Məhkəmə qərarları › İş №2(102)-3747/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3747/2020

17.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3747/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1 və İddiaçı2 Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ Rayon XXXkənd bələdiyyəsi və Qəbələ Rayon İcra Hakimiyyəti XXXkənd inzibati ərazi nümayəndəliyi İddia tələbi: torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası və daşınmaz əmlakın qanunsuz sahiblikdən geri alınması Açar sözlər: əmlakın qanunsuz sahiblikdən tələb olunması, subyektiv hüquq, preyudisiya, məhkəmənin prosessual vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), NurXXX Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunu n katibliyi, İddiaçı2 vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ Rayon XXXkənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 və Qəbələ Rayon İcra Hakimiyyəti XXXkənd inzibati ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-514/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Qəbələ rayon XXXbələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 7 nömrəli qərarı ilə XXXşəhəri ərazisində yaşayan İddiaçı1 onun ərizəsi əsasında və bələdiyyəyə 500000 manat haqq ödənilməklə həmin bələd iyyəsinin ərazisində “XXX” yaşayış məntəqəsindən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-177/2010 nömrəli iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə Qəbələ Rayonu XXXbələdiyyəsinin İddiaçı1, X4 və İddiaçı2 qarşı torpağın boşaldılması, torpaq üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinin onların qeyri-qanuni sahibliyindən götürülməsi və bələdiyyənin qanuni mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsinə dair iddiası təmin olunmamış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə iş materiallarına istinadla qeyd edilmişdir ki, İsmayıllı rayonunun XXX adlanan keçmiş ərazisi xəritədə XXXbələdiyyəsinin ərazisi kimi göstərilmişdir. Bələdiyyə üçün ayrılmış XXX kəndinin torpaq sahəsi sonradan ayrı-ayrı şəxs lərə bələdiyyə tərəfindən satılmışdır. Həmin ərazidən 0,05 ha torpaq sahəsi xx xxxx 2004-cü ildə 500.000 manata İddiaçı1 satılmışdır. Həmin ərazidə bələdiyyə yaranmamışdan əvvəl İddiaçı1 valideynlərinin istifadəsində olmuş ev vardır ki, hazırda həmin evdən cavabdeh İddiaçı1 istifadə edir, həmin evin vaxt tikilməsi barədə məlumat yoxdur. Qəbələ rayon İHB-nın memarlıq və tikinti şöbəsinin işə əlavə edilmiş xx xxxxxx 2010-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 adına olan evin tikilmə tarixi bəlli deyildir. Həmin sahədə 1984-cü ildə uçmuş köhnə evin yerində X1 tərəfindən 1986-cı ildə tikilmiş ikinci bir ev vardır. XXXXXXun ölümü ilə bağlı həmin evdən İddiaçı2 və İradə XXXa istifadə edirlər. İddiaçı tərəfin sökülməsini tələb etdiyi XXX XXX və İddiaçı1 istifadəsində olmuş evlər kənd bələ diyyəsi yaranmamışdan uzun illər əvvəl tikildiyindən, onun altındakı torpaq sahəsi bələdiyyə tərəfindən İddiaçı1 2004-cü ildə satıldığından və həmin torpaq sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququ yarandığından iddiaçı tərəfin cavabdehlər XXX XXX və İddiaçı1 qarşı həmin iddianı qaldırmağa hüququ olmamışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadə hüququna malik olduqları və hazırda Cavabdeh tərəfindən zəbt olunmuş 0,05 hektar torpaq sahəsindən və evdən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onların istifadəsinə qaytarılması, mübahisələndirilən torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi nəticəsində dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdeh tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2004-cü il tarixli XXXBələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nağd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ümumiyyətlə həmin torpaq sahələri və üzərindəki tikililər onların babaları tərəfindən yüz il əvvəl inşa edilmiş tikililərdir. XXX qədim kənddir və onların valideynləri, ata-babaları həmişə orada yaşamışlar. Daha əvvəllər həmin torpaqlarla bağlı müvafiq orqanlarla və bələdiyyə ilə bağlı yaranmış mübahisələr Şəki Apellyasiy a Məhkəməsində baxılmış, mübahisə öz yekun həllini tapmışdır. Qəbələ rayon XXX kəndinin ərazisində dövlət əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv.m olan 2 ayrı ev bir-birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib, 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2015-ci ilin sonlarına doğru XXXşəhəri, H.Əliyev prospektində yaşayan və iddiaçılarla yaxından və uzaqdan heç bir qohumluq əlaqəsi olmayan qonşuları X7 ilə qarşılaşmış, onun evsiz olduğunu nəzərə alaraq evi onun müvəqqəti istifadəsinə vermişlər. Sonuncu ölənədək təxminən 3 ilə yaxın mənzildə təmənnasız qalm ışdır. Qeyd olunan şəxsin ölümündən sonra 2019-cu ilin əvvəllərində cavabdeh qanunsuz evə daxil olmuş və ailəsi ilə birlikdə daxil olaraq orda yaşamağa başlamışdır. Mənzilin zəbt edilməsi faktı ilə bağlı qonşular tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh polis şöbəsindəki izahatında da bildirmişdir ki, həmin evə aid heç bir sənədi yoxdur və heç bir əsas olmadan həmin evdə əşyalarını saxlayır. Cavabdehin həmin mənzildən çıxarılmasını iddiaçılar tələb etdikdə isə Qəbələ Rayon Polis şöbəsindən onlara bildirmişlər ki, müraciətlərində göstərilən xüsusatlar daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməlidirlər. İşə baxılarkən Qəbələ Rayon XXXkənd bələdiyyəsi və Qəbələ Rayon İcra Hakimiyyəti XXXkənd inzibati ərazi nümayəndəliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, atası Qəbələ rayonu XXX kəndində anadan olub və orada yaşayıbdır. Onlara məxsus Qəbələ rayonu, XXX kəndində ev olub və həmin ev yaşayış üçün yararsız olduğundan Kanat xətti tikilən vaxt atasına yaşayış üçün yararlı olan yeni ev verilib. Onlara məxsus köhnə, yaşayış üçün yararlı olmayan yaşayış evi hələdə köhnə vəziyyətində qalmaqdadır və həmin ev indiki yaşayış evindən kənarda yerləşir. Həmin ev ilə bağlı nə onun, nə də iddiaçıların hər hansı bir sənədi yoxdur. Üçüncü şəxs Qəbələ Rayon XXXkənd bələdiyyəsinin nümayəndəsi izahatında göstərmişdir ki, İddiaçı2 Qəbələ rayonu, XXX kəndində özünə məxsus evləri var. Onun özünə məxsus olan evləri söküləcəyi təqdirdə yeni tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumi sahəsi təxminən 100 km² olan 2 ayrı-ayrı evlər ona veriləcəkdi. Evləri İddiaçı2 istifadə edirdi. Cavabdehin atasının evi qəzalı vəziyyətdə olduğundan həmin əraziyə yaxın yerdə ona bir otaqlı ev verilmiş və o, həmin evdə yaşamışdır. Lakin sonradan Əlyar adlanan şəxsin evi plana düşdüyünə görə ona sözügedən qoşa evlər təklif olunmuş, o, razılaşmadığından cavabdehin atası Muradov Vaqifin istifadəsində olan evə köçürülmüş, cavabdehin atası isə 1 mərtəbəli, 2 otaqdan ibarət olan evə köçürülmüşdür. Hazırda cavabdehin atasının evi qəzalı vəziyy ətdə qalmaqdadır. X3 10 il Qəbələ rayonu, XXX kəndində, son üç il isə sözügedən evdə yaşamışdır. Qəbələ rayonu, XXX kəndində yerləşən evlərin heç birinin rəsmi sənədi yoxdur. Qeyd olunan evə nə iddiaçıların, nə də cavabdehin hər hansı bir sənədi yoxdur. Evlər kimin mülkiyyətində olduğunu da bilmir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən evə (mənzilə) tərəflərin iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli ev 1 mərtəbəli, 2 mənzildən ibarət olan, hər birinin ümumi sahəsi təxminən 100 kv.m olmaqla bir-birinə bitişik vəziyyətdə tikilmişdir. Hər mənzilin girişi ayrıdır. Mənzillərdən biri İddiaçı1 dediyinə görə İddiaçı2 istifadəsindədir, açarları da Ruslandadır və o, açarı təqdim edərək mənzili açmış və mənzilin içərisinə də baxış keçirilmişdir. Mənzil ya şayış üçün iki otaqdan, bir mətbəxdən və bir hamamdan ibarətdir. Mənzilin içərisi demək olar ki, boşdur. İkinci mənzil isə Muradov Vaqifin istifadəsində olmuşdur və hazırda da açarları Cavabdehdır və o, mənzili açmış və mənzilə baxış keçirilmişdir. Həmin mənzil də, yaşayış üçün iki otaqdan, bir mətbəxdən və bir hamamdan ibarətdir. Mənzilin içərisi məişət avadanlıqları ilə doludur. Hər iki mənzil yaşayış üçün normal vəziyyətdədir. Mübahisəli evin arxasında (qonşuluğunda) İddiaçı1 məxsus ayrıca həyətyanı sahəsi olan ev vardır. Həmin evlərə yaxınlıqda yerləşən və bir qədər yuxarıda İddiaçı2 məxsus 2 mərtəbəli başqa ev vardır. Həmin ev yeni tikili deyildir. Həmçinin Cavabdeh atasına məxsus evə də baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ev olduqca köhnə tikilidir və yaşayış üçün tamamilə yar arsızdır. Evlərə baxış keçirilən zaman foto-şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-1340/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-514/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərd i yaşayış evinin iddiaçıların istifadəsinə qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, cavabdehin iddiaçılara məxsus Qəbələ rayon XXX kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçılara məxsus Qəbələ rayon XXX kəndi ərazisində yerləşən 0.5 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıların istifadəsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 2004-cü il tarixli XXXBələdiyyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nağd p ul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qəbələ rayon XXX kəndinin ərazisində dövlət əhəmiyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi 100 kv.m olan 2 ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2019-cu ilin əvvəllərində Cavabdeh onların evdə olmadıqları vaxt iddiaçıların icazəsi olmadan mübahisəli evə daxil olmuşdur. Cavabdehə dəfələrlə edilən şifahi müraciətlə ri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. XXXşəhəri, H.Əliyev pr, ev 129 saylı evin sakini Cavabdeh İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahibliyində olan torpaq sahəsindən 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.3-cü maddəsinə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2010-cu il tarixli qətnaməsində müəyyən edilmiş hallara istinadla əsaslandırmış, həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi və mənəvi zərərin vurulduğu barədə mötəb ər sübutlar təqdim edə bilməmişlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə araşdırmanı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə aparmış, işdə iştirak etməyə cəlb olunmamış dövlət orqanı Qəbələ Rayon İcra Hakimiyyətinin hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Halbuki, mübahisəli yaşayış binası Qəbələ Rayon İcra Hakimiyyətinin ehtiyatındadır və heç kimin istifadəsinə və mülkiyyətinə verilməmişdir. Binanın altındakı torpaq sahəsi XXXBələdiyyəsinin mülkiyyətindədir. Bundan başqa, məhkəmə tərəfindən baxış zamanı mübahisəli evin İddiaçı1 xx xxxx 2014-cü il tarixə alğı-satqı müqaviləsi əsasında XXXBələdiyyəsindən aldığı 0,05 hektar torpaq sahəsində yerləşməsi müəyyən edilməmişdir. Kassasiya şikayətinə görə iddiaçıların hazırkı tələbi irəli sürməyə subyektiv hüquqları yoxdur. Ona görə ki, onlar mübahisəli ev və torpaq sahəsi üzərində hər hansı hüquqlarının olması barədə məhkəməyə sübut təqdim etməmişlər. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən birgə verilmiş etirazda kassasiya şikayətinin əsassız olduğu bildirilməklə, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkə mə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ Rayon XXXkənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 və Qəbələ Rayon İcra Hakimiyyəti XXXkənd İnzibati Ərazi Nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər İddiaçı1 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikay ətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğundan və iddiaçılar kassasiya şikayəti vermədiklərindən həmin məhkəmə aktı yalnız iddianın təmin olunmuş hissəsində tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmasından ibarətdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin disp ozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin və evin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehin əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətsizdir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəm ə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələbl ərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunm uş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçıların cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etdikləri əşyalar (torpaq sahəsi və ev) daşınmaz əmlaklardır. Mülki qanunvericilik belə əmlakların əldə edilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə əmlakın qanuni sahibi olduğunu iddia edən tərəf əmlaka mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyən edici sənəd, yaxud əmlaka hüquqlarının yarandığını təsdiq edən müqavilə (alqısatqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) təqdim etməlidir. Baxılan iş üzrə apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 2004cü il tarixli XXXBələdiyəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsini İddiaçı1 nağd pul ödəyərək almışdır. O, həmin torpaq sahəsini öz adına qeydiyyata aldırmaq məqsədi ilə Qəbələ rayonu müvafiq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qəbələ rayon XXX kəndinin ərazisində dövlət əhə miyyətli tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu barədə bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi 100 kv.m olan 2 ayrı-ayrı evlər bir birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikilib 2013-cü ildə iddiaçıların istifadəsinə verilmişdir. 2019-cu ilin əvvəllərində Cavabdeh onların evdə olmadıqları vaxt iddiaçıların icazəsi olmadan mübahisəli evə daxil olmuşdur. Cavabdehə dəfələrlə edilən şifahi müraciətləri nəticəsiz qaldığından bu barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. XXXşəhəri, H.Əliyev pr, ev 129 saylı evin sakini Cavabdeh İddiaçı1 müqavilə hüququ əsasında qanuni istifadə və sahibliyində olan torpaq sahəsində n 0.05 hektarını və İddiaçı2 evini zəbt edərək həmin sahədən heç bir hüquqi əsası olmadan yaşamaq məqsədi ilə istifadə edir. Məhkəmənin işin müəyyən edilmiş halı kimi təqdim etdiyi həmin faktiki hallar yalnız iddiaçıların yazılı və şifahi izahatlarından ibarətdir. Qeyd olunmalıdır ki, MPM tərəflərin izahatlarının sübut növlərindən biri kimi qəbul olunmasını istisna etmir. Lakin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM, həmçinin nəzərdə tutur ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(maddə 9, 14.2). Lakin iş üzrə apelyasiya instansiya məhkəməsinin iddiaçı tərəfin iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmiş izahatını işin müəyyən edilmiş halı kimi göstərməklə istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı, apelyasiya instansiyası məhkəmə iddianın təmin olunmasını Şəki Apellyasiya Məhkəməsinin 2(107)-177/2010 nömrəli iş üzrə xx xxxxx 2010-cu il tarixli qətna məsində müəyyən edilmiş halların MPM-in 82.3-cü maddəsinə əsasən preyudisiallığı ilə əsaslandırmışdır. Halbuki MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi başqa mülki işdə müəyyən edilmiş faktiki hallar yalnız həmin işdə iştirak etmiş şəxslərə münasibətdə preyudisialdır. Lakin hazırkı iş üzrə cavabdeh istinad olunan mülki iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Bu baxımdan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-177/2010 nömrəli iş üzrə xx xxxxx 2010-cu il tarixli qətnaməsində müəyyən edilmiş faktlar hazırkı iş üzrə cavabdehı münasibətdə preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən MPM-i n 82.3-cü maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsində müəyyən edilmiş faktları hazırkı iş üzrə preyudisiallığını qəbul edərkən nəzərə almamışdır ki, iddiaçılar özləri iddia ərizəsində Qəbələ rayon XXX kəndinin ərazisində dövlət əhəmiyyətli tədbirlər çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini, həmin layihələrə əsasən iddiaçılara məxsus köhnə tikililərin yerində 1 mərtəbəli, 2 otaqdan ibarət olan, hər birinin ümumu sahəsi təxminən 100 kv.m olan 2 ayrı evin bir-birilərinə bitişik vəziyyətdə, yeni modern görüntüdə tikildiyini və 2013-cü ildə onların istifadələrinə verildiyini bildirmişlər. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Qəbələ Rayon XXXkənd bələdiyyəsinin nümayəndəsi isə izahatında bildirmişdir ki, Qəbələ rayonu, XXX kəndində yerləşən evlərin heç birinin rəsmi sənədi yoxdur. Qeyd olunan evə nə iddiaçıların, nə də cavabdehin hər hansı bir sənədi yoxdur. Evlər kimin mülkiyyətində olduğunu da bilmir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən mübahisəli tikililərin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, mübahisəli ev 1 mərtəbəli, 2 mənzildən ibarət ol an, hər birinin ümumi sahəsi təxminən 100 kv.m olmaqla bir-birinə bitişik vəziyyətdə tikilmişdir. Hər mənzilin girişi ayrıdır. Mübahisəli evin arxasında (qonşuluğunda) İddiaçı1 məxsus ayrıca həyətyanı sahəsi olan ev vardır. Həmin evlərə yaxınlıqda yerləşən və bir qədər yuxarıda İddiaçı2 məxsus 2 mərtəbəli başqa ev vardır. Həmin ev yeni tikili deyildir. Həmçinin Cavabdeh atasına məxsus evə də baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ev olduqca köhnə tikilidir və yaşayış üçün tamamilə yararsızdır. Evlərə baxış keçirilən zaman foto-şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Apelyasiya instansiya məhkəməsi işə baxarkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı MPM-in 88-ci maddəsi ndə müəyyən edilmiş prosessual vəzifələrini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-514/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar