Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3742/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)xxx/2 019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli M107/OM/KM saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 5000 manat cərimə faizi olmaqla, cəmi 105483,07 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə ******* ***, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahədən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) -1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılmış, və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********7606301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu, Əbdülkərim Mehm andarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərə k, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-585/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə Cavabdeh "İddiaçı” ASC-yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 5000 manat cərimə olmaqla, cəmi 105483,77 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********7810301, Qeydiyyat nömrəsi üzrə ****** ****, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter "A”- 1 mərtəbəli, 78.1 kv.m yaşayış sahədən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter "B” (Talvar) -1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixliçıxarışa əsasən, Gəncə şəhər, ünvan 1-də istifadədə olan 0,016 h a torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeydi yaşayış binasına yönəldilərək açıq hərracda satılması, həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********7606301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011- ci il tarixli Gəncə şəhəri, ünvan 1-də istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiymətinin isə 55000 manat müəyyən edilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulmasıqət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli M107/OM/KM saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASCyə olan 125.241.66 əsas, 8.628.14 manat faiz,46.886.21 manat cərimə faizi olmaqla, cəmi 180.755.69 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010- cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- 1 mərt əbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011 -ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, ünvan 1-də istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hes abına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli M107/OM/KM saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan 98992,96 manat əsas, 1490.81 manat faiz, 46886.21 manat cərimə faizi olmaqla, cəmi 147369.98 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ö dənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter "A”-1 mərtəbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter "B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, Nizami rayonu Əbdülkərim Mehmandarov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeyri yaşayış binasına yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh oğlu və vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr borcla bağlı iddiaçının dediklərini qəbul etmişdir. Lakin iddiaçının dediklərinin cavabdehin göstərdiklərindən üstünlüyünün nədən ibarət olduğu, hansı səbəbdən borcla bağlı cavabdehin dediklərini deyil, iddiaçının dediklərini qəbul etdiyini şərh etməmişdir. Əslində kredit üzrə borc məbləğinin müəyyən edilməsi hüquqi məsələdən kənar olmaqla, bu sahədə xüsusi biliyə malik ekspertlərin cəlb edilməsi ilə həlli mümkündür. Ona görə də bu məsələ ilə bağlı yaranmış mübahisəni məhkəmə kollegiyası ekspert rəyi əldə etməklə, üçüncü sərbəst sübutla aradan qaldırmalı idi. Halbuki, apelyasiya şikayətinin dəlillərindən biri faizlərin hesablanması, ödənişlərin təyinatı üzrə sərfinin müəyyən edilməsi və si linməsinin nəticəsinə görə hesablamaların aparılması kimi məsələlərin həllində bu sahədə xüsusi bilik tələb olunan mütəxəssisin cəlbi ilə iş üzrə obyektiv nəticə əldə edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin vacib olduğu, lakin birinci instansiya məhkəməsinin bunu etməməsi olmuşdur. Bundan başqa, ipotekaya qoyulmuş əmlakların dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə rəyi təyin edilsə də, aşkar şəkildə pozuntulara yol verilmişdir. Belə ki, qiymətləndirmə mütəxəssisi ipoteka predmeti olan yaşayış evinin dəyərini 65000 manat müəyyən etdiyi təqdirdə, məhkəmə kollegiyası tərəflər arasında olan ipoteka müqaviləsində qeyd olunan məbləğə istinad edərək, ilkin satış qiymətini 55000 manat müəyyən etmişdir. Halbuki, ipoteka edilmiş əmlak ipoteka müqaviləsi bağla ndığı 2015-ci ildə qiymətləndirilmiş, indiyə kimi ötən dövr ərzində əmlak bazarında manata nisbətdə qiymətlər düşməmiş, əksinə artmışdır. Həmin əmlaklarda cavabdeh tərəfindən yaxşılaşdırma işləri də aparıldığı baxımından hazırki dəyərinin əvvəlkindən çox olduğu bəllidir. Faktiki əmlak bazarında ipoteka predmeti olan Gəncə şəhərində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırda minimum bazar dəyəri 400000 manat, Xaçmaz rayonunda yerləşən bağ sahəsi, üzərində bağ evi isə 120000 manat civarındadır. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Aşkar vəziyyətdir ki, şikayət olunan qətnamənin düzgün qəbul edilməməsinə səbəb cavabdeh olaraq kassatorun məhkəmədə iştirakının təmin edilməsi üçün lazımi tədbirlərin görülməməsi ilə başlamış, apelyasiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessua l normaların pozuntusundan irəli gəlmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili Ağamoğlanov Əlövsət Hüseyn oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Məmmədov Zamin Əli oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 107/OM/KM saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% faiz olmaqla 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 107/OM/KM saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********78-10301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0090938, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Liter “A”- lmərtəbəli, 78.1 kv.m yaşayış sahəsindən, 51.7 kv.m yardımçı sahədən, 129,8 kv.m ümumi sahədən və Liter “B” (Talvar) - 1 mərtəbəli, 12,2 kv.m tikintialtı sahəsi ibarət 4 otaqlı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin kredit müqaviləsinin təminatı olar aq Bankla Cavabdeh arasında xx.xx.2015-ci il tarixli № 107/OM/İP-l saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus olan DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********76-06301, Qeydiyyat nömrəsi üzrə **********, Seriya MA 0298730, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhər, ünvan 1-də istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 238.8 kv.m qeydi yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlaklar müqavilələr üzrə müvafiq olaraq 55.000 manat və 300.000 manat dəyərində müəyyən edilmişdir. İddia tələbinin kredit və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən apelyasiya kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdehin banka olan borcun məbləği Bankın təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən olunur, həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Apelyasiya şikayətində kredit borcunun düzgün hesablanm aması ilə bağlı hər hansı sübut yoxdur. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3 -cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqavilələri bağlanarkən Cavabdeh məxsus olan Gəncə şəhəri, ünvan 1-də istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının bazar dəyəri 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair təqdim edilmiş ekspert rəylərinə əsasən, ipoteka predmetlərinin dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: -“xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli Ç-419 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair hesabatından görünür ki, Gəncə şəhəri, ünvan 1-də istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti 240000 manat təşkil edir. “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 0320/19/TUB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair he sabatından görünür ki, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv.m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti 65000 manat təşkil edir. Apelyasiya kollegiyası hesab etmişdir ki, Gəncə şəhəri, ünvan 1-də istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 238.8 kv.m ümumi sahədən ibarət yaşayış binasının real bazar qiyməti sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 300.000 manat; Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində, yerləşən 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 129.8 kv.m ümumi, 78.1 kv. m yaşayış, 51.7 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 12.2 kv.m olan talvardan (liter B) ibarət fərdi yaşayış evinin real bazar qiyməti sonrakı ipoteka müqaviləsində göstərildiyi kimi 55.000 manat müəyyən edilməlidir. Belə ki, tərəflər müqavilədə həmin məbləğlər barədə razılığa gəlmişlər və iddiaçı həmin məbləği mübahisələndirməmiş, cavabdeh tərəfindən isə digər məbləğlər barədə sübutlar təqdim edilməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də cavabdeh borc məbləği ilə bağlı ekspertiza təyin edilməli olduğunu, ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini, cavabdehin məhkəmədən iştirakı nın təmin edilmədiyini dəlil olaraq göstərmiş, lakin apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, müəyyən edilən borc məbləği maliyyə arayışına istinadən müəyyən edilmiş, cavabdeh isə həmin arayışın qeyri-mətəbərliyi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı isə apelyasiya kollegiyası düzgün olaraq tərəflər arasında razılaşma əsasında müqavilə üzrə müəyyən edilmiş məbləği əsas götürmüşdür. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş və cavabdehin məlumatlı olmasını təsdiq edən poçt xəbərnaməsi də iş materiallarına əlavə edilmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibs ə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən ipoteka saxlayan b u Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qan unla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3742/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3742/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver