Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3698/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-xx/18) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabde h5 Əli oğluna, X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx xxx 2014-cü il tarixli, 05R000011618 nömrəli kredit razılaşması və həmin razılaşma əsasında imzalanmış xx xxx 2015-ci il tarixli əlavə sazişə əsasən 30.693,19 ABŞ dolları məbləğində əsas, 17.162,89 ABŞ dolları faiz, 5.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 52.855,78 ABŞ dolları, habelə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 05R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış xx xxx 2015-ci il tarixli əlavə sazişə əsasən 100.994,87 ABŞ dolları m əbləğində əsas, 51.222,96 ABŞ dolları məbləğində faiz borcu, 15.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 167.217,83 ABŞ dolları; hər iki müqavilə üzrə ümumilikdə cəmi 220.073,61 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 tutulmalı olan məbləğ-220.073,61 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş C avabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh6 verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 110.800 manat, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrə li və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilləri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, aparılmış ekspertiza tədqiqatlarının qiymətləri olan 145 manat və 245 manat olmaqla, cəmi 390 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)xx/18) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətna məsi “cərimənin tutulması” hissəsində dəyişdirilmiş, Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulmalı olan cərimənin məbləği 05R000011618 saylı 24.09.2014-cü il tarixli kredit razılaşması və həmin razılaşma əsasında imzalanmış xx xxx 2015-ci il tarixli əlavə saziş üzrə 2500 ABŞ dolları, 05R********** saylı 19.11.2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış xx xxx 2015-ci il tarixli əlavə saziş üzrə 10000 ABŞ dolları məbləğində müəyyən edilmiş (ödəniş həmin gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilsin), qətnamə mübahisələndirilən digər- «faizlərin tutulması» hissəsində dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilmişdir. Hazırda iş üzrə digər Cavabdeh6 (zamin və ipoteka qoyan) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 Əli oğlundan müştərək qaydada 05R000011618 nömrəli kredit razılaşması üzrə 30.810,28 ABŞ dolları məbləğində əsas, 9.057,22 ABŞ dolları faiz, 15.131,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54.999,38 ABŞ dolları, habelə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 05R********** nömrəli kredit müqaviləsinin və həmin müqavilə əsasın da imzalanmış xx xxx 2015-ci il tarixli əlavə sazişə əsasən 101.088,04 ABŞ dolları məbləğində əsas, 27.260,12 ABŞ dolları məbləğində faiz borcu, 49.568,28 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 177.916,44 ABŞ dollarıhər iki müqavilə üzrə ümumilikdə cəmi 232.915,82 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 tutulmalı olan məbləğ-232.915,82 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə realizə edilməsi, ənzillərin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh6 verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli mənzilinin ilkin satış qiyməti 110.800 manat, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunma sı, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19 nömrəli və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 20 nömrəli mənzilləri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorun vəkil Ç.Əhməd məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə icl asının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Ç.Əhmədin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətd ə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olaraq cavabdehlərdən əsas borcun, faiz borcunun, cərimə borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 5a nömrəli evin 19-cu və 20-ci mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə realizə edilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehlərdən əsas, faiz və cərimə borcu kimi cəmi 220.073,61 ABŞ dolları məbləğində pulun məzənnə üzrə manatla tutulmasını, tutmanın ipoteka predmetlərinə yönəldilməsini və s. qət etmişdir. Birinci instansi ya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 (kredit alan) apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində yoxlamış və qətnaməni cərimə borcunun tutulması hissəsində dəyişdirmiş, faiz borcunun tutulması hissəsində isə qüvvədə saxlamışdır. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız digər Cavabdeh6 (zamin və ipoteka qoyan) kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunması xahiş edilir. Şikayətin məzmunundan görünür ki, ipoteka predmeti olan mənzillərdən biri – bir otaqlı 20 saylı mənzil hazırda Cavabdeh6 deyil, Q.Xəlilovun mülkiyyətindədir. Belə ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh6 həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlər (renta müqaviləsi) etibarsız sayılmış və mənzil üzərində Q.Xəlilovun mülkiyyət hüququ bərpa olunmuşdur. Kassator həmin mənzilə aid hissədə iş üzrə cavabdeh olmadığını, əsl cavabdehin isə işdə iştirak etməyə cəlb olunmadığını bildirərək qətnamənin həmin hissədə ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh6 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegi yası qeyd edir ki, hazırda Cavabdeh6 kassasiya qaydasında mübahisələndirdiyi hissə, yəni borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz və cərimə borcunun tutulması hissəsi olmuşdur. Qətnamənin qalan hissələri işdə iştirak edən şəxslər tərəfindən apellyasiya qaydasında mübahisələndirilmədiyindən apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə, o cümlədən tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qətnamənin qanuniliyini və əsaslılığını yoxlamamışdır. Hazırda Cavabdeh6 birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında yoxlanılmayan hissəsindən narazılığını bildirir ki, həmin hissənin, yəni apellyasiya baxışının predme ti olmayan hissənin kassasiya qaydasında yoxlanılması isə qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi, MPM-nin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qə tnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-nin 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. İşdən göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz və cərimə borcunun tutulması hissəsində, yəni qismən mübahisələndirmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnam əsini yalnız mübahisələndirilən hissədə yoxlamış, qətnamənin mübahisələndirilməyən hissələrinə toxunmamışdır. Belə ki, qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Qanunun tələbinə görə birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qə rarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız onun mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır və hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3698/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3698/2019
21.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver