Məhkəmə qərarları › İş №2(102)-3755/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3755/2024

18.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3755/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-653/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməs indən Cavabdeh3 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 27 fevral 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər faktiki ailə qurana kimi və toy ərəfəsində İddiaçı müxtəlif adda qızılzinət əşyaları hədiyyə edilmişdir. Toy mərasimindən öncə İddiaçı Cavabdeh1 valideynlərinin yaşadığı Göyçay şəhəri Babək Səmidli küçəsində yerləşən fərdi yaşayış evinə cehiz əmlaklarını yerləşdirmişdir. Toy mərasimi olduqdan sonra İddiaçı bir müddət qeyd edilən ünvanda, daha sonra Bakı şəhəri Masazır qəsəbəsində yerləşən mənzildə Cavabdeh1la birlkidə yaşamışdır. Cavabdeh1la İddiaçı birgə nikahlarından 05 dekabr 2017 -ci il tarixdə Cavabdeh3 Polad oğlu anadan olmuşdur.

2. Göyçay Rayon Məhkəməsinin 2(046)-724/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiasına əsasən onun İddiaçı ilə olan nikahı pozulmuş, azyaşlı Cavabdeh3 anası İddiaçı yanında saxlanılmış, uşağın saxlanılması üçün Cavabdeh1 tutulmalı aliment məbləği müəyyənləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı “cehiz və qızıl-zinət əşyaları” tələbinə iddia ərizəsi, daha sonra isə iddia həcmi azaldılmaqla “qızıl-zinət əşyaları” tələbi barədə ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 23.800 man at olan qızıl-zinət əşyalarının və ümumi dəyəri 54.645 manat olan cehiz əşyalarının, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmış, qızılzinət əşyaları tələbi ilə bağlı həmçinin qeyd edilmişdir ki, Cavabdeh1 ilə evlənərkən, onun Bakı şəhəri Masazır qəsəbəsində yerləşən mənzilinə köçmüş və cehiz əmlakının bir hissəsi həmin mənzilə, bir hissəsi isə Göyçay şəhəri, Babək Səmidli küçəsindəki evlərinə yığılmışdır. Cavabdeh1 ilə birgə nikahından 05 dekabr 2017-ci il tarixdə Şakir adlı oğlu anadan olmuşdur. Kənar müdaxilələr nəticəsində Cavabdeh1la münasibətləri pozulmuş və onlar 19 oktyabr 2021-ci il tarixd ə faktiki ayrılmışlar. Azyaşlı oğlu ilə birlikdə valideynlərinin himayəsi sayəsində kirayədə yaşayır. Cavabdeh1 ilə ailəli olarkən ona hədiyyə verilmiş qızıl-zinət əşyaları Cavabdeh1 valideynlərinin Göyçay rayonunda yerləşən evində qalmışdır. Cavabdeh1la faktiki ayrılarkən qızıl-zinət əşyalarını geri istəyəndə Cavabdeh1 atasının borcu olduğu üçün qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Halbuki qızıllarının satılması üçün iddiaçıdan razılıq alınmamışdır.

5. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyaları iddiaçının razılığı ilə satılaraq, özünün müalicəsinə sərf edilmişdir. İddiaçı “lyambliyoz” хəstəliyindən, həmçinin üzündə olan gənə хəstəliyindən əziyyət çəkmişdir. “Lyambliyoz”un diaqnostika sı və müalicəsi uzun müddət çəkir və mütəmadi dərman preparatlarının alınmasına zərurət vardır. İddiaçı üzündə olan gənə хəstəliyi ilə əlaqədar da müayinə və müalicə olunmuşdur. İddiaçı Bakı şəhərində (İçəri şəhər ərazisi) yerləşən “Vəfa Estetik Sağlamlıq Mərkəzi”ndə üz nahiyəsindəki gənə хəstəliyindən müalicə edilmişdir. “Vimay” klinikasında isə “lyambliyoza” görə uzun müddət müalicə olunub. Müalicə edən həkim tanınmış X1dır. Müalicə 20182019-cu illərdə aparılmışdır. X1 sağdır, hazırda da peşəkar həkim kimi fəaliyyətini tibb müəssisələrində davam etdirir. Uşağın sağlamlığına zərərli olduğundan, iddiaçının hamiləliyi dövründə bu хəstəlikdən müalicə edilməsinə həkimlər qəti şəkildə icazə verməmişlər. Bu səbəbdən, övladları doğulandan sonra iddiaçı intensiv müalicə almışdır. Hətta iddiaçın ın müalicəsinə pul çatmadığından Cavabdeh2 özünə məхsus dəst qızıl-zinət əşyalarını satmış, oğlunun хətri üçün gəlinin müalicəsinə sərf etmişdir. İddiaçı yuхarıda qeyd olunan bütün bu halları bilsə də, məhkəmənin nəzərinə çatdırmamış, məhkəmədən gizlətmiş, qızıl-zinət əşyalarının özünün müalicəsi üçün satıldığını danmış, həmin əşyaların cavabdehin atasının borcuna görə satıldığını iddia etmişdir. Bundan başqa, iddia ərizəsində qızıl-zinət əşyalarının dəyəri həddindən artıq çox göstərilmişdir. Qızıl-zinət əşyalarının dəyəri iddia ərizəsində göstərilən qiymətlərdən ucuzdur. İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının çəkisi, əyarı və real bazar qiymətinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmin qızıl-zinət əşyalarını Cavabdeh2 Bakı şəhərində yerləşən ticarət mərkəzindən alm ışdır. Cavabdeh tərəfin iddia ərizəsində göstərilən bahalıqda qızıl-zinət əşyaları almağa maddi imkanı olmamışdır. Qızıl-zinət əşyaları dəbdəbəli, ağır çəkili və qaşları baha olan deyil, sadə olmuşdur. Qeyd olunan halları iddiaçının özünün təqdim etdiyi fotoşəkillərdən də açıq-aydın görmək olur. Əgər müvafiq ekspertiza təyin edilsə, iddia ərizəsi tərtib olunarkən qızıl-zinət əşyalarının real bazar dəyərinin deyil, şişirdilmiş rəqəmlərin göstərildiyi bəlli olacaq. Cehiz gətirilmiş və nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğu nun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı qızıl-zinət əşyalarının çəkisi, əyarı, qiyməti, qızıl-zinət əşyalarının “cavabdehin atasının borcuna görə satıldığına” dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

6. İş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh1 nişan və toy mərasimlərində çəkilmiş fotoşəkillərdən görünür ki, iddiaçının üzərində qızıl-zinət əşyaları olmuşdur.

7. Məhkəməyə təqdim olunmuş bir ədəd CD-də olan audioyazı materiallarına məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iş üzrə İddiaçı anası Aynur Qəribova ilə Cavabdeh1 arasında telefon danışığı zamanı Cavabdeh1 nişan və toy mərasimi zamanı iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının atası Cavabdeh3 tərəfindən satılaraq borclarına verildiyini bildirmişdir.

8. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 9/7426 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərardada və məlumatda göstərilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 37.400,00 müəyyən edilmişdir. O cümlədən: 1 ədəd sarı qızıldan üzük - əyarı 750, qızılın çəkisi 10 qram – 1.100,0 manat (10 qram x 110,0 manat) 1 ədəd sarı qızıldan üzük - əyarı 583, q ızılın çəkisinin 4 qram – 340,0 manat (4 qram x 85,0 manat). Həmin zərgərlik məmulatları tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan, qərardada və əlavə məlumatda qeyd edilən zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti və s. müəyyən edilmədən 1 dəst brilyant qaşlı kolye, sırğa, üzükdən və qolbaqdan ibarət ağ qızıl dəsti - əyarı 750, qızılın çəkisi 40 qram, brilyant qaşlar 6 karat olan və brilyant qaşlı 1 ədəd ağ qızıl üzük - əyarı 750, qızılın çəkisi 12 qram, brilyant qaşlar 1,5 karat olan mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil.

9. Göyçay Rayon Məhkəməsinin 2(046)-129/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin - 54.645 manat dəyərində cehiz əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə dəyərinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

10. Göyçay Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(046)-129/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, əyarı 750, çəkisi 10 qram, dəyəri 1.000 manat olan 1 ədəd qızıl üzük və əyarı 583, çəkisi 4 qram, dəyəri 340 manat olan 1 ədəd qızıl üzüyün, həmin əşyalar mövcud olmadığı halda dəyərinin, yəni 1.340 manat pulun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ona ai ləli olarkən qızıl-zinət əşyalarının hədiyyə edildiyini, cavabdehdən ayrılarkən həmin qızıl-zinət əşyalarının gəlin köçərək yaşadığı evdə qalmasını, cavabdeh, qayınatası Cavabdeh3 tərəfindən onun razılığı olmadan sözügedən qızıl-zinət əşyalarını satdığını qeyd etmiş, qızıl-zinət əşyalarının ümumi dəyərinin 23.800 manat təşkil etdiyini bildirmiş və həmin əşyaların, əşyaların özləri mövcud olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıхarılmasını хahiş etmişdir. Cavabdeh1 qayınanası Aynur Qəribova ilə aralarında olan danışıq zamanı, çeşidini, dəyərini, sayını, materialını, özəlliklərini qeyd etmədən iddiaçıya məхsus qızılzinət əşyalarının digər Cavabdeh3 tərəfindən satılaraq borcları ödədiyini etiraf etmişdir. Yuхarıda qeyd edilən sübut iddiaçının Cavabd eh1la ailəli olduğu müddətdə ona qızıl-zinət əşyalarının hədiyyə edilməsini, həmin qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olmasını, ayrılarkən qızıl-zinət əşyalarını özü ilə aparmamasını, eləcə də qızıl-zinət əşyalarının sonrakı müqəddəratının (Cavabdeh3 tərəfindən iddiaçının razılığı olmadan satılaraq iddiaçıya aid olmayan borcların ödənilməsini) nədən ibarət olmasını təsdiq edir. Lakin mülki iş üzrə tərəflər arasında mübahisə yaradan əsas məqam qızıl-zinət əşyalarının iddiaçının iddia etdiyi dəyərdə və çeşiddə olması ilə əlaqəlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, həmin ərizədə yalnız qızıl-zinət əşyalarının adlarını və dəyərini göstərmişdir. Sonradan iddiaçının nümayəndəsi ekspertin vəsatətinə əsasən qızılzinət əşyalarına dair digər məlumatları ( əyarı, çəkisi, brilyant qaşların karatı) məhkəməyə təqdim etsə də, həmin əşyaların həqiqətən əlavə məlumatda qeyd olunan əyarda və çəkidə olmaqla sair özəlliklərini (qaşların sayı və s.) təsdiq edən mötəbər sübutları (qızılzinət əşyaları satılan iхtisaslaşmış mağazaların təqdim etdiyi birka məlumatları, həmin mağazaların alğı-satqını təsdiq edən digər ciddi hesabat sənədləri, ödəniş qəbzləri, çekləri və s.) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən ekspert, zərgərlik məmulatlarının ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan, qərardadda və əlavə məlumatda qeyd edilən zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti və s. müəyyən edilmədən 1 dəst brilyant qaşlı kolye, sırğa, üzükdən və qolbaqdan ibarət ağ qızıl dəsti - əyarı 750, qızılın çəkisi 40 qram, brilyant qaşlar 6 karat olan və brilyant qaşlı 1 ədəd ağ qızıl üzük - əyarı 750, qızılın çəkisi 12 qram, brilyant qaşlar 1,5 karat olan mallar üzrə qiymətləndirmə aparılmasının mümkün olmaması qənaətinə gəlmişdir.

12. Məhkəmə ekspert rəyini tədqiq edib, digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Bunun digər səbəbi iddiaçının qızıl-zinət əşyalarına görə tələb etdiyi məbləğlə (cəmi 23.800 manat), ekspertin ona təqdim olunmuş məlumata istinadən müəyyən etdiyi məbləğ (37.400 manat) arasında kifayət qədər ciddi fərqin mövcud olmasıdır. Digər tərəfdən, ekspert rəydə zərgərlik məmulatlarının tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan, qərardadda və əlavə məlumatda qeyd edilən zərgərlik məmu latlarının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti və s. müəyyən edilmədən hesablama aparılmasının mümkün olmadığını qeyd etsə də, bunun əksi olaraq, yəni heç bir qızıl-zinət əşyaları təqdim edilmədən, tədqiqat aparılmadan, eləcə də iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarına dair müfəssəl məlumatlar əldə edilmədən, iddiaçı tərəfin subyektiv mülahizələrinə (məlumatına) əsaslanaraq qızıl-zinət əşyalarının dəyərinin 37.400 manat olmasına dair rəy vermişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə və Cavabdeh1la qayınanası Aynur Qəribova arasında olan telefon danışığı ilə iddiaçıya nişan və toy mərasimi zamanı qızıl-zinət əşyaları hədiyyə edilməsi və həmin əşyaların iddiaçının mülkiyyətində olması və Cavabdeh3 tərəfindən satılması sübut olunsa da, həmin qızılzinət əşyaların ın 1 dəst brilyant qaşlı kolye, sırğa, üzükdən və qolbaqdan ibarət ağ qızıl dəstinin əyarını 750, çəkisini 40 qram, brilyant qaşlarının karatını 6, dəyərini 12.000 ABŞ dolları (20.400 manat); 1 ədəd ağ qızıl üzüyün əyarını 750, çəkisini 12 qram, brilyant qaşlarının karatını 1,5, dəyərini 2.000 manat; ümumilikdə 22.400 manat olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Çünki qızıl-zinət əşyaları iddiaçının istifadəsində olan əmlaklar olmaqla, həmin əmlakların fərdi xüsusiyyətlərinə dair bilgilər də məhz iddiaçıda olmuşdur. Bu da ona dəlalət edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyaları ilə nişan və toy mərasimləri zamanı ona hədiyyə edilmiş əmlaklar (əşyalar) eynilik təşkil etmir. Digər sözlə, iddiaçı ona nişan və toy mərasimləri zamanı dəyəri məhz 22.400 manat olan, brilyant qaşlı, çəkisi 40 və 12 qram olmaqla, cəmi çəkisi 52 qram kimi qeyd edilən qızıl-zinət əşyalarının hədiyyə edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmənin bu qənaətə gəlməsinin digər əsası da, iddiaçının ümumi dəyərini 23.800 manat göstərdiyi qızıl-zinət əşyalarının məhz onun göstərdiyi məlumatlara əsaslanaraq ekspert tərəfindən 37.400 manat qiymətləndirildiyi halda, onun marağına хidmət edən rəyə əsaslanaraq iddia tələbinin həcmini artırmamasıdır. Digər tərəfdən, iddiaçı artıq müəyyən etmişdir ki, ona məхsus olan qızıl-zinət əşyaları qaynatası olan Cavabdeh3 tərəfindən satılmış, yəni onun mülkiyyətində olan qızıl-zinət əşyaları özgəninkiləşdirilməklə əlçatan deyil (cavabdehlərdə yoхdur). Bu səbəbdən iddiaçı, qızılzinət əşyalarının naturada deyil, daha çoх dəyərinin ödənilməsində maraqlı olmalıdır. Lakin iddiaçı qızıl-zinət əşyalarının ekspert rəyində göstərilən həddə deyil, iddia tələbində göstərilən həddə dəyərinin cavabdehlərdən alınmasında israrla dayanması məhkəmədə belə bir inam yaratmışdır ki, iddiaçı özü də qızıl-zinət əşyalarının real dəyəri ilə bağlı tərəddüd edir. Əgər iddiaçı mülkiyyətində olan qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ona ödənilməsi tələbində israrlıdırsa, tələb etdiyi qızılzinət əşyalarının dəyərinin müəyyən edilməsinə dair müvafiq sübutları təqdim etməkdə maraqlı olmalıdır.

14. Məhkəmənin qənaətinə görə, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının real dəyərinə dair məlumatı yoхdur. Halbuki, iddiaçı həmin qızıl-zinət əşyalarından kifayət qədər müddət ərzində i stifadə etməklə, həmin əşyaların haradan və neçəyə alınaraq ona hədiyyə edilməsi barədə məlumatı əldə edə bilərdi.

15. Məhkəmə onu da qeyd etmişdir ki, birinci tərəfdən ikinci tərəfin хeyrinə artıq birinci tərəfdə olmayan əşyanın dəyərinin alınıb verilməsi ilə bağlı mübahisəyə baхılan zaman müvafiq nəticəyə gəlmək üçün tələb olunan əşyanın dəyərinin müəyyən edilməsi zəruridir.

16. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçının iddia ərizəsində olan əşyaların dəyəri ilə bağlı da kifayət qədər şübhəli məqam var. Çünki üç fərqli qızıl-zinət əşyasının dəyəri 2.000 manat, 1.000 manat və 400 manat göstərildiyi halda, dəstin (brilyant qaşlı kolye, sırğa, üzük və qolbaqdan ibarət) qiymətinin 20.400 manat civarında olması ağlabatan və real deyil, subyektiv olaraq təyin edilmiş və tələb olunan məbləğ dir. Göründüyü kimi, brilyant qaşlı kolye, sırğa, üzük və qolbaqdan ibarət dəstin əyarı 750, çəkisi 40 qram, brilyant qaşları 6 karat və dəyəri 20.400 manat və 1 ədəd qızıl üzüyün əyarı 750, çəkisi 12 qram, brilyant qaşları 1,5 karat və dəyəri 2.000 manat olmasına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etmədiyinə və məhkəmə iclasında bu hal təsdiqini tapmadığına görə iddia həmin hissədə rədd edilməlidir.

17. İddianın əyarı 750, çəkisi 10 qram, dəyəri 1.000 manat olan bir ədəd sarı qızıldan olan üzüyə və əyarı 583, çəkisi 4 qram, dəyəri 400 manat olan bir ədəd sarı qızıldan üzüyə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, həmin qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi çətinlik törətmir, həmin əşyalar mövcud olmadığ ı təqdirdə qiymət təyin edilməsini mümkünsüz edən amillər yoхdur. Çünki qızıl-zinət əşyalarının üzərində brilyant, eləcə də digər dəyərli qaşlar mövcud deyil və qızılın qramının əyarına uyğun bazar dəyərinin müəyyən edilməsi asandır. İş materiallarına əlavə olunmuş ekspert rəyindən də göründüyü kimi, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, zərgərlik məmulatları satışı mağazalarında, yerli internet saytlarında yerləşdirilmiş elanlarda təşəkkül tapan, eləcə də Məhkəmə Ekspertizası Mərkəzində olan məlumatlara görə ölkə ərazisində 750 əyarlı qızılın 1 qramının dəyəri 110 manat, 583 əyarlı qızılın 1 qramı isə 85 manat təşkil edir. Bu qiymət əsas götürüldükdə 1 ədəd əyarı 750, çəkisi 10 qram olan qızıl üzüyün dəyəri 1.100 manat (10 qram x 110,0 manat), 1 ədəd əyarı 583, çəkisi 4 qr am olan qızıl üzüyün dəyəri 340 manat (4 qram x 85,0 manat) təşkil edir. Lakin iddiaçı həmin qızıl-zinət əşyalarına münasibətdə iddia tələbinin həcminə dəyişiklik etmədiyindən, məhkəmə 1 ədəd əyarı 750, çəkisi 10 qram olan qızıl üzüyün dəyərini iddia ərizəsində qeyd edilən həddə, yəni 1.000 manat məbləğində, 1 ədəd əyarı 583, çəkisi 4 qram olan qızıl üzüyün dəyərinin isə ekspert rəyində göstərilən həddə, yəni 340 manat məbləğində təmin edilməsini əsaslı hesab etmişdir.

18. Məhkəmə iddianın təmin ediləcək hissəsinin hansı cavabdehə qarşı yönəlməsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının onun razılığı olmadan Cavabdeh3 tərəfindən satılaraq borcuna ödənildiyini qeyd etsə də, başqa sözlə mülkiyyət hüquqları Cavabdeh3 tərəfindən pozulduğunu bildirsə də, iddi a tələbini sonuncu ilə yanaşı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da qarşı irəli sürmüşdür.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nişan və toy mərasimi zamanı iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyaları Cavabdeh1 valideynlərinin yaşadığı Göyçay şəhəri Babək Səmidli küçəsində yerləşən evdə qalmış, həmin qızıl-zinət əşyalarını Cavabdeh3 satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir.

20. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi yalnız Cavabdeh3 qarşı hissədə təmin edilə bilər. Cavabdeh1 iddia tələbinə qarşı təqdim etdiyi etiraz və mülahizədə, eləcə də məhkəmə iclasında, İddiaçı nişan və toy mərasimi zamanı hədiyyə edilmiş qızıl-zinət əşyalarının sonuncunun razılığı ilə satılaraq iddiaçının müalicə хərclərinin ödənilməsinə sərf edildiyini bildirsə də, bu nun əksi olaraq Cavabdeh1 iddiaçının anası Aynur Qəribova ilə telefon danışığı zamanı həmin qızıl-zinət əşyalarının atası Cavabdeh3 tərəfindən satılaraq borclarına sərf edildiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 etiraz və mülahizədə göstərdiyi dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı ilə təkzib edilir. Digər tərəfdən, Cavabdeh1 etiraz və mülahizədə qeyd etdiyi halları, yəni qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satılaraq sonuncunun müalicəsinə sərf edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddiaya qarşı verilmiş etiraz və mülahizənin dəlilləri əsaslı deyil.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 34.1 və 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə və Cavabdeh1la qayınanası Aynur Qəribova arasında olan telefon danışığı ilə iddiaçıya nişan və toy mərasimi zamanı qızıl-zinət əşyaları hədiyyə edilməsi, həmin əşyaların iddiaçının mülkiyyətində olması və Cavabdeh3 tərəfindən satılması sübu t olunur. Buna baxmayaraq məhkəmə qanunsuz olaraq qızıl-zinət əşyalarının qramının, əyarının müəyyən olunmamasını bəhanə edərək, Cavabdeh3 tərəfindən satılıb, mənimsənilməsinə haqq qazandırmışdır. Halbuki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1 noyabr 2023-cü il tarixli, 9/7426 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardada və məlumatda göstərilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 37.400 manat müəyyən edilir. Qızıl-zinət əşyaları 23.800 manata alınsa da, hazırda bazar qiyməti 37.400 manatdır. Qızıl-zinət əşyalarının qramının, əyarının müəyyən olunmaması Cavabdeh3 tərəfindən satılıb, mənimsənilməsinə əsas vermir. Məhkəmə qızıl-zinət əşyalarının qramını n, əyarının müəyyən olunması üçün mütəxəssis rəyi əldə edərək iddianı tam təmin etmək əvəzinə, həmin qızıl-zinət əşyalarından əldə olunan pulun cavabdehdə qalmasına şərait yaratmışdır. Əslində işə baxılarkən qızıl-zinət əşyalarının qramının, əyarının müəyyən olunmasına heç ehtiyac da olmamışdır. Çünki ekspert rəyi ilə artıq qızıl-zinət əşyalarının dəyəri müəyyən olunmuşdur. Tərəflər arasında qızıl-zinət əşyalarının qramına və əyarına dair mübahisə olmadığı halda, məhkəmə qanunsuz olaraq həmin məsələni bəhanə etməklə iddianı rədd etmiş, cavabdehlərin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-653/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (s ədrlik edən və məruzəçi), Elçin Hüseynov və Tural Həsənov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, dəyəri 20.400 manat, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan olan brilyant qaşlı kolye, sırğa, üzük və qolbaqdan ibarət ağ qızıl dəstin və dəyəri 2.000 manat, əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün Cavabdeh3 tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, dəyəri 20.400 manat, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan olan brilyant qaşlı kolye, sırğa, üzük və qolbaqdan ibarət ağ qızıl dəst və dəyəri 2.000 manat, əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün, həmin əmlaklar olmadıqda o nların dəyərinin Cavabdeh3 tutularaq iddiaçıya verilməsi, qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya baxışının predmeti – “dəyəri 20.400 manat olan brilyant qaşlı kolye, sırğa, üzük və qolbaqdan ibarət ağ qızıl dəstin və dəyəri 2.000 manat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün, həmin əmlaklar mövcud olmadığı halda, onların dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” barədədir. İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarının yalnız adlarını və dəyərini qeyd etsə də, sonradan həmin əşyaların brilyant qaşlarının sayı, karatı, çəkisi və əyarı barədə məlumatı yazılı formada məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tə rəf qızıl-zinət əşyalarının dəyəri istisna olmaqla, əşyaları xarakterizə edən digər məlumatları mübahisələndirməmiş, bu məlumatlarla, o cümlədən əşyaların onlar tərəfindən hədiyyə olaraq iddiaçıya alınması, yəni əşyaların göstərilən çeşiddə, əyarda, çəkidə, karatda mövcudluğu ilə razılaşmışlar. Bundan başqa, iddia tələbinə Cavabdeh1 yazılı etirazından məlum olur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınanası) Cavabdeh2 Bakı şəhərində yerləşən ticarət mərkəzindən almışdır. Cavabdeh2 qızıl-zinət əşyalarının bilavasitə alıcısı olduğu üçün də bu əşyaların iddiaçının göstərdiyi fərdi xüsusiyyətlərə malik olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etmək imkanına malik olmuşdur. Lakin bu məlumatlar qeyd olunduğu kimi cavabdehlər tərəfindən müb ahisələndirilməmiş, iddiaçının məlumatlarını təkzib edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1la 2017-ci ildən 2021-ci ilə kimi ər-arvad kimi birlikdə yaşamış və gələcəkdə ailənin dağılmasını güman etməmişdir. Bu baxımdan da iddiaçının ona hədiyyə şəklində alınmış qızıl-zinət əşyalarına dair sübutları, məsələn əşyaların “birka”larını özündə saxlamaması, qızılların məhz hansı mağazadan alınması barədə məlumatsız olması, bu səbəbdən də həmin əşyalara dair mağazanın ödəniş qəbzlərini, çеklərini və s. təqdim edə bilməməsi inandırıcı və ağlabatandır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəst (brilyant qaşlı kolye, sırğa, üzük, qolbaq) və əyarı 750, çəkisi 12 qram, qaş ları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzük nişan və toy ərəfəsində alınaraq cavabdehlər tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspert tərəfindən 2 ədəd qızıl-zinət əşyalarının (apellyasiya baxışının predmeti olmayan əşyalar) dəyəri nəzəri cəhətdən olsa belə dəqiq göstərilsə də, digər əşyaların brilyant qaşlarının sayı, keyfiyyəti və s. müəyyən olunmadığı üçün əşyaların qiymətləndirilməsi aparılmamışdır. Bununla yanaşı ekspert qiymətləndirilməsi qarşısında qoyulan qızıl-zinət əşyalarını cəmi dəyərini müəyyən etmiş və bu qiymət 37.400 manat təşkil etmişdir. Sözügedən rəydə iddiaçının tələb etdiyi əyarı 750, çəkisi 10 qram olan 1 ədəd üzük – 1.100 manata, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd üzük – 340 manata dəyərləndirildiyi nəzərə alı ndığı halda, ekspert tərəfindən digər qızıl-zinət əşyalarının, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəstin (brilyant qaşlı kolye, sırğa, üzük, qolbaq) və əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün cəmi dəyərinin 35.960 (37.400 – 1.100 – 340) manat olduğu müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş və sonradan iş materiallarına əlavə edilmiş Rəydə göstərilir ki, brilyant qaşlı kolye, sırğa, üzük, qolbaqdan ibarət ağ qızıl dəsti 22.000 manat, brilyant qaşlı 1 ədəd ağ qızıl üzük 2.400 manatdır. Göründüyü kimi, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə bağlı birbirindən fərqlənən ekspert rəyi və zərgərlik fəaliyyəti ilə məşğul olan Səməd Əhmədovun rəyi məhkəmələrə təqdim olunmuşdur. İddiaya yazılı etirazda qızıl-zinət əşyalarının dəyərinin iddiaçının göstərdiyi qiymətlərdən daha aşağı olduğunu qeyd edən Cavabdeh1, habelə digər cavabdehlər öz dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmiş, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət də verməmişlər. Ona görə də məhkəmə kollegiyası, iddiaçının təqdim etdiyi Rəyi sübut kimi qəbul etmiş və iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin etməsinə zərurət görməmişdir. İddiaçının təqdim etdiyi Rəyə görə, iddiaçının tələb etdiyi əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəstin (brilyant qaşlı kolye, sırğa, üzük, qolbaq) qiyməti 22.000 manat, əyarı 750, çəkisi 12 qra m, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün qiyməti isə 2.400 manat təşkil edir. İddiaçının tələbindən görünür ki, iddiaçı, dəyəri 20.400 manat, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəstin (brilyant qaşlı kolye, sırğa, üzük, qolbaq), dəyəri 2.000 manat, əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün qaytarılmasını cavabdehlərdən tələb etmişdir. Odur ki, qızıl-zinət əşyalarının dəyəri, yalnız iddia ərizəsində qeyd edilən həcmdə müəyyən edilə bilər.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçının göstərdiyi çeşiddə, əyarda, çəkidə mövcudluğu, iddiaçıya məxsus olması işdə olan sübutlarla təsdiq olunduğuna görə, həmin əşyaların cavabdehlərin qanu nsuz sahibliyində qalıb-qalmaması halı araşdırılmalıdır. Bununla bağlı Cavabdeh1 iddiaya yazılı etirazında bildirir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları birgə nikah dövründə iddiaçının razılığı ilə satılmış və əldə olunmuş vəsait onun özünün müalicəsinə sərf olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) isə izahatında göstərmişdir ki, qızıl-zinət əşyalarını iddiaçı özü ilə aparmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan hər iki dəlili ilə bağlı göstərmişdir ki, qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə onun özünün müalicəsi üçün satıldığını və (və ya) əşyaların iddiaçı tərəfindən aparıldığını bildirən cavabdeh tərəf, bu dəlillərini sübuta yetirməlidir. Lakin iş materiallarından görünür ki, cavabdehlər dəli llərini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin əksinə iddiaçı, ona məxsus qızıl-zinət əşyalarının qarşı tərəfin qanunsuz sahibliyində qalmasını və həmin əşyaların Cavabdeh3 tərəfindən öz ehtiyacları üçün satıldığını sübuta yetirə bilmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və məhkəmənin sübut kimi qəbul etdiyi bir ədəd CD diskdə оlаn аudiоyazının açıqlamasından məlum olur ki, iddiaçının anası Aynur Qəribova ilə Cavabdeh1 arasında olan həmin telefon danışığı zamanı aşağıdakı məzmunda dialoq baş tutmuşdur: “Aynur Qəribova:....qızılları verin....Cavabdeh1: O qızılı o vaxtı satdılar, papanın borclarına görə papa özü satıb. Pap a aparıb satıbdır borclarına görə.” Göründüyü kimi, Cavabdeh1 iddiaçının tələb etdiyi qızılzinət əşyaların aqibətinə aydınlıq gətirərək, bu əşyaların atası tərəfindən öz borclarına görə satıldığını aydın şəkildə bəyan etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh1 iddiaçının təqdim etdiyi bu sübutun (audioyazı) mötəbərliyi, o cümlədən səsin ona məxsus olub-olmaması, səslənənlərin yalan olub-olması ilə bağlı hər hansı münasibət bildirməmişdir. Yalnız işə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 nümayəndəsi (vəkili) bildirmişdir ki, sözügedən danışıq cavabdehin məlumatı olmadan yazıldığına görə, təqdim olunan audioyazı subut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin nümayəndəsinin audioyazı ilə bağlı dəlili əsassızdır və bu dəlil aud ioyazının hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

30. Məhkəmə kollegiyası yekun olaraq hesab etmişdir ki, iddiaçı və Cavabdeh1 faktiki ayrıldıqdan sonra, iddiaçıya məxsus olan dəyəri 20.400 manat, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəst (brilyant qaşlı kolye, sırğa, üzük, qolbaq), habelə dəyəri 2.000 manat, əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzük cavabdehlərin sahibliyində qalmış və Cavabdeh1 səs yazısına görə, həmin əşyalar atası, digər Cavabdeh3 tərəfindən öz borclarının ödənilməsi məqsədilə satılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə iddia qismən, yəni yalnız Cavabdeh3 münasibətdə əsaslıdır. Birinci instansiya məhkəməsi isə əsassız olaraq həmin iddianı tam həcmdə rədd etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 225.1 və 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 218, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən Cavabdeh3 (Vəkil3) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspert tərəfindən 2 ədəd qızıl-zinət əşyalarının (apellyasiya baxışının predmeti olmayan əşyalar) dəyəri nəzəri cəhətdən dəqiq göstərilsə də, digər əşyaların brilyant qaşlarının sayı, keyfiyyəti və s. müəyyən olunmadığı üçün əşyaların qiymətləndirilməsi aparılmamışdır. Bununla yanaşı ekspert qiymətləndirilməsi qarşısında qoyulan qızıl-zinət əşyalarını cəmi dəyərini müəyyən etmiş və bu qiymət 37.400 manat təşkil etmişdir. Sözügedən rəydə iddiaçının tələb etdiyi əyarı 750, çəkisi 10 qram olan 1 ədəd üzük - 1.100 manata, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd üzük - 340 manata dəyərləndirildiyi nəzərə alındığı halda, ekspert tərəfindən digər qızıl-zinət əşyalarının, əyarı 750, çəkisi 40 qram, qaşları 6 karat olan 1 ədəd ağ qızıl dəstin (brilya nt qaşlı kolye, sırğa, üzük, qolbaq) və əyarı 750, çəkisi 12 qram, qaşları 1,5 karat olan brilyant qaşlı 1 ədəd ağ qızıl üzüyün cəmi dəyərinin 35.960 (37.400 - 1.100 - 340) manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və sonradan iş materiallarına əlavə edilmiş rəydə göstərilmişdir ki, brilyant qaşlı kolye, sırğa, üzük, qolbaqdan ibarət ağ qızıl dəsti 22.000 manat, brilyant qaşlı 1 ədəd ağ qızıl üzük 2.400 manatdır. Göründüyü kimi, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə bağlı bir-birindən fərqlənən ekspert rəyi və zərgərlik fəaliyyəti ilə məşğul olan Səməd Əhmədovun rəyi məhkəmələrə təqdim olunmuşdur. Ona görə də məhkəmə, iddiaçının təqdim etdiyi rəyi sübut kimi qəbul etmiş və iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin e tməsinə zərurət görməmişdir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə bağlı bir-birindən fərqlənən ekspert rəylərini zərgərlik fəaliyyəti ilə məşğul olan şəxsin mütəxəssis rəyi ilə dəyərləndirmək və rəyi sübut kimi qəbul etmək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin etməsinə zərurət görməmək qanunsuzdur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə mütəxəssis rəyi sübut növü sayılmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 154.1. Fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrıayrı növləri istisna e dilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlarınümumi mülkiyyətidir.

39. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyə tidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

40. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldəetdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə mə hkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

49. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələ cəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

59. Kassasiya şikayətində Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissədə tam mübahisələndirdiyinə görə məhkəmənin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya i nstansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

62. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyət çisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

63. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

64. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barə də məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin məhkəmələr tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi alınmış və müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərardada və məlumatda göstərilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 37.400,00 manat təşkil edir. Bu halda apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə uyğun olaraq iddia tələbini həmin ekspert rəyində qeyd olunan məbləğə uyğun deyil, iddiaçının təqdim etdiyi rəydə və iddia tələbində göstərilən həddə təmin etməkdə haqlı olmuşdur.

65. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, mə hkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə mə hkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Cavabdeh3 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhk əməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini ya radan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

69. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-653/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar