Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-373/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassa məxaric orderi olmadan kredit borcunun tələb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-146*/2*22 nömrəli, 26 sentyabr 2*22-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 16*.921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 5* qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 2* 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 1* 996 (on min doqquz yüz doxsan altı) manat 3* qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin 24.12.2*14-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcunun və «mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödəni lmiş 3* (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan *.*21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.* yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, borclu müq avilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmiş, nəticədə banka borcu yaranmışdır.
3. Cavabdeh1 bildirir ki, ipoteka müqaviləsi qanunsuz bağlanıb, belə ki həmin evdə onun ailə üzvləri qeydiyyatdadır, amma heç birinin razılığı alınmadan bu müqavilə bağlanıb. Atası yaşlı adam olub, evi ipoteka ilə yüklü edilməsi barədə bağlanmış müqavilənin qanuni əsaslarını bilmədən imzalayıb. Ona görə də, iddia tələbini qəbul etmir.
4. İşin halına görə, 18.*4.2*13-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 6* ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 2**.*** (iki yüz min) manat məbləğində kredit vəsaiti verməyi öhdəsinə gö türmüşdür.
5. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan *.*21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.* yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş *9.1*.2*2*-ci il tarixli “Qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, 22.1*.2*13-cü ildə vəfat etmiş Cavabdeh2 vərəsəsi Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan Cavabdeh1dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. Quba Rayon Məhkəməsinin 19 aprel 2*22-ci il ta rixli, 2(*27)-51/2*22 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 16*.921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 5* qəpik məbləğində əsas borc, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik məbləğində faiz borcu, 475 (dörd yüz yetmiş beş) manat 93 qəpik cərimə borcu, 1* 996 (on min doqquz yüz doxsan altı) manat 3* qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, cəmi 172.769 ( yüz yetmiş iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 3* (otuz) manat məbləğdə pul vəsaitinin tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2*12-ci il tarixdə qeydiyyata alınm ış seriya RX № **8*465, Reyestr nömrəsi 3*3*12***519-1*3*1, Qeydiyyat nömrəsi 2812*15668 olan “Çıxarış”a əsasən X4 məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan *,*21 ha torpaq sahəsində yerləşən 273.3 kv.metr ümumi, 84.3 kv.metr yaşayış, 189 kv.metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 1** *** (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-nə olan kredit borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qar şılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti olan əmlakın qiyməti tərəflərin razılığa əsasən 1**.*** manat məbləğində qiymətləndirildiyindən həmin əmlak 1**.*** manat dəyərində müəyyən edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 442, 443.1, 445.1, 445.2, 279, 448.1, 449.1, İpoteka haqqında Qanunun 33, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın tə min edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə bir dəfə iştirak etmiş və proses zamanı bildirmişdir ki, kredit müqaviləsinə imza atmamış, bundan əlavə ipoteka müqaviləsi qanunsuz bağlanmışdır. Belə ki, Cavabdeh2 məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan *.*21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.* kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evində özü, həyat yoldaşı X1 və övladları X2, X3 və Cavabdeh2 Pərviz oğlu qeydiyyatda olmuşlar, lakin buna baxmayaraq evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Kredit müqaviləsində iki tərəf var: borc verən və borc ala n. Əgər özü kredit müqaviləsinə imza etməmişdirsə, borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
12. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*5)-146*/2*22 nömrəli, 18 iyul 2*22-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1* avqust 2*22-ci il tarixli, 4/1116 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 18.*3.2*13-cü il tarixli, *53/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2*13-cü il tarixli, *53/13 saylı İpoteka müqavil əsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), F.Məmmədov və İ.Dəmirov) 2(1*5)-146*/2*22 nömrəli, 26 sentyabr 2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin bütünlüklə ləğv edilməs i və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertizadan rəy gəldikdən sonra məhkəmə kassatora bildiriş göndərməmiş və məhkəmə iclası barədə məlumatı olmamışdır. Ekspert qarşısında qoyulan suallar yalnız kredit müqaviləsi və ipoteka müqaviləsindəki imzaların kimə məxsus olması barədə olmuşdur ki, əsas məsələ pulun bankın kassasından alınmasını təsdiq edən yeganə sənəd – kassa məxaric orderi hesab olunur ki, kassa məxaric orderi də iş materiallarında mövcud deyil. Məhkəmə prosesi barədə məlumatı olsaydı, həmin ekspertin dəvət edilməsi və ona bəzi suallar verilməsi üçün vəsatətlə müraciət edərdi. Ekspert rəyi ilə faktiki vəziyyət arasında ziddiyyətlər aşkar edilmişdir. b)Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hər əkət etməlidir.
19. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 739.1. Borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
31. Maddə 42*. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzr ə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə iddia tələblərinə baxılarkən məhkəmələrin iddia tələbinin və etirazın dəlillərindən asılı olmayaraq mütləq qaydada araşdırmalı olduğu hallar vardır: kredit müqaviləsinin bağlanıb-bağlanmaması, həmin müqavilənin etibarlı olub-olmaması, kredit müqaviləsi üzrə razılaşdırılmış məbləğin həqiqətən verilib-verilməməsi.
37. Kassasiya şikayətinin də dəlili məhz bundan ibarətdir ki, pulun bankın kassasından alınmasını təsdiq edən sənəd – kassa məxaric orderi iş materiallarında mövcud deyildir.
38. Kassasiya şikayətinin həmin dəlili aşağı instansiya məhkəmələrində irəli sürülməsə də, mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yeti rilməsindən əmələ gəldiyindən məhkəmələr etirazın və şikayətin dəlillərindən asılı olmadan həmin halın mövcud olub-olmamasını araşdırmalı idi.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında, o cümlədən, iddia ərizəsinə qoşma edilmiş sənədlərin siyahısında (mülki iş, səhifə 5) kassa məxaric orderi müəyyən edilmir.
40. Belə ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranması anı qeyd edilən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pul məbləğinin cavabdehə verilməsi ilə yaranır və iddiaçı hüquqi şəxs olduğundan bu hal müvafiq kassa məxaric orderi ilə və yaxud pulun hesabdan-hesaba keçirilməsi barədə sənədlərlə sübut edilməlidir.
41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən müqavilə üzrə öhdəl iyin icra edilib-edilməməsinə ətraflı araşdırma aparmadan hüquqi qiymət vermişdir.
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq araşdırma aparmaqla mübahisəni həll etməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-146*/2*22 nömr əli, 26 sentyabr 2*22-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.