Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 sentyabr 2025-ci il tarixli, 2(103)5191/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 26.325,43 manat borcun- bundan 11.695,88 manat əsas, 6.682,13 manat faiz, 6.364,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.582,74 manat faiz borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-628/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 11.716,56 manat əsas borc, 6.007,57 manat faiz borcu, 100 manat cərimə, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 1.571,97 manat faiz olmaqla, cəmi 19.396,10 manatın tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-628/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5191/2025 nömrəli, 3 sentyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-628/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
5. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür.
6. Belə ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)628/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh1 tərəfindən imza çəkilməklə rəsmi qaydada alınmışdır. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdeh şikayəti xx.xx.2025-ci il tarixədək həmin tarix də daxil olmaqla məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün müddəti üzrsüz səbəbdən ötürmüşdür.
7. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 128.3, 129.3, 130.1, 130.3, 360, 363.1.3 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ilkin apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində verilməsini, apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikd ə nəzərdə tutulan prosessual müddətin üzürlü səbəbdən ötürülməsini nəzərə almamış, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul etməklə cavabdehin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Belə ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh1 tərəfindən imza çəkilməklə rəsmi qaydada alınmışdır. Cavabdeh1 tərəfindən ilkin apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu texniki yanlışlıqla 84.49 manat əvəzinə, 50 manat ödənilmişdir. Məhz bu səbəbdən apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Qərardad elektron sistemə apellyasiya şikayətinin verilməs i üçün nəzərdə tutulan prosessual müddət bitdikdən sonra yəni xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Ödənilməyən 34,49 manat dövlət rüsumu ödənilərək yenidən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. İlk şikayətin verilməsi zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməmiş və şikayət həmin müddət (1 ay) çərçivəsində verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət üzürlü səbəbdən ötürüldüyü üçün yeni apellyasiya şikayətinin verilməsi ilə bağlı müddətin bərpası barədə ərizə də təqdim edilmiş v birinci instansiya məhkəməsi tərəfindən prosessual müddət bərpa edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan hal ları nəzərə almamış, ümumiyyətlə xx.xx.2025-ci il tarixli qərardadında bu məsələlərə toxunmamış, əsassız olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab edərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhz məhkəmənin qəbul etdiyi yanlış və əsassız qərardad nəticəsində cavabdehin məhkəmə müdafiəsi hüququ məhdudlaşır. Cavabdehin apellyasiya şikayəti əsassız olaraq icraata qəbul edilmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barə də vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə
366. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiy a şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
22. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müdd ətini ötürmüşdür.
24. Belə ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən imza çəkilməklə rəsmi qaydada alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdeh şikayəti xx.xx.2025-ci il tarixədək həmin tarix də daxil olmaqla məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün müddəti üzrsüz səbəbdən ötürmüşdür.
25. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəti cəyə gəlmiş, mülki prosessual normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 sentyabr 2025-ci il tarixli, 2(103)-5191/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.