Məhkəmə qərarları › İş №2(102)-3754/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3754/2022

18.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3754/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, əsl cavabdeh, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx s qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7419/2021 nömrəli, 8 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4 iyul 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya üçüncü şəxs) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tu tulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir.

2. Həmin qətnamənin icrası ilə əlaqədar Xətai Rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixə, ikinci hərrac isə 16 mart 2020-ci il tarixə təyin edilmişdir. Həmin hərracların keçirilməsi tarixləri ilə bağlı bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir.

3. Daha sonra 28 sentyabr 2020-ci il tarixə və 12 oktyabr 202 0-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından 15 oktyabr 2020-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60562.5 manat olmaqla Banka olunmuşdur.

4. İddiaçı Banka qarşı ipotekaya xitam verilməsi və mübahisəli mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə tələblərlə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 04 iyun 2021-ci il tarixdə qanun i qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı (Bank mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin satılması ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, ikinci hərracın keçirilməsindən 6 ay sonra “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsi ndə ipotekaya xitam verilməsi tələbinə dair iddia qaldırmış, həmin iş üzrə məhkəmə prosesi zamanı Bankın nümayəndəsi tərəfindən bildirilmişdir ki, mübahisəli mənzilin satılması ilə əlaqədar birinci hərrac 28 sentyabr 2020-ci il tarixdə keçiriləcəkdir. Həmin tarixədək əvvəllər təyin edilmiş (17 fevral 2020-ci il tarixdə və 16 mart 2020-ci il tarixdə) hərraclar pandemiya ilə əlaqədar olaraq keçirilməmişdir. Halbuki, həmin dövrdə pandemiya mövcud olmamışdır. Nəticədə yenidən hərrac keçirilmiş ilk hərrac 28 sentyabr 2020-ci il tarixə və ikinci hərrac isə 12 oktyabr 2020-ci il tarixə təyin edilmiş və keçirilmişdir. Beləliklə də qanunvericilikdə əmlakın satılmasına dair iki hərracın keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat qanunvericilkdə nəzərdə tutulmayan 3-cü və 4-cü dəfə hərrac keçirilmişdir. Mübahisələndirilən hərracın keçirilməsində məqsəd Bank tərəfindən 16 mart 2020-ci il tarixdə keçirilmiş hərracdan sonra qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaqdır. Belə ki, hadisələrin məntiqi ardıcıllığından görünür ki, hazırda mübahisələndirilən hərraclar Bakı Şəhəri Səbail Rayon Məhkəməsində ipotekaya xitam verilməsinə dair iddia qaldırdıqdan sonra təşkil edilmişdir. Qeyd edilməsi zəruridir ki, 2020-ci ilin iyun ayında hərrac təşkilatına müraciət edilmiş və hərracla bağlı məlumat verilməsi xahiş olunmuşdur. Hərrac təşkilatının 12 iyun 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, mübahisəli mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixində v ə xx.xx.2020-ci il tarixə hərraclar təyin edilmişdir. Əgər sözügedən hərraclar keçirilməmişdirsə, o zaman məktubda həmin hərracların keçirilməməsi qeyd olunardı. Həmçinin hazırkı iddia ərizəsinə əlavə edilmiş SMS bildirişin surətindən də görünür ki, mübahisəli mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə hərrac keçirilmişdir.

7. Bankın iddiaya etiraz ondan ibarət olmuşdur ki, iddiaçının hazırda mübahisələndirdiyi məsələlərə digər qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməlidir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-700/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia t əmin edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya, o cümlədən X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərdə kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilə yönəldilməsi, hərracda 95000 manat ilkin manat satış qiyməti ilə satılması hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.

10. Cavabdeh tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 436 saylı məktubda qeyd olunmuşdur ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən mübahisəli mənzilin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində hərraclar təyin olunmuşdur.

12. Cavabdeh tərəfindən iddiaçıya, X1, X2, Xətai Rayon İcra və Probasiya şöbəsinə və Banka ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərdə kreditin (bo rcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-19/20 saylı, xx.xx.2020ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan mübahisəli mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin, təkrar hərracda 80750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmiş, “Birja Yenilikləri” qəzetlərində mübahisəli mənzillə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ipoteka pre dmeti olan mənzillərin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin məhkəmə cavabdehin həmin faktla bağlı mövqeyini qəbul etməyərək, hesab etmişdir ki, karantin rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarları həmin tarixlərdə mövcud olmamışdır.

14. Məhkəmə Bankın etirazını əsassız hesab edərək, qeyd etmişdir ki, əvvəla mülki iş üzrə icraata xitam verilməsi əsasları konkret olaraq MPM-də sadalanmışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər və iddianın əsası fərqlidir. Digər tərəfdən yuxarıda qeyd edilən "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların ke çirilməsi həmin Qanuna ziddir.

15. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, “İcra haqqında” Qanun 53.1, 53.3, 62.2, Mülki Məcəllənin 317, 319.5, 416.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 107, 119.1, 213.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bank apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin satılması ilə əlaqədar təyin olunmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.7-ci maddələrində sadalanan hallar baş verməmişdir. Belə ki, həmin ərəfədə Bakı Şəhəri Səbail Rayon Mə hkəməsinin qətnaməsində də əks olunduğu kimi Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Həmçinin hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat dərc etdirilməmişdir. Məhkəmə Bank tərəfindən təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən sübut və dəlillərə əhəmiyyət verməmiş, qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Fuad Talışinski) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7419/2021 saylı mülki iş üzrə 8 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin satılması ilə əlaqədar təyin olunmuş xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə hərrac günləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.7-ci maddələrində sadalanan hallar baş verməmişdir.

20. Məhkəmə iddiaçının Banka qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinadla və MPM-in 82.3-cü maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair yalnız iki hərrac keçirildiyi üçün iddia təmin oluna bilməz. Belə ki, B akı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına (xx.xx.2020-ci il tarixli) əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur.

21. Məhkəmə öz mövqeyini, həmçinin “İpoteka haqqında” Qanunun 43.1, 43.2, 43.3, 43.4, MPM-in 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli Qərarına əsasən ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi bu Qərara istinad edərək 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixli hərracların keçirilmədiyi nəticəsinə gəlmiş, 28 sentyabr 2020-ci il və 12 oktyabr 2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələrini isə etibarlı hesab etmişdir. Nazirlər Kabinetinin qeyd olunan Qərar hərracın keçirilməsinə mane olsaydı belə, bu Qərar yalnız 16 mart 2020-ci il tarixli hərraca şamil oluna bilərdi. Çünki 17 fevral 2020-ci il tarixində hərracın keçirilməsinə mane ola biləcək adıçəkilən Qərar mövcud deyildi. D igər tərəfdən, Nazirlər Kabinetinin adıçəkilən Qərarında kütləvi tədbir və məkanların sırasında hərracın adı qeyd olunmamışdır. Qərarda göstərilir ki, qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır. Yalnız Qərarda adıçəkilən konkret tədbirlərin keçirilməsi və qurumların fəaliyyətinə məhdudiyyət və qadağalar (toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili və s.) tətbiq olunmuşdur ki, bu siyahıya da hərraclar daxil edilməmişdir. Ümumiyyətlə, hərracın keçirilməsi elektron qaydada da həyata keçirilə bildiyi üçün hərracın sözügedən tarixlərd ə keçirilməsini istisna edən heç bir hala rast gəlinmir. Qeyd olunmalıdır ki, sözügedən tarixlərdə hərracın keçirilməsi iş materiallarında olan bir sıra sübutlarla da təsdiqlənir.

24. Digər tərəfdən, iş materiallarından da aydın olur ki, 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərində hərracların keçirilməsinə dair bildirişlər ipoteka saxlayana və ipoteka qoyana müvafiq qaydada göndərilmiş, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc olunmuşdur. Bundan sonra, həmin hərracların pandemiya və ya digər hər hansı səbəbdən təxirə salınması və ya keçirilməməsi ilə bağlı heç bir kütləvi informasiya vasitəsində məlumat yayılmamış, yaxud hərracın iştirakçılarına bu barədə məlumat verilməmişdir. Həmçinin, cavabdehin iddiaçıya ünvanladığı iyun 2020-ci il tarix li məktubda mənzil ilə bağlı 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərində hərracların təyin olunduğu qeyd edilir. Əgər pandemiya dövrünü bəhanə edərək hərracların keçirilmədiyi əsas gətirilirsə, həmin məktubda 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixlərinə hərracların təyin edilməsinə baxmayaraq onların keçirilməməsi barədə məlumat da qeyd olunmalı idi. Belə bir məlumatın məktubda öz əksini tapmaması cavabdehin ziddiyyətli mövqeyini aşkara çıxarır. Bütün bu faktlar 17 fevral 2020-ci il və 16 mart 2020-ci il tarixli hərracların keçirilməsinin gizlədildiyini, qanunsuz yeni hərraclar keçirərək Bankın itirdiyi hüququnu bərpa etmək üçün şərait yaradıldığını göstərir. Bu səbəbdən, iddiaçının hüquqları qorunmalı və 28 sentyabr 2020-ci il və 12 oktyabr 2020-ci il tarixlərində ke çirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun

26. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uza dılmasın.

27. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

28. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

29. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

30. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci mad dəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

34. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

35. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

36. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdeh lə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

37. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prose sində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı

45. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndir ilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

46. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı hərracın nəticələrinin etibarsızlığı barədə iddia qaldırsa da Bankı cavabdeh kimi deyil, üçüncü şəxs qismində işə cəlb etmiş, faktiki olaraq Banka qarşı tələb irəli sürməmişdir.

50. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbin ona cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik şəxsə qarşı verilib-verilmədiyinə qiymət vermədən iddi a tələbinə iddianın mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir.

51. Qeyd olunmalıdır ki, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.

52. İşə baxmış birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsinə əsasən hərracın nəticəsində Bankın ipoteka predmetini əldə edib-etmədiyi ilə bağlı tərəflərlə müzakirə aparmamış, MPM-in 54.1-ci maddəsinə əsasən üçüncü şəxsin cavabdeh kimi işə cəlb edilməsi ilə bağlı iddiaçıya təklif verməmiş, işdə iştirak etməyə cəlb edilmiş Bankın prosessual statusunu aydınlaşdırmamışdır.

53. Halbuki baxılan iş üzrə etibarsızlığı tələb olunan hərrac üzrə əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nəticəsində ipoteka predmetini əldə etmişdirsə onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və həmin hüquqi şəxs cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur.

54. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində əslində cavabdeh olmalı şəxsin statusunu üçüncü şəxs kimi göstərə bilər. Lakin işdə iştirak edən həmin şəxsin əslində iş üzrə cavabdeh olduğu barədə məsələ həm iddiaçı, həm də cavabdeh tərəflə müzakirə edildikdən və iddiaçı tərəf qeyd olunan şəxsin əslində cavabdeh olduğunu təsdiq etdikdən sonra məhkəmə tərəfindən həll edilə bilər.

55. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan işə mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntulara əhəmiyyət verməmişdir.

56. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmamasını əsaslandırmaq üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsinə və həmin qətnaməni dəyişdirilmədən saxlamış yuxarı instansiya məhkəməsinin aktlarına istinad etmiş, həmçinin qətnaməsini MPM-in 82.3-cü maddəsi ilə əsaslandırmışdır.

57. Məhkəmə kollegiyası qeyd etməzi zəruri hesab edir ki, MPM-in 82.3-cü madd əsinə və həmin maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolveri lməzdir.

58. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bu baxımdan prosessual qanunvericiliyə əsasən yalnız birinci və apellyasiya instansiya məhkəmələri işin hallarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün kassasiya instansiya məhkəməsinin mülki məhkəmə icraatı üzrə qəbul etdiyi aktlar preyudisiallıq xüsusiyyətinə malik ola bilməz.

59. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının Banka qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına əsaslanaraq iddianı rədd etsə də, konkret olaraq həmin məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan hansı faktların hazırkı məhkəmə prosesində mübahisələndirilmədən və yenidən sübut edilmədən qəbul olunmasına dair mövqeyini əsaslandırmamışdır.

60. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin surəti iş materiallarında mövcud deyildir. Həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(103)1587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində is ə mübahisəli mənzilin satılması ilə əlaqədar 17 fevral 2020-ci il tarixə və 16 mart 2020-ci il tarixə təyin edilmiş hərraclara dair hər hansı hal müəyyən edilməmişdir.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə və ifadə edilmiş hüquqi mövqelərə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-7419/2021 nömrəli mülki iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar