36 nəfəri dərsdə iştirak etmiş, davamiyyət 20% təşkil etmişdir. 10ç sinfində şagirdlərlə aparılmış sorğu zamanı yerdəyişmə etmiş şagirdlərdən Rüfət Zeynalov, Vaqif Məmmədzadə, Fərman Quliyev, Manaf Babayev in gündəlik dərsə gəlmədikləri müəyyən olunmuşdur. 10a sinfinə yerdəyişmə etmiş Fidan Əliyeva və Nahid Abdinovu sinif yoldaşları tanımadıqlarını bildirdilər. 2023-2024-cü tədris ilində məktəbə yerdəyişmə etmiş şagirdlərin böyük əksəriyyətinin mütəmadi davamiyyətinin olmadığı aşkar olunmuşdur. 10) Məktəbin 10-11-ci siniflərinin jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən jurnalların vaxtı-vaxtında yazılmadığı, davamiyyətin qeydiyyatının aparılmadığı, karandaşla qeydlər edildiyi, bəzi fənlər üzrə kiçik summativ qiymətlərin jurnala yazılmadığı (İİ yarım il üzrə) aşkar olunmuşdur. Ümumiyyətlə, qiymətləndirmələr bəzi hallarda şagirdlərin dərsə davamiyyətinə uyğun aparılmamışdır. Üzürlü səbəb olmadan summativ qiymətləndirmədə iştirak etməyən şagird yenidən qiymətləndirməyə cəlb olunm uşdur. Sinif jurnallarının yazılmasına məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən nəzarət edilməmiş, jurnallarda müvafiq qeydiyyatlar aparılmamışdır. 11) Təhsil müəssisəsində repetitorluq fəaliyyəti məktəb direktorunun səmimi etirafına əsasən həyata keçirilir. 12) Məktəbin 4 b sinfində ibtidai sinif müəllimi Nərgiz Məmmədova 7 may 2024-cü il tarixində məktəb rəhbərliyindən səhhəti ilə bağlı icazə alaraq işə çıxmamış, sinif üzrə 5 saat dərs tədris olunmamışdır. 13) 6 a sinfində 6-cı dərs saatında Texnologiya fənni üzrə sinif yarım qruplara bölünməmişdir. 14) Məktəbin müəllimlər otağında “kseroks, katricə görə 2 manat pul yığılır, verməyən yaxınlaşmasın” deyə şüarı yazılmış, divara asılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməs ində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (bundan sonra cavabdeh, yaxud Dövlət Agentliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Agentliyinin iddiaçının işdən azad olması barədə verilmiş xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab olunmaqla ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, işdən azad olunmaqla bağlı əmək qanunvericiliyinin tələb etdiyi son haqq hesabın düzgün hesablanmaqla verilməsi və 50 manat mediasiya rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunma sını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən məktəbdə müəllim, əlavə və yanaşı olaraq təlimçi, 2015-ci ildən indiyədək müxtəlif məktəblərdə (327, 275, 25 nömrəli) direktor vəzifəsində işləmişdir. 2019-cu ildə Bakı şəhəri, Xətai rayonu 25 saylı məktəbə direktor təyin olunmuşdur. Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir qayda olaraq məktəbin müxtəlif sahələr üzrə fəaliyyət göstəricilərinin monitorinqi keçirilmişdir. İddiaçının işlədiyi dövrdə (2022 il) intizam tənbehi olsa da, ümumilikdə 5 il ərzində məktəb üzrə göstəricilər müsbət artımla olmuşdur. Həm davamiyyət, həm tədris, həm də inzibatçılıq üzrə məktəbin fəaliyyəti qənaətbəxş olmuşdur. Əvvəllər məktəbin tab eliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə olmuşdur. 2023-cü ildə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi yaradılmış və tabe olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi əvvəlki kimi birbaşa Təhsil Nazirliyinə deyil, artıq həmin Agentliyin tabeliyinə keçmişdir. 2023-cü ilin dekabr ayında bütün məktəb direktorları ilə yenidən Əmək müqavilələri bağlanmağa başlanmış və işəgötürən artıq Nazirlik deyil, Dövlət Agentliyi olmuşdur. Hər halda şifahi belə deyilmişdi. xx.xx.2024-cü il tarixdə Agentlik tərəfindən məktəbdə yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı iradlar olmuşdur: 1) dərnək və dərsdənkənar məşğələlərin keçirilməsində nöqsanlar, 2) 10-11 siniflərdə davamiyyətin zəifliyi, 3) xadimələrdən birinin digəri ilə aralarında iş yükü üzrə razılaşmaları əsasında birincinin digərinə maaşın dan 70 manat verilməsi. Bunların əsasında Agentlik rəhbərliyi iddiaçının barəsində Əmək Məcəlləsinin 70 “ç” maddəsi üzrə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixdə əmr imzalamışdır. Bundan sonra iddiaçı mediasiya təklifi ilə cavabdehə müraciət etmiş və mediasiya arayışını almışdır. Tabelik strukturu dəyişilsə də, iddiaçı ilə işə götürmə müqaviləsini Azərbaycan Respublikası Təhsil Naziri bağlamışdır. Deyilənə görə, məktəb direktorunun əmrinin imzalanması səlahiyyəti Agentliyə verilsə də, bu barədə heç bir hərəkət edilməmişdir. Səlahiyyətin Agentliyin rəhbərliyinə verilməsinə dair heç bir normativ sənəd məlum deyil, bu barədə rəsmi saytda da məlumat əldə edə bilməmişdir. İddiaçının işdən çıxarılmasından sonra məktəb direktorları Bakı şəhəri Təhsil İdarəsinə dəvət olunaraq geri tar ixlə (dekabr 2023-yanvar 2024) əmək müqaviləsinə imza atmaları tələb olunur. İşdən azad olma barədə əmri Agentliyin rəhbəri imzalasa da, (deyilənə görə), nədənsə Əmək kitabçasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin möhürü vurulmuşdur. Halbuki bu yolverilməzdir. Əmr və əmək kitabçasında qeyd müəssisənin (təşkilatın) rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməlidir. Əmək müqaviləsi bağlamaq, işdən azad etmək, həqiqi tabelik və bu kimi məsələlərdə hüquqi qeyri-müəyyənlik olmaqla yanaşı göstərir ki, iddiaçının barəsində verilmiş 70 “ç” maddəsi ilə işdən azad olma haqqında xx.xx.2024-cü il tarixli əmrin nə surətini, nə də ki, ondan çıxarışı görməmişdir. Agentlik iddiaçı ilə əmək müqaviləsi bağlamamışdır. Agentliyin işə qəbul etmək və azad etmək səlahiyyəti barədə normativ sənəd barədə heç bir yerdə məlumat yoxdur. İddiaçının bu qaydada işdən azad olunması uzun illərin əməyinin, minlərlə məzun və müəllim qarşısında şəxsi adının və nüfuzunun haqsız olaraq ləkələnməsidir. Məktəb praktikasında baş verə bilən nöqsanlar sırasında irad tutulanlar heç bir halda Əmək Məcəlləsinin 70 “ç” maddəsi üzrə əmr imzalanması üçün əsas ola bilməzdi. İddiaçı tabe olduğu qurumla daima əlaqə və onlar tərəfindən koordinasiya prosesində olmağı ilə yanaşı 98 nəfər müəllim, 22 nəfər texniki işçi, 1548 nəfər şagird və onların valideynləri ilə ünsiyyət, işgüzar danışıq, yazışma, dinləmə, özünün tədris etmə kimi əhatəli bir iş rejimində olaraq diqqətinin kifayət qədər hər məsələyə çatdıra bilməməyi nəticəsində yaranmış nöqsanlar 70 “ç” maddəsi ilə rüsvaycasına işdən çıxarılmasına əsas ola bilməzdi.
8. İddia çı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbində əmrin ləğv edilməsi hissəsini əmrin etibarsız hesab olunması kimi qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh Dövlət Agentliyinin məhkəməyə təqdim еtdiyi еtirаzda qeyd olunmuşdur ki,
1. Agentliyin direktorunun xx.xx.2024 tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmri ilə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Həmin əmrin verilməs i üzün əsas xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə aparılmış monitorinq nəticəsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt, iddiaçının və məktəbin digər işçilərinin izahatları və Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı komitəsinin xx.xx.2024-cü il tarixli, 145 nömrəli protokolundan çıxarış olmuşdur.
2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, işlədiyi dövrdə intizam tənbehi olsa da, ümumilikdə 5 il ərzində məktəb göstəriciləri müsbət artımla olmuş, həm davamiyyət, həm tədris, həm də inzibatçılıq üzrə məktəbin fəaliyyəti qənaətbəxş olmuş, məktəbdə aparılmış monitorinq nəticəsində aşkar olunan nöqsanlar onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. Bununla bağlı qeyd olunmalıd ır ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə aparılmış monitorinq nəticəsində məktəbin direktoru olan iddiaçının müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməməsi, əmək və təhsil haqqında qanunvericiliyi kobud surətdə pozması kimi hallar aşkar edilmişdir: 1) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022 tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, 10a sinfində 2 saat və 10f sinfində 2 saat fizika müəllimi Təranə Həsənova, 10d sinfində 2 saat ingilis dili müəllimi Şəhla Əliyeva, 10b sinfində 2 saat ta rix müəllimi Bahar Vəliyeva tərəfindən tədris aparılmamışdır. Dərsdən kənar məşğələ cədvəli düzgün tərtib edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında nəzarət etmədiyini etiraf etmişdir. 2) Elm və Təhsil Nazirliyini xx.xx.2022 tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın tələbləri pozulmuşdur. Həmin Qaydaya uyğun dərnək təşkil olunmamış, Pedaqoji Şurada müzakirə edilməmişdir (Həmin Qaydanın 2.4-cü bəndinə əsasən ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir). İddiaçı xx.xx.2024-cü il tarixli iz ahatında nəzarət etmədiyini etiraf etmişdir. 3) Məktəb üzrə 2 ştat vahidi dərnək məşğələləri (Zülfiyyə İsmayılova “Ana dilini sevək, sevdirək” 6 saat, Natəvan Fərhadova “Riyaziyyat” 6 saat, Aliyə Abdullayeva “Gənc riyaziyyatçılar” 6 saat, Həmidə Dadaşova “Bədii qiraət” 6 saat) tədris olunmamış, Billurə Əliyevanın “Ana dilini sevək, sevdirək” dərnəyinin 7 may 2024-cü il tarixində tədrisinə baxış keçirilərkən 2 nəfər şagirdin sinif otağında olduğu müəyyən edilmiş, həmin uşaqların il boyu dərnəyə aid qeydiyyat dəftərləri olmamış, sonuncu dəfə keçirilən dərnəyin mövzusunu bilməmişlər. Dərnək və dərsdən kənarın gündəlik tədris olunmaması izahatlarla təsdiq olunmuşdur. 2023-2024-cü tədris illərinin İ yarım ilində dərnəyin fəaliyyəti qiymətləndirilməmişdir. 4) Azərbaycan Respublikası Təhsil Nazir inin xx.xx.2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın tələbləri pozulmuşdur. Məktəb üzrə əmr kitabında sonuncu işlənilmiş əmr 24 mart 2024-cü il tarixli əmr №28 olmuşdur. Bir aydan artıq müddətdir ki, məktəbin əmr kitabı işlənilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında əmrlərin kitaba işlənmədiyini etiraf etmiş və son 8 əmrin qaralamadan kitaba köçürülmədiyini bildirmişdir. 5) Texniki heyət üzrə işçilərin işə davamiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, kiçik xidmət edici işçi - xadimə vəzifəsində işləyən Məhbubə Süleymanova 1,25 ştat vahidi ilə əmək haqqı alır, lakin məktəbin xadimə işini yerinə yetirmir. 1,25 ştat vahidində işləyən Qəmər Əliyevanın (xadi mə) və 1,25 ştat vahidində işləyən Xanım Abduallayevanın yazılı izahatlarına əsasən aylıq 380 manat əmək haqqı alırlar. Hər ikisi aldıqları əməkhaqqının 70 (yetmiş) manatını cəmi 140 manatını qeyri-rəsmi Məhbubə Süleymanovaya verirlər. 1,25 ştat vahidi kiçik xidmət edici işçi - xadimə vəzifəsinə 2022-ci ildə qəbul edilmiş Ayhan Quliyev, 1 ştat vahidi kiçik xidmət edici işçi - xadimə vəzifəsinə 1 aprel 2024-cü il tarixindən işə qəbul olunmuş Hilal Zülfüqarov bağban vəzifəsini yerinə yetirirlər. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında xadimə vəzifəsində işləyən Məhbubə Süleymanovanın xadimə işini yerinə yetirmədiyini qismən etiraf etmiş, onun qapıda durduğunu bildirmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, rəhbərlik və nəzar ətdə ciddi nöqsanlara yol verdiyi, Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozduğu öz təsdiqini tapmışdır. 6) 2019-cu ilədək məktəbin direktorununiddiaçının əvvəlki çalışdığı müəssisədə (275 nömrəli tam orta məktəb) katibə vəzifəsində işləyən ali təhsilli olan Səbinə Nəsrullayeva məktəbdə hazırda kiçik xidmətedici işçi xadimə vəzifəsinə qəbul edilmiş, lakin həmin işləri yerinə yetirməyərək məktəbin ikinci katibə vəzifəsində işləyən işçisi kimi işləri yerinə yetirir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bu faktı etiraf etmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozduğu öz təsdiqini tapmışdır. 7) Pedaqoji Şuranın 2023-2024-cü tədris ili üçün fəaliyyət planı təsdiq olu nmamışdır. Fəaliyyət Planında hər bir pedaqoji Şura üçün nəzərdə tutulmuş fəaliyyətlərin sayında və məzmununda kitaba yazılanlar arasında uyğunsuzluqlar var. Pedaqoji Şuranın protokol kitabı yazılma qaydalarına uyğun deyil. Protokol kitabında 92 və 93-cü səhifələrdə keyfiyyət faizləri ilə bağlı göstəricilər boş saxlanılmışdır. İş planında mart ayı üçün nəzərdə tutulmuş Pedaqoji Şura iclası keçirilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bu barədə məlumatı olmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nın və “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın tələbləri pozu lmuşdur. 8) Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında təlim-tərbiyə işləri üzrə direktor müavini Tatyana Quliyeva tərəfindən sonuncu qeydiyyat xx.xx.2023-cü il tarixində aparılmış, ondan sonrakı digər aylar üzrə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı aparılmamışdır. “Ümumi təhsil müəssisəsinə aid tədris- pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.12-ci bəndinin tələbləri pozulmuşdur. 9) 4-cü dərs saatında 4, 11-ci sinif üzrə (11a - 36 nəfər, 11b – 36 nəfər, 11c – 36 nəfər, 11ç – 35 nəfər) təhsil alan 143 nəfər şagirdin heç biri dərsdə olmamış, davamiyyət 0% olmuşdur. 10-cu siniflər üzrə 6 sinif kompleksində ( 10a - 30 nəfər, 10b – 29 nəfər, 10ç – 31 nəfər, 10d – 30 nəfər, 10e - 29 nəfər, 10f – 27 nəfər) təhsil alan 176 nəfər şagirddən 140 nəfəri dərsdə iştirak etməmiş, yalnız 36 nəfəri dərsdə iştirak etmiş, davamiyyət 20% təşkil etmişdir. 10ç sinfində şagirdlərlə aparılmış sorğu zamanı yerdəyişmə etmiş şagirdlərdən Rüfət Zeynalov, Vaqif Məmmədzadə, Fərman Quliyev, Manaf Babayevin gündəlik dərsə gəlmədikləri müəyyən olunmuşdur. 10a sinfinə yerdəyişmə etmiş Fidan Əliyeva və Nahid Abdinovu sinif yoldaşları tanımadıqlarını bildirdilər. 2023-2024-cü tədris ilində məktəbə yerdəyişmə etmiş şagirdlərin böyük əksəriyyətinin mütəmadi davamiyyətinin olmadığı aşkar olunmuşdur. Göründüyü kimi, həmin şagirdlərin dərsə gəlməmələri üçün iddiaçının rəhbərlik etdiyi məktəbə yerdəyişmə etdiyi öz təsdiqini tapır. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi öz təsdiqini tapmışdır. 10) Məktəbin 10-11 -ci siniflərinin jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən jurnalların vaxtı-vaxtında yazılmadığı, davamiyyətin qeydiyyatının aparılmadığı, karandaşla qeydlər edildiyi, bəzi fənlər üzrə kiçik summativ qiymətlərin jurnala yazılmadığı (İİ yarım il üzrə) aşkar olunmuşdur. Ümumiyyətlə, qiymətləndirmələr bəzi hallarda şagirdlərin dərsə davamiyyətinə uyğun aparılmamışdır. Üzürlü səbəb olmadan summativ qiymətləndirmədə iştirak etməyən şagird yenidən qiymətləndirməyə cəlb olunmuşdur. Sinif jurnallarının yazılmasına məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən nəzarət edilməmiş, jurnallarda müvafiq qeydiyyatlar aparılmamışdır. “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.2-ci bəndinin tələbləri pozulmuşdur. Təlimatın 2.2.4-cü bəndinə əsasən sinif jurnalının düzgün aparılması və qorunub saxlanması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyırlar. 11) Təhsil müəssisəsində repetitorluq fəaliyyəti məktəb direktorunun səmimi etirafına əsasən həyata keçirilir. 12) Məktəbin 4 b sinfində ibtidai sinif müəllimi Nərgiz Məmmədova 7 may 2024-cü il tarixində məktəb rəhbərliyindən səhhəti ilə bağlı icazə alaraq işə çıxmamış, sinif üzrə 5 saat dərs tədris olunmamışdır. 13) 6 a sinfində 6-cı dərs saatında Texnologiya fənni üzrə sinif yarım qruplara bölünməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2484F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 21-ci bəndinin tələbləri pozulmuşdur. 14) Məktəbin müəllimlər otağında “kseroks, katricə görə 2 manat pul yığılır, verməyən yaxınlaşmasın” deyə şüarı yazılmış, divara asılmışdır.
3. İddiaçının iddia ərizəsində göstərdiyi, tabeçilik strukturunun dəyişməsi nəticəsində məktəb direktorlarının işə qəbul və işdən azad edilməsi səlahiyyətinin Agentliyə verilməsi ilə əlaqədar normativ sənəd haqqında hər hansı məlumatın olmaması və bu məlumatı əldə edə bilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2”nin 5.5.8-ci bəndinə əsasən Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür. Göründüyü kimi, məktəb direktorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti rəsmi dərc edilmiş normativ hüquqi akt olan Fərmanla təsdiqlənmiş Əsasnaməyə əsasən Agentliyə həvalə edilmişdir. İddiaçının tabe olduğu dövlət orqanı – işəgötürəni haqqında məlumatsız olması onun öz əmək funksiyalarına və vəzi fə öhdəliklərinə nə dərəcədə laqeyd olduğunu göstərir.
4. İddiaçının iddia ərizəsində göstərdiyi, ona intizam tənbehi verilərkən onun izahatının alınmaması ilə bağlı qeyd olunmalıdır ki, monitorinq nəticəsində aşkar edilmiş nöqsan və pozuntular barədə akt tərtib edildikdən sonra onun izahatı alınmış və izahatında nöqsanları etiraf etmişdir.
5. İddiaçının iddia ərizəsində göstərdiyi, məktəb direktorunun əmrinin imzalanması səlahiyyətinin Agentliyə verilməsinə baxmayaraq heç bir hərəkət edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Agentliyin direktorunun xx.xx.2023-cü il tarixli 3-29-69/3-1-111K/2023 nömrəli “Vəzifəyə təyin edilmə barədə” əmrinin 1.49-cu bəndinə əsasən İddiaçı Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş və həmin əmrində 2-ci bəndində isə Agentl iyin Bakı şəhəri üzrə Təhsil İdarəsinə bu əmrdən irəli gələn məsələləri həll etməsi tapşırılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi əmrin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Nazirliyin müvafiq əmrinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müvafiq vəzifəyə təyin edilməsi müvafiq sənədləşmələr həyata keçirilmişdir. Hər iki əmrlə bağlı “Əmək və məşğulluq” altsisteminə bildirişlər daxil edilmişdir. Lakin sonradan yanlışlıq səbəbi ilə əmək müqaviləsi bildirişi imzalanmamış və ləğv edilmişdir. Yenidən onun işlənməsi rayon üzrə kurator Bakı Şəhəri üzrə Təhsil İ darəsinin İnsan resursları sektorunun böyük məsləhətçisi Fikrət Süleymanovun nəzərindən yayınmış və o, bildirişi ƏMAS sisteminə daxil etməmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın 25 iyun 2024-cü il tarixli 3-29-59/3-2-296F/2024 nömrəli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun böyük məsləhətçisi X3 əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Prezide ntinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 5.5.8-ci bəndinə əsasən Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlə rini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ümumi təhsil müəssisəsinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi, əmək və təhsil haqqında qanunvericiliyi, o cümlədən adları yuxarıd a qeyd olunan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-321/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Dövlət Agentliyinin iddiaçının işdən azad olması barədə verilmiş xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsi, cavabdeh Dövlət Agentliyi tərəfindən iddiaçıyа sоn hаqq-hеsаbın ödənilməs i, iddia tələbinin qalan hissələrdə rədd olunması qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiаçı ilə işəgötürən stаtusundа оlаn cavabdeh Dövlət Agentliyi аrаsındа əmək müqаviləsi bаğlаnmаmış və imzаlаnmаmışdır. İşəgötürən xx.xx.2024 tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmrində İddiaçı ilə bağlanmış kimi yаzılsа dа, fаktiki оlаrаq mövcud оlmаyаn əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir ki, bu dа qаnuni sаyılа bilməz.
12. Məhkəmə qeyd еtmişdir ki, xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmr səlаhiyyəti оlmаyаn şəхs tərəfindən vеrilməsi əsаsı ilə qаnunsuz sаyılmаsınа bахmаyаrаq bu həmin əmrin məzmunundа аpаrılаn аrаşdırmаlаrın nəticələrin həqiqi və qеyri-həqiqi оlmаsını şübhə аltınа аlınmаsınа əsаs vеrmir və iddiаçının dа əvvəlki vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi kimi tələblərinin əsаslı оlmаsı аnlаmınа gəlmir. Bеlə ki, qеyd еdildiyi kimi tərəflər аrаsındа işə qəbullа bаğlı əmrin оlmаsınа bахmаyаrаq qarşılıqlı şəkildə öhdəliklərin götürülməsini təsdiq edən yegаnə sənəd оlаn əmək müqaviləsi bаğlаnmаdığı üçün iddiаçı əvvəlki vəzifəyə bərpа еdilə bilməz.
13. Məhkəmə hеsаb еtmişdir ki, səlаhiyyətsiz şəхs tərəfindən vеrilmiş əmr hüquqi qüvvəyə mаlik оlmаdığı üçün hаzırkı iş üzrə həmin əmrin məzmunun qаnuniliyinə dаir iddiаnın və оnа оlаn еtirаzın dəlillərinin аrаşdırılmаsınа zərurət yохdur. Bаşqа sözlə, аrаşdırmа ilə əmrdə göstərilənlərin dоğru оlub-оlmаmаsının müəyyən еdilməsi əhəmiyyətsizdir. Bеlə оlаn hаldа işə bə rpа ilə yаnаşı tələbin məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi hissəsi də öz növbəsində əsаslı sаyılа bilməz.
14. Məhkəmə onu da qeyd etmişdir ki, iddiаçı cаvаbdеhlə əmək müqаviləsi оlmаdаn bir növ hər iki tərəfin fərdi qаydаdа məsuliyyətsizliyi nəticəsində 6 аy ərzində əmək fəаliyyətində оlmаqlа оnа dövlət büdcəsində əmək hаqqı ödənilməsi fаktı mövcud оlduğu üçün iddiаçıyа son haqq hesabının düzgün hesablanmaqla verilməsi tələbi təmin еdilməlidir.
15. Məhkəmə cаvаbdеh tərəfin iddiаçının Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə dəvət olunmasına baxmayaraq, əmək müqaviləsinə imza etməkdən imtina etdiyinə görə onunla əmək münasibətlərində olmasını rəsmiləşdirilməsi mümkün olmamаsınа dаir dəlilləri ilə bаğlı qеyd еtmişdir ki, əvvəla bunа dаir hər hаnsı sübut təqdim еdilm əmişdir. İkincisi də bеlə bir sübutlаr оlsа dа bеlə, bu аrqumеntlər cаvаbdеh tərəfin iddiаçı ilə əmək müqаviləsi bаğlаmadаn оnu təhsil müəssisində bu müqаvilə оlmаdаn rəhbər vəzifədə işləməsinə şərаit yаrаtmаsının məsuliyyətsizliyindən аzаd еtmir. Həmçinin məhkəmə qеyd еtmişdir ki, dəfələrlə dəvət olunma dеdikdə ilk dəfə dəvətdən sоnrа iddiаçının bеlə bir hərəkətsizliyi mövcud idisə bu cаvаbdеhin dərhаl rеаksiyа vеrilməli оlаn məsələ idi. Yаlnız bu hаldа cаvаbdеhin özünün təbirincə qеyd еtdiyi yаnlışlıq vахtındа аrаdаn qаldırılа və iddiаçının əmək müqаviləsi оlmаdаn cаvаbdеhlə əmək münаsibətlərini dаvаm еtdirmə kimi nеqаtiv hаl bаş vеrməzdi.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 7, 4 2, 44, 45, 46, 68.1, 73, 76, 83.4, 172 və 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
17. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçı ilə əmək qanunvericiliyində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla onun Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəticəyə gə lərkən iddiaçı ilə cavabdehin rəsmi əmək münasibətlərində olduğunu, işə bərpa tələbinin təmin edilməsi üçün cavabdehin verdiyi əmrin əsaslandığı monitorinqin nəticələrinə dair tərtib edilmiş aktda göstərilən məlumatların həqiqi olub-olmamasını əsassız olaraq aydınlaşdırmamışdır. Məhkəmə həmin faktiki halları aydınlaşdırdığı halda müəyyən edə bilərdi ki, iddiaçı ilə cavabdeh rəsmi əmək münasibətlərində olmuş, sadəcə olaraq cavabdehin işinə etinasız münasibəti nəticəsində iddiaçı ilə əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğun təmin edilməmişdir. İşin bu halı cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlanmaması anlamına gələ bilməzdi. Çünki bu pozuntu tək iddiaçıya münasibətdə deyil, bütün tam orta məktəblərin direktorlarına münasibətdə baş vermişdir. İddiaçı ilə cavabdeh arasında ə mək mübahisəsi yarandıqdan və direktorlarla əmək müqaviləsinin bağlanmamış olması aşkara çıxdıqdan sonra onlarla kütləvi şəkildə əmək müqaviləsi bağlanmışdır. İşin məhz bu halı təsdiq edir ki, iddiaçı ilə cavabdehin arasında əmək münasibətləri hər iki tərəfin iradə ifadəsi əsasında yaranmış, sadəcə olaraq bu münasibətlər yazılı əmək müqaviləsi formasında rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanunsuz saysa da, əmrin verilməsinin motivini və dəlillərini araşdırmağa ehtiyac olmadığını bildirsə də, bu mövqeyini sadəcə olaraq mövcud olmayan əmək müqaviləsinin xitam olunmasının mümkünsüzlüyü barədə irəli sürdüyü dəlillə əsaslandırmaqla həmin dəlilini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstə rilmiş nəticələrə görə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş, eyni zamanda həmin əmr mövcud olmayan əmək müqaviləsinin xitamı barədə verildiyindən etibarsız sayılmışdır. Lakin işin hallarına görə cavabdehlə iddiaçı sərbəst iradə ifadələri əsasında əmək münasibətlərinə daxil olmuş, sadəcə olaraq cavabdehin işinə etinasız münasibəti nəticəsində onunla əmək müqaviləsinin bağlanması unudulmuşdur. İşin bu halını nəzərə alaraq məhkəmə cavabdehin gec də olsa iddiaçı ilə olan əmək münasibətlərin əmək müqaviləsi formasında rəsmiləşdirilməsini təmin etməklə əmrin əsaslarının etibarsız olmasına əsaslanmaqla iddiaçının işə bərpa haqqında iddia tələbini təmin etməli idi.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra a pellyasiya instansiyası məhkəməsi) 2(103)-2473/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq Əmək Məcəlləsinin 7-ci maddəsinə və 44-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verilərkən tərəflər arasında kağız daşıyıcıda, yaxud elektron sənəd formasında əmək müqaviləsi mövcud olmamışdır. Mövcud olmayan əmək müqaviləsi ləğv edilə bilməz. Ona görə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmr etibarsızdır. Eyni səbəbdən iddiaçı direktor vəzifəsinə bərpa edilə və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilə bilməz. Çünki onun məktəb direktoru olmasına dair əmək müqaviləsi bağlanmamışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin ləğvi barədə xx.xx.2024-cü il tarixli əmr (ikinci əmr) verilərkən istinad olunan halların həqiqi olubolmadığının araşdırılmasına zərurət yoxdur. Belə ki, subyektsiz hüquqpozma olmur. Odur ki, bütün hüquqpozmaların subyekti olmalıdır. Əmrdə istinad olunan hüquqpozmaların subyekti direktor ola bilər. İddiaçı direktor olmadığına, yəni əmək müqaviləsi mövcud olmadığına görə, əmr verilərkən istinad olunan hallar hüquqpozma sayılmır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.x x.2023-cü il tarixli əmrdən (birinci əmrdən) əvvəl yol verilən pozuntulara isə artıq istinad oluna bilməz. Çünki həmin əmrlə əmək müqaviləsi ləğv edilərkən hər hansı hüquqpozmaya istinad olunmayıb.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 7-ci maddəsinə və 44-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
23. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçını n apellyasiya şikayətində göstərdiyi dəlillərə ümumiyyətlə münasibət bildirməyərək həmin dəlilləri nəyə görə qəbul etmədiyini əsaslandırmamaqla MPM-nin 220-ci maddəsinin tələblərini pozmuşdur. Əmək müqaviləsinin bağlanmasının unudulmasının tək iddiaçıya münasibətdə deyil, eyni vaxtda digər ümumi təhsil müəssisələrinin rəhbərlərinə münasibətdə də yol verilməsi iddiaçıya işə birinci instansiya məhkəməsində baxılıb qurtardıqdan sonra məlum olmuşdur. Ona görə də iddiaçının nümayəndəsi tərəfindən həmin halın kütləvi xarakter daşıdığını, bununla da cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəyində olduğunu sübut etmək üçün müvafiq orqana məhkəmə sorğusu verilməsi barədə vəsatət qaldırılmış, lakin vəsatət əsassız və qanunsuz olaraq təmin edilməyərək MPM-nin 78-ci maddəsinin tələbləri pozu lmuşdur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2008/2025 nömrəli, 1 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər - Əhməd Nurməmmədov (məruzəçi), Rəşad Həsənov və Aqil Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni baxışına göndərilmişdir.
26. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə 22 may 2024-cü il tarixli əmrin etibarsız hesab olunması, qalan hissədə iddianın rədd olunmasını qət edən apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəq ədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktorunun 19 dekabr 2023-cü il tarixli əmri olsa da, tərəflər arasında əmək müqaviləsi bağlanmamış, bununla da İddiaçı hüquqi cəhətdən məktəb direktoru vəzifəsini daşımamış, bu baxımdan onun həmin vəzifədən azad olunmasına dair Agentliyin direktorunun əmri özlüyündə etibarsız olmuş, həmçinin iddiaçının işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı barədə tələblərinin təmin olunması da onun direktor vəzifəsini daşıması müəyyən edilmədiyinə, məktəb direktoru kimi əmək münasibətlərində olmadığına görə istisna edilir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktorunun İddiaçı 19 dekabr 2023-cü il tarixdən Bakı şəhəri, 25 saylı tam orta məktəbin d irektoru vəzifəsinə təyin olunması barədə əmrinin olması, iddiaçının həmin vəzifəyə təyin edilməsi barədə işəgötürənə ərizə təqdim etməsi, iddiaçının həmin vəzifəni 20 may 2025-ci il tarixədək icra etməsi, həm işəgötürən, həm də üçüncü şəxslər tərəfindən onun məktəb direktoru kimi tanınması, işəgötürən tərəfindən onun məktəb direktoru kimi fəaliyyətinin yoxlanılması, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanlara görə vəzifəsindən azad edilməsi mübahisəsizdir. Cavabdeh işəgötürən iddiaçının məktəb direktoru vəzifəsinə təyin etməsini heç vaxt inkar etməmiş, iddiaçının fəaliyyəti özbaşına olmamış, məhz işəgötürənin əmri əsasında fəaliyyət göstərmişdir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işəgötürən Dövlət Agentliyi ilə iddiaçı arasında əmək müqaviləsinin bağlanmaması işçin in deyil, işəgötürənin təqsiri ucbatından baş vermiş, bu məsələ ilə bağlı işəgötürənin məsul əməkdaşı intizam məsuliyyətinə də cəlb edilmişdir. Əmək qanunvericiliyinə normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil etmək və həmin məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir.
29. İddiaçının vəzifədən azad olunması onunla əmək müqaviləsinin bağlanmadığına görə deyil, 7 may 2024-cü il tarixdə məktəbdə aparılmış monitorinqin nəticələrinə görə məktəb direktoru kimi fəaliyyətində aşkar edilmiş nöqsanlara görə olmuşdur.
30. Şərh olunan mübahisəsiz hallara baxmayaraq, işə baxan apellyasiya məhkəməsi yazılı formada əmək müqaviləsinin olmaması kimi formal əsasla hesab etmişdir ki, tərəflər arasında əmək münasibətləri yaranmamışdır, ümumiyyətlə iddiaçının xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə kimi məktəbdəki fəaliyyəti məktəb direktoru vəzifəsinin icrasına aid deyildir.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, işəgötürən Dövlət Agentliyi ilə işçi İddiaçı arasında yazılı əmək müqaviləsi olmasa da, yuxarıda göstərilən işin mübahisəsiz halları həmin münasibətlərə başqa cür qiymət verilməsini istisna edir. Əmək Məcəlləndə və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda göstərilən vəziyyətlə bağlı yaranmış münasibətləri birbaşa tənzimləyən norma olmasa da, məsələnin həllində qanunvericiliyin analogiya üzrə tətbiqi qadağan edilmir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəm əsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri bunun üçün əsas olmuş 7 may 2024-cü il tarixli monitorinqin nəticələri çərçivəsində yoxlamalı, əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət olunub-olunmaması aydınlaşdırılmalı, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
33. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi monitorinq qrupunun tərtib etdiyi akt olmuşdur ki, burada pozuntu kimi göstərilən maddələrdə ya ümumiyyətcə pozuntu yoxdur, yada ki, kobud pozuntu hesab edilə bilməz. Direktorun müavini vəzifəsində işləyən Tatyana Quliyevanın izahatı alınmışdır. Hansı ki, həmin şəxs məşğələlərin keçirilməsinə birbaşa nəzarət edən şəxs olmasına baxmayaraq məşğələlərin keçirilməməsini bildirmişdir. Sonradan pensiya yaşına çatmasına baxmayaraq həmin şə xsin müddəti uzadılır. Bu da özlüyündə onu göstərir ki, pensiya yaşının uzadılması qarşılığında bu cür izahat vermişdir. Əlavə olaraq uşaqların bir-birlərini tanmadıqları qeyd olunsa da, hansı uşağın hansı uşağı tanımadığı qeyd olunmamışdır. Əlavə olaraq müəllimlər otağının qabağında yazılan “katricin pulunu verməyənlər yaxınlaşmasın” sözü də pozuntu olaraq qiymətləndirilmişdir. Halbuki, maliyyə təminatı cavabdeh tərəfindən qarşılanmalı olmasına baxmayaraq müəllimlərin öz şəxsi vəsaiti hesabına qarşılanmışdır. Cavabdeh tərəf ümumiyyətcə öz üzərilərinə düşən vəzifələrini icra etməmişdir. 2023-cü ildə monitorinq keçirilməsinə baxmayaraq nəticələrini təqdim etməmişlər. Çünki həmin monitorinqin nəticələrində heç bir pozuntu aşkar olunmamışdır. Bu səbəbdən də, bu məsələnin tam qərəzli olmasını düşünürlər. İlkin ərizə ilə razıdırlar, əmrin ləğvi olmalıdır. Məhkəmədən həmin əmrin ləğv edilməsini və iddiaçının işə bərpa olunmasını xahiş edirlər.
34. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərkən əlavə olaraq bildirmişdir ki, fevral ayında 8, 9, 10 və 11-ci siniflərin monitorinqi keçirilmiş və heç bir nöqsan aşkar edilməmişdir. Bu şagirdlər hamısı bir-birini tanıyır və monitorinqin nəticəsi də bu cür nöqsansız yekunlaşdırıldı. Necə olur ki, fevral ayında bir-birini tanıyan uşaqlar may ayında bir-birlərini tanımadı?
35. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, qarşı tərəf bildirir ki, iddiaçıya indiyədək hər hansı bir intizam tənbehi verilməmişdir. 2022-ci ildə müəllimlərin bəzilərinin ölkədən kənarda olmasına baxmayaraq onl ara əməkhaqqı ödənilmişdir. Toplam olaraq 16.000 manatı aşmış dövlət büdcəsinə ziyan dəymişdir. İddiaçı tərəf təqsirini boynuna almış və dövlət büdcəsinə dəymiş zərəri tam ödəmişdir. Birinci instansiya məhkəməsinə verdikləri etirazda sadəcə dərnəklərin keçirilməməsi ilə bağlı etiraz vermişlər. Keçirilmədiyi halda dərnək rəhbərlərinə dövlət büdcəsindən pul ödənilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının izahatında verdiyi faktlarla şikayətdə verilən faktlar üst-üstə düşmür. Məsələn, iddiaçı ştat sayına uyğun olaraq bir nəfər katib işlətməli olduğu halda, iki nəfər katib işlətmişdir. İddiaçı isə onlara Bakı şəhəri Təhsil idarəsindən şifahi qaydada icazə aldığını və 1.500 nəfərdən artıq şagirdi olan məktəblərdə iki nəfər katibin işləməsinə yol verildiyini bildirmişdir. Amma apell yasiya şikayətində katibin birinin analıq məzuniyyətində olduğu üçün, o birisinin onu əvəz elədiyini bildirmişdir. Lakin, həmin katib analıq məzuniyyətindən 2020-ci ildə qayıtmışdır. İki nəfər katib işlətməklə iddiaçı Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozmuşdur. Əlavə olaraq iddiaçı Pedoqoji Şuranı keçirməmiş, pedoqoji şuranın fəaliyyət planını təsdiqləməmişdir. Eyni zamanda pedaqoji şura ilə bağlı əmrlər kitabı yazılmamışdır. İddiaçı birinci instansiya məhkəməsində qeyd etmişdir ki, bağban vəzifəsində şəxslər işləyirlər. Halbuki, Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, 1,5 hektar sahədən az olan yerlərdə bağban ştatı ola bilməz. Bu halda həmin şəxslər dalandar vəzifəsində işləməli idi. İddiaçının isə dalandar vəzifəsində işçisi olmuşdur. Buna baxmayaraq iki nəfər xanım ı bağban vəzifəsində işlətmişdir. Bu hal isə 59-cu maddənin birbaşa olaraq pozulması deməkdir. Bundan əlavə olaraq bir xadimə o birisi xadimədən daha çox iş gördüyünə görə həmin xadiməyə ayda 150 manat əlavə nağd pul verilib. Bütün bu olanlardan da görünür ki, şəxs qəsdən olmasa da, ehtiyatızlıqdan öz vəzifə borcunu yerinə yetirməmişdir. Bu da iddiaçının əmək məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılması üçün əsasdır. İkinci katibin işlədilməsində məqsəd kargüzarlıq işlərinin həyata keçirilməsidir. İş yükünün çoxluğundan asılı olmayaraq Nazirlər Kabinetinin qərarına əsasən bir katib ştatı nəzərdə tutulmuşdur.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5024/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - İlham Cəfərov (sədrlik edən və məruzəçi), Ak if İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin olunması, cavabdeh Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli və 20 may 2024-cü il tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iş materiallarından birmənalı şəkildə təsdiq olunur ki, iddiaçı uzun müddət ərzində cavabdehin tabeliyində olan təhsil mü əssisəsində rəhbər vəzifəni icra etmiş, əmək funksiyasını faktiki yerinə yetirmiş, müəssisənin təsərrüfat və idarəetmə fəaliyyətinə rəhbərlik etmişdir. Bu hal təkzibolunmaz dəlil kimi təsdiq edir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyində də tam aydın şəkildə ifadə olunmuşdur ki, əmək müqaviləsinin yazılı qaydada bağlanmaması əmək münasibətlərinin mövcudluğunu inkar etmir. Əksinə, işçinin faktiki olaraq əmək funksiyasını yerinə yetirməsi, işəgötürənin bu fəaliyyəti qəbul etməsi və ondan faydalanması artıq hüquqi mənada əmək münasibətlərinin təsbit edilməsinə kifayət edir. Əmək müqaviləsinin rəsmiləşdirilməməsi isə işəgötürənin qanunla müəyyən edilmiş vəzifələrinin icrasındakı nöqsanı kimi qiymətləndirilməli, onun məsuliyyət i işçinin üzərinə şamil edilməməlidir.
38. Birinci instansiya məhkəməsi isə bu hüquqi reallığı nəzərə almadan, yalnız əmək müqaviləsinin yazılı qaydada bağlanmamasını əsas götürərək 22 may 2024-cü il tarixli, 329-59/3-1-604K/2024 nömrəli əmrin etibarsız hesab olunmasına qərar vermiş, ardınca da işə bərpa və əmək haqqı fərqinin ödənilməsi tələblərini əsassız şəkildə rədd etmişdir. Belə yanaşma nə hüquq normalarının aliliyinə, nə də ədalət mühakiməsinin məqsədinə uyğundur.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 35-ci maddəsində hər kəsin sərbəst şəkildə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ təsbit olunmuşdur. Bu ali hüququn həyata keçirilməsini işəgötürənin vəzifələrinin pozulması ilə inkar etmək nə hüquqa, nə də ədalətə uyğun ola bilər. Buna görə də, həm iş m ateriallarının tədqiqi, həm də kassasiya instansiyası məhkəməsinin iş üzrə ifadə etdiyi mövqedən irəli gələrək belə qənaətə gəlinmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir.
40. Məhkəmə kollegiyası qəbul etdiyi yeni qətnaməyə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmrin ləğvini tələb etsə də, sonradan ərizə ilə bu əmrin etibarsız hesab olunmasını istəmişdir. Lakin iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər, həmçinin onun vəkilinin apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclasında verdiyi izahatlar bütövlükdə bel ə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının hazırkı və real hüquqi marağı əmək münasibətlərinə xitam verilməsi barədə qəbul edilmiş nəticələrin əsassız sayılaraq ləğv edilməsinə yönəlmişdir.
41. Hüquqi mahiyyət etibarilə 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmrin sadəcə etibarsız hesab olunması iddiaçının apellyasiya maraqlarını tam təmin etmir. Çünki əmrin etibarsız sayılması yalnız formal nəticə doğuraraq hüquqi qeyrimüəyyənlik yaradır, lakin iddiaçının əsas məqsədi olan əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqı tələbinin ödənilməsi yalnız əmrin ləğv edilməsi ilə mümkün ola bilər.
42. Məhkəmə müdafiəsinin təsirli olması prinsipindən çıxış edərək məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə işə yalnız tərəflərin formal olaraq irəli sürdüyü tə ləblərlə məhdud yanaşmamalı, onların real hüquqi maraqlarını müdafiə etməlidir.
43. Beləliklə, iddiaçının mövqeyinin dəyişməsinin yalnız terminoloji xarakter daşıdığı, mahiyyət etibarilə isə onun əvvəldən də əmrin ləğvini nəzərdə tutduğu qənaətinə gəlmək üçün bütün əsaslar mövcuddur. Yalnız bu halda iddiaçı özünün konstitusion əmək hüquqlarını bərpa edə, qanunsuz olaraq itirdiyi iş yerinə qayıda və ötürülmüş əməkhaqqı ödənişlərinə nail ola bilər. Məhz bu səbəbdən, məhkəmə kollegiyası iddiaçının tələbinin əmrin etibarsızlığı kimi deyil, əmrin ləğvi kimi qiymətləndirilməli olduğunu müəyyən edərək apellyasiya şikayətini həmin mahiyyətdə əsaslı sayaraq, yeni qətnamə qəbul etmişdir.
44. Məhkəmə kollegiyası mübahisəli əmrin ləğvinə münasibətdə qeyd etmişdir ki, iddiaçının işdən azad olunması bar ədə 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmr qanuni və əsaslı olmadığı üçün ləğv olunmalıdır. Belə ki, iş materiallarında mövcud olan aktdan iddiaçının rəhbərlik etdiyi müəssisədə müəyyən nöqsanlara yol verilməsi müəyyən edilsə də, həmin nöqsanların mövcudluğu öz-özlüyündə dərhal işdən azad edilməni şərtləndirmir.
45. Məhkəmə kollegiyası, cavabdehin etirazında iddiaçının 2022-ci ildə töhmət almasına dair istinadına da münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin tələbinə əsasən, intizam tənbehi tətbiq edildiyi gündən etibarən altı ay müddətində qüvvədə olur və həmin müddətin bitməsi ilə onun hüquqi nəticələri tamamilə aradan qalxır. Məhz buna görə də, qüvvəsini itirmiş intizam tənbehinin işçi barəsində mövcud olduğu hal kimi təqdim edilməsi, ondan hüquqi nəticə çıxarılması və işdən azad etməni əsaslandırmaq üçün dəlil kimi irəli sürülməsi qanunvericiliyin məzmun və mahiyyətinə ziddir. 2022-ci ildə verilmiş intizam tənbehi artıq hüquqi qüvvəsini itirdiyi üçün onun məhkəmə araşdırmasında istinad obyekti olması mümkün deyil. Buna görə də cavabdehin etirazındakı bu dəlili əsassızdır və mübahisənin nəticəsinə hər hansı hüquqi təsir göstərə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçının fəaliyyətindəki nöqsanlar onun dərhal işdən azad edilməsinə əsas ola bilməz. Daha yüngül intizam tənbehlərinin tətbiqi mümkün olduğu halda, ən son və ağır tədbirə əl atılması qanunun tələblərinə, işçinin hüquqlarının müdafiəsinə və sosial ədalət prinsiplərinə zidd olmuşdur. Odur ki, iddiaçı nın işdən azad olunması barədə 22 may 2024-cü il tarixli, 3-29-59/3-1604K/2024 nömrəli əmr əsassız və qanunsuz hesab edilməli, ləğv olunmalıdır.
47. Bununla yanaşı məhkəmə kollegiyası izah etmişdir ki, ədalət mühakiməsinin vəzifəsi yalnız tərəflərin formal tələblərinə hüquqi qiymət verməkdən ibarət deyildir. Məhkəmə, həm də tərəflərin həqiqi hüquqi maraqlarını müəyyənləşdirməli, işin faktiki halları əsasında həmin maraqların müdafiəsini təmin etməlidir. Bu, həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatından, həm də Mülki Prosessual Məcəllədə yer alan məhkəmənin vəzifəsi və işin hərtərəfli, tam və obyektiv araşdırılması tələblərindən irəli gəlir. İş materiallarının hərtərəfli araşdırılması isə göstərir ki, yuxarıda da qey d olunduğu kimi, iddiaçının əsas hüquqi marağı əmək münasibətlərinə xitam verilməsi barədə qəbul edilmiş nəticələrin əsassız sayılmasındadır. Başqa sözlə, iddiaçının məqsədi yalnız mübahisəli əmrə formal qiymət verilməsi deyil, ümumiyyətlə onunla əmək münasibətlərinə xitam verilməsinin qanunsuz olmasının tanınmasıdır. Bu baxımdan, məhkəmə kollegiyası 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmri əsassız hesab etmiş və ləğv etmişdir.
48. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, həmin əmrin qəbul edilməsinə əsas olmuş digər bir inzibati akt, yəni 20 may 2024-cü il tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmr də mövcuddur. Bu əmr, mahiyyət etibarilə, iddiaçının əmək münasibətlərinə xitam verilməsi barədə hüquqi nəticəni özündə ehtiva etmiş və 22 may 2024-cü il tarixli əm rin hüquqi dayağı olmuşdur. Belə olan təqdirdə, 22 may 2024-cü il tarixli əmr məhkəmə kollegiyası tərəfindən ləğv edildiyi üçün onun qəbul edilməsinə əsas olmuş 20 may 2024cü il tarixli əmr də ləğv olunmalıdır. Belə ki, əgər yalnız sonrakı – 22 may 2024-cü il tarixli əmr ləğv olunub, həmin əmrin hüquqi dayağı olan 20 may 2024-cü il tarixli əmr qüvvədə qalsa, bu, hüquqi qeyri-müəyyənlik yaradar və iddiaçının hüquqi maraqlarının təmin olunması ilə nəticələnməzdi. Bu halda iddiaçı faktiki olaraq əmək münasibətlərinə xitam verilməsi barədə nəticənin qüvvədə qalması riski ilə üz-üzə qalar ki, bu da məhkəmə müdafiəsinin təsirli olması prinsipinə ziddir.
49. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, 20 may 2024-cü il tarixli əmrin ləğv edilməsi iddiaçı tərəfindən ayrıca tələb kimi irəli sürülm əsə də, onun faktiki hüquqi marağı, yəni əmək münasibətlərinə xitam verilməsi barədə nəticələrin qanunsuz sayılması bu addımı zəruri edir. Belə olan halda isə 20 may 2024-cü il tarixli əmr barəsində də qərar qəbul edilməsi mütləqdir və bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.
50. Birinci instansiya məhkəməsi bu mühüm hüquqi məqamı da nəzərdən qaçırmış, yalnız 22 may 2024-cü il tarixli əmrin formal etibarsızlığı ilə kifayətlənmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli və diqqətlə araşdıraraq müəyyən etmişdir ki, iddiaçının hüquqi müdafiəsi yalnız hər iki əmrin ləğv edilməsi ilə tam təmin oluna bilər. Beləliklə, 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmrin əsassızlığı artıq təsbit edildiyindən, həmin əmrin hüquqi da yağı olan 20 may 2024-cü il tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmr də əsassız hesab edilməli və ləğv olunmalıdır.
51. Məhkəmə kollegiyası sözügedən əmrlərin ləğvi nəticəsində yaranan hüquqi nəticələr barədə isə qeyd etmişdir ki, əmək müqaviləsinə qanunsuz xitam verilməsi hallarında, həmin əmrlərin ləğvi ilə yanaşı, işçinin əvvəlki işinə bərpası və məcburi işburaxma dövründə əmək haqqının ödənilməsi məhkəmənin zəruri və ayrılmaz qərarı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aidiyyəti normalarına (maddə - 290, 292 və s.) uyğun olaraq, əmək müqaviləsinə qanunsuz xitam verilmiş işçi əvvəlki işinə bərpa edilməli, işçinin işdən məcburi kənarda qaldığı bütün müddət ərzində ona əmək haqqı ödənilməlidir. Bu hüquqi təminatlar işçinin qanunsuz olaraq əmək fəaliyyətindən məhrum edilməsinin fəsadlarını aradan qaldırmaq və onun sosial müdafiəsini bərpa etmək məqsədi daşıyır. İddiaçı barəsində verilmiş işdən azad olunma əmrləri əsassız hesab edilərək ləğv edildiyindən, onun əvvəlki işinə bərpa edilməsi hüquqi zərurət kimi meydana çıxır. Əks halda, əmrlərin ləğvi yalnız formal nəticə doğurmuş olar və işçinin real hüquqi maraqları təmin edilməzdi. Halbuki ədalətli mühakimənin mahiyyəti ondan ibarətdir ki, qanunsuz əməl aradan qaldırıldıqda, onun bütün nəticələri də aradan qaldırılsın. Bununla yanaşı, iddiaçının qanunsuz əmrlərin qüvvədə olduğu müddətdə əmək fəaliyyətindən məhrum qalması onun günahından irəli gəlməmiş, yalnız cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmuşdur. Bu səbəbdən həmin dövrdə işçi tərəfindən itirilmiş əmək haqqı məcburi işburaxma zər əri kimi qiymətləndirilməli və tam həcmdə ödənilməlidir.
52. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmrlərin ləğv edilməsi ilə işçinin əvvəlki hüquqi vəziyyətinin bərpası, işə qəbul olunduğu vəzifəyə qaytarılması və qanunsuz işdən kənarda qaldığı dövr üçün əmək haqqının ödənilməsi hüquqi baxımdan avtomatik nəticə kimi meydana çıxır. Bu yanaşma həm Əmək Məcəlləsinin müvafiq müddəalarından, həm də hüquq dövlətinin əsas prinsiplərindən doğur. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri tam əsaslıdır və təmin edilməlidir.
53. Məhkəmə kollegiyası daha sonra vurğulamışdır ki, qeyd olunanlarla yanaşı, iddiaçının yuxarıda göstərilən tələbləri – mübahisəli əmrin ləğvi, əvvəlki işi nə bərpası və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi – əsaslı olsa da, iddiaçının digər əlavə tələbləri arasında əsassız olan hissə də mövcuddur. Belə ki, iddiaçı “son haqqhesab”ın ödənilməsini də xahiş etmişdir. Lakin işəgötürən tərəfindən işçiyə son haqqhesabın, yəni istifadə olunmamış məzuniyyətin əvəzi və digər ödənişlərin ödənilməsi yalnız əmək münasibətləri xitam verilərkən tətbiq olunur. Hazırkı işdə isə məhkəmə tərəfindən iddiaçının işdən azad olunması barədə əmrlərin ləğv edilməsinə və onun əvvəlki işinə bərpasına qərar verilmişdir. Bu isə o deməkdir ki, əmək münasibətləri hüquqi baxımdan kəsilməmiş hesab olunur və işçi ilə işəgötürən arasındakı əmək münasibətləri davam etdirilir. Əmək münasibətləri mövcud olduğu halda isə “son haqq-hesab” ödənilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının “son haqq-hesab”ın ödənilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 7.2, 12, 44.1-ci, Mülki Məcəllənin 11.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
55. Qətnamədən cavabdeh Dövlət Agentliyi (vəkil X10) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məktəbdə dərnəklər və dərsdənkənar məşğələlər keçirilməmişdir. Bu, həm Azərbaycan qanunvericiliyinin, həm də dövlətin götürdüyü beynəlxalq öhdəliklərin pozulmasıdır. Həmçinin, uşaqların təhsil və inkişaf hüququ təmin edilməmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsi yanlış tətbiq edilmişdir. Belə ki, intizam tənbehlərinin tətbiqi üzrə məhkəmənin yanaşması düzgün olmamışdır. Məhkəmə “əvvəlcə yüngül intizam tənbehi verilməli idi” desə də, işçi daha əvvəl dövlətə ziyan vurmuş, buna görə şiddətli töhmət almış, nöqsanlar təkrarlanmışdır. Məhkəmənin faktlar arasında ziddiyyətli yanaşması mövcuddur (bir yerdə “intizam tənbehi olmayıb”, digər yerdə “qüvvəsi itirib”). Bundan əlavə, direktorun əsas funksiyaları (Nizamnamə və Vahid X1 görə) yerinə yetirilməmişdir. Belə ki, müəllimlər tərəfindən keçi rilməyən dərnəklərə əməkhaqqı ödənilməsi (ümumi ziyan - 9.272,21 manat), Pedaqoji Şuranın fəaliyyətsizliyi, planların təsdiqlənməməsi, Maliyyə uçotunda və ştat bölgüsündə ciddi nöqsanlar, şagirdlərin davamiyyətinə nəzarətsizlik əmək funksiyalarının yerinə yetirilməməsi kimi qiymətləndirilir və 70-ci maddəsinin “ç” bəndi ilə xitam üçün əsas verir. Həmçinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci bəndinə əsasən (ştat vahidinin düzgün təyin edilməməsi) bir işçiyə 1 ştatdan artıq (1,25) verilməsi qanunsuzdur. Lakin 4 texniki işçiyə 1,25 ştat verilmiş və dövlət büdcəsinə əlavə 6.103 AZN ziyan vurulmuşdur. Bu, əmək qanunvericiliyinin və maliyyə intizamının pozulmasıdır. Apellyasiya məhkəməsində iddiaçı heç bir sübut təqdim etməmiş, cavabdehin təqdim etdiyi sübutlar araşdırılmadan kənara qoyul muşdur. Həmçinin məhkəmə çəkişmə prinsipini təmin etməmiş, sübutları qərəzsiz və tam araşdırmamışdır. Qətnamədə hüquqi əsaslandırma yetərsiz və natamamdır. Məhkəmə sübutla təsdiq olunmalı halları iddiaçının və nümayəndəsinin subyektiv fikirləri əsasında müəyyən etmişdir. Obyektiv sübutetmə tələbləri pozulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
57. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavil ələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
58. Maddə 7 (2-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
59. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müə yyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
60. Maddə 12 (a, b, k bəndləri). Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir.
61. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin h aqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
62. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.https://e-qanun.az/framework/46943
63. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
64. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
65. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfin dən ləğv edilə bilər.
66. Maddə 71. (2-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
67. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
68. Maddə 76. (1-ci hissə) İşəgötürən tərəfindən əm ək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
69. Maddə 80. (1-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
70. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
71. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
72. Maddə 83 (4-cü hissə). Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
73. Maddə 84 (1-ci hissə). Əmə k müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
74. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmi ş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
75. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.
76. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat v erməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4.
77. Bölmə Vİİ. Ümumi təhsil müəssisələrinin direktorunun əmək funksiyaları: Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını t əmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsini n yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisən in büdcəsinə qanunda nəzərdə tutulan digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
78. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
79. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.
81. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
82. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
83. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
90. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
91. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, həmin normaların şərhi ilə bağlı işə əvvəl bax mış kassasiya instansiyası məhkəməsinin göstərişləri tam nəzərə alınmamışdır.
94. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.
95. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı müxtəlif vaxtlarda, müxtəlif ümumtəhsil məktəblərinin direktoru vəzifəsində işləmiş, sonuncu dəfə iddiaçı ilə cavabdeh arasında müvafiq qaydada əmək müqaviləsi tərtib edilməsə də, iddiaçı işəgötürən Dövlət Agentliyin direktorunun 19 dekabr 2023-cü il tarixli əmri ilə Bakı şəhəri, 25 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, həmin vəzifəni 20 may 2025-ci il tarixədək icra etmiş, 7 may 2024-cü il tarixdə məktəbdə aparılmış monitorinqin nəticələrinə görə məktəb direktoru kimi iddiaçının fəaliyyətində nöqsanlar aşkar edilmiş, işəgötürən Dövlət Agentliyin direktorunun 20 may 2024-cü il tarixli 3 “intizam tənbehinin tətbiq edilməsi barədə” əmri ilə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
96. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq qeyd etmişdir ki, iş materiallarından birmənalı şəkildə təsdiq olunur ki, iddiaçı uzun müddət ərzində cavabdehin tabeliyində olan təhsil müəssisəsində rəhbər vəzifəni icra etmiş, əmək funksiyasını faktiki yerinə yetirmiş, müəssisənin təsərrüfat və idarəetmə fəaliyyətinə rəhbərlik etmişdir. Bu hal təkzibolunmaz dəlil kimi təsdiq edir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyində də tam aydın şəkildə ifadə olunmuşdur ki, əmək müqaviləsinin yazılı qaydada bağlanmaması əmək münasibətlərinin mövcudluğunu inkar etmir. Əksinə, işçinin faktiki olaraq əmək funksiyasını yerinə yetirməsi, işəgötürənin bu fəaliyyəti qəbul etməsi və ondan faydalanması artıq hüquqi mənada əmək münasibətlərinin təsbit edilməsinə kifayət edir. Əmək m üqaviləsinin rəsmiləşdirilməməsi isə işəgötürənin qanunla müəyyən edilmiş vəzifələrinin icrasındakı nöqsanı kimi qiymətləndirilməli, onun məsuliyyəti işçinin üzərinə şamil edilməməlidir.
97. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, həmin mövqe bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğundur.
98. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilkin olaraq 22 may 2024-cü il tarixli əmrin ləğvini tələb etsə də, sonradan ərizə ilə bu əmrin etibarsız hesab olunmasını istəsə də, hüquqi mahiyyət etibarilə 22 may 2024-cü il tarixli əmrin sadəcə etibarsız hesab olunmasının iddiaçının apellyasiya maraqlarını tam təmin etmədiyi üçün, iddiaçının mövqeyinin dəyişməsinin yalnız terminoloji xarakter daş ıdığı, mahiyyət etibarilə isə onun əvvəldən də əmrin ləğvini nəzərdə tutduğu qənaətinə gəlmək üçün bütün əsaslar mövcud olmuşdur.
99. Bununla belə apellyasiya instansiyası məhkəməsi mübahisəli əmrin ləğvinə münasibətdə qeyd etmişdir ki, iddiaçının işdən azad olunması barədə 22 may 2024-cü il tarixli, 3-29-59/3-1-604K/2024 nömrəli əmr qanuni və əsaslı olmadığı üçün ləğv olunmalıdır. Belə ki, iş materiallarında mövcud olan aktdan iddiaçının rəhbərlik etdiyi müəssisədə müəyyən nöqsanlara yol verilməsi müəyyən edilsə də, həmin nöqsanların mövcudluğu öz-özlüyündə dərhal işdən azad edilməni şərtləndirmir.
100. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:
101. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol v ermir. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sairdən ibarətdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.
102. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır. Ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.
103. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
104. Hazırkı iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkre t olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır.
105. İddiaçının vəzifədən azad olunması üçün əsas, 7 may 2024-cü il tarixdə Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticələrinə görə tərtib edilmiş akta üzrə məktəb direktoru kimi fəaliyyətində aşkar edilmiş nöqsanlarla bağlı olmuşdur. Həmin aktdan isə müəyyən edilir ki, iddiaçı ümumi təhsil müəssisəsi hesab edilən Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4 ilə müəyyən edilmiş əsas əmək funksiyalarını yerinə yetirilməmişdir. Belə ki, müəllimlər tərəfindən keçirilməyən dərnəklərə əməkhaqqı ödənilməsi (ümumi ziyan 9.272,21 manat), Pedaqoji Şuranın fəaliyyətsizliyi, planların təsdiqlənməməsi, maliyyə uçotunda və ştat bölgüsündə ciddi nöqsanlar, şagirdlərin davamiyyətinə nəzarətsizlik əmək funksiyalarının yerinə yetirilməməsi və kobud pozuntular kimi qiymətləndirilir. Həmçinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci bəndinə əsasən (ştat vahidinin düzgün təyin edilməməsi) bir işçiyə 1 ştatdan artıq (1,25) verilməsi qanunsuzdur. Lakin 4 texniki işçiyə 1,25 ştat verilmiş və dövlət büdcəsinə əlavə 6.103 manat ziyan vurulmuşdur. Bu isə əmək qanunvericiliyinin və maliyyə intizamının pozulmasıdır. Həmin hallar isə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas verir.
106. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticələrinə görə tərtib edilmiş 7 may 2024-cü il tarixli aktda qeyd olunan, məktəb direktoru kimi iddiaçının fəaliyyətində aşkar edilmiş və yuxarıda sadalanan nöqsanlar, həmin nöqsanların kobud pozuntu olması ehtiva edir və iddiaçının vəzifədən azad olunması üçün əsas olmuşdur.
107. Odur ki, cavabdeh Dövlət Agentliyinin direktorunun 20 may 2024-cü il tarixli 329-69/3-1440K/2024 nömrəli “intizam tənbehinin tətbiq edilməsi barəd ə” əmri, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-604 K/2024 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi, vəzifənin icrasının müvəqqəti həvalə edilməsi və inventarizasiya komissiyasının yaradılması barədə” əmrin ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.
108. Bu səbəbdən də apelyasiya instansiya məhkəməsinin iş materiallarında mövcud olan aktdan iddiaçının rəhbərlik etdiyi müəssisədə müəyyən nöqsanlara yol verilməsi müəyyən edilməsi qəbul edildiyi halda, həmin nöqsanların mövcudluğunun özözlüyündə dərhal işdən azad edilməni şərtləndirməməsi, ən son və ağır tədbirə əl atılmasının qanunun tələblərinə, işçinin hüquqlarının müdafiəsinə və sosial ədalət prinsiplərinə zidd olması barədə gəldiyi nəticə səhv olmuş dur. Belə ki, iddiaçıya oxşar xarakterli pozuntulara yol verdiyinə görə 2022-ci ildə verilmiş töhmət intizam tənbehi artıq hüquqi qüvvəsini itirsə də, görünən odur ki, iddiaçı əvvəlki intizam tənbehindən nəticə çıxarmamışdır.
109. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, iddia tələbinin son haqq-hesabın ödənilməsinə dair hissəsi təmin edilməli, iddiаçıyа son haqq-hesab düzgün hesablanmaqla ödənilməlidir.
110. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının cavabdehə qarşı “ əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Dövlət Agentliyi tərəfindən iddiaçıyа sоn hаqq-hеsаb hesablanaraq ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
111. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5024/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə b ərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçınа sоn hаqq-hеsаb hesablanaraq ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.