Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı alıcı institutunun tətbiqi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cav abdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-766/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 05/3156 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin 23 fevral 2006-cı il tarixli, 37201 nömrəli müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 19 iyul 2006cı il tarixli Torpaq sahəsinin Kadastr Planı əsasında 0.06 ha torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 03.10.2006-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunda qeydə alınmış 4Ə-210 reyestr nömrəli, 05 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 15.08.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-619 reyestr nömrəli, 28 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 08.09.2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi ol an 05/3156 nömrəli bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-737 reyestr nömrəli, 15 avqust 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 27.08.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı bağ sahəsinin satılmasına onun iradəsi olmadığını əsas tutaraq müqavilələrin etibarsız hesab olunması və Çıxarışların ləğv edilməsi ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Bakı Şəhər 32 saylı Notariat ofisinə və Bakı Şəhər 14 sayl ı Notariat ofisinə qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş 05.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh3 Güllməmməd oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış 28.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış 15.08.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı, 15.08.2017-ci il tarixli mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair **********41 nömrəli 08.09.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ******* saylı, 27.08.2018- ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın 22 yanvar 1989-cu il tarixli 2-ci ümumi yığıncağının 2 s aylı protokolu ilə ona torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi ilə onun arasında imzalanmış 23.02.2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Daha sonra o, həmin torpaq sahəsini AR Prezidentinin fərmanına əsasən bağ sahəsini qanuni əsaslarla özəlləşdirmişdir. Həmin sənədlər əsasında qeyd olunan torpaq sahəsinə dair ona 03.10.2006-cı il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli çıxarış təqdim olunmuş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Həmi n bağ sahəsi 1989cu ildən onun qanuni sahibliyində və istifadəsindədir, 2006-cı ildən onun mülkiyyətində olmuş, həmin bağ sahəsindən təyinatı üzrə istifadə etmişdir. Lakin 2019-cu ilin may ayında bağ sahəsində tanımadığı şəxsləri görmüş və onlardan kim olduğunu, onun mülkiyyətində olan bağ sahəsində nə etmək istədiyini soruşduqda həmin şəxs ona bağ sahəsini alğısatqı müqaviləsi əsasında aldığını bildirmişdir. O, təəccüblənərək bağ sahəsinin onun mülkiyyətinə necə keçməsini soruşmuş və ona bağ sahəsinin ona Cavabdeh1 tərəfindən satıldığını bildirmişdir. Araşdırmalardan sonra məlum oldu ki, bağ sahəsini guya iddiaçı 32 saylı notariat ofisində 05.08.2017-ci il tarixində Cavabdeh3 satmışdır. Cavabdeh3 bağ sahəsini Cavabdeh1, Cavabdeh1 isə bağ sahəsini Cavabdeh2 satmışdır. İddiaçı əslində mülki yyətində olan bağ sahəsini heç kimə satmamış, bağ sahəsini satmaq üçün notariat ofisində olmamış və alğı-satqı müqaviləsinə imza atmamışdır. Onun imzası saxtalaşdırılmış və onun xəbəri, razılığı olmadan ona məxsus bağ sahəsi Cavabdeh3 adına saxta yolla sənədləşdirilmişdir. Bakı şəhəri 32 saylı Notariat Ofisinin 09.09.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, ünvan 2 tarixdə 4Ə-210 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış 24.10.2019-cu il tarixli məktubunda qeyd olunur ki, Ədliyyə Nazirinin müvafiq əmri ilə 04.10.2011-ci il tarixdən hazırki tarixədək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələri ni icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, 05.08.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisində 4Ə-210 reyestr nömrəsi ilə 30.06.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı "Elektron notariat informasiya sistemində” İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, onun adından Cavabdeh1la imzalanmış 05.08.2017-ci il tarixli müqavilənin saxta olması aşkardır. Belə ki, müqavilə guya 32 saylı notariat kontorunda notarius Gülməmmədova Şövkət tərəfindən təsdiqlənmişdir. Halbuki yuxarıda adı çəkilən məktubdan müəyyən olunur ki, Gülməmmədova Şövkət ümumiyyətlə 32 saylı notariat kontorunda notarius kimi fəaliyyət göstərməmiş, elektron notariat informasiya sistemində isə ümumiyyətlə İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanması aşkar edilməmişdir. Göründüyü kimi, bağ sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən onun razılığı alınmamış, alğı-satqı müqaviləsi bağlanarkən imzası saxtalaşdırılmış, saxta alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 dələduzluq edərək onun mülkiyyətində olan bağ sahəsinə 15.08.2017-ci il tarixli çıxarış almış, həmin çıxarış əsasında bağ sahəsini 28.08.2017-ci il tarixində Cavabdeh1 satmış. 08.09.2017-ci il tarixində Cavabdeh1 həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Cavabd eh1 isə bağ sahəsini 15.08.2018-ci il tarixində Cavabdeh2 satmışdır. O, imzanın saxtalaşdırılması və əmlakının ələ keçirilməsi ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Hal-hazırda araşdırma aparılır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, 10 sentyabr 2020-cu il tarixli qətnaməsi (hakim O.Məmmədli) ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair tərtib edilmiş 05.08.2017-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 05/3156 saylı bağ sahəsinə dair imzalanmış 28.08.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab ed ilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 144.3, 182.1, 182.2, 324.1, 337.1-ci maddələrinə istinad etmişdir.
6. İddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(103)-766/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi X.Mərdanova, hakimlər Cavabdeh1 və F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş; Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1333/2020 saylı, 10 sentyabr 2020-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş; İddia tələbi Cavabdeh3 ilə Cavabdeh1 arasında b ağlanmış AN-İ 06266368 saylı, 28.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarı; Mülki Məcəllənin 144.1, 144.2, 144.3, 324.1, 337.1, 337.5-ci maddələri ilə əsaslandırmışdır.
9. İddiaçı kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallar la əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə ki, ona məxsus olan əmlak cinayət yolu ilə onun mülkiyyətindən çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhk əmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə.
13. Hissə
1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29 hissə 1 və
2. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bunda n başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə gostərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir.
20. Maddə. 647.1 Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
21. Maddə. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənmə lidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
22. Maddə. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
23. Maddə. 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
24. Maddə 337.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmələr müəyyən etmişlər ki, Azərbaycan SSR EA Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış “Tarixçi” B/B-nın 22 yanvar 1989-cu il tarixli 11 ümumi yığıncağının 2 saylı protokolu ilə İddiaçı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İst ismarı Birliyi ilə onun arasında imzalanmış 23.02.2006-cı il tarixli müqavilə ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. 03.10.2006-cı il tarixində verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. AN-İ ******* saylı, 05.08.2017-ci il tarixli 32 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh3 40000 manata satılmışdır. 18.08.2017-ci il tarixli, ******* saylı Azərb aycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. AN-İ 06266368 saylı, 28.08.2017-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi ilə həmin bağ sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh1 15000 manata satılmış və sonuncunun adına qeydə alınaraq Çıxarış verilmişdir. 15.08.2018-ci il tarixli 14 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiqlənmiş Daşınmaz Əmlakın Alğı-satqı müqavilə ilə bağ sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 30000 manata satılmışdır. 27.08.2018-ci il tarixli, ******* saylı A zərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla əmlak sonuncunun adına qeydə alınmışdır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Ədliyyə nazirinin müvafiq əmri ilə 04.10.2011-ci il tarixdən hazıradək Elgün İmanlı Bakı şəhəri 32 saylı notariat ofisinin, Şövkət Gülməmmədova isə Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu vəzifələrini icra edirlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, 05.08.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində daşınmaz əmlak barədə müqavilə, Bakı şəhəri 22 saylı notariat ofisində isə ümumiyyətlə notariat hərəkəti rəsmiləşdirilməmişdir. Adıçəkilən notariat ofislərinin birincisin də 4Ə-210 reyestr nömrəsi ilə 30.06.2017-ci il tarixdə başqa şəxslər arasında bağışlama müqaviləsi təsdiqlənmiş, digər notariat ofisində isə həmin ildə sonuncu reyestr nömrəsi 4Ə-120 olmuşdur. Bununla yanaşı Elektron notariat informasiya sistemində İddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanması barədə məlumat aşkar edilməmişdir.
32. Azərbaycan respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 05/3l56 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyinin 23 fevral 2006-cı il tarixli, 37201 nömrəli müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 19 iyul 2006-cı il tarixli Torpaq sahəsinin Kadastr Planı əs asında 0.06 ha torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 03.10.2006-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 32 saylı notariat kontorunda qeydə alınmış 4Ə-210 reyestr nömrəli, 05 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 15.08.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-619 reyestr nömrəli, 28 avqust 2017-ci il tarixli alğısatqı müqaviləsinə əsasən 08.09.2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 05/3156 nömrəli bağ sahəsi 14 saylı notariat kontorunda qeydə alınmış 4Ə-737 reyestr nömrəli, 15 avqust 20 18-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 27.08.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
33. Apelyasiya Məhkəməsi eyni zamanda Cavabdeh1 da vicdanlı alıcı kimi dəyərləndirmiş və qeyd etmişdir ki, vicdanlılıq prezumpsiyasına görə əldə edən onun vicdanlı sahib olmadığı sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyət çi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə olduğu təqdirdə iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması onun vicdanlı alıcı kimi hüquqlarının pozulmasına səbəb olur.
34. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının əmlakı cinayət yolu ilə onun mülkiyyətində çıxmışdır. Lakin, sonradan əmlak həmin cinayətlə əlaqəsi olmayan daha iki nəfərə satılmışdır. Cinayət təqibi orqanı tərəfindən fakta görə cinayət işi başlanmış və müvafiq araşdırmalar aparılır. Tərəflərin deməsinə görə cinayət işi artıq baxılması üçün məhkəməyə göndərilmişdir. Bu müddət ərzində əmlakı satın almış sonuncu iki nəfərin vicdanlı alıcı olmalarına şübhə doğuran hallar müəyyən edilməmişdir. Ona görə məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Gələcəkdə cinayət işinin baxışı zamanı əmlakı sonradan satın alanların vicdanlı olmalarına dair faktlar təsdiq olunarsa həmin hallar işə yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas ola bilər.
35. İddiaçıya izah olunur ki, onun əmlakının cinayət yolu ilə əlindən çıxması nəticəsində ona dəyən zərər ödənilməlidir. Bununla bağlı cinayət işinə baxılarkən və yaxud ayrıca mülki iddia verə bilər.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-766/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.