Məhkəmə qərarları › İş №2(102)-3726/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3726/2020

21.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil və Cavabdeh2 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsindən iddiaçı “xxxx” ASC kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xxxqətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) İddiaçı İKB ASC-nin Cavabdeh2 və digərlərinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin bankın yüklülüyünə qaytarılmasının reyestr orqanına həvalə edilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1xxxx saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, İ.S.Şirinov və İ.K.Xəlilov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı iddia qaldıraraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 evin 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə dair notarial qaydada bağlanmış 03 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin bankın yüklülüyünə qaytarılmasının reyestr orqanına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə d air etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin xx saylı Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs Bakı şəhəri, xx saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 41 5.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, Cavabdeh2 mübahisəli mənzili qabaqcadan əvəzi ödəməklə vicdanlı əldə etməsinə və bu səbəbdən də həmin mənzilə dair sonuncu ilə digər Cavabdeh1 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilib mənzilin bakın ipoteka yüklülüyünə qaytarılması üçün əsasların müəyyən edilməməsinə və beləliklə də iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC tərəfindən borclu X1 240 ay müddətinə, illik 15,5 faiz ödəmək şərti ilə 180.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsülü kimi 17 mart 2008ci il tarixli ipoteka müqaviləsinə əsasən borclu xx mülkiyyətində olan Bakı şəhəri, xxxxx mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr olan mənzil bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Lakin, borclu xx kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı İKB ASC borcluxx qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borclu xxxdan əsas borca görə 178.425,78 ABŞ dolları, faiz borcuna görə 36.146,92 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.500 ABŞ dollarının tutulub tələbkar İddiaçı İKB ASC ödənilməsi, tutmanın borclu xxxun mülkiyyətində olan və tərəflərin qarşılıqlı razılığı ilə 323.800 ABŞ dollarına qiymətləndirilmiş Bakı şəhəri,xxxxx mərtəbəsi ndə yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı təşkilatın tələblərindən artıq olduqda, həmin məbləğin borclu xxxa qaytarılması, həmçinin ipoteka qoyulmuş ev satıldıqdan sonra borclu xxx və digərlərinin bir ay ərzində mənzili tərk etmələri, həmin müddətdə mənzili tərk etmədikdə onların mənzildən məcburi qaydada çıxarılmaları qət edilib. Bundan sonra, borclu xx məhkəmədə xx İKB ASC və digərlərinə qarşı “hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin, həmin qeydlər əsasında verilmiş Çıxarışların ləğv edilməsi, eləcə də s özügedən mənzilin üzərində onun mülkiyyət hüququnun bərpa olunması və müvafiq qeydin aparılmasının Reyestr Xidmətinə həvalə edilməsi barədə iddia qaldırmış və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qiyabi qətnamənin icrası ilə əlaqədar olaraq mənzilin üzərində xx hüquqları bəxxxn sonra, o, 18 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh1, sonuncu isə 20 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx satıb. Sonradan İddiaçı İKB ASC ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilərək, həmin məhkəmənin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə borclu xxxun iddiası qismxxxib və yalnız h ərracın nəticələri etibarsız hesab edilib və qalan hissədə, o cümlədən ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilin üzərində ipoteka müqaviləsi əsasında ipoteka yüklülüyünə xitam verilməsi və sair hissələrdə iddia tələbləri rədd edilib. Apelyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş digər sübutları da tədqiq edərək, müəyyən etmişdir ki, sözügedən mənzil alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 10 sentyabr 2015-ci il tarixdə Cavabdeh1 adına, sonradan 20 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 05 dekabr 2015ci il tarixdə mülkiyyət hüququ üzrə xx adına qeydə alınıb. Sonradan Göyçay rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsinə ə sasən mənzilə dair Cavabdeh1 ilə xx arasında notarial qaydada bağlanmış bağlanmış 20 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Daha sonra işdən görünür ki, 03 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 mübahisəli mənzili 200.000 manata Cavabdeh2 satıb və həmin müqaviləyə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə 27 mart 2018-ci il tarixdə sonuncunun adına qeydə alınıb və hazırda həmin mənzil onun mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 337.1-337.4-cü maddələrinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb q eyd etmişdir ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.Vəkilnın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələ rin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqeyin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndir ililir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşıb qeyd etmişdir ki, Cavabdeh2 sözügedən mənzili vicdanlı əldə edən olduğundan və həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmadığından, onunla Cavabdeh1 arasında 03 mart 2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilə bilməz. İddiaçı təşkilat apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərin qoyum olduqlarını və bu səbəbdən də Cavabdeh2 vicdanlı alıcı sayılmadığını, yəni hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin legitim sizliyi barədə onlarda müəyyən şübhələr yarandığını və sair göstərsələr də tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən fa ktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, sözügedən alqı-satqı müqaviləsi üzrə tərəflərin, yəni satıcı Cavabdeh1 ilə Cavabdeh2 qohum olmaları mülki iş materialları ilə istisna olunur, həmçinin işdə, mübahisələndirilən alqı-satqı müqaviləsinin legitimsizliyini özündə ehtiva edən heç bir sübut yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (Mülki Məcəllənin 148.2. maddəsi). B u baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, sözügedən mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələblərinə, o cümlədən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına riayət edildiyindən, həmin müqavilə üzrə Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onun əmlak hüquqları müdafiə edilməlidir. Mülki qanunverciliyə görə reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qey ri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaə tə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar