Məhkəmə qərarları › İş №2(102)-3729/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3729/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3729/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin kreditor qarşısında məsuliyyəti, sübut etmə yükü). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4619/2024 nömrəli, 2 avqust 2024cü il tarixli qətnaməsind ən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 faizlə 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir.

2. X2 banka xx.xx.2023-cü il tarixə 5783,31 manat və xx.xx.2023-cü il tarixə kart limiti üzrə 999,91 manat borcu vardır.

3. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X2 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olm uşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 5783,30 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 5783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1001,88 manat borcun və ödənilmiş 87,86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum anası X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kən ar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-34370/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

7. Məhkəmə baxışında cavabdeh iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, anasının kredit götürməsindən, həmçinin ödənilməmiş kredit öhdəliklərinin olmasından xəbərsizdir. O, anasının yeganə vərəsəsi olmuş, tələb olunan borcla bağlı iddiaçı tərəfindən ona heç bir məlumat verilməmiş, xəbərdar edilməmişdir. Hazırda da tələb olunan kredit məbləğini qaytarmağa maddi imkanı yoxdur, kirayədə qalaraq, himayəsində iki azyaşlı uşağı vardır. Anasından ona heç bir miras əmlak qalmamışdır. O, anasının vəfat etməsi səbəbi ilə əlaqədar verilən 3 aylıq pensiya həcmindəki ölüm pulunu onun dəfn mərasimin keçiri lməsinə xərcləmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1821/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 1371 manat məbləğində kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Həqiqət Mahmudova)

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X2 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququdur.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetiril məməsi, ona çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıması və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1371 (min üç yüz yetmiş bir) manat məbləğində, yəni ona çatan miras payı həcmində kredit borcu, dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaiti tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 739, 741, 1255-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti v erərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh miras əmlakı, yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul etməklə yanaşı, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, cavabdeh miras əmlakı tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi də öz üzərinə götürmüşdür.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4619/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Vahid Sadıqov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X2 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyini 1371,24 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur və bu, Mülki Məcəllənin 1306-cı maddəsinin tələbinə uyğundur.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 427.3, 739, 1146, 1255, 1306.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayəti və oba qarşı etirazın nə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, Bankın cavabdehə qarşı iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə miras qoyanın borcunun mirasdan çox olmasını araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən, vərəsə miras qoyanın bo rclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

739. Kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Buna görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni düzgün hesab etmir.

25. İddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir.

26. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, cavabdeh kredit müqaviləsi üzrə mirasqoyan X2 vərəsəsidir və cavabdeh miras əmlakdan 1/1 (tam) hissədə pay almış və miras 1371,24 manat məbləğində pul vəsaitindən ibarət olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayarkən) cavabdehin iddiaçı qarşısında öhdəliyinin 1371,24 manat ilə məhdudlaşmasına əsaslanmış və Mülki Məcəllənin digər maddələri ilə yanası, 1306.1-ci maddəsinə də istinad etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinə düzgün isti nad etsə də, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək etmək yükünü iddiaçının üzərinə qoymuşdur.

29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür.

30. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir.

31. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

32. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

33. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

34. İşdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, apellyasiya in stansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını – Mülki Məcəllənin 1307-ci maddəsini pozmuşdur.

35. Halbuki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi üçün elə həmin Məcəllənin 1307-ci maddəsində göstərilən hal – mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilməli, bundan çıxış edərək sübut etmə yükü düzgün bölüşdürülməklə iddiaya qiymət verilməli idi.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həm in hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4619/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş hə min hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar