Məhkəmə qərarları › İş №2(102)-3743/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3743/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3743/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin b bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4291/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 183 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla, müddətsiz olaraq işə götürülmüşdür. 2. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin strukturunda bəzi dəyişikliklərin edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli əmrinə əsasən, “ölkəmizdə pandemiyanın təsirləri və regionda baş verən geosiyasi dəyişikliklər "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmiryolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmışdır. Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə və həmin işçilərə qarşılıqsız əmək haqlarının ödənilməsinin mütəmadi xarakter almasına gətirib çıxarmışdır. Eyni zamanda ölkə üzrə minimum əmək haqqının artırılması, bununla müşayiət olunan infrastrukturun saxlanılması ilə əlaqədar ümumilikdə əməliyyat xərclərinin yüksəlməsi sərnişin daşımaları xidmətinin maya dəyərinin artmasına səbəb olmuşdur. Sərnişin daşımaları departamentinin müvafiq sahələrində risklərin azaldılması, xərclərin qarşılanmasındakı təsi rlərin yumşaldılması, bu sahədə rasionallaşdırmanın təmin edilməsi, işçilərin işin həcminə uyğun optimal sayının müəyyənləşdirilməsi və bundan irəli gələn məsələlərin təmin edilməsi məqsədilə İnsan Resursları idarəsinin xx.xx.2022-ci il tarixli 162458 nömrəli xidməti məruzəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsinin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq Sərnişin daşımaları departamentinin aparatının və İstismar xidmətinin ştat cədvəllərinə dəyişikliklərin təsdiq edilməsi, Sərnişin daşımaları departamenti İnsan resursları idarəsi ilə birlikdə bu əmrin 1-ci bəndinə uyğun olaraq sərbəstləşəcək işçilərə münasibətdə Azərbaycan Respublikasının əmək qanunvericiliyind ə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin həyata keçirilməsi, mümkün məşğulluğun təmin edilməsi istiqamətində işlərin aparılmasını və sosial dəstəyin göstərilməsini təşkil etmələri, ADY və Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2018-ci il tarixli birgə əmr-qərarı ilə müəyyən edilən əlavə təminatların tətbiqindən irəli gələn tədbirlərin görülməsi”... əmr edilmişdir. 3. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən aşağıdakı ştat vahidlərinin çıxarılması haqqında cədvələ əsasən, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır. 4. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi ştatının ixtisar olunmuşdur. Bu xəbərdarlığın alındığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Bu xəbərdarlıq müddətində iradəsinə uyğun olaraq qabaqcadan razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılmaqla yanaşı məşğulluğunun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələlərinə baxılacaqdır. Yazılı razılığı olduğu təqdirdə Azərba ycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2020-2022-ci illər üçün X6”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verən (ixtisarın təsirinə məruz qalan) işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur.

5. Azərbaycan Dəmiryolçularının Müstəqil X3 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışına əsasən, İddiaçı tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmiş, "xxxx" QSC tərəfindən verilmiş “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmrə əsasən, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci madd əsinin “b” bəndinə əsasən ləğv edilməsi, Maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi 28 təqvim günü (xx.xx.2021xx.xx.2022-ci iş ili üçün 8 təqvim günü, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü) əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi və s. barədə əmr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QS C-nin sədri X1 xx.xx.2023-cü il tarixli 13-1/3-10 22735/2023 saylı əmrini, yəni iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 13- 1/3-1022735/2023 saylı əmrinin ləğv edilməsi, 26 noyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, iddiaçının yenidən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa edilməsi, 26 iyul 2023-cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İdd iaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin sədri X1 xx.xx.2023-cü il tarixli 13-1/3-10-22735/2023 saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri X2 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etmə li, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. İddiaçının məlumatlı olmasını 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına, 2023-cü ilin oktyabr ayında isə X 4 Xidməti Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanan müraciətlər sübuta yetirmişdir. Hazırkı mübahisədə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 300-cü maddəsində sadalanan maddələrin tələblərinə tam əməl edilmişdir. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan, müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsus olmuş və Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan hallarda bu hüququndan istifadə etmək imkanı işəgötürənə verilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya 31 may 2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildiriş i təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə əmək kitabçasının alınması barədə məktub göndərilmişdir. İddiaçı hüquqlarının pozulması barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişdir. ADY-yə mediasiya təklifi yalnız xx.xx.2024-cü ildə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə aray ışı əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Diqqət yetirildikdə və tarixlər hesablandıqda görünmüşdür ki, iddiaçı 1 ay iddia müddətini ötürmüşdür.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2009/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh cəmiyyət tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edilmiş və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. Həmin məktubda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi, bu müddət ərzində hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradı lması, hətta məşğulluğun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələsinə baxılacağı və s. barədə məlumat verilmişdir. Lakin, xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. Kifayət qədər müddət (1 ildən çox) keçdikdən sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X3 Heyətinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə razılığın alınması üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Dəmiryolçularının Müstəqil X3 Heyətinə cavabdeh cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmiş dir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qeyd olunan hərəkətləri tərəflərin iradə ifadəsinin zədələnməsinə yol açmışdır. Belə ki, 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin istədiyi vaxt, yəni 9 təqvim həftəsindən 6 ay, 9 ay, 1 il və ya daha çox müddət keçdikdən sonra belə müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassız olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmiş müddətlərin mahiyyəti işçinin həmin ştatın ixtisar olunacağı barədə məlumatının olması və həmin müddət ərzində özünə yeni iş yeri tapmaq məqsədi daşıyır. Qanunla müəyyən edilən müddət keçdikdən sonra işəgötürənin istədiyi vaxt əmək müqaviləsini ləğv etməsi əsassızdır. Əgər qanu nvericilikdə müəyyən edilən müddət keçirsə və işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmirsə, işçidə artıq əmək müqaviləsinə xitam verilməyəcəyi fikrinin yaranması kifayət qədər ağlabatandır. Çünki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Hətta, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X3 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Belə ki, əgər təşkilat razılıq verməkdən imtina etsə, işçiyə heç bir ehtiyac olmadan həftədə bir dəfə iş axtarması üçün icazə verilmiş olacaq və nəticədə həm işəgötürənin işçinin əməyindən istifadəsi üzrə münasibətlərə zərər dəymiş, həm də işçinin yeni iş yeri tapmaq üçün əmək sərfi boşa getmiş olacaq.

12. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin digər normaları (hazırkı iş üzrə ƏM-nin 77 və 80-ci maddələri) qeyd olunan prinsiplərə zidd şəkildə tətbiq edilə bilməz. Lakin, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən işçinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əməl etməmiş, özündən iqtisadi cəhətdən asılı olan işçinin qanunla qorunan mənafelərini pozmuşdur.

13. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab etmiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, həmin ərizəni araşdıraraq məhkəmə hesab etmişdir ki, ərizə əsaslıdır və hazırkı iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməlidir.

14. Belə ki, iddiaçı iddia ərizəsində “əmrin surətinin xx.xx.2024-cü il tarixdə ona təqdim edilməsini, cavabdeh müəssisədən dəfələrlə istədiyinə baxmayaraq müraciətlərinə baxan olmadığını və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğunun ona bildirilməsini” qeyd etmişdir.

15. Mülki işin materiallarında olan sənədlərdən görünmüşdür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əmək kitabçasını götürmək üçün cavabdeh cəmiyyətin inzibati binasına yaxınlaşması barədə iddiaçıya məktub göndərilmiş və çatdırılmışdır. İddiaçı isə cavabdeh cəmiyyətə əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ona təhvil verilməsi haqqında məktub göndərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, əmək kitabçasının gec təhvil alınması iddiaçının hərəkətsizliyi nəticəsində baş vermişdir.

16. Həmçinin mülki işin materiallarında olan sənədlərdən görünmüşdür ki, iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmişdir. Bu, iddiaçı nın əmək müqaviləsinə xitam edilməsi barədə, eləcə də hüquqlarının pozulduğunu bilməsi barədə məlumatı olduğunu heç şübhəsiz təsdiq edən faktlardır. Müvafiq dövlət orqanlarından aidiyyəti üzrə cavabdehə göndərilmiş məktublara cavabdeh tərəfindən baxılıb müraciət müəllifinə, yəni iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir ki, cavabdeh müəssisə tərəfindən ona dəfələrlə məktublar göndərilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin normalarını formal əsaslarla tətbiq etmək məhkəmə tərəfindən yolverilməz hesab edilmiş, yəni əmək kitabçasını və əmək müqaviləsinin ləğv edilməsi barədə əmri iddiaçının xx.xx.2024-cü il tarixdə alması və bu səbəbdən iddia müddətinin ötürülməməsi barədə dəlili məhkəmə tərəfindən əsassız o laraq qəbul edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə və ya mediasiyaya müraciət etmək üçün əmək kitabçasının və ya əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin iddiaçıya təqdim edilməsi mütləq deyildir. Əgər məhkəmə iddiaçının gətirdiyi formal əsaslarla mübahisəyə yanaşsa, bu zaman belə anlaşılır ki, iddiaçı mediasiya təklifini göndərdiyi vaxt öz hüquqlarının pozulduğunu bilməmişdir. Mediasiya təklifi göndərilən vaxt hüquqlarının pozulmasını bilməmək isə kifayət qədər absurd və məntiqsizdir. Çünki, xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmiş, daha sonra - xx.xx.2024-cü il tarixdə isə əmək kitabçası təhvil alınmışdır. İddiaçı yalnız müvafiq dövlət orqanlarına məktub göndərərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Deməli, iddiaçı öz hüquqlarının pozul duğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş cavabdehə mediasiya təklifi göndərmək və daha sonra məhkəməyə müraciət etmək imkanı olduğu halda bu barədə tədbir görməmişdir. Bu isə iddia müddətinin axımının dayandırılması üçün əsas deyildir.

19. Birinci instansiya məhkəməsi belə olan halda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməli və iddia tələbi rədd edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəllə) 3, 11, 68, 70, 71, 76, 77, 78, 80, 83, 84, 296, 297, 300-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlarla kifayətlənmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ona xəbərdarlıq məktubu təqdim edilməsi və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunsa da, aktı cavabdeh sonradan geri tarixlə tərtib etmişdir. Həmin məktubda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi, bu müddət ərzində hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, hətta məşğulluğun təmin edilməsi istiqamətində sosial dəstəyin göstərilməsi məsələsinə baxılacağı və s. barədə məlumat verilmişdir. Lakin, xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdehin qeyd olunan hərəkətləri tərəflərin iradə ifadəsinin zədələnməsinə yol açmışdır. Belə ki, 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməməsi işəgötürənin istədiyi vaxt, yəni 9 təqvim həftəsindən 6 ay, 9 ay, 1 il və ya daha çox müddət keçdikdən sonra belə müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassız olmuşdur. Qanunla müəyyən edilən müddət keçdikdən sonra işəgötürənin istədiyi vaxt əmək müqaviləsini ləğv etməsi əsassızdır. Əgər qanunvericilikdə müəyyən edilən müddət keçirsə və işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmirsə, işçidə artıq əmək müqaviləsinə xitam verilməyəcəyi fikrinin yaranması kifayət qə dər ağlabatan olmuşdur. Çünki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Hətta, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X3 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir. Lakin iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməsi hissəsində məhkəmənin mövqeyi ilə razı deyil. Əmrin surəti xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istəməsinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir.

23. Bakı Apell yasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4291/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, əmrin surəti xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istəməsinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir.

25. Lakin iş materiallarından görünmüşdür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əmək kitabçasını götürmək üçün cavabdeh cəmiyyətin inzibati binasına yaxınlaşması barədə iddiaçıya məktub göndərilmiş və çatdırılmışdır. İddiaçı isə cavabdeh cəmiyyətə əmək kitabçasının və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ona təhvil verilməsi haqqında məktub göndərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni əmək kitabçasının gec təhvil alınması iddiaçının hərəkətsizliyi nəticəsində baş vermişdir.

26. Bundan başqa, iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmişdir. Bu, iddiaçının əmək müqaviləsinə xitam edilməsi barədə, eləcə də hüquqlarının pozulduğunu bilməsi barədə məlumatı olduğunu heç şübhəsiz təsdiq edən faktlar olmuşdur. Müvafiq dövlət orqanlarından aidiyyəti üzrə c avabdehə göndərilmiş məktublara cavabdeh tərəfindən baxılıb müraciət müəllifinə, yəni iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir ki, cavabdeh müəssisə tərəfindən ona dəfələrlə məktublar göndərilmişdir.

27. Həmçinin iş materiallarından görünmüşdür ki, mediasiya təklifi 8 yanvar 2024-cü il tarixdə göndərilmişdir.

28. İşin faktiki hallarından göründüyü kimi iddiaçı 2023-cü ilin avqust ayından etibarən işə bərpa olunmasına köməklik edilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etməklə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir ki, bununla da müəyyən edilmişdir ki, iddiaçı öz hüquqlarının pozulması məhz həmin tarixdən etibarən bilmişdir. Beləliklə işin yuxarıda sadalanan halları ilə iddiaçının hüququnun pozulduğunu aşkar etd iyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

29. Göründüyü kimi, iddiaçının əmrin surətinin ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə istinad etməklə iddia müddətinin ötürməməsi barədə dəlilləri əsassız olmuşdur. Birinci instansiya məhkəməsində iddiaçı ötürülmüş iddia müddətinin bərpasına dair ərizə də verməmişdir.

30. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 375.2, 377.1-ci, Əmək Məcəlləsinin 3, 11, 68, 70, 71, 76, 77, 78, 80, 83, 84, 296, 297, 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 380.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti Əmək Məcəlləsinin 296.3, 296.4, MPM-in 77.3 və 106.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi, işçiyə əmək kitabçası yalnız xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh bunun səbəbini işçinin hərəkətsizliyi ilə əlaqələndirib xx.xx.2024-cü il tarixdə işçiyə əmək kitabçasını təhvil alması ilə bağlı məktub yazdığını bildirsə də, həmin məktubun işçi tərəfindən təhvil alındığına dair qaimə və ya təhvil almaqdan imtinaya dair hər hansı digər sübut təqdim etməmişdir. Cavabdeh işçini işdən azad edərkən ona lazımi sənədləri təhvil verməmiş, yalnız ilkin mediasiya təklifində n sonra əmək kitabçası verilmiş və bunu pərdələmək üçün daha əvvəl işçiyə məktub yazıldığı iddia edilmişdir. Odur ki, iddia müddətinin hesablanmasına qanunvericiliyin tələbinə uyğun olaraq, əmək kitabçasının təhvil verildiyi xx.xx.2024-cü ildən başlanılmalı idi. İddia ərizəsindən də görüldüyü kimi, tələb işə bərpa və xx.xx.2023-cü ildən işə bərpa olunduğu günədək olan müddət ərzində ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi olmuşdur. Yəni işçi, bütün bu müddət ərzində əmək haqqından məhrum qalmaqla maddi ziyana uğramış və həmin ziyanın ödənilməsini də tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın bu hissəsinə münasibət bildirməmiş və bir aylıq iddia müddətinin keçməsi səbəbindən iddianı tamamilə rədd etmiş, Bakı Apellyasiya Məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. B ununla da hər iki məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. İş üçün əhəmiyyətli olan faktın - əmək kitabçasının işçiyə işçinin hərəkətsizliyi ucbatından verilmədiyinə dair cavabdehin iddiasını yoxlamaq üçün Məhkəmə xəbərnamə və ya poçt daşımasını həyata keçirən qurumdan müvafiq arayışı tələb edə biləcəyi halda tələb etməmişdir. Bundan başqa, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək əmək kitabçasını tələb etdiyini bildirsə də, iddiaçının heç bir sübut təqdim etmədiyi bildirmişdir. Lakin məhkəmə öz növbəsində cavabdehdən müəssisəyə daxil olan məktubları tələb etməmişdir. b)

33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar et diyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

38. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

40. Maddə

297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prosses ual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətb iq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur.

54. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi n əticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)4291/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar