Məhkəmə qərarları › İş №2(102)-3716/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3716/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3716/2021 24.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-854/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N ET D İ M: Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-854/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Şikayətin bu hissəsində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Belə ki, MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Nəzərinizə çatdırılır ki, MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada konkret iş üzrə məhkəmənin hüququn düzgün tətbiq etmədiyi ilə bağlı mövqeyi ilə yanaşı, ümumən məhkəmə təcrübəsinin dəyişdirilməli olduğuna dair mövqe də lazımi qaydada əsaslandırılmış şəkildə təqdim olunsun. Hazırki şikayətdə sadəcə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Castravel Moldovaya qarşı iş üzrə 13.03.2007-cil il tarixli qərarına istinad edilmişdir və heç bir prosessual hüquq normaları sadalanmamışdır. Bundan əlavə, həmin qərarın işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Ona görə iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-854/2021 nömrəli iş üzrə üzrə 05 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar