Məhkəmə qərarları › İş №2(102)-3726/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3726/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-784/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnamə sindən X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh1 əvvəlki “X” indiki İddiaçı X 2014-cü il 27 mart tarixli kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 70000 manat borc almışdır.

2. Həmçinin iş materiallarından görünür ki, 2014-cü il 27 mart tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində və istifadəsində olan xxxx sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 23.04.2013-cü il tarixli xxxxx №-li ipoteka müqaviləsinə edilmiş xxx №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 42.000 manat məbləğində qiymətləndirilmişdir.

3. Eyni zamanda iş materiallarından görünür ki, 2014-cü il 27 mart tarixli kredit müqaviləsinin təminatı olaraq X1 mülkiyyətində və istifadəsində olan xxxx torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi 23.04.2013-cü il tarixli xxx №-li ipoteka müqaviləsinə xxx №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 30.000 manat məbləğində qiymətləndirilmişdir

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 27.03.2014-cü il tarixli xxxxx saylı kredit m üqaviləsi üzrə Cavabdeh1 19 fevral 2019-cu il tarixə banka olan borcu 13.775 manat 47 qəpik təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 19 fevral 2019-cu il tarixə banka olan əsas kredit borcu 14327,66 manat, faiz borcu 929,31 manat təşkil edir. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2020-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan xxxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin bazar qiyməti 95000 manat, likvid qiyməti 85000 manat təşkil edir. 7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2020-ci il tarixli xxx nömrəli rəyindən görünür ki, X1 mülkiyyətində olan xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti 50000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X xeyrinə 2014-cü il 27 mart tarixli xxxx №-li kredit müqaviləsi üzrə 22641.47 manat əsas, 16119.79 manat hesablanmış faiz, cəmi 38761.26 manat borcu; hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) ə vəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; ipoteka predmeti 42000 manat qiymətləndirilməsi və borcun əvəzi xxxx, Cavabdeh1 mülkiyyətində istifadədə olan xxx küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi; ipoteka predmetinin 30000 manat qiymətləndirilməsi və borcun əvəzinin xxx şəhəri, X1 mülkiyyətində istifadədə olan xxxx küçəsi döngə 4- də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; xxx şəhəri, Cavabdeh1 mülkiyyətində istifa dədə olan xxx küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində yaşayanlar - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X4 mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılması; xxx şəhəri, X1 mülkiyyətində istifadədə olan xxxx küçəsi döngə 4-də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evində yaşayanlar - X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılması; Girov qoyulmuş əmlak borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehdən ümumi qayda da tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki x indiki İddiaçıdan 2014-cü il 27 mart tarixli xxx №-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 70000 manat borc almışdır. 2014cü il 27 mart tarixli xxx №-li kredit müqaviləsinin təminatlarıı olaraq: xx şəhəri, Cavabdeh1 mülkiyyətində istifadədə olan xx küçəsi, 01 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 27.03.2014-cü il tarixində 23.04.2013-cü il tarixli xxxx №-li ipoteka müqaviləsinə edilmiş 02 №-li əlavə ilə yüklü edilmişdir; xx şəhəri, X1 mülkiyyətində istifadədə olan xxx küçəsi döngə 4-də 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 46 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi 27.03.2014-cü il tarixində 23.04.2013-cü il tarixli xxxx№-li ipoteka müqaviləsi 02 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edild ikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2019-cu il fevralın 19-dək Cavabdeh1 İddiaçı X 2014-cü il 27 mart tarixli xxxx №-li kredit müqaviləsi üzrə 22641.47 manat əsas, 16119.79 manat hesablanmış faiz, cəmi 38761.26 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər.

10. Qəbələ Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tаrixli, 2(025)-1168/2019 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia qismən təmin edilmiş, 27.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13775,47 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı X ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan xxxşəhəri, xxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,1 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 42000 manat müəyyən edilməsi, tutmanın X1 mülkiyyətində olan xxx şəhəri, xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşay ış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı X ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan xxxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, X1 mülkiyyətində olan xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, 200 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir..

12. Bundan başqa İddiaçı X borcluya kredit müqaviləs i üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir.

13. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı X ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, “İpoteka haqqında” Qanunun 34.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən İddiaçı BO KT ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-784/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) İddiaçı X və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(025)-1168/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə borc və ipoteka predmetlərinin qiyməti hissəsində dəyişdirilərək əsas kredit borcunun 14327,66 manat, faiz borcunun 929,31 manat məbləğində, Cavabdeh1 mülkiyyətində olan xxxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0,1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 85000 manat və cavabdeh X1 mülkiyyətində olan xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun İddiaçı X tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi, eyni zamanda ipoteka perdmetlərinin qiymətləndiril məsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun Cavabdeh1 tutulması və müstəqil qiymətləndirici "xxxx" MMCnin (VÖİN **********, H/H: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ**********0000001944, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 19 fevral 2019-cu il tarixə banka olan əsas kredit borcu 14327,66 manat, faiz borcu 929,31 manat müəyyən edilmişdir.

18. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər Cavabdeh1 mülkiyyətində olan ipoteka p redmetinin ilkin satış dəyərinin 42.000 manat, X1 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış dəyərinin 30.000 manat olması barədə razılığa gəlmişlər. Razılaşma zamanı ipoteka predmeti olan daşınmaz əmlaklar üzrə heç bir qiymətləndirmə aparılmamışdır. Həmin razılaşma 2014-cü ildə olmuşdur.

19. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının 12 may 2020-ci il tarixli, 2(107)-784/2020 saylı qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan xxxx yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin və cavabdeh X1 mülkiyyətində olan xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi və müvafiq rəylər verilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. 20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2020-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan xxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin bazar qiyməti 95000 manat, likvid qiyməti 85000 manat təşkil edir. 21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 sentyabr 2020-ci il tarixli 11/1 nömrəli rəyindən görünür ki, X1 mülkiyyətində olan xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti 50000 ma nat təşkil edir.

22. Məhkəmə kollegiyası ipoteka predmeti olan xxxx küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 m2 yaşayış, 78.68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinin likvid qiymətinin 85000 manat, xxxx küçəsi döngə 4-də yerləşən 1 mərətəbəli, 2 otaqlı, 44 m2 yaşayış, 46 m2 köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin isə likvid qiymətinin 50000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşmışdır. Belə ki, həmin qiymətləndirmə rəyləri daha çox reallığı əks etdirir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə ol an təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert və qiymətləndirmə rəylərini tədqiq edərək, araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert və qiymətləndirmə rəyi sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş et di.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma a parmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının əsas və faiz borcunun tutulması hissəsində ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

33. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

34. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

35. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

36. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yer də lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

37. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

38. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

39. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

40. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) “İpoteka haqqında” Qanun

41. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

42. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

43. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma nın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

44. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

45. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə

46. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

47. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

48. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

49. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdı rma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən əsas və faiz borcunun tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə əsas və faiz borcunun tutulması hissəsində düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğvi üçün qanuni əsas ola bilməz.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-784/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar