Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3754/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3892/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X6 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X6 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır;
3. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X6 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir;
4. «X6 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir;
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 23(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən bi rtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospe kti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus -
1. Stellaj dəmir 8 hissəli 9 ədəd x 200 AZN = 1800 AZN; 2. tumba 19 ədəd x 30 AZN = 570 AZN;
3. UPS UPSET 2 ədəd x 900 AZN = 1800 AZN;
4. UPS Kanina 1 ədəd x 1500 AZN = 1500 AZN;
5. Kassa otağı şüşəsi bron 2 ədəd x 150 AZN = 300 AZN; 6. kondisioner fujitsu 1 ədəd = 800 AZN; 7. kondisioner mitsubishi 2 ədəd x 350 AZN = 700 AZN; 8. kondisioner toshiba 3 ədəd x 350 AZN =1050 AZN;
9. Elektrik tənzimləyici Çətinkaya 1 ədəd = 2000 AZN; 10. seyf 1 ədəd x 500 AZN = 500 AZN; 11. seyf qapı 2ədəd x 500 AZN = 1000 AZN; 12. qapı dəmir barmaqlığı 2 ədəd x 120 AZN = 240 AZN; 13. sənəd dolabı üstü rəfli 13 ədəd x 80 AZN = 1040 AZN; 14. dolab divar içi sürgülü = 200 AZN;
15. P ortret 2 ədəd x 50 AZN = 100 AZN; 16. turniket 2ədəd x 600 AZN =1200 AZN; 17. soyuducu 250 AZN; 18. sənəd dolabı 1 m 4 ədəd x 60 AZN = 240 AZN;
19. UPS kambina 2 ədəd x 750 AZN = 1500 AZN; 20. su dispenseri 100 AZN; 21. müdir otağı dəsti 800 AZN; 22. kreslo müdir 80 AZN; 23. dolab divar içi 2 ədəd x 350 AZN = 700 AZN; 24. geyim dolabı 3ədəd x 60 AZN =180 AZN; 25. yan dolab 140 AZN; 26. dolab sadə divar içi 2 ədəd x 60 AZN = 120 AZN; 27. dolab 80 AZN; 28. masa kassa otağı 5 ədəd x 100 AZN = 500 AZN; 29. polis masası 150 AZN; 30. müştəri qəbulu masası 12 ədəd x 100 AZN = 1200 AZN; 31. masa 3 ədəd x 80 AZN = 240 AZN; 32. masa 70 AZN; 33. jurnal masası 120 AZN; 34. kreslo 2 ədəd x 50 AZN =100 AZN; 35. kreslo 2 ədəd x 80 AZN =160 AZN; 36. şüşə arakəsmə 600 AZN; 37. mətbəx mebeli 2 dəst x 300 AZ N = 600 AZN;
38. Q-Matic (12 ədəd tablo) 1500 AZN; 39. kassa pul ötürmə qabı 3 ədəd x 40 = 120 AZN; 40. siqnalizasiya paneli (6 ədəd) 200 AZN; 41. pul presləyən 1000 AZN;
42. DVR 600 AZN;
43. Prosessor Case 40 AZN;
44. Stellad 4 hissəli 150 AZN; 45. reseption masası 200 AZN; 46. jalüz 1.6 x 2 m 40 ədəd x 50 AZN = 2000 AZN; 47. kondisioner mitsubishi 21 ədəd x 350 AZN = 7350 AZN; 48. kondisioner EURO2 1 ədəd = 200 AZN; 49. kondisioner GREE 2 ədəd x 180 AZN = 360 AZN; 50. jalüz 0.6 x 2 m 21 ədəd x 30 = 630 AZN; 51. ara kəsmə sistemi aluminium 5 pm 2 ədəd x 300 AZN = 600 AZN; 52. ara kəsmə sürgülü 4.4 pm 2 ədəd x 500 AZN = 1000 AZN; 53. kondisioner fujitsu lədəd = 800 AZN; 54. kondisioner Samsung 1 ədəd = 250 AZN; 55. tavan kondisioneri 2 ədəd x 1200 AZN = 2400 AZN; 56. şüşə arakəsmə 3 ədəd x 600 AZN = 1800 AZN; 57. soyuducu indesit 295L 1 ədəd = 250 AZN; 58. mətbəx mebeli 2 p/m 3 ədəd x 150 AZN = 450 AZN; 59. mətbəx masası 3 ədəd x 20 AZN = 60 AZN; 60. sənəd dolabı 2.5 m 7 ədəd x 200 AZN = 1400 AZN; 61. sənəd dolabı 1.5 m 20 ədəd x 100 AZN = 2000 AZN; 62. tumba 21 ədəd x 30 AZN = 630 AZN; 63. kreslo göy 18 ədəd x 30 = 390 AZN; 64. işçi masası dəmir ayaqlı 35 ədəd x 140 AZN = 4900 AZN; 65. sənəd dolabı üstü rəfli 14 ədəd x 80 = 1120 AZN; 66. rack şkafı 3 ədəd x 400 AZN = 1200 AZN; 67. müdir masası sadə dəst 1 ədəd = 300 AZN; 68. işçi masası laminant sadə 2 nəfərlik 4 x 100 AZN = 400 AZN; 69. işçi masası laminant sadə 1 nəfərlik 4 x 60 AZN = 240 AZN; 70. kreslo ağ 32 ədəd x 40 AZN = 1080 AZN; 71. sənəd dolabı 2 m 1 ədəd = 180 AZN; 72. soyuducu hoffman 1 ədəd = 200 AZN; 73. tabl o abstrakt çərçivəli 1 ədəd = 400 AZN; 74. switch catalyst 2960 3 ədəd x 500 AZN = 1500 AZN; 75. asılqan 3 ədəd x 20 AZN = 60 AZN; 76. soyuducu biryusa 1 ədəd = 180 AZN; 77. mətbəx masası 1 ədəd 40 AZN; 78. sənəd dolabı uzun 1 ədəd = 180 AZN; 79. müdir masası dəsti sadə 1 ədəd = 200 AZN; 80. soyuducu indesit 1 ədəd = 200 AZN; 81. sədr otağı dəsti 1 ədəd = 6000 AZN; 82. divan dəri 2 nəfərlik 2 ədəd x 250 AZN = 500 AZN; 83. seyf 1 ədəd = 350 AZN; 84. printer hp m281 1 ədəd = 600 AZN; 85. soyuducu Toshiba 1 ədəd = 250 AZN; 86. divan dəri 3 nəfərlik 1 ədəd = 600 AZN; 87. kresol iclas zalı 9 ədəd x 110 AZN = 990 AZN; 88. iclas zalı masası 1 ədəd = 800 AZN; 89. müdir dəsti 1 ədəd = 400 AZN; 90. müdir masası dəsti 1 ədəd = 150 AZN; 91. müdir masası 5 ədəd x 120 AZN = 600 AZN; 92. paltar dolabı 3 ədəd x 100 AZN = 300 AZN; 93. şüşəli dolab 1 ədəd x 120 AZN = 120 AZN olmaqla, ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75250 manat pulun və iş üzrə ödənilmiş 315,75 manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadı qda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, dövlət rüsumunun 157 manat 85 qəpik hissədə iddiaçıya, 157 manat 90 qəpik hissədə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyinə görə iddiaçı iddia tələbində qeyd edir ki, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə alma q təklifi əsasında ayrı-ayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4- cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdiyi 93 çeşiddə, 425 sayda inventarın hamısı iddiaçıya məxsus deyil, həmin inventarların bir hissəsi cavabd ehə məxsusdur. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS si stemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri cavabdehin mülkiyyətindədir (cavabdehə məxsusdur). Cavabdeh vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Cavabdeh iddianı qismən etiraf edərək, digər əşyaların həqiqətən iddiaçıya məxsus olduğunu bildirir və iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçı yuxarıda qeyd olunan əşyalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh həm özünə məxsus olan əşyaların dairəsini, həm də iddiaçıya məxsus əşyaların dairəsini dəqiq göstərmiş, özünə məxsus olan əşyalara dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd olunan əşyalar istisna edilməklə, iddia ərizəsində qeyd olunan digər əşyaları (cavabdehin qanunsuz sahibliyində olan) geri tələb etməkdə haqlıdır.
9. Qətnamədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2680/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020- ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli “İcarə müqaviləsi”nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli “Razılaşma”ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkotl anmaqla Cavabdeh saxlancında qalmışdır. Dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASCyə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bugünə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. İcarə Müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfin əmlakına, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, zərər vurmuş tərəf digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Mülki işin materiallarına nəzər yetirsək görərik ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sübut növü olaraq istinad etdiyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından görünür ki, hazırkı iş üzrə cavabdeh Kərimov X3 Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbi ilə yanaşı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün aşağıdakı sadalanan və ona məxsus olan: 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebel ləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəyə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 1 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf, generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənziırıləyici 2 ədəd, UPS sistemi akumlyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebellərinin üzərinə həbs qoyulmasını, eyni zamanda cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının sözügedən Bakı şəhəri, Nəsimi rayonu, Aza dlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışının qadağan olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra qeyd edilən qərardaddan Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8342/2020 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ləğv edilmişdir. Bundan əlavə işin mübahisə edilən halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə işə baxarkən məhkəmədə baxılmayan və yekun məhkəmə aktı çıxarılmayan tələb üzrə qərardad ı sübut növü kimi qəbul etmişdir. Halbuki, sübutun mötəbərliyi baxımından yanaşsaq görərik ki, birinci instansiya məhkəməsinin sübut növü kimi qəbul etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ilə iş üzrə iddiaçı Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(006)513/2021 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. Halbuki məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olm amasını müəyyən edən kriteriyadır (meyardır). Həqiqətə nail olmaq üçün ilk növbədə məhkəmə təqdim olunan sübutları, faktları və mübahisə ilə bağlı halları tam dəqiqliklə araşdırmalı, həqiqətə nail olmalıdır. Lakin birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş və mövcud olmayan sübut növlərinə istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad etdiyi sübut növündən biri də ksero surət olmaqla əsaslığı şübhə doğuran cavabdehin təqdim etdiyi 27 mart 2013-cü il tarixli təhvil-təslim Aktıdır. İlk öncə Akta nəzər yetirsək görərik ki, Akt kargüzarlığın aparılmasına dair təlimatın 77-ci bəndində nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Eyni zamanda Aktda İddiaçı ASC-nin nümayəndəsi qrafasında Aktı imz alayan şəxsin ad, soyadı və vəzifəsi göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki Aktda qeyd edilən əşyaların İddiaçı ASC-yə təhvil verilməsi həqiqəti əks etdirmir. Aktda adları sadalanan əmlaklara gəldikdə isə görərik ki, əmlakların bir qismi elektrik avadanlıqları olmaqla markası aydın şəkildə qeyd edilməmişdir. Halbuki məhkəməyə təqdim etdikləri 30 iyun 2020-ci il tarixli Aktdan və eyni zamanda “İnventarların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli Qiymətləndirmə rəylərindən görünür ki, cavabdehdən tələb etdikləri əmlakların çeşidi və markası aydın şəkildə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, mövcud olmayan sübut növünə istinad edilməklə düzgün olmayan nəticəyə gəlinmişd ir.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e2(006)2680/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin X1 Fonduna verilməsi hissəsində qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, o məhkəmədə hansı inventarların ona məxsus olmasını 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən qey d etmişdir. 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 2 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1ci mərtəbədə 2 ədəd,yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunkervəsait saxlamaotağı,1ədədseyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf, generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 2 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelləri onun mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər inventarlar onun sahibliyində və istif adəsində deyil. İddiaçının ondan tələb etdiyi inventarlar onun saxlancında deyil, həmin obyekti o sadəcə icarəyə vermişdir. Obyektin "xxxx" ASC-yə icarəyə vermişdir. Obyektin ona məxsus olması Əmanətlərin Sığortalanması Fonduna hüquq vermir ki, onun sahibliyində və istifadəsində olmayan əmlakları ondan tələb etsin. Bundan əlavə iddiaçı 61 ədəd pərdəni, su nasosunu, su çənini və şlaqbaumu da satmışdır. İddiaçı ASC-yə məxsus sözügedən inventarlar hazırda "xxxx" ASC-nin sahibliyində və istifadəsindədir. Əmanətlərin Sığortalanması Fondu həmin inventarları ondan yox, "xxxx" ASC-dən tələb etməlidir. Çünki yuxarıda qeyd etdiyi kimi həmin əmlaklar onun sahibliyində və istifadəsində deyil və eyni zamanda, həmin əmlaklar ona məxsus olmadığına görə onun sözügedən inventarları "xxxx" ASC-dən geri tələ b etməyə hüququ da yoxdur. Həmin əmlakların "xxxx" ASC-nin istifadəsində olması xx.xx.2022-ci il tarixli aktdan da görünür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin MTT (006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ümumilikdə 93 çeşiddə,425 sayda inventarların istifadəsi cavabdehə və digər 3-cü şəxslərə qadağan edilmiş və həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardadı icra edən icra məmuru Azər Heydərovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, aşağıda qeyd olunan əmlaklar müəyyən edilərək siyahıya alındı və saxlanc üçün "xxxx" ASC-yə təhvil verildi, eyni zamanda CM-in 303-cü maddəsinin tələbi və məsuliyyəti barədə xəbərdar olundu. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
14. Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(103)-3892/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) iddiaçı LPO İddiaçı ASC-nin şikayəti təmin edilməmiş, Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair iddiası rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında icarə üzrə müqavilə münasibətləri mövcud olsa da (iddia edilən əmlakları əks etdirən) icarə obyektinin təhvil-təslim aktı, habelə hüquqi şəxs olaraq əmlakların iddiaçıya məxsusluğunu, təsnifatını, d əyərini müəyyən edən balans-uçot (mühasibat) sənədləri məhkəməyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, sübutetmə vəzifəsinə müvafiq iddiaçı tələb edilən əmlakların ona məxsusluğunu (hüquqi şəxsin balansında olmasını, icarə münasibətləri yaranan zaman müqavilənin tələblərinə əsasən təhvil-təslimin həyata keçirilməsini), icarə obyektində yerləşməsini və buna dair cavabdehin mülki məsuliyyətini müəyyən edən dayanıqlı (təkzibedilməz) sübutlar təqdim etməmişdir. Cavabdehin iştirakı olmadan, sonradan tərtib edilən akt isə cavabdehə münasibətdə onun mülki məsuliyyətini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hər hansı hüquqi şəxsin maliyyə təsərrüfat fəaliyyəti üzrə ciddi mühasibat-uçotu reqlamentinə uyğun qeydiyyata alınmalı, bu reqistrlərdə onların tarixlər üzrə hərə kəti və balans dəyəri müəyyən edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 164.2, 165.1, 165.2, 166.1, 166.2, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6, 2.1.10, 2.1.11, 2.1.12, 3.1, 16.2, “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 2.1.13, 7.1, 7.2, 7.3, 7.4, 7.7, 7.13, 7.15, MPM-nin 14.2, 77.1, 80, 81, 82.1, 97.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı LPO İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən yanlış olaraq “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na istinad etmişdir. Halbuki, mübahisəyə qeyd olunan hüquqi aktların normaları deyil, Mülki Məcəllənin mülkiyyət hüququnun və mülkiyyət hüququnun müdafiəsinin əsaslarını tənzimləyən 6-cı fəslinin müddəaları tətbiq olunmalı idi. Birincisi, aşağıda - prosessual hüquq normalarının pozuntusunda da qeyd olunduğu kimi, cavabdeh iddia ərizəsində qeyd olunmuş əmlakların iddiaçı banka məxsusluğunu təkzib etmir. Belə olan halda iddia tələbinin sübut olunması üçün məhkəmənin iddiaçıdan əmlakların balans-uçot (m ühasibat) sənədlərinin tələb olunması həm əsassızdır, həm də buna zərurət yoxdur. Çünki qeyd olunduğu kimi, həmin əmlakların banka məxsus olması mübahisə predmeti deyil. İkincisi, apellyasiya məhkəməsi qətnamədə “cavabdehin iştirakı olmadan, sonradan tərtib edilən aktın cavabdehə münasibətdə onun mülki məsuliyyətini müəyyən edən sübut kimi qiymətləndirilə bilinməməsini, belə ki, hər hansı hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin ciddi mühasibat-uçotu reqlamentinə uyğun qeydiyyata alınmalı olmasını, bu reqistrlərdə onların tarixlər üzrə hərəkəti və balans dəyərinin müəyyən edilməli olmasını” qeyd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Burada söhbət 25 yanvar 2017-ci il tarixli “İcarə müqaviləsi” və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli R azılaşma üzrə 30 iyun 2020-ci il tarixli Aktdan gedir ki, bu aktın formasının da məhkəmə tərəfindən mübahisələndirilməsi sübutların qiymətləndirilməsi baxımından əsassızdır. Belə ki, 30 iyun 2020-ci il tarixli Akt cavabdehlə iddiaçı arasında icarə münasibətlərinə xitam verilərkən iddiaçıya məxsus əmlakların Cavabdeh saxlancında qalmasını təsdiq edən sübut əhəmiyyətli sənəddir. Həmin aktla bankın balansında olan əmlakların inventarizasiyası aparılmamışdır. Sadəcə olaraq icarə obyektində qalan əşyaların faktiki yeri müəyyənləşdirilmişdir. Ona görə də həmin aktın “peşəkar formada tərtib olunmuş mühasibat sənədi” olmaması səbəbilə iş üçün əhəmiyyət kəsb edən sübutlar siyahısından çıxarılması əsassızdır. Məhkəmə sözügedən aktı ciddi mühasibat sənədi hesab etməsə də, ən azından onu faktı təsdi q edən sübut kimi qəbul etməli idi. Həmin aktda aydın şəkildə mübahisəli əmlakların cavabdehin saxlancında qaldığı qeyd olunur.
19. İddia tələbinə hələ Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçı tərəfindən eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə verilmiş, ərizədə mübahisəli, ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların istifadəsinin cavabdehə və digər üçüncü şəxslərə qadağan olunması və həmin əmlakların üzərinə həbs qoyulması məhkəmədən xahiş olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli eMTT(006)120/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə icra vərəqəsi verilmişdir. İş materillarında olan, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb xx.xx.2022-ci il tarixli akta əsasən tam şəkildə təmin olunmuşdur. Beləliklə, qeyd olunan əşyaların Cavabdeh məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saxlanıldığı icra məmurunun tərtib elədiyi aktla sübuta yetirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X4:
24. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan mü ddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyat a keçməsinə kömək göstərir.
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. İddiaçı ərizəsində göstərdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində qaldığını iddia edərək onların geri qaytarılmasını tələb edir.
36. Cavabdeh isə iddiaya etiraz edə rək bildirir ki, sadalanan bəzi əşyalar onun mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər inventarlar onun deyil, "xxxx" ASC-nin sahibliyində və istifadəsindədir.
37. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddia edilən əmlakları əks etdirən icarə obyektinin təhvil-təslim aktı, habelə hüquqi şəxs olaraq əmlakların iddiaçıya məxsusluğunu, təsnifatını, dəyərini müəyyən edən balans-uçot (mühasibat) sənədləri məhkəməyə təqdim edilməmişdir. Sübutetmə vəzifəsinə müvafiq iddiaçı tələb edilən əmlakların ona məxsusluğunu (hüquqi şəxsin balansında olmasını, icarə münasibətləri yaranan zaman müqavilənin tələblərinə əsasən təhvil-təslimin həyata keçirilməsini), icarə obyektində yerləşməsini və buna dair cavabde hin mülki məsuliyyətini müəyyən edən dayanıqlı (təkzibedilməz) sübutlar təqdim etməmişdir.
38. İddiaçı isə kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin iddiaçıdan əşyaların balans-uçot (mühasibat) sənədlərini tələb etməsinə əsas yox idi, çünki həmin əşyaların banka məxsus olması mübahisə predmeti deyil. Bundan əlavə, iddiaçı tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə verərək mübahisəli - ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların istifadəsinin cavabdehə və digər üçüncü şəxslərə qadağan olunması və həmin əmlakların üzərinə həbs qoyulmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(006)120/2022 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İş materillarında olan, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam ve rilməsi haqqında” qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb xx.xx.2022-ci il tarixli akta əsasən tam şəkildə təmin olunmuşdur. Beləliklə, qeyd olunan əşyaların Cavabdeh məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saxlanıldığı icra məmurunun tərtib elədiyi aktla sübuta yetirilir.
39. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir, ona görə ki, əvvəla, iddiaçının tələbinin apellyasiya məhkəməsi tərəfindən hansı qanun normasının (dispozisiya şərtləri) əsasında yoxlanıldığı və həll edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qətnamənin “Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində Mülki Məcəllənin 157.2, 157.8, 164, 165, 166-cı maddələrinin sadəcə olaraq mətni qeyd edilmişdir.
40. Apellyasiya məhkəməsi iddianın sadalanan normalardan hansının dispozisiya şərtləri əsasında yoxlanıldığını, həmin şərtlərə uyğun olaraq işin müəyyən edilməli faktiki hallarının nədən ibarət olduğunu, onlardan hansının mübahisə edilməyən, hansıların isə mübahisəli olmasını, mübahisəli hallar üzrə sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşməsini, həmin tərəfin bu məqsədlə verdiyi sübutların nədən ibarət olmasını, onların qiymətləndirilməsi ilə bütövlükdə iş üzrə gəlinən nəticəni və tətbiq edilən hüququ əsaslandırmamışdır.
41. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın d ispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
42. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
44. Baxılan işdə iddiaçının tələbi bu no rmanın şərtlərinə uyğun gəlsə də, yuxarıda göstərilən qaydalara uyğun bir araşdırma və hüquqi dəyərləndirmə aparılmamışdır. Bundan əlavə, qətnamədə istinad olunan, Mülki Məcəllənin məhdud əşya hüquqlarının müdafiəsinə dair 157.8-ci, sahibliyin müdafiəsinə və sahibliklə bağlı prezupmsiyalara aid 164, 165 və 166-cı maddələrinin hansı əsaslarla hazırkı işə tətbiq olunduğu məlum deyil.
45. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
46. Odur ki, iddia tələbinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, iddianın həlli barədə ümumi bir qənaəti özündə əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
47. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət e dir (§ 23-24).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tari xli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
49. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
50. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, bu hallar üzrə sübutetmə yükü, eləcə də tələbin qanuni əsası düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə q anunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3892/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.