Məhkəmə qərarları › İş №2(102)-3754/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3754/2023

16.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3754/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, qüsurlu icra, iddia müddəti, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) il Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nə əsasən, satıcı (cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya (iddiaçıya) satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 1.2-ci bəndinə görə, cavabdeh satdığı mənzili tikinti işləri başa çatdıqdan son ra iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 2-ci bəndinə əsasən, iddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin hər kv.metri üçün 1.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 249.110 ABŞ dolları müəyyən edilib. İddiaçı ümumi məbləği müqavilə imzalanan gün, yəni 24 mart 2015-ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödəyib. Bu müqavilə üzrə hesablaşmalar manatla həyata keçirilmişdir. 4. 24 mart 2015-ci il tarixdə iddiaçıya mənzilin tam dəyərinin cavabdehə ödənildiyini təsdiq edən maliyyə arayışı və kassa məxaric orderi təqdim olunmuşdur.

5. İddiaçının sifarişi əsasında 05 aprel 2019-cu il t arixdə memar X3 tərəfindən mübahisəli mənzilin memarlıq layihələndirməsinə dair tərtib olunmuş cizgidə mənzilin ümumi sahəsi 213,97 kv.metr göstərilmişdir. 6. 09 avqust 2021-ci il tarixdə iddiaçı cavabdehə məktub göndərərək, mənzilin sahəsinin 249,11 kv.metr deyil, faktiki olaraq 213,97 kv.metr, yəni müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.metr az olduğu müəyyən edildiyi üçün ödədiyi 250.000 ABŞ dollarının 5 bank günü müddətində nağd qaydada ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mübahisəli mənzilə görə sahəsi 249.11 kva drat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pulun, memara ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda mənzilində çatışmayan sahə bir otaqlı mənzilin sahəsinə bərabərdir, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatması olub.

9. Cavabdeh iddia tələbini qəbul etməmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı 24 mart 2015-ci ildə müqavilə imzalanan gün 261565 manat onun əri tərəfindən kassaya mədaxil edilmiş və müqaviləd ə qeyd edilən mənzil ona yerində göstərilərək, həmin gün təhvil verilmişdir. Lakin müqavilə üzrə bütün öhdəliklər icra edildikdən 6 il 6 ay keçdikdən sonra, yəni 30 sentyabr 2021-ci il tarixində iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-292/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin olunmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378, 385.1, 390, 421.1, 421.2, 422, 423.2, 424.3, 424.4, 577.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələri, Azərbaycan Respublikası Şəhərsal ma və Tikinti Məcəlləsinin (bundan sonra Şəhərsalma və Tikinti Məcəlləsi) 59.1, 59.2, 59.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3671/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov, İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə cavabdehdən iddiaçının xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 510.675 man at pulun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğ 249 110 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə) müəyyən edilmiş, qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385, 568, 577, 578, 21, 1096, 1097, 421, 422, 423, 390, 424-cü maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin “249.110 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulması” hissəsində) ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 510.675 manat pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5428/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov, V.T.Həsənov və İ.Ə.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən (iddianın rədd olunan) hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin edilməmişdir.

18. Kassasiya instansiyası məhkəməsi hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb.

19. İşə baxan məhkəmələr hazırkı mülki mübahisə üzrə gəldikləri nəticəni Mülki Məcəllənin “müqavilənin ləğv edilməsini tənzimləyən” 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4-cü maddələrinin, alqı-satqı münasibətlərini tənzimləyən 578.1-ci maddəsinin, habelə “zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21.1-ci maddəsinin və sair normaların tələbləri ilə əsaslandırsalar da, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırkı öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmamışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə sözügedən müqavilənin şərtləri düzgün təfsir edilməli, tərəflərin hansı hüquqi münasibətdə olmaları aydınlaşdırılmalı və hazırkı mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli olduğu müz akirə olunmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

20. Digər tərəfdən, işə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli ekspert rəyi müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən, binanın işçi layihəsi təqdim edilmədən verildiyi üçün həmin rəy hazırkı mübahisənin obyektiv həlli baxımından mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və həmin rəy də digər sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Həmçinin rəyin təsviri hissəsinə görə ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıb. İşə baxan məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, e ləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq, tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmayıblar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesabl anması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.

21. Bununla yanaşı, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verib və Mülki Məcəllənin 773, 776.1-ci maddələrinin mənasına görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu baxımdan tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

22. Kassasiya instansiyası məhkəm əsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 386, 442, 567, 568, 577, 578, 752, 759, 762, 763, 765, 773, 776-cı maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu maddələrinə, MPM-in 14, 76, 77, 88, 103, 217 və 416-cı maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 01 may 2023-cü il tarixli, 10/2104 nömrəli rəydə qeyd edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil edir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 249,1 kv.metr təş kil edir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 24,1 kv.metr ölçüyə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1000 ABŞ dolları olmaqla 24.100 ABŞ dolları (ödəniş an ında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı) cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan baxılan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Hazırkı iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasını təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də hazırkı münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır. İddianın əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzr ə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.

27. Apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv. metr təşkil edir. Divarların, arakəsmələrin, həmçinin sütunların və şaxtaların altında qalan sahə isə 24.1 kv. metr təşkil edir.

28. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini mübahisəyə tətbiq edilməli hüquq normalarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

29. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh müqavi lə ilə üzərinə düşən öhdəlikləri qismən icra edərək, mənzili iddiaçıya təhvil verdiyindən bütöv mənzilin dəyəri cavabdehdən tutula bilməz. Yalnız mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

30. Məhkəmə nəzərə almışdır ki, hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin ləğvini tələb etsə də, hazırkı tələb faktiki müqavilədən imtinadır. İş materiallarının tədqiqi zamanı müqavilədən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 442, 752, 759, 762, 763, 766, 773 və 776-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu, MPM-in 14, 77 və 384-cü maddələrinə istinadla əsasland ırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi barədə göstərişinə riayət etməmiş və ümumiyyətlə bu məsələni araşdırmamışdır. Halbuki məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməli idi.

34. İşin hallarından göründüyü kimi, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Yəni, icranın (işin) qüsuru barədə iddia müddətinin axımı mənzilin iddiaçı tərəfindən təhvil alındığı gündən başlayır. İddia ərizəsinin məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edildiyini nəzərə alaraq, belə nəticəyə gəlinir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 5 illik iddia müddətini ötürmüş və mənzili təhvil aldıqdan 6 il 6 ay 6 gün sonra cavabdehə qarşı tələb irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, mənzil sahibinə təhvil verildikdən sonra, o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Apell yasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi məsələsinin araşdırılmaması (halbuki bununla bağlı kassasiya məhkəməsinin göstərişi də olmuşdur) və iddia müddətini tətbiq etməməsi qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

35. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2104 saylı rəyindən göründüyü kimi, tədqiq olunan mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 249,1 kv.metr təşkil edir. Yəni, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliyi tam şəkildə icra edib və tərəflərin müqavilə bağlayarkən razılaşdırdıqları ölçüdə - 249,11 kv.metr mənzili i ddiaçıya təhvil verib. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsinə dair gəldiyi nəticə müqavilə azadlığı ilə bağlı mülki qanunvericilik normalarına və işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

39. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

40. Maddə 577.2. Əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır.

41. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

42. Maddə 752.1. Podrat müqaviləsin ə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

43. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

44. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

45. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

46. Maddə 763.1. Əg ər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

47. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

48. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

49. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Prosessual Məcəllə

50. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin düzgün təfsir edilməsi, tərəflərin hansı hüquqi münasibətdə olmalarının aydınlaşdırılması və müba hisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi, ekspert rəyinin prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi və bunun nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyinin aydınlaşdırılması ilə bağlı göstərişləri apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmiş və işin faktiki hallarına uyğun zəruri hüquqi dəyərləndirmə aparılmışdır.

60. Lakin iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verdiyi nəzərə alınaraq, işə yenidən baxılarkən tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, iddiaçının məmulatın qüsurlu olduğu nu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

61. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi ümumiyyətlə nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamışdır. Nəzərə alınmalıdır ki, həmin göstəriş kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş digər göstərişlərdən asılı olmayaraq, birbaşa işin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətli olmuş və həmin məsələyə qiymət verilmədən mübahisənin düzgün həll olunub-olunmadığı barədə qənaətə gəlmə k mümkün deyildir. Hazırda cavabdehin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhz iddia müddətinin mübahisəyə tətbiqi ilə bağlı göstərişə apellyasiya instansiyası məhkəməsindən qiymət verilməməsi ilə bağlıdır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri d üzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş, MPM-in 420-ci maddəsinə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan, iddia tələbi üzrə iddia müddətinin keçibkeçmədiyi barədə məsələyə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar