Məhkəmə qərarları › İş №2(102)-3712/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3712/2022

23.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar q oğlunun və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdeh q oğluna və İddiaçı2 qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ iş № 2(102)-3712/2022 (Açar sözlər: əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı şəhəri 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar q oğlunun və İddiaçı2 Cavabdeh qarşı əmlakın özgənin qanuns uz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh q oğluna və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-485/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-0349 seriyalı 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Palçıq-oba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Xaçmaz rayonunun Palçıqoba bələdiyyəsinin ərazisində balıqçılıq təsərrüfatının yaradılması üçün q oğluna satılmış 0,20 ha torpaq sahəsi onun mülkiyyəti kimi xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

2. Xaçmaz rayon İHB-nın 440 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamından Çıxarışa əsasən Xaçmaz rayonu, Palçıqoba kənd sakini q oğluna Palçıqoba bələdiyyə ərazisində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir.

3. Cavabdeh (1-ci Tərəf) ilə q oğlu (2-ci Tərəf) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə vətəndaş q oğlu müqavilənin 1.1 və 1.2 bəndlərində qeyd edilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahələrini əvəzsiz və müddətsiz olaraq “Tərəflərin” balıqçılıq üzrə birgə müəssisəsinə verilməsini öz öhdəsinə götürmüşdür. X1 müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd e dilmiş ünvanda yerləşən 0,20 ha torpaq və göl sahəsinin birgə idarə edilməsi və mülkiyyət hüququnun nizamlanması məqsədi ilə, vətəndaş Cavabdeh “Tərəflər” arasında öz imzaları ilə təsdiq edilmiş mülki etibarnamə verilməsini öz öhdəsinə götürmüşdür. “2-ci Tərəfin” verdiyi etibarnamə ikitərəfli (yazılı) razılaşma olmadan ləğv edilə bilməz. Etibarnamə “1-ci Tərəfin” razılığı olmadan ləğv edildiyi halda, “2-ci Tərəf” aldıqlarının hamısını digər tərəfə qaytarmağa, mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini (ünvanı qeyd edilmiş torpaq sahəsində tikilmiş obyektlərin dəyəri daxil olmaq şərti ilə) pulla ödəməlidir. “1-ci Tərəf” isə etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri, ikitərəfli razılaşma ol madan, 3-cü tərəfə verildiyi halda 1-ci tərəf tam olaraq “2-ci Tərəfə” dəymiş maddi və mənəvi ziyanı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin etibarnamə vasitəsi ilə hüquqlarının nizamlanmasına 20 ədəd su hövzəsinin (yardımçı tikililəri də daxil olmaqla) tikilməsi başa çatdıqdan sonra xitam verilir. Tikinti başa çatdıqdan sonra “Tərəflər” Xaçmaz şəhəri, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin (dövlət aktı–JN0349; kod ********) X3, üstündəki bütün tikililərin isə Cavabdeh adına özəlləşdirilməsini öz öhdəsinə götürmüşlər. Mülkiyyət hüququ təsdiqləndikdən sonra gəlirdən pay bolgüsü maddə 3 ilə tənzimlənir. “Tərəflər” öz mülkiyyətlərini satmaq hüququna malikdirlər. Mülkiyyətini satmaq qərarını verdikləri halda ilk Alıcı qismində yalnız “Tərəflər” iştirak edə bilər. Mülk iyyətin dəyəri bazar qiymətlərinə uyğun hesablanır. Tərəflər razılığa gələ bilmədikləri halda, yalnız hər iki “Tərəfin” yazılı icazəsinə əsasən mülkiyyət üçüncü tərəfə satıla bilər. Vətəndaş Abdullayev X7 1.1 və 1.2ci bəndlərində qeyd edilmiş balıqçılıq təsərrüfatının yaradılması üçün lahiyə-smeta sənədlərində nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürmüşdür. Çəkilmiş xərclər ikitərəfli razılaşma yolu ilə həyata keçirilir və xərc sənədləri “Tərəflərin” imzaları ilə təsdiqlənir. Tərəflər xərc sənədlərindən əlavə digər razılaşdırılmamış xərclər haqqında iddia ilə çıxış edə bilməzlər. Müştərək müəssisənin ilkin gəliri qanunvericilik ilə nəzərdə tutulmuş xərclər çıxıldıqdan sonra hissə-hissə olaraq “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə yönəldilir. Bütün xərclər (verqi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan 50%-i “1-ci Tərəf”in yatırdığı sərmayələrin ödənişinə, qalan 50% isə Maddə 3-də qeyd edilmiş pay bölgüsünə uyğun xərclər siyahısı ilə tənzimlənir. «1-ci Tərəf»in sərmayəsi hissə-hissə ödənilərək tam geri qaytarıldıqdan sonra pay bölgüsü yenə də 3-cü maddə ilə tənzimlənir. Tikinti və göl təsərrüfatına yönəldilmiş sərmayələr “1-ci Tərəfə” tam ödənildiyi halda, balıqçılıq təsərrüfatına aid bütün göl, torpaq, tikinti və s. mülkiyyət hüququ iki “Tərəf” arasında, hər birinə 50% pay düşmək şərti ilə notarial qaydada təsdiqlənir. Bu halda tərəflər maddə 2.2də qeyd edilmiş mülkiyyət hüququnu dəyişdirməyə borcludurlar. Bütün xərclər (vergi və sosial ödənişləri, təsərrüfatın fəaliyyətini təmin edən bütün xərclər və s.) çıxıldıqdan sonra yerdə qalan vəsait üzrə pay bölgüsü 50% Cavabdeh, 40% q oğluna, 10 % isə X6 verilməsi ilə həyata keçirilir. Müqavilə tərəflər arasında 20 oktyabr 2015-ci il tarixdə imzalanmışdır.

4. Tərəflər arasında yazılıb imzalanmış qəbzə əsasən xx.xx.2015-ci il tarixli 2600 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən imzalanaraq verilmiş, İddiaçı1 tərəfindən imzalanaraq götürülmüşdür.

5. Xərc sənədlərinə əsasən xx.xx.2015-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 21000 ABŞ dolları, 220 ABŞ dolları, 2900 ABŞ dolları, 6800 ABŞ dolları, 3000 ABŞ dolları, 2000 ABŞ dolları, 1420 ABŞ dolları, 860 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və q oğlu tərəfindən imzalanaraq alınmışd ır. 6. 02.03.2015-ci il tarixində 1000 ABŞ dolları məbləğində Qırxlər Baxışova aid pulu X14 Ələkbərova vermiş, həmin məbləği X10 Baxışova çatdırması barədə qəbzi imzalamışdır. 7. "xxxx" QSC-nin pul köçürülməsi haqqında qəbzlərinə əsasən xx.xx.2015-ci il tarixində 4000 manat, xx.xx.2015-ci il tarixində 5000 manat və xx.xx.2015-ci il tarixində isə 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmiş və q oğlu tərəfindən imzalanaraq alınmışdır.

8. Xərclərin siyahısına əsasən xx.xx.2015-ci il tarixdə müəssisəyə cəmi 25400 ABŞ dolları vəsait xərclənmişdir.

9. Xaçmaz rayonu 1 saylı Notariat Kontorunun xüsusi notarisu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Baxışov X5 rayonunun Palçıqoba kəndində yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi ni qızı İddiaçı2 bağışlamışdır.

10. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir.

11. Xaçmaz rayonu 1 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4 iyun 2018-ci il tarixli etibarnaməyə əsasən İddiaçı2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi q oğluna etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsindəki icraat

12. İlk iddia üzrə iddiaçılar q oğlu və İddiaçı2 məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsi Cavabdeh geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin əvəzi, 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzi, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən onları n xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Cavabdeh ilk iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh q oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər q oğlu və İddiaçı2 müştərək qaydada onun tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində ona vurduqları maddi zərərin əvəzi kimi mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti 370000 (üç yüz yetmiş min) manatın, Qırxlər Baxışovun torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 (qırx min) manatın, balıqyetişdirmə tə sərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manatın, Qırxlər Baxışovun tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, Palçıqoba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi,kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə Qırxlər Baxışovun ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 manat pulun, Qırxlər Baxışov tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədə d su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi kimi 9180 manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən Qırxlər Baxışova əmək haqqı olaraq ödənilmiş 6800 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə və qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh təkrar vəsatəti əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, " xxxx" MMC-nin mübahisə predmeti olan müəssisəyə çəkilən xərclərin qiymətləndirilməsi haqqında Ç-168 nömrəli 22 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən sözügüdən 0.20 ha torpaq sahəsində birmərtəbəli tikili (qaraj, anbar) - 16500 manat, ikimərtəbəli tikiliyə (yaşayış, ofis) - 39000 manat, daxilində ikimərtəbəli hovuzlarla birgə olan tikiliyə - 62000 manat, açıq havada olan 10 ədəd birbirinə bitişik hovuzlara 36000 manat, açıq havada olan 8 ədəd bir-birinə bitişik hovuzlara 29 000 manat, ümumilikdə bütün tikililərə ehtimal edilən çəkilmiş xərc 182500 (bir yüz səksən iki min beş yüz) manat təşkil etmişdir.

16. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-18/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Xəlilov) ilk iddia üzrə iddiaçılar q oğlunun və İddiaçı2 ilk iddiasının İddiaçı2 münasibətdə qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 məxsus olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həm İddiaçı1 izahatına, həm də xx.xx.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən q oğlunun 2016-cı ilin əvvəllərindən ******* saylı, ********** qeydiyyat saylı 15 avqust 2017-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsindən çıxarılması halı müəyyən edilmişdir. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin 5 iyul 2017-ci il tarixli, 2(067)-2459/2017 nömrəli qətnaməsi ilə q oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin hüquqi əhəmiyyət daşımadığı müəyyən edilmişdir.

18. Məhkəmə ilk iddia üzrə iddiaçıların Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin və 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirilən mənəvi zərərin əvəzinin tutulmasına dair hissəsi barədə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

19. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə qeyd etmişdir ki, işin hallarından tərəflər arasında balıqçılıq təsərrüfatının yaradılması və təsərrüfatdan birgə istifadə ilə bağlı tərəflər razılaşma olduğu, qarşılıqlı iddia üzrə iddiaçının məhz həmin razılaşma əsasında birgə təsərrüfatın yaradılması üçün xərclər çəkdiyi, eyni zamanda 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları müəyyən edilmişdir. X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavi lə hüquqi nəticələr yaratmasa da, tərəflərin həmin müqavilə əsasında razılığa gəldiklərini və Cavabdeh məhz həmin razılaşma çərçivəsində balıqçılıq təsərrüfatına xərclər çəkdiyini təsdiq etmişdir. 2016-cı ilin əvvəllərindən ilk iddia üzrə iddiaçıların balıqçılıq təsərrüfatının yerləşdiyi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 məxsus olan Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarıldıqları və həmin vaxtdan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müəssisənin yerləşdiyi torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, məhkəmə belə hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı razılıq çərçivəsində çəkdiyi xərcləri maddi zərər kimi qiymətləndirmə klə, onların əvəzinin ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz.

20. Həmçinin, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zaur X2 aldatmaqla özünə məxsus olmayan torpaqda balıqçılıq təsərrüfatı yaradılması barədə razılığa gəlməsi və özünün Qırxlər Baxışova məxsus olmayan torpaq sahəsi üçün xərclər çəkməsi barədə iddiada qeyd edilən dəlili barədə qeyd etmişdir ki, iş materiallarında olan 4 iyun 2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən özünə məxsus olan torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi q oğluna etibar etdiyindən, Qırxlər Baxışovun həmin vaxt torpaq sahəsi barədə mülkiyyətçidən alınmış eti barnamə əsasında sərəncam vermək hüququnun olduğu müəyyən edilmişdir. İşin hallarından onun Cavabdeh aldatmaqla sonuncunun balıqçılıq təsərrüfatı yaradılması üçün xərclər çəkməsinə səbəb olmaq niyyətinin olduğu müəyyən edilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 139.3, 152.1-152.3, 157.2, 178.1, 1096, 1099-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə q anunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 3 fevral 2021ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 03-08/21 nömrəli 15 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə yaradılmış tik inti və abadlıq işləri hazırda istifadəyə yararlı olması, Xaçmaz rayonu Palçıqoba kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədi ilə abadlıq işlərinin nəzərə alınmaqla hovuz tikilişi üzrə 169900 manat, köməkçi binanın tikilisi üzrə 96050 manat, inkubator sexi üzrə 37800 manat və cari təmir işləri üzrə 10000 manat, ümumilikdə isə mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 313750 manat dəyərində müəyyən edilmişdir.

24. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən q oğlu ********** VÖEN-lə, İddiaçı2 ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN-lə "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla qeydiyyata alınmışlar.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiy a instansiyası məhkəməsi) 2(105)-546/2021 nömrəli mülki iş üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi ilkin iddiaçılar və qarşılıqlı iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğunda n, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir.

27. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.332.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 28. q oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7257/2021 nömrəli 1 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), İlqar Dadaşov və Kəmaləddin Bədəlov) q oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya sı məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 31.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-485/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsini hesab etmişdir ki, hazırkı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 139.3, 152.1-152.3, 157.2, 178.1, 1096, 1099-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu, «Torpaq qanunv ericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli müqavilə məhkəməl ər tərəfindən etibarsız hesab olunsa da, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə iddiaçı tərəf etibarsız əqd hesab olunan bu müqavilə üzrə heç bir manat vəsait xərcləmədiyi halda, faktiki dəyəri 300.000 manatdan artıq olan əmlak əldə etmiş, həmin əmlakın yaranması üçün bu vəsaiti xərcələyən cavabdeh isə heç nə əldə etməmişdir. Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tərəflər arasındakı mübahisəyə birtərəfli tətbiq olunmuş və bununla da məhkəmələr tərəfindən tətbiq edilən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur.

36. Kassator qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilkin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınsa da, həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi və orada yaradılmış balıqçılıq təsərrüfatı ilə bağlı bütün xərclər Cavabdeh tərəfindən çəkilmişdir. İşin bu halı mübahisə doğurmamış və İddiaçı1 da bütün xərcləri Cavabdeh çəkdiyini, həmçinin 6.000 manatın da maaş şəklində ona verildiyini etiraf etmişdir. İşdə olan təkzib olunmaz sübutlarla müəyyən edilmişdir ki, ilkin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində Cavabdeh vəsaiti hesabına balıqçılıq təsərrüfatı yaradılmaqla, həmin torpaq sahəsinin dəyəri 15-20 dəfədən artıq artırılmışdır və həmin artırılmalar torpaq sahəsindəki təsərrüfatla bağlı olduğundan, sonradan oradan ayrıla və götürülə bilməz. İlkin iddiaçılar heç bir hüquqi əsas olmadan faktiki Cavabdeh hesabına təsərrüfat əldə etməklə əsassız varlanmışlar.

37. Həmçinin, kassator qeyd etmişdir ki, məhkəmələr qarşılıqlı iddia ilə bağlı təqdim olunan sübutları nəzərə almamış, yaxud da onlara qanunun tələblərinə uyğun deyil, özünün qulluq mövqeyinə və şəxsi mülahizələrinə görə hüquqi qiymət vermişlər. Konkret olaraq balıqçılıq təsərrüfatının yaradılması ilə bağlı çəkilən xərcin 313.000 manatdan artıq olduğu və bu vəsaitin yalnız Cavabdeh aid olduğu məhkəmələr tərəfindən müəyyən edilsə də, Cavabdeh torpaq sahəsindən çıxarılmalı olduğu halda, həmin məbləğin hansı səbəbdən və hansı əsaslarla ona qaytarılmalı olmamasına məhkəmələr ümumiyyətlə hüquqi münasibət bildirməmiş, qarşılıqlı iddianı rədd etmişlər.

38. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 560.3.4, 1091, 1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77.1, 80, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə

13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına a lınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

46. Maddə 152.3. İst ifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

47. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq mə suliyyəti daşıyır.

51. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

52. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

53. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən e dilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

54. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır.

55. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

56. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

57. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəç ilərinin hüquqları qanunla qorunur.

58. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu

59. Maddə

10. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarı

60. Bənd

3. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir.

61. Bənd

6. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək tor pağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Plenum Qərarı

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

63. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı münasibətinə və müvafiq maddi hüquq normasının tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

74. İşin mü əyyən olunmuş hallarından görünür ki, 10 noyabr 2014-cü il tarixdə X12 Abdullayev arasında balıqçılıq təsərrüfatının yaradılması və təsərrüfatın birgə idarə edilməsi barədə müqavilə bağlanmış və bu məqsədlə İddiaçı1 mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsini təqdim etmiş, Cavabdeh isə orada su hovuzlarının və tikililərin inşa edilməsi üçün vəsait sərf etməklə təsərrüfatın fəaliyyəti təmin olunmuş və tərəflər birgə fəaliyyətə başlamışlar.

75. Balıqçılıq təsərrüfatının yaradılması üçün hovuzların və digər tikililərin inşası yalnız Cavabdeh vəsaiti hesabına həyata keçirilmişdir. 76. 2016-cı ildə tərəflərin münasibəti pozulduğundan birgə fəaliyyət göstərmələri mümkün olmamış və onlar 2018-ci ildə qarşılıqlı tələblərlə məhkəməyə müraciət etmişlər.

77. Cavabdeh kassasiya şikayətin də qətnamənin bütövlükdə ləğv edilməsini tələb etsə də, şikayətin məzmunu və eləcə də qarşılıqlı iddia ərizəsində təsərrüfatın yaradılmasına çəkdiyi xərcləri tələb etməsi belə bir qənaətə gəlməyə əsas verir ki, Cavabdeh əslində yaranmış konfliktli vəziyyətdə təsərrüfatı birgə idarə etmək niyyətində deyil, lakin təsərrüfata çəkdiyi xərclərin ona ödənilməməsi səbəbindən Baxışovlarla məhkəmə mübahisəsinə başlamış və bununla əlaqədar qəbul ediləcək qətnamənin torpaq sahəsindən çıxarılması ilə çəkilmiş xərcin ona ödənilməsinin eyni vaxtda icra edilməsini xahiş etmişdir.

78. İşdə olan və apellyasiya instansiyası məhkəməsinin əsaslandığı "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli rəyinə görə balıqçılıq təsərrüfatının yaradılması üçün hovuzların, yaşayış ofis, qaraj və anbarın tikilməsinə çəkilmi ş xərcin ehtimal olunan məbləği 182.500 manat təşkil edir.

79. Cavabdeh iddia etməsinə görə isə onun tərəfindən 20 ədəd su hovuzunun təmirtikinti işlərinə görə 370.000 manat məbləğində vəsait sərf edilmiş, İddiaçı1 torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə görə 40.000 manat, tikililərin onun mülkiyyətinə keçirilməsinə görə 18.600 manat vermiş, torpaq sahəsinin təmizlənməsi, kiçik həcmli inkubator hovuzların və s. yaradılmasına görə 21.000 ABŞ dolları, balıqların alınması, yetişdirilməsi və s.işlərə görə müxtəlif məbləğlərdə vəsait sərf etmişdir.

80. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təsərrüfatın Cavabdeh vəsaiti hesabına yaradılması inkar olunmasa da, yuxarıda göstərilən əsaslara istinad olunmaqla ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddianın isə rədd olunması qanuni və əsaslı sayılmışdır.

81. Azərbaycan Respublikası MPM-nin 217.-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

82. İşdən görünür ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd olunmasının qanuni olması barədə nəticəyə gələrkən qanunun heç bir normasına istinad etməmiş və nəticəsini qanunun tələblərinə uyğun əsaslandırmamışdır.

83. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Cavabdeh torpaq sahəsinin mülkiyyətçisini təsərrüfatın idarə edilməsindən eləcə də, gəlir əldə etməsindən kənarlaşdırması mübahisənin göstərilən qaydada həlli üçün əsas verməmişdir.

84. Halbuki, ilk növbədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması müəyyən olunmalı və mübahisə həmin normanın tələbinə uyğun həll olunmalı idi.

85. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçılara məxsus torpaq sahəsində cavabdeh tərəfindən külli miqdarda vəsait sərf olunmaqla yaradılmış vəsaitin bütünlüklə iddiaçılarda saxlanması onların əsassız varlanmasına, cavabdehin isə əmlakından məhrum olmasına səbəb olur.

86. Əgər apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıların iştirakı olmadan müəssisəni tək idarə etməklə gəlir əldə edib həmin gəlirdən iddiaçılara verməməsi qənaətinə görə qarşılıqlı iddianı əsassız sayırdısa, işdən göründüyü kimi məhkəmə həmin istiqamətdə heç bir araşdırma aparmamış və belə vəziyyətdə iddiaçıların müəssisənin gəlirindən onlara düşən payı tələb etmək hüququna malik olmasını nəzərə almamışdır.

87. Müəyyən olunduğu kimi, Cavabdeh tərəfindən təsərrüfatın yaradılması ilə əlaqədar pul vəsaiti tərəflərin ümumi razılığı əsasında sərf edil miş və müəssisənin fəaliyyəti tam təmin edilmişdir.

88. Belə vəziyyətdə tərəflərin hərəkətləri Mülki Məcəllənin 1091-1095-ci maddələrinin tələbləri baxımından qiymətləndirilməklə mübahisənin həlli imkanı araşdırılmalı idi.

89. Lakin, yuxarıda qeyd olunduğu kimi, qətnamə qarşılıqlı iddia tələbinin hər hansı qaydada təmin olunması imkanının qarşısını alan maddi hüquq normasına istinadən əsaslandırılmamaqla maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

90. Tərəflər arasında bağlanmış birgə təsərrüfatın yaradılması barədə müqavilənin notariatda təsdiq olunmaması və onun tərəflər üçün hüquqi nəticələr yaratmaması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlər qarşılıqlı iddianın rədd edilməsi üçün əsas verməmişdir.

91. Mübahisənin ədalətli həl linin təmin edilməsi üçün işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibəti mütləq nəzərə alınmalıdır.

92. Qarşılıqlı iddia ərizəsində hər iki tərəfin irəli sürdüyü iddia tələblərinin təmin olunmuş hissələrində qətnamənin eyni vaxtda icra olunması tələb edildiyindən, kollegiya hesab edir ki, qətnamə bütövlükdə ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-485/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar